Əraf Suresi, 54. Ayet: Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə istiva edən, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyən, günəşi, ayı və ulduzları Öz əmrinə boyun əymiş bir halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır! (“İstiva” sözü lüğətdə “hökmranlığı altına almaq, yüksəlmək, ucalmaq” və s. mənalara gəlir. Mütəşabeh ayələrdən olan bu ayədəki istivanın tam olaraq nə mənaya gəldiyi barəsində fərqli fikirlər i...
Bəqərə Suresi, 255. Ayet: Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur....