Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ənam Suresi, 108. Ayet:
Allahdan başqasına dua edənlərə (sitayiş edənlərə) söyməyin! Yoxsa onlar da, bilmədən düşməncəsinə Allaha söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini cazibəli göstərdik. Sonra onların qayıdışı Rəbbinin hüzurunadır. O (Allah), etdikləri əməlləri onlara xəbər verəcəkdir. (Yuxarıdakı ayədən də aydın olduğu kimi, hər hansı xalqın, yaxud fərdin müqəddəs hesab etdiyi şeylərə söyməmək və onları təhqir etməmək lazımdır. Çünki bu kimi hərəkətlər nəticəsində onlar da buna reaksiya verərək müsəlmanların...
Bəqərə Suresi, 197. Ayet:
Həcc məlum aylardır. Kim həcci vacib edərsə; Həmin müddətdə
nalayiq
davranış, günah, döyüş olmaz. Nə yaxşılıq etsəniz, Allah onu bilir. Müddəaları alın. Şübhəsiz ki, ən yaxşı ruzi təqvadır. Ey sağlam düşüncə sahibləri! Mənə qarşı təqvalı ol!...
Tövbə Suresi, 74. Ayet:
(Münafiqlər) Allaha and içirlər ki, (Peyğəmbər haqqında
nalayiq
sözlər) deməyiblər. (And olsun ki) onlar küfr sözünü demiş, islamı (zahirən) qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə (Təbuk döyüşündən qayıdarkən Peyğəmbərə qarşı hazırladıqları sui-qəsdə) girişmişdilər. (Münafiqlərin Peyğəmbərə və möminlərə qarşı) kin-küdurət bəsləmələrinin səbəbi yalnız Allahın və Peyğəmbərinin Öz nemətləri ilə onları varlandırmasıdır. Bununla belə, əgər (ikiüzlülüklərindən və digər yar...
Tövbə Suresi, 122. Ayet:
(Ehtiyac olmadıqda) möminlərin hamısı birdən (cihada, döyüşə) çıxmamalıdır. Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onu dindaşlarına öyrətmək üçün) qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən,
nalayiq
hərəkətlərdən) çəkinsinlər!...
Maidə Suresi, 2. Ayet:
Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə (həcc mərasiminə), haram (hörmətli) aya (həcc ayı hesab edilən zülhiccəyə və ya rəcəb zülqədə, zülhiccə və məhərrəm aylarına), (Kəbəyə gətirilən) qurbanlara, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytülhərama (müqəddəs evə) üz tutub (ziyarətə) gələnlərə hörmətsizlik etməyin! [Onlara qarşı
nalayiq
işlər görməyi özünüzə halal (rəva) bilməyin!] Ehramdan çıxdığınız zaman (istəsəniz) ov edin. ...
Maidə Suresi, 117. Ayet:
Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: “Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim (onları belə
nalayiq
hərəkətlər etməyə qoymurdum). Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən!...
Həcc Suresi, 72. Ayet:
Ayələrimiz onlara açıq-aşkar surətdə oxunduğu zaman (yaxud açıq-aşkar ayələrimiz oxunduqda) kafir olanların çöhrəsində bir ikrah (nifrət) sezərsən. Onlar ayələrimizi oxuyanların üstünə az qala hücum çəksinlər. (Ya Rəsulum!) De: “Sizə bundan (Quran oxunduğu zaman etdiyiniz
nalayiq
hərəkətlərdən) daha pisini xəbər verimmi? – Cəhənnəm (odu)! Allah onu kafirlərə vəd etmişdir. O nə pis məskəndir! (Nə pis qayıdış yeridir!)”...
Möminun Suresi, 96. Ayet:
Sən pisliyi yaxşılıqla dəf et! (Gözəl xislət sahibi olub sənə pislik edəni, əziyyət verəni əfv et!) Biz (müşriklərin Bizə) aid etdikləri sifətləri (və sənin haqqında dedikləri
nalayiq
sözləri) daha yaxşı bilirik!...
Nur Suresi, 15. Ayet:
O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında
nalayiq
söz danışmaq) Allah yanında çox böyük günahdır!...
Ənkəbut Suresi, 46. Ayet:
Kitab əhlinin zülm edənləri (cizyə verməyənləri, sizinlə vuruşmaq istəyənləri) istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! (Onlarla xoş rəftar edib ürəklərini ələ alın və özünüzdən incitməyin. Onların kobudluğuna nəzakətlə, qəzəblərinə soyuqqanlıqla cavab verin.
Nalayiq
işlər gördükdə nəsihət edib düz yola çağırın. Yox, əgər üstünüzə silah qaldırsalar, siz də silahlanıb onlarla vuruşun və onları təslim olmağa, cizyə verməyə məcbur edin!) Və (onlarla söhbət etdikdə) belə deyin: “Biz h...
Ali-İmran Suresi, 114. Ayet:
Onlar Allaha v? axir?t gunun? iman g?tirir, b?y?nil?n is? ?mr edir,
nalayiq
isd?n c?kindirir v? xeyir isl?r? t?l?sirl?r. Onlar l?yaq?tlil?rd?ndirl?r....
Yunus Suresi, 8. Ayet:
onların qalacaqları yer qazandıqlarının (qəlbləri ilə qazandıqları
nalayiq
əqidələrin və əlləri ilə qazandıqları günahların) cəzası olaraq oddur....
Hud Suresi, 46. Ayet:
(Allah) buyurdu: «Ey Nuh, o sənin ailəndən deyil (ögey oğlundur və ya küfr və itaətsizlik nəticəsində qohumluq tellərini qırıb, çünki) o (başdan-başa)
nalayiq
əməldir! Buna görə də Məndən, bilmədiyin şeyi istəmə. (Nuh Allahdan oğlunun bağışlanmasını istəmək ərəfəsində idi ki, Allah onu bu işdən çəkindirdi.) Mən nadanlardan olmayasan deyə sənə öyüd verirəm.»...
Nəhl Suresi, 74. Ayet:
Buna görə də Allah üçün (şərik, zövcə və qızlarının olması kimi
nalayiq
) məsəllər çəkməyin. Həqiqətən Allah (belə məsəllərin çirkinliyini və qeyri-mümkün olmasını) bilir və siz bilmirsiniz....
Həcc Suresi, 41. Ayet:
O kəslərə ki, əgər yer üzündə onlara qüdrət (hakimiyyət) və güc versək namaz qılar, zəkat verər, (insanları ağıl və şəriət tərəfindən) bəyənilən bütün işlərə vadar edər və (onları) hər bir
nalayiq
və çirkin işdən saxlayarlar. Bütün işlərin sonu Allaha məxsusdur....
Əhzab Suresi, 10. Ayet:
O zaman (şəhərinizin) yuxarı və aşağı tərəfindən sizə üz tutmuşdular. O zaman gözlər (qorxunun şiddətindən bayılmış adamların gözləri kimi) əyilmiş və ürəklər ağıza gəlmişdi və (siz) Allah (barəsində)
nalayiq
gümanlara düşmüşdünüz....
Duxan Suresi, 20. Ayet:
Və əlbəttə, mən sizin məni qovmağınızdan, yaxud
nalayiq
sözlər deməyinizdən, yaxud daşlamağınızdan və ya öldürməyinizdən özümün və sizin Rəbbinizə pənah apardım....
Tur Suresi, 12. Ayet:
O kəslər(in) ki, (batil və
nalayiq
söz və işə) bataraq oynayırlar....
Müzzəmmil Suresi, 10. Ayet:
Onların dediklərinə (
nalayiq
söz və iftiralarına) səbr et və onlardan gözəl bir tərzdə (səbrlə, sənə cihad əmri verilənə qədər onlarla döyüşmədən) uzaqlaş....
Əla Suresi, 1. Ayet:
Ən üstün və uca olan Rəbbinin adını pak və müqəddəs tut! (Dillə Onun paklığına sitayiş et, qəlblə Onu hər bir eyb və nöqsandan pak bil, və Ona məxsus adları Ondan başqasına aid etmə, o adları təhrif etmə və
nalayiq
yozumlar etmə.)...
Nisa Suresi, 46. Ayet:
Yəhudilərdən bəziləri kəlmələrin yerlərini dəyişib, dillərini əyərək və dinə tənə vuraraq: "Eşitdik və qəbul etmədik, eşidiləsi olmayanı eşit və ra'ina" (ərəbcə "gözün üstümüzdə olsun!", yəhudilərdə isə
nalayiq
ifadə mənasındadır)" -deyirlər. Əgər onlar: "Eşitdik və itaət etdik! Eşit və bizə nəzər sal!" - desəydilər, onda bu, onlar üçün daha xeyirli və doğru olardı. Lakin kafirlikləri üzündən Allah onları lənətlədi. Onların ancaq az bir hissəsi iman gətirər....