Nisa Suresi, 36. Ayet: Allaha qul olun. Ona heç bir şeyi ortaq qoşmayın. Ana-ataya, qohuma, yetimlərə, miskinlərə, yaxın qonşuya, uzaq qonşuya, yanınızdakı dostlarınıza, yolda qalmışa və əlinizin altında sahib olduqlarınıza (köləyə, cariyəyə, işçilərə) ehsanla davranın (gözəl davranın, yaxşılıq edin). Şübhəsiz ki, Allah kibirli olan və lovğalıq edən kəsləri sevməz....
Bəqərə Suresi, 177. Ayet: Gerçək yaxşılıq (Möminlik) üzünüzü şərqə və qərbə tərəf çevirmənizdə deyildir. Lakin yaxşılıq (Möminlik) o kəslərdədir ki, onlar Allaha, axirət gününə, mələklərə, Kitaba və peyğəmbərlərə iman gətirir, öz malından ona (mala) olan məhəbbətinə baxmayaraq qohum-əqrabaya, yetimlərə, miskinlərə, yolçulara, dilənçilərə və kölələrə verir, namaz qılır, zəkat verir, etdikləri əhd-peymana sadiq olur, ehtiyacda, ağır məqamda və bədbəxtlik üz verəndə dözür. Onlar (imana) sadiq olanlardır, onlar müttəqilərdir...