Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 145. Ayet:
(Din barəsində) hər cür nəsihəti və hər şeyin izahını onun üçün lövhələrdə yazdıq. Bunları möhkəm tut və qövmünə də onların ən gözəlindən yapışmalarını əmr et! Yaxın bir vaxtda sizə fasiqlərin yurdunu göstərəcəyəm. (Bu ayədə Tövratın lövhələrə yazılmış bir halda Allah tərəfindən Həzrət Musaya verildiyi bildirilir. Lövhələrdə İsrail oğulları üçün dini qayda və qanunlar yazılmışdı. Ayədə keçən “ən gözəlindən yapışmaları” ifadəsi “Tövratdakı əmrlərə tabe olmaları”
mənasına
gəlir. Bu ayədəki “fasiql...
Əraf Suresi, 157. Ayet:
Əllərindəki Tövratda və İncildə (əlamətlərinin) yazıldığını gördükləri ümmi peyğəmbər olan rəsula tabe olanlara o peyğəmbər yaxşılığı əmr edər, pis işləri qadağan edər, təmiz nemətləri halal edər, murdar şeyləri isə haram edər. Onların ağır yükünü və üstlərindəki qandalları götürər. O kəslər ki, Peyğəmbərə iman gətirər, ona hörmət göstərər, yardım edər və onunla birlikdə endirilən nura (Qurana) tabe olarlar, onlar əsil nicat tapanlardır! (Yuxarıdakı ayədə keçən “ümmi” kəlməsi, “oxuma-yazma bilmə...
Bəqərə Suresi, 54. Ayet:
O vaxt Musa öz qövmünə belə demişdi: “Ey qövmüm! Siz buzova sitayiş etməklə həqiqətən, özünüzə zülm etdiniz. Dərhal sizi yaradana tövbə edin və özünüzü öldürün! Bu, Yaradanınızın yanında sizin üçün daha xeyirlidir!” Beləcə, Allah sizin tövbənizi qəbul etmişdi. Şübhəsiz ki, O, tövbələri qəbul edəndir, mərhəmətlidir. (Bu ayədəki “özünüzü öldürün!” ifadəsi bəzi təfsirçilərə görə, “sizdən mömin olanlar buzova sitayiş edənləri öldürsün!”, bəzilərinə görə isə “nəfslərinizi islah edin!”
mənasına
gəlir....
Bəqərə Suresi, 59. Ayet:
Zülm edənlər onlara deyilən sözü başqa bir sözlə (“hittə” sözünü “buğda”
mənasına
gələn “hintə” sözü ilə) dəyişdirdilər. Biz də o zülm edənlərə etdikləri haqsızlığa görə göydən şiddətli bir əzab endirdik....
Bəqərə Suresi, 104. Ayet:
Ey iman gətirənlər! “Raina” (bizə qayğı göstər) deməyin! “Unzurna” (Bizə bax) deyin! Siz (Allahın hökmünə) qulaq asın! Kafirlər üçün şiddətli bir əzab vardır. (Həzrət Peyğəmbər (s.ə.s.) əshabına bir şey öyrədərkən onlar “bizə qayğı göstər” kimi mənalara gələn “Raina” sözünü işlədirdilər. İbrani dilində də söymək
mənasına
gələn buna yaxın bir söz vardı. Yəhudilər öz dillərindəki mənasını nəzərdə tutaraq bu sözlə Həzrət Peyğəmbərə (s.ə.s.) xitab etməyə başladılar. Bu səbəbdən yuxarıdakı ayə nazil ...
Ali-İmran Suresi, 45. Ayet:
O vaxt mələklər demişdilər: “Ey Məryəm! Həqiqətən, Allah sənə, Öz tərəfindən bir kəlməni müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. Dünyada və axirətdə şanı uca və Allahın Özünə yaxın tutduğu kimsələrdəndir. (“Məsih” İbrani (İvrit) dilində “müqəddəs”
mənasına
gəlir və Həzrət İsanın ləqəbidir.)...
Ali-İmran Suresi, 159. Ayet:
Allahın mərhəməti sayəsində onlarla yumşaq rəftar etdin. Əgər kobud və daş ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Ona görə də onları əfv et və onların bağışlanmaları üçün dua et. (Müəyyən dünyəvi) işlərdə onlarla məsləhətləş. Qəti qərara gəldiyin zaman isə Allaha təvəkkül et. Əlbəttə, Allah təvəkkül edənləri sevər. (Yuxarıdakı ayədən də görüldüyü kimi, İslam dini, müsəlmanların rəhbəri Həzrət Peyğəmbər (s.ə.s.) olsa da, ümmət üçün idarəçilikdə məsləhət və məşvərət m...
Nisa Suresi, 46. Ayet:
Yəhudilərin bir qismi sözlərin yerini dəyişdirir və dillərini əyib-büzərək dinə tənə vurmaq məqsədilə: “Eşitdik və qarşı çıxdıq! Eşit! Eşitməz olasan! “Raina!” (Bizə qayğı göstər!) - deyirlər. Əgər onlar: “Dinlədik və itaət etdik. Dinlə və bizə bax!” - desəydilər, şübhəsiz ki, bu onlar üçün daha yaxşı və daha doğru olardı. Lakin küfrləri səbəbilə Allah onlara lənət etmişdir. Az bir hissəsi istisna olmaqla, onlar iman gətirməzlər. (Yəhudilər, Allahın onlara göndərdiyi Tövratı təhrif edərək, ondak...
Ənfal Suresi, 24. Ayet:
Ey iman gətirənlər! Sizi, həyat verən şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərin dəvətini qəbul edin! Bilin ki, Allah insanla onun qəlbi arasına girər. Həqiqətən, siz Onun hüzurunda toplanacaqsınız. (İnsanlara həyat verən şeylər Allahın və Onun rəsulunun əmr və qadağalarına itaət etməkdir. Ayədə keçən “Allah insanla onun qəlbi arasına girər” ifadəsi Allahın insanları qabiliyyətlərinə görə istədiyi tərəfə meyil etdirdiyi
mənasına
gəlir.)...
Əhqaf Suresi, 21. Ayet:
Ad qövmünün qardaşını (Hudu) da yada sal! Bir zaman o, özündən əvvəl də, sonra da peyğəmbərlərin gəlib-getdiyi Əhqafda olan qövmünü belə xəbərdar etmişdi: “Allahdan başqasına ibadət etməyin! Həqiqətən, mən sizin böyük günün əzabına düçar olmağınızdan qorxuram”. (Bu ayədə keçən “Əhqaf” kəlməsi “yüksək qum təpələri”
mənasına
gəlir. Hud əleyhissəlamın göndərildiyi Ad qövmü Yəməndə dəniz kənarındakı qum təpələri arasında məskunlaşdığı üçün həmin əraziyə “Əhqaf” deyilmişdir.)...
Yusif Suresi, 100. Ayet:
(Yusif) ata-anasını taxtın üzərinə oturtdu. Onlar (ata-anası və qardaşları) onun üçün səcdə etdilər. (Yusif) dedi: “Atacan! Bu, daha əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. Həqiqətən, O mənə (çoxlu nemətlər) lütf etdi. Çünki məni zindandan çıxartdı və şeytan, mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi səhradan (bura) gətirdi. Həqiqətən, Rəbbim dilədiyinə lütf edəndir. O həqiqətən, hər şeyi biləndir, hikmət sahibidir. (Ata-ana və qardaşlarının səcdə etməsi təfsirlərdə...
Furqan Suresi, 12. Ayet:
(Cəhənnəm) onları uzaqdan gördüyü zaman (kafirlər) onun qəzəblənməsini və uğultusunu eşidəcəklər. (Cəhənnəmin insanları görməsi məcazi olaraq onunla qarşılaşmaq
mənasına
gələ bildiyi kimi, həqiqi mənada Allah-Təalanın cəhənnəmə görmə qabiliyyəti verməsi kimi də izah oluna bilər.)...
Əhzab Suresi, 56. Ayet:
Həqiqətən, Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərin və onu səmimi-qəlbdən salamlayın! (Təfsirçilərə görə, Allahın salavat göndərməsi mərhəmət etməsi və Rəsulunun şanını ucaltmasıdır. Mələklərin salavat göndərməsi Həzrət Peyğəmbərin şanını ucaltmaları və möminlər üçün istiğfar etmələridir. Möminlərin salavat göndərməsi isə Həzrət Peyğəmbər üçün dua etmələri
mənasına
gəlir.)...
Ənbiya Suresi, 87. Ayet:
Zünnunu da (Yunisi də yad et)! Bir zaman o, qəzəbli bir halda çıxıb getmiş və ona gücümüzün çatmayacağını zənn etmişdi. Nəhayət, (balığın qarnında) qaranlıqda ikən o, belə səslənmişdi: “(Ey Rəbbim!) Səndən başqa heç bir ilah yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam”. (“Zünnun” Yunis peyğəmbərin ləqəbidir və “balıq sahibi”
mənasına
gəlir. Balıq onu udduğu üçün ona bu ləqəb verilmişdir. Yunis peyğəmbər uzun müddət qövmünü haqq dinə dəvət etmiş, ancaq insanların ona inanma...
Ənam Suresi, 92. Ayet:
Bu (Quran), Ümmül-Qura (Məkkə) əhlini və onun ətrafındakıları xəbərdar etməyin üçün nazil etdiyimiz və özündən əvvəlkiləri doğrulayan mübarək bir kitabdır. Axirətə iman gətirən kimsələr ona iman gətirər və namazlarını qılmağa davam edərlər. (Məkkə şəhəri İslam dünyasının mənəvi mərkəzidir. Onun ətrafından məqsəd isə bütün dünyadır. Həzrət Mühəmməd (s.ə.s.) həm Məkkə xalqına, həm də digər bütün insanlara göndərilmiş bir peyğəmbər olduğu üçün Qurani-Kərim də bütün insanlara xitab edir. Buna görə d...
Yusif Suresi, 41. Ayet:
Ey iki zindan yoldaşım! (Yuxularınızın
mənasına
gəldikdə) sizin biriniz yenə ağasına şərab içirdəcək, digəriniz isə edam olunacaq, quşlar da onun başından (dimdikləyib) yeyəcəklər. Haqqında soruşduğunuz iş belə həll edilmişdir!” (Birinizin həbsdən azad edilməsi, o birinizin asılması barəsində fərman verilmişdir!)...
Bəqərə Suresi, 104. Ayet:
Ey iman gətirənlər! (Peyğəmbərə xitab edərkən) «raina» (bizi riayət elə) deməyin, «unzurna» (bizə nəzər sal) deyin (-çünki, birinci ifadə yəhudilərin yanında nifrin
mənasına
dır-) və (Allahın əmrini) eşidin! Kafirlər üçün ağrılı bir əzab vardır....