Yunus Suresi, 24. Ayet: Həqiqətən, dünya həyatının məsəli su
kimidir ki, səmadan nazil edirik, ta onun vasitəsi ilə müxtəlif
göyərtilər ərzdən çıxarar – nədən ki, insanlar və heyvanlar
yeyirlər. Ta onda ki, ərz gözəlləşib və zinətlənə və onun əhli
zənn edələr ki, onları becərib-yığmağa qadirdirlər, birdən
Bizim əmrimiz gecə çağı, ya gündüz yetişib və onların
hamısını biçilmiş edər, sanki, dünənki gün orada heç bir şey
yox idi. Belə müfəssəl bəyan edirik ayətlərimizi fikirləşən
qoum üçün....
Nur Suresi, 62. Ayet: İnananlar yalnız o kəslərdir ki, inanırlar Allah ilə və
Onun rəsulu ilə. Onda ki, onunla birlikdə ümumi bir işdə
olurlar, getməzlər, ta ondan izn istəməsələr. Həqiqətən, o kəslər
ki, səndən izn istəyirlər, həmin onlar o kəslərdir ki, inanırlar
Allah ilə və Onun rəsulu ilə. Onda ki, səndən izn istəyirlər bəzi
şeylərində, izn ver onlardan kimə istəsən və bağışlanmaq istə
onlar üçün Allahdan. Həqiqətən, Allah Ğəfurdur, Rəhimdir!...
Məhəmməd Suresi, 15. Ayet: Məsəli cənnətin, hansı ki,
vəd verilib müttəqilərə: orada nəhrlər sudan – duru, təmiz,
xarab olmayan və nəhrlər süddən, tamı dəyişmir. Nəhrlər
şərbətdəndir, ləzzətlidir içənlər üçün və nəhrlər əsil baldandır.
Onlar üçün orada külli səmaratdan və bağışlanmaq
Rəblərindən. O kəs kimidir ki, o, həmişəlik qalacaqdır odda və
onu hamamdakı qaynar su ilə içirdirlər və qət edəcək daxilini,
onların?...
Müddəssir Suresi, 31. Ayet: Etdik Biz sahibini odun, ancaq mələklər.
Etdik onların sayını sınaq o kəslər üçün ki, kafirdirlər, ondan
ötrü ki, yəqin bilsinlər o kəslər ki, kitab verilib və artırsınlar o
kəslər ki, inanırlar, imanlarını. Və şübhədə olmasınlar o kəslər
ki, onlara kitab verilib və inananlar. Ondan ötrü ki, deyələr o
kəslər ki, qəlblərində mərəz var və kafirlər: «Bu məsəllə Allah
nə istəyirdi?» Beləcə Allah kimi istəsə zəlalətdə tərk edər və
kimi istəsə doğru yola hidayət edər. Heç kim Rəbbinin
qoşunlar...