Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Səba Suresi, 51. Ayet:
Kaş onları qorxduqları zaman görəydin! Artıq (Bizdən) qurtuluş yoxdur. Onlar yaxın bir yerdə yaxalandılar. (Təfsirlərdə kafirlərin qorxduqları zaman “ölüm anı”, “qəbirdən dirilib qalxma zamanı” və ya “Bədr döyüşünün olduğu vaxt” kimi izah edilmişdir. Yaxın bir yerdə yaxalanmaları da, “torpaqdan məzara”, “
məhşər
yerindən cəhənnəmə”, yaxud “Bədr döyüşündən sonra Bədr quyularının yanına aparılmaları” kimi izah edilmişdir.)...
Təğabun Suresi, 9. Ayet:
Allah
məhşər
günündə sizi bir yerə cəm edəcəkdir. Məhz o gün aldanma günüdür. Kim Allaha iman gətirib yaxşı işlər görərsə, Allah onun günahlarının üstünü örtər və onu altından çaylar axan, əbədi qalacağı cənnətlərə daxil edər. Böyük uğur budur!...
Zəlzələ Suresi, 6. Ayet:
O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün dəstə-dəstə (
məhşər
yerindən) ayrılacaqlar....
Əhqaf Suresi, 6. Ayet:
İnsanlar
məhşər
ə toplanacaqları zaman bunlar (bu bütlər) onlara (müşriklərə) düşmən olacaq və onların ibadətini inkar edəcəklər....
Nəml Suresi, 83. Ayet:
O gün hər ümmətdən ayələrimizi təkzib edənləri dəstə-dəstə yığarıq. Sonra onlar (bir yerə cəm edilib
məhşər
ə) sürüklənərlər....
İsra Suresi, 97. Ayet:
Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı kəs üçünsə (Allahdan) başqa dostlar tapa bilməzsən. Biz qiyamət günü onları üzü üstə sürünə-sürünə, kor, lal və kar kimi
məhşər
ayağına çəkəcəyik. Onların düşəcəkləri yer Cəhənnəmdir. Cəhənnəm odu azaldıqca onların (bədənlərinin) alovunu artıracağıq!...
İsra Suresi, 104. Ayet:
Və bundan sonra İsrail oğullarına dedik: “Siz (Şam) ərazisində sakin olun. Axirət vədəsi (qiyamət) gəlib çatdıqda sizin hamınızı (sizi və Firon əhlini, yaxud möminləri və kafirləri) birlikdə (bir-birinizə qarışmış halda
məhşər
ə) gətirəcəyik!”...
Məryəm Suresi, 68. Ayet:
(Ya Rəsulum!) Rəbbinə and olsun ki, Biz onları (özlərinə dost tutduqları) şeytanlarla birlikdə yığıb
məhşər
ə gətirəcək, sonra onları (qorxudan ayaq üstə dura bilməyib) diz üstə çökmüş halda Cəhənnəmin ətrafına düzəcəyik....
Məryəm Suresi, 80. Ayet:
Onun dediyi şeylər (mal-dövləti, övladı) Bizə qalacaq və hüzurumuza tək-tənha gələcəkdir. (Bütün malını və övladını əlindən alacağıq və o
məhşər
ə ilk dəfə dünyaya gəldiyi kimi lüt-üryan, heç kimsiz və heç nəsiz gələcəkdir)....
Furqan Suresi, 17. Ayet:
(Allah müşrikləri) və onların Allahdan qeyri ibadət etdiklərini (bütləri)
məhşər
ə toplayacağı gün (qiyamət günü) belə buyuracaqdır: “Mənim bu bəndələrimi (haqq yoldan) siz (bütlər) çıxartdınız, yoxsa onlar özləri yoldan çıxdılar?”...
Səba Suresi, 23. Ayet:
Onun hüzurunda, izin verdiyi kimsələr istisna olmaqla, heç kəsin şəfaəti fayda verməz. (Elə isə hansı ağılla bütlər sizi Allaha yaxınlaşdıracaq, sizin üçün Allahdan şəfaət diləyəcəklər deyə, onlara ibadət edirsiniz?) Nəhayət, (bəzi möhtərəm zatlara şəfaət etməyə izin verildiyinə görə
məhşər
ə gətirilənlərin) ürəklərindən o (müdhiş) qorxu çıxınca onlar (şəfaət edəcək kəslərdən, yaxud mələklərdən sevinclə): “Rəbbiniz nə buyurdu?” – deyə soruşar, o biriləri də: “Haqqı (buyurdu)! (Şəfaətə izin verdi)...
Qaf Suresi, 21. Ayet:
Hər bir kəs (Rəbbinin hüzuruna) bir sürüyən (sürüyüb
məhşər
ə gətirən) və bir də şahidlə (iki mələklə) gələcəkdir....
Qaf Suresi, 44. Ayet:
O gün yer onlardan ayrılıb parçalanacaq, onlar sürətlə (torpağın altından, qəbirlərindən çıxacaqlar). O bizim üçün asan olan həşrdir (Bütün yaranmışların bir yerə toplanacaqları
məhşər
günüdür)....
Qəmər Suresi, 6. Ayet:
Artıq (ya Peyğəmbər!) sən onlardan üz çevir. Carçının (İsrafilin) onları olduqca pis (dəhşətli) bir şeyə (
məhşər
ə) çağıracağı günədək!...
Vaqiə Suresi, 50. Ayet:
Məlum bir günün (qiyamət gününün) müəyyən bir vaxtında mütləq (
məhşər
ə) cəm ediləcəklər....
Taha Suresi, 102. Ayet:
Surun (ikinci dəfə) çalınacağı və günahkarları (qorxudan, yaxud susuzluqdan) gözləri göm-göy göyərmiş (və ya gözləri kor olmuş, üzləri qapqara qaralmış) halda
məhşər
ə gətirəcəyimiz gün...
Taha Suresi, 108. Ayet:
O gün insanlar (qəbirlərindən qalxıb) heç bir başqa tərəfə meyl etmədən carçının (hamını
məhşər
ə çağıran İsrafilin) ardınca gedəcəklər. Rəhmanın (əzəməti, heybəti) qarşısında səslər kəsiləcək, yalnız pıçıltı eşidəcəksən!...
Taha Suresi, 124. Ayet:
Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu
məhşər
ə kor olaraq gətirərik!”...
Taha Suresi, 125. Ayet:
O belə deyər: “Ey Rəbbim! Nə üçün məni
məhşər
ə kor olaraq gətirdin, halbuki mən (dünyada hər şeyi) görürdüm!”...
Ənbiya Suresi, 21. Ayet:
Yoxsa (Məkkə müşrikləri) yerdən (yerdə mövcud olan daş, qızıl-gümüş və s. -dən özləri üçün) tanrılar qəbul etdilər ki, onlar ölüləri dirildəcəklər? (Xeyr, Allahdan başqa heç kəs (ölüləri) dirildib
məhşər
ə gətirməyə qadir deyildir!)...
Ənbiya Suresi, 96. Ayet:
Nəhayət, Yəcuc-Məcüc (səddinin) açılıb (dağılıb) onlar hər tərəfdən (alçaq və yüksək təpələrdən) sürətlə (
məhşər
ə) axışdıqları zaman;...
Ənbiya Suresi, 104. Ayet:
Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət gününü) yadınıza salın. (O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik. (Biz qiyamət günü sizi dirildib lüt-üryan, anadangəlmə vəziyyətdə
məhşər
ə gətirməyi vəd etmişdik. Biz onu mütləq edəcəyik)....
Nəbə Suresi, 18. Ayet:
Sur çalınacağı gün (qəbirlərinizdən çıxıb) dəstə-dəstə (
məhşər
ə) gələcəksiniz....
Zəlzələ Suresi, 6. Ayet:
O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən
məhşər
ə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar)....
Fəcr Suresi, 23. Ayet:
Və Cəhənnəmin (
məhşər
meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!...
Ənam Suresi, 22. Ayet:
O gün hamısını həşr edəcəyik (
məhşər
də toplayacağıq) sonra ortaq qoşanlara: ‘İddia etdiyiniz şərikləriniz haradadır?’ deyəcəyik....
Qaf Suresi, 44. Ayet:
O gün yer (torpaq) yarılıb onlardan sürətlə ayrılar (onlar torpaqdan çıxaraq yüksələrlər). Bu həşr etmək (insanları
Məhşər
Meydanında toplamaq) Bizim üçün asandır....
Rəhman Suresi, 31. Ayet:
Ey ağırlıq sahibi olanlar (öz aləmlərində fizik ağırlığı və şüurlu varlıqlar olmaları səbəbiylə, ağır məsuliyyəti olan insanlar və cinlər)! Yaxında sizinlə məşğul olacağıq (
məhşər
də haqq-hesabınızı çəkəcəyik)....
Nəml Suresi, 83. Ayet:
Həmin gün hər ümmətin ayələrimizi yalan sayanlarından bir dəstə toplayarıq. Sonra da onlar bir yerdə (
məhşər
ə) sürüklənərlər....
İsra Suresi, 104. Ayet:
Bundan sonra İsrail oğullarına: “Bu yerdə yaşayın! Axirət vədi gəlib yetişdiyi zaman sizin hamınızı (
məhşər
ə) gətirəcəyik”– dedik....
Furqan Suresi, 17. Ayet:
O gün (Allah) onları və onların Allahdan başqa sitayiş etdiklərinin hamısını
məhşər
ayağında cəm edərək deyəcək: “Mənim bu qullarımı (haqq )(yoldan) sizmi azdırdınız, yoxsa onlar özləri azdılar?”...
Şura Suresi, 7. Ayet:
Beləliklə, Biz sənə ərəbcə Quran vəhy etdik ki, şəhərlər anası (Məkkə) (əhlini) və onun ətrafındakıları xəbərdar edəsən və barəsində heç bir şübhə doğurmayan
məhşər
gününü yadlarına salasan. (İnsanların) bir qismi Cənnətdə, digər qismi isə Odda olacaqdır....
Qaf Suresi, 21. Ayet:
Hər kəs onu qova-qova (
məhşər
ə) gətirənlə və bir də (əməllərinə) şahidlik edənlə (birlikdə) gələcəkdir....
Haqqə Suresi, 18. Ayet:
O gün siz (
məhşər
ə) gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir....
Bəqərə Suresi, 148. Ayet:
Hər bir dəstənin bir qibləsi vardır ki, (üzlərini) ona tərəf döndərirlər (yəhudilər Beytül-Müqəddəsə, xristianlar şərqə, müsəlmanlar Kə’bəyə). Odur ki, (bu barədə mübahisə etməyin və) xeyir işlər istiqamətində bir-birinizi ötməyə çalışın. Harada olsanız, Allah (əməllərin əvəzini vermək üçün) sizin hamınızı (
Məhşər
səhnəsinə) gətirəcəkdir. Həqiqətən Allah hər şeyə qadirdir....
Əraf Suresi, 29. Ayet:
De: «Rəbbim ədalətə əmr etmişdir. Və «üzünüzü və diqqətinizi hər səcdə və namazda, hər namaz vaxtı və hər bir məsciddə (Allaha) yönəldin və din və itaəti yalnız Onun üçün xalisləşdirərək Onu çağırın» (deyə buyurmuşdur). Sizi əvvəldə yaratdığı kimi (Qiyamət günü) qayıdacaqsınız» (cisminizi torpaqdan yaratdığı kimi ölümdən və cisminizdə parçalanma yarandıqdan sonra, yenidən onun səhnəsinə qayıdacaqsınız. Öz əzəli elmində sizin xoşbəxt və bədbəxt olmağınız hökmünü verdiyi kimi həmin iki halın gerçə...
İbrahim Suresi, 42. Ayet:
Və Allahı zalımların etdiklərindən əsla xəbərsiz sanma! (Allah) onlara əslində yalnız gözlərin (
Məhşər
in dəhşətindən) bərələcəyi gün üçün möhlət verir....
İsra Suresi, 97. Ayet:
Allah kimi hidayət etsə, odur (əsl) doğru yolda olan və kimi öz azğınlığında boşlasa, onlar üçün Allahdan başqa heç bir köməkçi və başçı tapmazsan. Qiyamət günü onları kor, lal və kar halda üzləri üstə
məhşər
ə gətirəcəyik (onlar üzləri üstə yeriyərlər, yaxud üzləri üstə süründürülərlər). Onların yeri Cəhənnəmdir. Hər zaman onun alovu azalsa, onlara bir şölə artırarıq....
İsra Suresi, 104. Ayet:
Və ondan (Firondan) sonra İsrail övladlarına dedik: «(Misir və Şam) torpağ(ın)da məskunlaşın. Beləliklə, axirət vədəsi yetişəndə sizin hamınızı birlikdə (
Məhşər
səhnəsinə) gətirəcəyik (və mühakimə yürüdülüb hökm çıxarıldıqdan sonra ayıracağıq).»...
Kəhf Suresi, 99. Ayet:
Və o (səddin aşacağı, dünyanın axırının yaxınlaşacağı və surun birinci dəfə çalınmasının əlamətlərinin görünəcəyi) gün onları (Yə’cuc ilə Mə’cucu və ya dünyadakı bütün insanları özbaşına) buraxarıq ki, bir-birlərinə (qarışaraq dəniz kimi) dalğalansınlar (və bəşəriyyətə hərc-mərclik hakim olsun). Və (Qiyamət yetişəndə) sur (ikinci dəfə) çalınar. Beləliklə onların hamısını təəccüblü bir şəkildə toplayarıq (cəsədlərinin zərrəciklərini torpağın içindən yığıb canlandırar, Bərzəx ruhlarını onların bəd...
Məryəm Suresi, 68. Ayet:
Buna görə də and olsun Rəbbinə ki, şübhəsiz, onları şeytanları ilə (birlikdə
Məhşər
səhnəsinə) toplayacaq, sonra isə (əzabın çoxluğundan) diz çökdükləri halda dəstə-dəstə Cəhənnəmin dövrəsinə gətirəcəyik....
Məryəm Suresi, 85. Ayet:
(Yada sal) o gün(ü) ki, təqvalıları (
Məhşər
səhnəsindən nur dəvələrə minmiş) süvarilər şəklində Rəhman olan Allaha tərəf toplayarıq....
Taha Suresi, 102. Ayet:
(İsrafilin) surun(un üçüncü dəfə) çalınacağı gün! Biz həmin gün günahkarları (
Məhşər
səhnəsinə) çirkin və kor şəkildə toplayacağıq....
Taha Suresi, 104. Ayet:
Biz onların (
Məhşər
səhnəsinə gətirildikdən sonra ömürlərini və ya Bərzəx aləmini əbədiliklə müqayisə edərək) dediklərini daha yaxşı bilirik. O zaman onların həqiqətə ən yaxın olanı deyər: «Bir gündən artıq qalmamısınız.» (Çünki azlıq və qısalıq baxımından bir gün on gündən daha düzgün və ədalətlidir.)...
Taha Suresi, 124. Ayet:
Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu
Məhşər
ə kor gətirərik....
Taha Suresi, 125. Ayet:
O deyər: «Ey Rəbbim, mən (dünyada) gördüyüm halda nə üçün məni
Məhşər
ə kor gətirdin?»...
Həcc Suresi, 7. Ayet:
Və buna görə(dir) ki, qiyamət (mütləq) gələcəkdir, onun barəsində heç bir şübhə yoxdur. Və (həm də) buna görə ki, Allah qəbirdə olanların hamısını dirildəcək (və
Məhşər
səhnəsinə gətirəcək)dir....
Həcc Suresi, 56. Ayet:
Həmin gün (həqiqi və zahiri mütləq) hökmdarlıq Allaha məxsusdur. Onların (
Məhşər
səhnəsində olanların) arasında O, hökm çıxaracaqdır. Beləliklə iman gətirmiş və yaxşı işlər görmüş kəslər nemət dolu bağlarda olacaqlar....
Nəml Suresi, 87. Ayet:
(Yada sal) o günü ki, (ilk dəfə) Sur çalınar. Allahın istədiklərindən başqa (məsələn ilk dəfə ölümü dadan ruhlar kimi) göylərdə və yerdə olanların (canlıların) hamısı vəhşətə düşər (və ölərlər). Və Surun (ikinci dəfə) çalınacağı gün Allahın (
məhşər
dəhşətindən amanda qalmalarını) istədiyi kəslərdən savayı göylərdə və yerdə olanların hamısı (dirilərək) vəhşətə düşər. Dirilənlərin hamısı (Surun üçüncü dəfə çalınması ilə) müti və zəlil bir vəziyyətdə (hesab-kitab üçün) Ona (tərəf) gələrlər....
Qəsəs Suresi, 65. Ayet:
(Ya Peyğəmbər!) (Yada sal,) o gün ki, (Allah
Məhşər
əhlinin hamısına) xitab edib, deyəcəkdir: «Bizim peyğəmbərlərimizə nə cavab verdiniz?»...
Loğman Suresi, 16. Ayet:
(Loğman dedi:) «Ey mənim əziz oğlum, (insanın əməli) bir xardal dənəsi ağırlığında olub möhkəm bir daşın içində, yaxud göylərdə və ya yerin təkində olmuş olsa, Allah onu (Qiyamət günü
Məhşər
ə) gətirəcəkdir (ki, onun əsasında haqq-hesab çəksin), çünki Allah dəqiqdir, ən incə şeyləri görəndir və (hər şeydən) xəbərdardır»....
Zümər Suresi, 69. Ayet:
(Həmin gün) yer (üzü) öz Rəbbinin nuru (həmin gün üçün yaradılmış xüsusi nur) ilə işıqlanacaq (
Məhşər
əhlinin əməllərinin də dərc edildiyi böyük) kitab (Lövhi-Məhfuz bir tərəfə) qoyulacaq. Və bütün peyğəmbərlər və (əməllərin məsumlar, mələklər və təqvalılardan ibarət) şahidlər(i) gətiriləcək, onların (
Məhşər
əhlinin) arasında haqq əsasında hökm çıxarılacaq və onlara zülm edilməyəcək, haqları kəsilməyəcək....
Zümər Suresi, 75. Ayet:
(Həmin gün) mələkləri Rəbblərinə şükr etməklə birlikdə Onu pak sifətlərlə mədh edən halda Ərşi (haqqın səltənət qərargahı və Onun əmrlərinin verildiyi mərkəzi dairəvi şəkildə) əhatə edən görərsən. Onların (bütün
Məhşər
əhlinin) arasında haqq əsasında hökm çıxarılar (və Qiyamət hadisələri qurtardıqdan sonra) deyilər: «Həmd və şükr aləmlərin Rəbbi olan Allaha məxsusdur!»...
Mömin Suresi, 15. Ayet:
O Allahı ki, kamalının dərəcələri uca, yaratdıqlarının dərəcələrini yüksəldən və (göylərin üstündə yerləşib hökmranlıq məkanı və dünya işlərinin idarəçiliyi fərmanlarının verilməsi mərkəzi olan) ərşin sahibidir. O, Ruhu (Ruh mələyini) Öz əmri ilə bəndələrindən istədiyinə (peyğəmbərlərə) göndərir ki, (insanları) qovuşma günü ilə (Bərzəx ruhlarının
Məhşər
bədənlərinə, bütün dirilənlərin Allaha, insan, mələk, cin və şeytanların bir-birlərinə və Allah qarşısında cavabdehlik daşıyan hər bir kəsin öz ...
Mömin Suresi, 16. Ayet:
Onların (
Məhşər
səhnəsində hazır olanların) zahir və aşkar olacaqları gün (ilə)! Allaha onların heç nəyi gizli qalmayacaqdır. (Və Allah tərəfindən deyiləcək:) Bu gün mülkiyyət və hakimiyyət kimə məxsusdur? (Və belə cavab veriləcək:) Tək və qüdrətli Allaha məxsusdur....
Şura Suresi, 53. Ayet:
O Allahın yoluna ki, göylərdə və yerdə olanlar(ın hamısı onların özləri də daxil olmaqla) Onun həqiqi mülküdür. (Çünki yaratmaq, qorumaq, idarə etmək və vəd edilmiş vaxtda yox etmək Onun istəyindən asılıdır.) Bil! (Dünyanın və bəndələrin) bütün işlər(i
Məhşər
günü) Ona tərəf qayıdacaqdır....
Əhqaf Suresi, 6. Ayet:
İnsanlar
məhşər
ə gətirilən zaman məbudlar (cansız olsalar da) onlarla düşmən olar və onların ibadətlərini inkar edərlər. [Onlar da məbudlarla düşmən olar və onlara ibadəti inkar edərlər.]...
Əhqaf Suresi, 35. Ayet:
Buna görə də Allahın elçilərindən möhkəm əzm sahibləri (dörd şəriət sahibi – Nuh, İbrahim, Musa və İsa) səbr etdikləri kimi səbr et və onlar üçün (onların məhv olmalarına) tələsmə. Onlar vəd edilən şeyi (
Məhşər
səhnəsində hazır olmağı) görən gün (öz fikirlərində belə güman edərlər ki, dünyada və ya Bərzəx aləmində) sanki günün yalnız bir saatını dayanıblar. (Bu məsələ və ya bu kitab) bir bildirişdir. Belə isə məgər fasiqlərdən başqası məhv ediləcək?!...
Qaf Suresi, 22. Ayet:
(Ona deyiləcəkdir:) Həqiqətən sən bundan (bu gündən) qafil idin. Biz pərdəni (qəflət pərdəsini) sən(in təfəkkürünün önün)dən kənara çəkdik. Odur ki, bu gün gözün iti görür (
Məhşər
in vəziyyətini, öz əməllərini və onların cəzasını görəcəksən)....
Nəcm Suresi, 15. Ayet:
(
Məhşər
də hesab qurtardıqdan sonra möminlərin) məskunlaşama yeri olan axirət Cənnəti onun yanındadır....
Hədid Suresi, 13. Ayet:
(Həmin) o gün ki, münafiq kişi və qadınlar (
məhşər
əhlinin məxsus hədəf istiqamətindəki yolunda) iman gətirənlərə deyəcəklər: «Bizə görə (bir az) dayanın və möhlət verin və ya bizə tərəf baxın ki, nurunuzdan işıq götürək.» Onlara deyiləcək: «Geriyə (dünyaya) qayıdın və (orada) nur axtarın.» Həmin vaxt onların (mömin və münafiqlərin) arasında qapısı olan divar çəkiləcək. Onun (cənnətə sarı olan) içəri tərəfində mərhəmət, (cəhənnəmə sarı olan) çölündə isə o tərəfdən əzab vardır....
Hədid Suresi, 19. Ayet:
Rəbbləri yanında siddiqlər (etiqad, söz və əməlləri bir-biri ilə müvafiq və həqiqətlə üst-üstə düşən kəslər) və şahidlər (
Məhşər
də insanların əqidə və əməllərinə şahidlik edənlər) Allaha və Onun peyğəmbərlərinə iman gətirmiş kəslərdir. Bunların mükafatları və nurları onlarındır. Küfr edən və Bizim (tovhid və din) nişanələrimizi təkzib və inkar edənlər cəhənnəm əhlidirlər....
Hədid Suresi, 28. Ayet:
Ey (Allaha və keçmiş peyğəmbərlərə) iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə (Muhəmmədə (s) ) iman gətirin ki, sizə Öz mərhəmətindən iki pay (bir pay ona iman gətirməyə görə, bir pay isə keçmiş peyğəmbərlərə iman gətirdiyiniz üçün) əta etsin, vasitəsi ilə yol (dünyada ictimai həyat yolunu,
məhşər
də isə Cənnət yolunu) getməyiniz üçün bir nur versin və sizi bağışlasın. Allah bağışlayan və mehribandır....
Qiyamə Suresi, 7. Ayet:
Göz (ölümün çətinliyindən, yaxud da
Məhşər
in dəhşətindən) donub qalacağı və bərələcəyi;...
Mürsəlat Suresi, 3. Ayet:
And olsun xüsusi bir tərzlə yayan mələklərə (həyat ruhunu canlılara, ruzini dirilərə, vəhyi peyğəmbərlərə və əməl dəftərlərini
Məhşər
əhlinə yetirən mələklərə),...
Mürsəlat Suresi, 29. Ayet:
(
Məhşər
haqq-hesabı qurtardıqdan sonra onlara deyiləcəkdir:) «Təkzib etdiyinizə tərəf gedin»....
Mürsəlat Suresi, 35. Ayet:
Bu elə bir gündür ki, onlar (
Məhşər
in bəzi duracaqlarında) danışmazlar dinməzlər....
Nəbə Suresi, 37. Ayet:
(O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir. (O,)
Məhşər
əhlinin Onun hüzurunda söz deməyə (müstəqil surətdə şəfaət etməyə, yaxud Onun mühakiməsinə, mükafatına və cəzasına etiraz etməyə) əsla qadir olmadığı həmin Rəhman (olan Allah)dır....
Təkvir Suresi, 7. Ayet:
(Bərzəx) ruhlar(ı
Məhşər
dəki yeni bədənlərlə, yaxşılar yaxşılarla və pislər də pislərlə, Cənnət kişiləri öz zövcələrinə) qovuşacağı zaman,...
Təkvir Suresi, 10. Ayet:
Əməl dəftərləri (Haqq-taala tərəfindən
məhşər
əhli arasında) yayılacağı və hər bir şəxsin əməl səhifəsi (onun öz qarşısında) açılacağı zaman,...
Fəcr Suresi, 22. Ayet:
Rəbbinin (təkid etdiyi əmri və cəlalının, mütləq hakimiyyətinin təcəllisi) yetişəcəyi və mələklər (
Məhşər
səhnəsinə enib) səf-səf gələcəyi...
Ənam Suresi, 22. Ayet:
Onları toplu olaraq (
məhşər
ə) toplayıb Allaha şərik qoşanlara: “İlah olduqlarını iddia etdiyiniz şərikləriniz hanı?” – deyəcəyimiz günü xatırla....
Əraf Suresi, 25. Ayet:
Allah dedi ki: “Orada yaşayacaqsınız, orada öləcəksiniz və oradan (
məhşər
ə) çıxarılacaqsınız”....
Kəhf Suresi, 47. Ayet:
Dağları hərəkət etdirəcəyimiz və yer üzünü bomboş və dümdüz bir halda görəcəyin günü bir düşün. Biz onları
məhşər
də toplayarıq, onlardan heç birini buraxmarıq....
Naziat Suresi, 14. Ayet:
Birdən-birə özlərini
məhşər
də görərlər....
Taha Suresi, 102. Ayet:
O günü sur çalınacaqdır və Biz gözləri göyərmiş günahkarları
məhşər
ayağına toplayacağıq....
Taha Suresi, 124. Ayet:
Kim Mənim Zikrimdən [Qurandan] üz döndərsə, onun üçün sıxıntılı bir güzəran olacaqdır. Biz onu qiyamət günü kor kimi
məhşər
ayağına çəkəcəyik....
Taha Suresi, 125. Ayet:
O deyəcək: "Rəbbim, nə üçün məni
məhşər
ayağına kor halda çəkdin? Axı mən (əvvəllər) görürdüm"....
Nəml Suresi, 83. Ayet:
O günü Biz hər millət içərisindən Bizim ayələrimizi yalan hesab edənləri ayrı-ayrı dəstələr halında
məhşər
ə toplayacağıq....
Nəml Suresi, 84. Ayet:
Onlar (
məhşər
ə) gedəndə Allah: “Mənim ayələrimi siz bilmədiyiniz haldamı yalan hesab etdiniz, yoxsa siz nə edirdiniz?" - deyər....
Qaf Suresi, 21. Ayet:
Hər kəs (
məhşər
ə) onu sürükləyən (mələklə) və bir şahidlə gələcəkdir....
Təğabun Suresi, 9. Ayet:
(Allahın) sizi
məhşər
ayağına toplayacağı gün aldanmaların (üzə çıxacağı) gündür. Kim əməlisaleh olub Allaha iman gətirərsə onun pisliklərini örtər və onu dibindən çaylar axan əbədi qalacağı cənnət bağları içərisinə daxil edər. Bu, böyük uğurdur....
Saffat Suresi, 158. Ayet:
Və onlar, Allah ilə gizli güclər arasında bir qohumluq əlaqəsi qurdular. Halbuki, and olsun ki, gizli güclər özlərinin [də] həqiqətən hüzura gətirilənlərdən/
məhşər
də bir yerə yığılanlardan olacaqlarını bilirlər....