Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 190. Ayet:
Ancaq Allah onlara sağlam bir övlad bəxş etdiyi zaman onlar həmin uşaq barəsində Ona şəriklər qoşdular. Allah isə onların qoşduqları şəriklərdən ucadır! (Bu ayənin təfsiri ilə əlaqəli bir neçə fərqli görüş vardır. Təbəri təfsirində bu ayənin izahı ilə əlaqəli belə bir hədis nəql olunmuşdur: “Həvva hamilə qaldığı zaman İblis onun ətrafında dolaşırdı. Çünki Həvvanın doğulan uşaqları yaşamırdı. İblis Həvvaya: “Sən ona Abdülharis adını qoy!” - demişdi. Həvva da hamilə olduğu uşağın adını Abdülharis ...
Bəqərə Suresi, 255. Ayet:
Allahdan başqa ilah yoxdur! O diridir, bütün məxluqatı idarə edir. O nə mürgüləyər, nə də yuxulayar. Göylərdə və yerdə nə varsa hamısı Onundur. İzni olmadan Onun yanında kim şəfaət edə bilər?! Önlərindəkini (edəcəkləri əməlləri) də, arxalarındakını (etdikləri əməlləri) də O bilir. (Yaradılanlar) Allahın elmindən, Onun dilədiyi qədərindən başqa heç nəyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları mühafizə etmək isə Ona çətin deyildir. Ən uca və ən böyük olan da Odur! (İ...
Ali-İmran Suresi, 75. Ayet:
Kitab əhlindən eləsi var ki, əgər ona çoxlu miqdarda (mal) əmanət etsən, onu sənə olduğu kimi qaytarar. Onlardan eləsi də var ki, əgər ona bir dinar əmanət etsən, başının üstündə möhkəm durub tələb etməyincə onu sənə qaytarmaz. Bu ona görədir ki, onlar belə demişdilər: “Ümmilərə görə bizə hər hansı bir günah yoxdur”. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər. (Bu ayədəki “ümmi” kəlməsi “əhli-kitabdan olmayan ərəblər”
mənasında
dır.)...
Rum Suresi, 30. Ayet:
Allahın insanları yaratdığı fitrət üzrə hənif olaraq üzünü dinə (İslama) çevir! Allahın (insanları fitrət üzrə) yaratmasında heç bir dəyişiklik yoxdur. Doğru din budur! Lakin insanların çoxu bunu bilmir. (“Hənif” tək olan Allaha inanan kimsəyə deyilir. Əsasən Həzrət İbrahim peyğəmbərin tövhid dini
mənasında
işlədilir.)...
Şüəra Suresi, 3. Ayet:
Sən özünü sözün əsl
mənasında
məhv edəcəksən, çünki inanmırlar....
Bəqərə Suresi, 59. Ayet:
(Özlərinə) zülm edənlər onlara deyilən (əmr olunan) sözü başqası ilə dəyişdirdilər (“bizi bağışla”
mənasında
işlədilən “hittə” sözünə gülərək onu “buğda”
mənasında
olan “hintə” sözü ilə əvəz etdilər). Biz də o zalımlara etdikləri haqsızlığa görə göydən şiddətli əzab göndərdik....
Kəhf Suresi, 1. Ayet:
Həmd olsun O Allaha ki, Kitabı (Quranı
mənasında
və sözlərində) heç bir əyriliyə (yanlışlığa və ziddiyyətə) yol vermədən Öz bəndəsinə (Muhəmmədə) nazil etdi!...
Ənam Suresi, 115. Ayet:
Rəbbinin sözü (Onun tovhidə dəvəti, həmçinin sonuncu kitabı və şəriəti
mənasında
) düzgünlük və (qanunvericilik mərhələlərində) ədalət baxımından kamil oldu. Onun sözlərini (kitab və şəriətini) əsla dəyişdirən olmayacaqdır. Odur eşidən və bilən!...
Zuxruf Suresi, 89. Ayet:
(Ey Peyğəmbər!) Buna görə də onlardan üz döndər və de: «(Sağ-)salam(at)!» (Bu, onların dəvəti qəbul etmələrindən ümidi üzmək və buna görə də dəvəti tərk edərək döyüş üçün fürsət gözləmək
mənasında
dır.) Tezliklə (Mədinədə hökümət qurulduqdan sonra) biləcəklər.»...
Nisa Suresi, 46. Ayet:
Yəhudilərdən bəziləri kəlmələrin yerlərini dəyişib, dillərini əyərək və dinə tənə vuraraq: "Eşitdik və qəbul etmədik, eşidiləsi olmayanı eşit və ra'ina" (ərəbcə "gözün üstümüzdə olsun!", yəhudilərdə isə nalayiq ifadə
mənasında
dır)" -deyirlər. Əgər onlar: "Eşitdik və itaət etdik! Eşit və bizə nəzər sal!" - desəydilər, onda bu, onlar üçün daha xeyirli və doğru olardı. Lakin kafirlikləri üzündən Allah onları lənətlədi. Onların ancaq az bir hissəsi iman gətirər....