Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ənfal Suresi, 48. Ayet:
O zaman şeytan onlara etdikləri əməlləri gözəl göstərdi və dedi ki: “Bu gün insanlardan, sizə qalib gələ biləcək heç kim yoxdur və əlbəttə, mən də sizin yanınızdayam!” Ancaq iki dəstə bir-birini gördüyü zaman geri döndü və dedi ki: “Mən sizdən uzağam. Mən sizin görmədiyiniz şeyləri (
mələkləri)
görürəm. Mən Allahdan qorxuram. Allahın əzabı şiddətlidir!”...
Rəd Suresi, 11. Ayet:
Onun (insanın) önündə və arxasında Allahın əmri ilə onu təqib edib qoruyanlar (həfəzə
mələkləri)
vardır. Şübhəsiz ki, bir qövm özlərində olanı (pis xüsusiyyətləri) dəyişməyincə, Allah onlarda olanı (yaxşı xüsusiyyətlərlə) dəyişməz. Əgər Allah bir qövm üçün şər diləmişsə, artıq onu heç nə dəf edə bilməz. Onların Allahdan başqa heç bir himayədarı da yoxdur....
Ənbiya Suresi, 26. Ayet:
(Müşriklər:) “Rəhman (olan Allah
mələkləri)
özünə övlad götürdü!” - dedilər. O, (belə sifətlərdən) uzaqdır, pakdır! Əksinə, (mələklər) möhtərəm qullardır....
Ənfal Suresi, 48. Ayet:
O zaman (Bədr günü) Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: “Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin (pənahınız) dadınıza çatanam!” Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: “Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi (möminlərin köməyinə gələn
mələkləri)
görürəm. Mən Allahdan qorxuram. Allah (Ona asi olanlara) şiddətli əzab verəndir!” – demişdi....
Qəmər Suresi, 37. Ayet:
Cəlalıma and olsun ki, onlar (Lutdan) öz qonaqlarını (
mələkləri)
onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik (və) “İndi əzabımı və təhdidlərimi dadın!” - (dedik)....
Əraf Suresi, 37. Ayet:
Allaha qarşı yalan ilə böhtan atandan və ya Onun ayələrini yalanlayandan daha zalım kim vardır? Kitabdan (Qurani Kərimdən) özlərinə nəsibləri çatacaq olanlar onlardır. Onlara rəsullarımız (elçi mələklər, ölüm
mələkləri)
gəldiyi zaman onları vəfat etdirərkən onlara belə dedilər: ‘Allahdan başqa dua etmiş olduğunuz şeylər haradadır?’ Onlar da: ‘Bizdən sapdılar (getdilər).’ dedilər. Özlərinin kafir olduqlarına özləri şahidlik etdilər....
Ənbiya Suresi, 28. Ayet:
Onların önündə və arxasında olan şeyləri (mühafız
mələkləri)
bilir. Onlar (Allahın) razılığını qazanmış olanlardan başqasına şəfaət etməzlər. Onlar Onun (Allahın) heybətindən qorxanlardır....
İnfitar Suresi, 11. Ayet:
Şərəfli yazıçılar olaraq (kiramən katibin
mələkləri)
....
Tur Suresi, 38. Ayet:
Yoxsa onların, üstünə çıxıb (mələklərin söhbətlərini) dinlədikləri bir nərdivanı vardır? Onda qoy onların (
mələkləri)
dinləyənləri anlaşıqlı bir dəlil gətirsinlər!...
Furqan Suresi, 17. Ayet:
Və (yada sal) o gün(ü) ki, (Allah) onları (müşrikləri) və Allahın yerinə ibadət etdiklərini (bütləri, ulduzları, Məsihi və
mələkləri)
bir yerə toplayacaq və (həmin məbudlara) deyəcək: «Mənim bu bəndələrimi siz azdırdınız (və sizə ibadət etməyə dəvət etdiniz) yoxsa yolu onlar özləri azdılar?»...
Qəmər Suresi, 37. Ayet:
Doğrudan da onlar ondan (Lutdan) qonaqlarını (
mələkləri)
təslim etməsini istədilər. Buna görə də Biz onların gözlərini kor etdik (və) «belə isə dadın Mənim əzabımı və təhdidlərimi(n cəzasını)» (dedik)....