Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 176. Ayet:
Əgər Biz istəsəydik, onlarla (həmin ayələrlə) onu ucaldardıq. Lakin o, dünyaya meyil etdi və öz
nəfsinin
arzularına uydu. Onun halı bir köpəyin halına bənzəyir; üstünə cumsan da ləhləyər, qoyub getsən də ləhləyər. Bu, ayələrimizi yalanlayan qövmün halıdır. Hadisələri (onlara) nəql et ki, bəlkə, onlar düşünüb təfəkkür edərlər....
Kəhf Suresi, 28. Ayet:
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz,
nəfsinin
istəklərinə uyan və işində ifrata varan kimsəyə boyun əymə! (Qüreyş qəbiləsinin başçılarından bəziləri Həzrət Peyğəmbərdən (s.ə.s.), Allaha və Peyğəmbərə səmimi-qəlbdən bağlı olan yoxsul möminləri qovmasını istəmiş və bu təqdirdə onunla görüşə biləcəklərini bildirmişdilər. Buna görə də yu...
Furqan Suresi, 43. Ayet:
Nəfsinin
arzularını ilahlaşdıran kimsəni gördünmü? Onu sənmi qoruyacaqsan?...
Məhəmməd Suresi, 14. Ayet:
Rəbbindən gələn açıq-aydın bir dəlilə əsaslanan kimsə pis əməli özünə gözəl göstərilən və
nəfsinin
arzularına uyan kimsə kimi ola bilərmi?!...
Qaf Suresi, 16. Ayet:
Şübhəsiz ki, insanı Biz yaratdıq və
nəfsinin
ona verdiyi vəsvəsələri bilirik. Biz ona şah damarından daha yaxınıq....
Həşr Suresi, 9. Ayet:
Onlardan əvvəl (Mədinədə) məskən salmış və iman qəlblərinə yerləşmiş kimsələr (ənsar) hicrət edərək yanlarına gələnləri sevərlər. Onlara verilənlərə görə qəlblərində bir həsəd duyğusu hiss etməz və özləri ehtiyac içində olsalar belə, (hicrət edənləri) özlərindən üstün tutarlar. Kim
nəfsinin
xəsisliyindən qorunarsa, onlar əsil nicat tapanlardır....
Təğabun Suresi, 16. Ayet:
Bacardığınız qədər Allahdan qorxun, (sizə verilən öyüdlərə) qulaq asın, Ona itaət edin və öz xeyriniz üçün infaq edin!
Nəfsinin
xəsisliyindən qorunanlar əsil nicat tapanlardır....
Qəsəs Suresi, 50. Ayet:
Əgər sənə cavab verməzlərsə, bil ki, onlar ancaq öz nəfslərinin arzularına tabe olurlar. Allah tərəfindən göndərilən bir hidayət rəhbərinə uymayıb öz
nəfsinin
arzusuna uyan kimsədən daha azğın kim ola bilər?! Allah zalımları doğru yola yönəltməz....
Taha Suresi, 16. Ayet:
Ona (axirətə) inanmayan və
nəfsinin
arzularına uyan kimsə səni əsla (ona inanmaqdan) yayındırmasın! Yoxsa məhv olarsan!...
Casiyə Suresi, 23. Ayet:
Nəfsinin
istəklərini özünə ilah qəbul edəni gördünmü?! Allah onu Öz əzəli elmi ilə bildiyi üçün haqq yoldan azdırıb qulağını və qəlbini möhürləmiş, gözünə də pərdə çəkmişdir. Elə isə Allahdan başqa kim onu doğru yola yönəldə bilər?! Hələ də düşünüb öyüd almırsınızmı?...
Nisa Suresi, 27. Ayet:
Allah tövbənizi qəbul etmək istəyir.
Nəfsinin
ardınca gedənlər sənin dərin bir azğınlığa düşməyini istəyirlər....
Əraf Suresi, 176. Ayet:
Əgər istəsək, onunla birlikdə yüksəldə bilərdik. Amma yerə yapışıb
nəfsinin
ardınca getdi. Onun vəziyyəti itin vəziyyətinə bənzəyir ki, ona yaxınlaşsan da dilini və şalvarını çıxarır, sən yaxınlaşmasan da dilini və şalvarını çıxarır. Bu, ayələrimizi inkar edən insanların vəziyyətidir. Bu əhvalatı danış, bəlkə məsləhət görəcəklər....
Kəhf Suresi, 28. Ayet:
Səhər-axşam Rəbbinə dua edənlərlə birlikdə olmaqda səbir et, Onun yoluna üz tut. Dünya həyatının cazibəsinə aldanaraq gözünüzü onlardan çəkməyin. Qəlbini zikrimizdən qafil etdiyimiz,
nəfsinin
ardınca gedən, işi həddən artıq olan kimsəyə təslim olma....
Qəsəs Suresi, 50. Ayet:
Lakin onlar sənə tabe olmasalar, bil ki, onlar öz nəfslərinə tabedirlər. Allahın hidayəti olmadan
nəfsinin
istəklərinə uyandan daha azğın kim ola bilər? Şübhəsiz ki, Allah zalım camaatı doğru yola yönəltməz....
Məhəmməd Suresi, 14. Ayet:
Rəbbinin açıq-aydın elminə tabe olan şəxs, pis əməlləri yaxşı görünən və
nəfsinin
istəklərinə uyan kimsə ilə eyni ola bilərmi?...
Təğabun Suresi, 16. Ayet:
Allaha qarşı bacardığınız qədər təqvalı olun. Dinləyin və itaət edin. Öz yaxşılığınız üçün xərcləyin. Kim
nəfsinin
xəsisliyindən qoruyarsa, nicat tapanlar da məhz onlardır....
Əraf Suresi, 176. Ayet:
Əgər Biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o, yerə (dünyaya) meyl edib
nəfsinin
istəklərinə uydu. O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxardıb ləhləyər, cummasan da (Onun üçün heç bir fərqi yoxdur). Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. (Ey Peyğəmbərim!) Bu əhvalatları (yəhudilərə) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər!...
Maidə Suresi, 77. Ayet:
De: “Ey kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Əvvəlcə yolunu azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın
nəfsinin
istəklərinə uymayın!”...
Kəhf Suresi, 28. Ayet:
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbrli apar (nəfsini qoru). Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul möminlərdən) çevirmə. Qəlbini Bizi (Quranı) xatırlamaqdan qafil etdiyimiz,
nəfsinin
istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!...
Qaf Suresi, 16. Ayet:
And olsun ki, insanı Biz yaratdıq və
nəfsinin
ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha məlumdur!)...
Həşr Suresi, 9. Ayet:
Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd əleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən)
nəfsinin
xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!...
Təğabun Suresi, 16. Ayet:
Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun. (Sizə verilən öyüd-nəsihətə) qulaq asın; (Allaha və Peyğəmbərinə) itaət edin və (mal-dövlətinizdən Allah yolunda) xərcləyin. Bu sizin özünüz üçün xeyirli olar. (Allah tərəfindən)
nəfsinin
xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır!...
Taha Suresi, 16. Ayet:
Ehtiyatlı ol ki, (qiyaməti) danıb
nəfsinin
istəklərinə uyan bir kəs səni ona inanmaqdan yayındırmasın, yoxsa məhv olarsan!...
Nisa Suresi, 111. Ayet:
Kim bir günah qazanarsa, o təqdirdə onu yalnız öz
nəfsinin
əleyhinə qazanar. Allah Alimdir (ən yaxşı biləndir), Hakimdir (hökm və hikmət sahibidir)....
Əraf Suresi, 176. Ayet:
Əgər diləsəydik onu onunla (ayələrimizlə) əlbəttə ucaldardıq. Lakin o, dünyaya meyl etdi və həvasına (
nəfsinin
afətlərinə) tabe oldu. Artıq onun halı köpəyin halı kimidir, onu qovsan da ləhliyər, onu tərk etsən də (öz başına buraxsan da) ləhliyər. Ayələrimizi yalanlayan qövmün halı bax belədir. Artıq bu hekayəni anlat, bəlkə onlar təfəkkür edərlər....
Taha Suresi, 16. Ayet:
Elə isə ona (qiyamət saatına) inanmayanlar və həvəsinə (
nəfsinin
afətlərinə) tabe olanlar əsla səni ondan yayındırmasın. O təqdirdə sən də həlak olarsan....
Taha Suresi, 81. Ayet:
Sizə ruzi verdiyimiz təmiz şeylərdən yeyin və yediyiniz şeylərdə nankorluq etməyin. Əks halda sizə qəzəbim enər. Kimin üzərinə qəzəbim enərsə, artıq o həva olmuşdur (
nəfsinin
həvasına tabe olub dəlalətə düşmüşdür)....
Sad Suresi, 26. Ayet:
Ey Davud! Şübhəsiz ki Biz, səni yer üzünün xəlifəsi etdik. Bunun üçün insanlar arasında haqq ilə hökm et!
Nəfsinin
istəklərinə tabe olma! Əks halda səni Allahın yolundan sapdırar. Şübhəsiz ki, Allahın yolundan sapanlara hesab gününü unutmaları səbəbiylə şiddətli əzab vardır....
Şura Suresi, 15. Ayet:
Buna görə də artıq sən onları dəvət et. Əmr olunduğun kimi istiqamət üzrə ol. Onların
nəfsinin
istəyinə tabe olma. Onlara de ki: ‘Allahın kitabdan nazil etdiyinə iman etdim. Sizin aranızda ədalətli olmaqla əmr olundum. Allah sizin də Rəbbiniz, bizim də Rəbbimizdir. Bizim əməlimiz bizə, sizin əməliniz sizədir. Sizinlə bizim aramızda bir höccət (mübahisə) yoxdur. Allah bizi bir yerə toplayacaq. Dönüş Ona (Allahadır).’...
Qaf Suresi, 16. Ayet:
And olsun ki, insanı Biz yaratdıq.
Nəfsinin
ona nə vəsvəsələr verəcəyini bilirik. Biz ona şah damarından daha yaxınıq....
Təğabun Suresi, 16. Ayet:
Artıq Allah üçün gücünüzün çatdığı qədər (ən üst səviyyədə) təqva sahibi olun. Dinləyin və itaət edin! Özünüz üçün xeyir olaraq infaq edin. Kim
nəfsinin
xəsisliyindən özünü qorusa (çəkindirsə), o təqdirdə onlar fəlaha (qurtuluşa) çatanlardır....
Naziat Suresi, 40. Ayet:
Lakin, kim Rəbbinin məqamından qorxmuş və
nəfsinin
həva-həvəslərinə mane olmuşsa,...
Şəms Suresi, 10. Ayet:
Kim
nəfsinin
qüsurlarını örtməyə çalışdısa, hüsrana uğramışdır....
Tin Suresi, 5. Ayet:
Sonra onu əsfəli safilinə (ən səfil hala,
nəfsinin
qaranlıqlarına) çevirdik....
Kəhf Suresi, 28. Ayet:
Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbrli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz,
nəfsinin
istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!...
Furqan Suresi, 43. Ayet:
Nəfsinin
istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən?...
Qaf Suresi, 16. Ayet:
İnsanı Biz yaratdıq və
nəfsinin
ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq....
Həşr Suresi, 9. Ayet:
(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar.
Nəfsinin
tamahından qorunan kimsələr nicat tapanlardır....
Təğabun Suresi, 16. Ayet:
Nə qədər bacarırsınızsa Allahdan qorxun. (Peyğəmbərə) qulaq asıb itaət edin və (malınızdan) öz xeyriniz üçün xərcləyin.
Nəfsinin
tamahından qorunanlar nicat tapanlardır....
Qəsəs Suresi, 50. Ayet:
Əgər sənə cavab verməsələr, bil ki, onlar nəfslərinin istəklərinə uymuşlar. Allahdan bir doğru yol göstəricisi gəlməyincə öz
nəfsinin
istəyinə uyandan daha çox azmış kim ola bilər?! Şübhəsiz ki, Allah zalım adamları doğru yola yönəltməz....
Taha Suresi, 16. Ayet:
Qoy ona inanmayan və
nəfsinin
istəklərinə uyan bir kəs səni ondan yayındırmasın, yoxsa məhv olarsan!...
Casiyə Suresi, 23. Ayet:
Nəfsinin
istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah (əzəli )elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız?...
Ənam Suresi, 12. Ayet:
De: «Kimin üçündür səmalarda və ərzdə olanlar?» De: «Allah üçündür! Yazıb üzərinə Öz
Nəfsinin
rəhməti. O cəm edəcək sizi qiyamət günündə ki, onda şübhə yoxdur! O kəslər ki, öz nəfslərinə xəsarət yetirirlər – həmin onlar inanmazlar! ...
Fəth Suresi, 10. Ayet:
Həqiqətən, o kəslər ki, beyət edirlər sənə, həqiqətdə, onlar beyət edirlər Allaha. Allahın Əli onların əlləri üstündədir. Kim küsərək bunu pis etsə, həqiqətdə nə ki, o küsərək öz
nəfsinin
əleyhinə pis etmişdir. Kim vəfa edə nə ilə ki, əhd bağlayıb üzərində onun Allaha, O əta edəcək ona əzəmətli əcr....
Qiyamə Suresi, 14. Ayet:
Bəli! Insan öz
nəfsinin
üzərində bəsirətlidir!...
Nisa Suresi, 28. Ayet:
Allah (müvəqqəti evlənmək, kənizi almaq və digər qanunlarla) sizə yüngüllük gətirmək istəyir. İnsan (
nəfsinin
istəkləri müqabilində) zəif və aciz yaradılmışdır....
Qaf Suresi, 16. Ayet:
Şübhəsiz, insanı Biz yaratdıq və
nəfsinin
ona nə ilə vəsvəsə etdiyini bilirik. Biz ona şah damarından da yaxınıq....
Təğabun Suresi, 16. Ayet:
Allahdan bacardığınız qədər qorxun, (Onun dəvətini və əmrlərini) eşidin, itaət edin və (can və mal-dövlətinizdən Allah yolunda) sərf edin ki, bu özünüz üçün daha yaxşıdır.
Nəfsinin
xəsisliyindən qorunub saxlanılan kimsələr, məhz onlar səadətə qovuşanlardır!...
Taha Suresi, 16. Ayet:
“Buna inanmayan və
nəfsinin
istəklərinə uyan kimsələr səni ondan (o gün üçün hazırlıq görməkdən) yayındırmasın, yoxsa sonra həlak olarsan!”...
Furqan Suresi, 43. Ayet:
Öz
nəfsinin
arzusunu özünə tanrı tutanı gördünmü? Ona sənmi vəkil olacaqsan?...
Qəsəs Suresi, 50. Ayet:
Əgər (bu barədə) sənə cavab verə bilməsələr, bil ki, onlar sadəcə nəfslərinin arzularına uyurlar. Allahdan bir hidayət olmadan öz
nəfsinin
arzusuna uyandan daha sapqın kim ola bilər? Şübhəsiz, Allah zalımlar qövmünü doğru yola yönəltməz....
Casiyə Suresi, 23. Ayet:
Nəfsinin
arzusunu ilahlaşdıran, Allahın (halını) bildiyi üçün sapdırdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə isə pərdə çəkdiyi kimsəni gördünmü? İndi Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Hələ də düşünüb ibrət götürməyəcəksinizmi?...
Qaf Suresi, 16. Ayet:
And olsun, insanı biz yaratdıq və
nəfsinin
ona verdiyi vəsvəsəni də biz bilirik. Çünki biz ona şah damarından daha yaxınıq....
Həşr Suresi, 9. Ayet:
Onlardan (mühacirlərdən) əvvəl o yurda (Mədinəyə) yerləşmiş və imanı da qəlblərinə yerləşdirmiş olanlar hicrət edənləri sevərlər. Onlara verilənlərdən ötrü ürəklərində bir narahatlıq hiss etməzlər. Özləri çox ehtiyac içində olsalar belə onları özlərindən üstün tutarlar. Kim
nəfsinin
xəsisliyindən, hərisliyindən qorunarsa, onlar məhz nicat tapanlardır....
Təğabun Suresi, 16. Ayet:
O halda bacardığınız qədər Allaha qarşı gəlməkdən çəkinin. Dinləyin, itaət edin, öz yaxşılığınız üçün xərcləyin. Kim
nəfsinin
xəsisliyindən qorunsa, onlar məhz nicat tapanlardır....
Qaf Suresi, 16. Ayet:
İnsanı Biz xəlq etmişik və
nəfsinin
ona nəyi vəsvəsə [təlqin] etdiyini də bilirik. Axı Biz ona şah damarından da yaxınıq....
Həşr Suresi, 9. Ayet:
Onlardan əvvəl bu yurdda [Mədinədə] və imanda qərar tutanlar [ənsarlar] onların yanına hicrət edib gələnləri sevərlər və onlara bəxş olunan (qənimətlərə) ürəklərində həsəd aparmazlar. Özləri sıxıntı içərisində olsa belə (onları) özlərindən üstün tutarlar. Kim
nəfsinin
tamahından qorunarsa onlar uğura qovuşanlardır!...
Təğabun Suresi, 16. Ayet:
Belə isə bacardığınız qədər Allahdan qorxun, qulaq asın, itaət göstərin və (malınızı) öz xeyiriniz üçün (Allah yolunda) xərcləyin. Bu, sizin üçün daha xeyirlidir. Kim
nəfsinin
xəsisliyindən, tamahından qorunmuşdur, onlar uğura qovuşanlardır....
Nəhl Suresi, 111. Ayet:
O gün, hər kəs öz
nəfsinin
hayında olaraq gələcək və hər kəs etdiyi şeylərin əvəzini əskiksiz alacaq. Və onlar haqsızlığa məruz qalmayacaq....
Qaf Suresi, 16. Ayet:
Və and olsun ki, insanı Biz əmələgətirdik.
Nəfsinin
ona nələr pıçıldadığını da bilirik. Və Biz, ona şah damarından da yaxınıq. ...
Həşr Suresi, 9. Ayet:
Onlardan əvvəl o yurda və imana yiyələnən kəslər də, özlərinə [öz yanlarına] hicrət edənləri sevər, onlara verilənlərə görə ürəklərində bir ehtiyac hiss etməzlər. Özlərinin ehtiyacları olsa belə, onları özlərindən üstün tutarlar. Kim
nəfsinin
xəsisliyindən özünü qorusa, məhz onlar, müvəffəqiyyətə nail olanlardır....
Təğabun Suresi, 16. Ayet:
Buna görə də, bacardığınız qədər Allahın mühafizəsi altına daxil olun, eşidin və itaət edin. Və mallarınızdan, Allah yolunda xərcləyin/başda yaxınlarınız olmaqla başqalarının ehtiyaclarını təmin edin ki, bu [belə etmək] sizin üçün daha xeyirlidir. Kim
nəfsinin
tamahkarlığından özünü qorusa, bax məhz onlar, müvəffəqiyyətə qovuşanlardır....