Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
İsra Suresi, 60. Ayet:
Bir zaman sənə: “Həqiqətən, sənin Rəbbin (elmi və qüdrəti ilə) insanları əhatə etmişdir”, - demişdik. Sənə göstərdiyimiz o
mənzərəni
və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, ancaq bu onların azğınlığını daha da artırır. (Təfsirçilərin əksəriyyətinə görə, bu ayədəki “mənzərə” deyə tərcümə edilən “الرؤيا / rüya” kəlməsi Həzrət Peyğəmbərin Merac gecəsi gördüyü mənzərələrdir. “Lənətlənən ağac” isə, cəhənnəmdəki Zəqqum ağacıdır.)...
İsra Suresi, 60. Ayet:
(Ya Rəsulum!) Yadına sal ki, bir zaman sənə: “Rəbbin (Öz əzəli elmi və qüdrəti ilə) insanları ehtiva etmişdir (onların ixtiyarı Allahın əlində olduğu üçün sənə heç bir şey edə bilməzlər!)”–demişdik. (İsra gecəsi) sənə göstərdiyimiz
mənzərəni
və Quranda lənətlənmiş (Cəhənnəmdəki zəqqum adlı) ağacı insanlar (Məkkə əhli) üçün yalnız bir imtahan etdik (görək sənin sözünə inanacaqlar, ya yox). Biz onları qorxuduruq, lakin bu qorxutmaq onların tüğyanını artırmaqdan başqa bir şeyə kara gəlmir!...
İsra Suresi, 60. Ayet:
Rəbbinin insanları şübhəsiz (rəhməti və elmiylə) əhatə etdiyini sənə söyləmişdik. Sənə (qəlb gözü ilə) göstərdiyimiz o
mənzərəni
və Qurani Kərimdəki lənətlənmiş ağacı insanlara yalnız fitnə (imtahan) etdik. Biz onları qorxuduruq. Lakin bu onların böyük azğınlıqlarından başqa bir şeyi artırmır....
İsra Suresi, 60. Ayet:
Bir zaman Biz sənə: “Rəbbin insanları əhatə etmişdir”– demişdik. (Meracda) sənə göstərdiyimiz
mənzərəni
və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, bu isə onlarda ancaq böyük bir azğınlığı daha da artırır....
Ənbiya Suresi, 97. Ayet:
Haqq olan vəd (Qiyamət) yaxınlaşar, beləliklə kafirlərin gözləri qəflətən (
mənzərəni
n əzəmətindən və dəhşətindən) bərələ və hərəkətsiz qalar (və fəryad qopararlar ki:) «Vay olsun bizə ki, bu çətin (gün)dən qəflətdə olmuşuq; biz hətta zalım bir dəstə olmuşuq (və qəflətimiz öz zülmlərimizin nəticəsində yaranıb).»...