Loğman Suresi, 20. Ayet: (Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də vardır ki, nə bir elmi, nə bir doğru yol göstərən rəhbəri, nə də bir nurani (ilahi) kitabı olmadan Allah barəsində mübahisə edər....
Həcc Suresi, 40. Ayet: Əgər Allah, insanların bir qismini digər bir qismi ilə dəf edib qarşısını almasaydı, mütləq surətdə, fidan, tumurcuq, ağacdakı meyvə, yığılmış taxıl, paxlalı bitkilər, susuz torpaqlardakı tikanlar, tikilib ucaldılmış binaların hamısı, bütün ticarət yerləri; bazarlar, bütün səlat; yardım yerləri (iş; məşğulluq və istihsal yerləri, təhsil və tədris müəssisələri və təhlükəsizlik mərkəzləri) və içərisində Allahın adı çoxlu-çoxlu yada salınan məscidlər yerlə yeksan edilərdi. ...