Maidə Suresi, 116. Ayet: Və (yada sal Qiyamət gününü) o zaman(ı) ki, Allah buyuracaq: «Ey Məryəm oğlu İsa, insanlara sən demisən ki, «məni və mənim anamı Allah yerinə iki tanrı kimi qəbul edin?» Dedi: «(Ey Rəbbim,) Sən (hər bir eyb və nöqsandan) paksan, mənə haqqım olmayan şeyi demək yaraşmaz, əgər demiş olsaydım şübhəsiz, Sən onu bilərdin, Sən mənim nəfsimdə olanı bilirsən, (amma) mən Sənin zatında olanı bilmirəm, həqiqətən Sənsən gizlinləri kamil bilən!»...
Həşr Suresi, 23. Ayet: O, Ondan başqa heç bir tanrı olmayan Allahdır. O, Məlikdir (varlıq aləminin sultanı və hökmranıdır), Qüddüsdür (müqəddəsdir. Hər hansı bir eybdən, nöqsandan, şərikdən və övladdan uzaq və pakdır), Salamdır (zatı eybdən, sifətləri nöqsandan, işləri şərdən salamatdır), Mömindir (Öz tovhidini bəyan edəndir. Öz zatının və sifətlərinin həqiqətinə imanı olan, hər bir zülmdən və pislikdən amanda saxlayandır), Muhəymindir (əmindir, hər bir şeyə hakim və üstündür, bütün varlığı qoruyan və hər bir şeyə nəz...
Əraf Suresi, 143. Ayet: Musa təyin etdiyimiz yerə gəlib, Rəbbi də onunla danışdıqda: “Rəbbim! Mənə (özünü) göstər, sənə baxım”, – dedi. Allah isə: “Məni (dünyada) qətiyyən görə bilməzsən. Lakin (o) dağa bax, əgər o, yerində durarsa, sən məni görə bilərsən”, – dedi. Rəbbi dağa təcəlli etdikdə onu darmadağın etdi. Musa da özündən gedib yıxıldı. Oyandıqda: “Səni nöqsanlardan uzaq tuturam, Allahım! Sənə tövbə etdim. Mən inananların ilkiyəm”, – dedi....
Həşr Suresi, 23. Ayet: O, özündən başqa heç bir ilah olmayan Allahdır. O, mülkün əsl sahibi, müqəddəs (hər cür nöqsandan uzaq), sülh və əmin-amanlıq mənbəyi, əminlik verən, qoruyan, mütləq güc sahibi, islah edən, istədiyini etdirən və böyüklükdə misilsiz olan Allahdır. Allah onların şərik qoşduqlarından uzaqdır....
Həşr Suresi, 23. Ayet: O, Özündən başqa məbud deyə bir şey olmayan Allahdır. O, bütün kainatın hökmdarıdır, tərtəmizdir, hər cür pislik və nöqsanlıqdan uzaq, hər cür qüsurdan uzaq; möhkəm, etibarlı, hifz edən, qoruyan, təsdiqləyən və mötəbər, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, istədiyini məcburi qaydada etdirən, əlçatmaz, əzəmətli, ehtiyacları aradan qaldıran, işləri düzəldən, çarə tapan, böyüklük və ucalıqda tək olan; hər şeydə və hər hadisədə böyüklüyünü göstərəndir. Al...
Həşr Suresi, 24. Ayet: O, əmələ gətirən, qüsursuz yaradan, hər şeyə şəkil və surət verən Allahdır. Ən gözəl adlar Ona məxsusdur. Göylərdə və yer üzündə olanlar Onu nöqsan sifətlərdən pak tuturlar. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/[etdiyini] möhkəm edəndir....
Cümə Suresi, 1. Ayet: Göylərdə və yer üzündə olan şeylər, bütün kainatın hökmdarı, pak, hər cür pislik və nöqsandan uzaq olan, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/[etdiyini] möhkəm edən Allahı nöqsanlıqlardan pak tuturlar....