Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Nisa Suresi, 103. Ayet:
Namazı qıldıqdan sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edin! Təhlükədən əmin olduğunuz zaman isə namazı (tam şəkildə) qılın! Çünki namaz, müəyyən vaxtlarda olmaq üzrə möminlərə fərz edilmişdir. (Yuxarıdakı üç ayə səfərdə və müharibədə namazın necə qılınacağını izah edir. Sünnədən də
məlumdur
ki, səfər əsnasında, yaxud döyüş zamanı dörd rükətli fərz namazlar iki rükət olaraq qılınar. Doxsan kilometrlik və ondan daha uzaq məsafəyə səfər edənlər səfəri sayılırlar və onlar ...
Hicr Suresi, 21. Ayet:
Elə bir şey yoxdur ki, onun xəzinələri yanımızda olmasın. Biz onu nazil etmərik, ancaq onun taleyi
məlumdur
....
Əraf Suresi, 187. Ayet:
(Ya Rəsulum!) Səndən saat (qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: “O ancaq Rəbbimə
məlumdur
. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: “O ancaq Allah dərgahında
məlumdur
, lakin insanların əksəriyyəti (bunu) bilməz!”...
İbrahim Suresi, 46. Ayet:
(Kafirlər Peyğəmbərə və islam dininə qarşı bacardıqları qədər) hiylə qurdular. Onların hiyləsi Allah dərgahında
məlumdur
(və buna görə də cəzalarını da alacaqlar). Onların hiyləsi ilə dağlar (islam dini, onun hökmləri) yerindən oynayan deyildir! (Və ya onların hiyləsi dağları yerindən oynatsa belə, yenə də Allahın dini qarşısında acizdir!)...
Hicr Suresi, 21. Ayet:
(Yerdə və göydə) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən (lazım olduğu) qədər endiririk. (Onun nə qədər lazım olması isə yalnız Bizə
məlumdur
)....
Nur Suresi, 53. Ayet:
(Ya Rəsulum, münafiqlər) onlara əmr etdiyin zaman mütləq (cihada) çıxacaqları haqda Allaha çox möhkəm and içdilər. Onlara de: “(Yalandan) and içməyin, itaətiniz
məlumdur
(yaxud sizdən tələb olunan and yox, adicə itaətdir). Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır!”...
Zuxruf Suresi, 88. Ayet:
Onun (Muhəmməd əleyhissəlamın): “Ey Rəbbim! Bunlar iman gətirməyən bir qövmdür!” – deməsi də (dərgahımızda
məlumdur
)!...
Məhəmməd Suresi, 19. Ayet:
(Ya Rəsulum!) Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur. (Ondan) həm öz günahlarının, həm də mömin kişilərin və qadınların bağışlanmasını dilə. Allah gəzib-dolandığınız yeri də, dayanıb-duracağınız yeri də bilir! (Sizin gündüzlər-gecələr dünyada nə işlə məşğul olduğunuz, axirətdə harada olacağınız Allaha
məlumdur
. Ondan heç nə gizli qalmaz!)...
Qaf Suresi, 16. Ayet:
And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha
məlumdur
!)...
Əhzab Suresi, 54. Ayet:
Əgər bir şeyi (Peyğəmbərin zövcələri ilə evlənmək arzusunu) açıq bildirsəniz, yaxud onu (qəlbinizdə) gizli saxlasanız, (fərqi yoxdur) Allah hər şeyi biləndir! (Sizin bütün aşkar və gizli əməlləriniz, hətta ürəyinizdən keçən ani fikir və duyğular belə Allaha
məlumdur
!)...
Məaric Suresi, 24. Ayet:
və o kəslər ki, mallarında onların haqq
məlumdur
...