Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Hud Suresi, 114. Ayet:
Gündüzün iki başında və gecənin ilk vaxtlarında namaz qıl! Həqiqətən, yaxşı əməllər pis əməlləri yox edər. Bu, öyüd almaq istəyənlər üçün bir nəsihətdir. (Təfsirçilərə görə, gündüzün iki başındakı namazlar sübh, günorta və ilkindi namazı, gecənin yaxın vaxtlarındakı namazlar isə axşam və yatsı
namazlarıdır.
)...
İsra Suresi, 78. Ayet:
Günorta vaxtından gecənin qaranlığına qədər (müəyyən vaxtlarda) namaz qıl! Bir də sübh namazını (qıl)! Şübhəsiz ki, sübh namazı (mələklər tərəfindən) müşahidə olunur. (Təfsirçilərə görə, bu ayə beş vaxt namaza işarə edir. Belə ki, günortadan sonrakı namazlar günorta və ilkindi namazları, günəşin batmasından sonrakı namazlar da axşam və yatsı
namazlarıdır.
Sübh namazı isə xüsusi olaraq qeyd edilmişdir.)...
Taha Suresi, 130. Ayet:
Onların söylədiklərinə səbir et! Günəş doğmadan və batmadan əvvəl Rəbbini həmd ilə təsbeh et (şəninə təriflər de)! Gecənin bir vaxtında və gündüzün iki tərəfində (Rəbbini) təsbeh et ki, razı qalasan! (Təfsirçilər bu ayədəki “həmd ilə təsbeh et” ifadəsindən məqsədin “namaz” olduğunu ifadə etmişlər. Çünki namaz ən böyük və ən kamil zikrdir. Günəşin doğmasından əvvəlki təsbeh sübh namazı, gecənin bir vaxtındakı təsbeh də axşam və yatsı
namazlarıdır.
Gündüzün iki tərəfindəki namazlar isə günorta və...