Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 158. Ayet:
Həqiqətən, Səfa və Mərvə təpələri Allahın
nişanələrindən
dir. Kim Allahın evinə həccə, yaxud ümrəyə gedərsə, onları təvaf etməsində ona heç bir günah yoxdur. Kim də könüllü olaraq yaxşı bir iş görərsə, şübhəsiz ki, Allah şükrün əvəzini verəndir, hər şeyi biləndir....
Həcc Suresi, 36. Ayet:
Sizin üçün (qurbanlıq) dəvələri də Allahın
nişanələrindən
etdik. Onlarda sizin üçün xeyir vardır. Ona görə də onlar ayaq üstə ikən üstlərində Allahın adını çəkin (və qurban olaraq kəsin)! Böyrü üstə düşdüyü zaman onlardan həm özünüz yeyin, həm də əl açan və ya açmayan kasıblara yedirin! Beləcə, şükür edəsiniz deyə onları (o heyvanları) sizin xidmətinizə verdik....
Bəqərə Suresi, 158. Ayet:
(Ey möminlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət
nişanələrindən
dir). Evi (Kəbəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır (əvəzini verəndir), (onu) biləndir....
Həcc Suresi, 36. Ayet:
Biz qurbanlıq dəvələri də Allahın
nişanələrindən
(Onun haqq dininin əlamətlərindən) etdik. Sizin üçün bu qurbanlarda (dini və dünyəvi) xeyir vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları) halda kəsərkən üstlərində Allahın adını çəkin (bismillah deyin). Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə etiraz etməyənə) və dilənçiyə də yedirdin. Onları (qurba...
Fussilət Suresi, 39. Ayet:
Onun qüdrət
nişanələrindən
biri də budur ki, sən yer üzünü qupquru görürsən. Biz ona yağış yağdıran kimi hərəkətə gəlib qabarar (cana gələr). Onu dirildən, şübhəsiz ki, ölüləri də dirildəcəkdir. Həqiqətən, O, (Allah) hər şeyə qadirdir!...
Şura Suresi, 29. Ayet:
Göyləri, yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət
nişanələrindən
dir. Allah istədiyi vaxt (qiyamət günü) onları bir yerə yığmağa qadirdir!...
Nəcm Suresi, 18. Ayet:
And olsun ki, (Peyğəmbər) öz Rəbbinin ən böyük qüdrət
nişanələrindən
(möcüzələrindən) bir qismini (Beytül-məmuru, Sidrətül-müntəhanı, Cənnəti, Cəhənnəmi, Rəfrəfi, altı yüz qanadı olan Cəbrailin həqiqi surətini və i. a.) gördü....
Bəqərə Suresi, 158. Ayet:
Şübhəsiz ki, Səfa və Mərvə Allahın (ibadət yerlərini göstərən dini)
nişanələrindən
dir. Artıq kim beyti (Kəbəni) həcc edər və ya ümrə (niyyətiylə) ziyarət etsə, o təqdirdə, iki (niyyətlə) təvaf etməsində bir günah yoxdur. Hər kim də istəyərək (özbaşına) xeyir olaraq (artıqdan təvaf) etsə, mütləq Allah Şakirdir (şükrün qarşılığını verəndir) və Alimdir (ən yaxşı biləndir)....
Bəqərə Suresi, 158. Ayet:
Həqiqətən, Səfa və Mərvə (dağları) Allahın (dininin və Ona sitayişin) əlamət və
nişanələrindən
dir. Odur ki, Allah evinin «həcc» ziyarətini edən, yaxud «ümrə»ni yerinə yetirən şəxsin o ikisini təvaf etməsində (ikisi arasında «sə’y» etməsində) ona (nəinki) heç bir günah yoxdur (əksinə vacibdir. Çünki, İslamdan qabaqkı müşriklərin Səfa və Mərvənin hər birində bir büt qoyub, hər dövrdə onlara təzim etmələri, sizin Allah üçün olan «sə’y» əməlinizin haramlığına səbəb olmur). Hər kim vacib miqdardan ar...
Maidə Suresi, 13. Ayet:
Beləliklə öz əhd-peymanlarını pozduqlarına görə onlara lənət etdik (surət, qəlb və təbiətlərini eybəcərliyə və hökümətlərini süquta məhkum etdik) və qəlblərini sərtləşdirdik. (Belə ki,) (Allahın) sözlərin(in) yerini dəyişib təhrif edirdilər və xəbərdar edildikləri şeylərdən (Tövrat elmləri və İslam Peyğəmbərinin peyğəmbərlik
nişanələrindən
) olan layiqli pay(ların)ı unutdular. Sən həmişə onların – az bir qismi istisna olmaqla –xəyanətkarlıqlarından xəbərdar olacaqsan. Buna görə də (hələlik, nə qə...
Əraf Suresi, 26. Ayet:
«Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik). Əlbəttə təqva libası daha yaxşıdır.» Bunlar Allahın (insanlar üçün olan) ayə və
nişanələrindən
dir, bəlkə öyüd-nəsihət aldılar....
Ənbiya Suresi, 32. Ayet:
Və göyü (onların başı üzərində uçub dağılmaqdan, şeytan və cinlərin keçmələrindən) qorunmuş tavan (kimi) etdik. Halbuki onlar onun (Bizim onda olan qüdrət və əzəmətimizin)
nişanələrindən
üz döndərirlər....
Rum Suresi, 20. Ayet:
(Sizin ilk baba və nənənizi vasitəsiz olaraq), sizi (bir neçə vasitə ilə) torpaqdan yaratması, sonra da sizin (saysız-hesabsız) bir bəşər (dəstəsi) olub daim (yer üzünə) yayılmağınız Onun (tovhid və qüdrət)
nişanələrindən
dir....
Rum Suresi, 21. Ayet:
Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun
nişanələrindən
dir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır....
Rum Suresi, 22. Ayet:
Göylərin və yerin yaradılışı, sizin dillərinizin (kəlmələrinizin, danışıq tərzinizin, səsinizin) və rənglərinizin (irqlərinizin və hər birinizin) müxtəlifliyi də onun
nişanələrindən
dir. Şübhəsiz, bunda (zatın xilqətində və sifətlərin müxtəlifliyində) alimlər üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır....
Rum Suresi, 23. Ayet:
Sizin gecə və gündüz (beynin və bədənin fəaliyyətdə olan qüvvələrinin öz güclərini bərpa etmək üçün olan) yuxunuz və Onun fəzlindən (ruzi və yaşayış ehtiyaclarını təmin etmək üçün imkanlar) aramanız da Onun
nişanələrindən
dir. Şübhəsiz, bunda (iki halda: istirahət və çalışmada) eşidən bir qövm üçün nişanələr (ibrətlər) vardır....
Rum Suresi, 24. Ayet:
(Şimşəyi və) ildırımı qorxu və ümid üçün (viran olmaq qorxusu və yağışa olan ümid) sizə göstərməsi və göydən (yağış, qar və dolu şəklində) su nazil etməsi, onun vasitəsilə yeri (yaxud bitkilər üçün lazım olan maddələri) öldükdən sonra diriltməsi də onun
nişanələrindən
dir. Həqiqətən, bunda (suyun nazil olması və bitkilərin həyat tapmasında) düşünən bir qövm üçün (Onun qüdrət və hikmətinə dair) nişanələr vardır....
Rum Suresi, 25. Ayet:
Onun
nişanələrindən
(biri) budur ki, göy və yer (məhdud bir müddətədək) Onun mütləq iradəsi ilə durmaqdadır. (Canlıları öldürdükdən və torpaq altına apardıqdan sonra) sizi bircə dəfə yerin altından səsləməklə (surun ikinci dəfə üfürülməsi ilə) qəfildən sizin hamınız (torpağın köksündən) çıxarsınız....
Rum Suresi, 46. Ayet:
Öz rəhmətindən sizə daddırması (küləkləri əsdirməsi), gəmilərin onun mütləq iradəsi altında hərəkət etməsi üçün küləkləri müjdəverici olaraq (yağışın yağma müjdəsini versin deyə) göndərməsi, Onun fəzlindən (külək və yağış vasitəsi ilə yaranan ruzini) axtarmanız Onun (tovhid, qüdrət və hikmət)
nişanələrindən
dir. Bəlkə şükr edəsiniz!...
Loğman Suresi, 31. Ayet:
Sizə öz (tovhid, qüdrət və hikmət)
nişanələrindən
bəzisini göstərsin deyə gəmilərin Allahın nemətləri sayəsində (dənizin suyu, külək və hava sayəsində) dənizdə hərəkət etdiyini (və Onun nemətlərini daşıdığını) görmədinmi?! Həqiqətən, bunda daim səbrli olan hər bir şükr edən kəs üçün nişanələr (ibrətlər) vardır....
Yasin Suresi, 46. Ayet:
Onlara Rəbbinin
nişanələrindən
və ayələrindən elə bir nişanə (Qur’an və möcüzələr) gəlməz ki, daim ondan üz döndərməsinlər....
Fussilət Suresi, 37. Ayet:
Gecə, gündüz, günəş və ay Onun (tovhid, qüdrət və rübubiyyət)
nişanələrindən
dir. Əgər siz (yalnız) Ona ibadət edirsinizsə günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin....
Fussilət Suresi, 39. Ayet:
Onun (tovhid və qüdrət)
nişanələrindən
(biri də) budur ki: Sən yeri quru və ölmüş görürsən. Onun üzərinə (yağış, qar və dolu şəklində) su endirdiyimiz zaman o, canlanar və (həm özü, həm də yetirdiyi bitkilər) qalxar. Həqiqətən onu (yeri və qurumuş bitkiləri) dirildən şübhəsiz, (Qiyamətdə) ölüləri (də) dirildəcəkdir. Çünki O hər şeyə qadirdir....
Şura Suresi, 29. Ayet:
Göylərin, yerin və onlarda yaydığı canlıların yaradılışı Onun (qüdrət, əzəmət və hikmət)
nişanələrindən
dir. O, istəyəndə (Qiyamətdə) onları bir yerə toplamağa qadirdir....
Şura Suresi, 32. Ayet:
Dənizdə üzən dağ gövdəli gəmilər (də) Onun (tovhid, qüdrət və hikmət)
nişanələrindən
dir....
Casiyə Suresi, 6. Ayet:
Bunlar (kitabın bu ayələri və sizin öz vücudunuzda və təbiətdə olan ayələr) Allahın haqq və doğru olaraq sənə oxuduğumuz ayələridir. Buna görə də (əgər bunları qəbul etməsələr), Allahdan (Allahın sözündən) və Onun
nişanələrindən
sonra hansı sözə iman gətirəcəklər?!...
Nəcm Suresi, 18. Ayet:
Şübhəsiz, öz Rəbbinin çox böyük
nişanələrindən
(bir qismini) gördü....
Bəqərə Suresi, 158. Ayet:
Şübhəsiz ki, Səfa ilə Mərvə Allahın (dininin)
nişanələrindən
dir. Ona görə də kim həcc və ümrə niyyəti ilə Kəbəni ziyarət edər və onları da təvaf edərsə, bunda bir günah yoxdur. Kim də könüllü olaraq xeyirli bir iş görərsə, şübhəsiz ki, Allah onu bilər və əvəzini verər....
Bəqərə Suresi, 158. Ayet:
Şübhəsiz ki, Səfa və Mərvə Allahın
nişanələrindən
bir neçəsidir. Onun üçün hər kəs Beyti/İlahiyyat təhsili ocağı olan Kəbəni nəzərdə tutaraq Beytə getsə və ya ümrə/qısamüddətli təhsil alsa, buralarda gəzməsində bir günah yoxdur. Kim ki, könüllü olaraq xeyirli bir əməl işləsə, şübhəsiz, Allah əvəz verəndir, ən yaxşı biləndir....
Bəqərə Suresi, 273. Ayet:
Allah yolunda xərcləmək, yer üzündə gəzib-dolanmağa gücü çatmayan, özlərini Allah yoluna həsr edən yoxsullar üçün olsun. Utancaq olduqlarından, bilməyənlər, onları zəngin sanır. -Sən onları
nişanələrindən
tanıyarsan.- Arsızlıq edərək insanlardan istəməzlər. Və siz, xeyirdən nəyi xərcləsəniz, bilin ki, həqiqətən Allah onu çox yaxşı biləndir....
Ənam Suresi, 158. Ayet:
Mələklərin gəlişindən, yaxud da Rəbbinin gəlişindən, yaxud da Rəbbinin bəzi nişanələrinin/işarətlərinin gəlişindən başqa bir şeymi gözləyirlər? Rəbbinin
nişanələrindən
/işarətlərindən bəzisi gəldiyi gün, daha əvvəl iman etməmiş və ya imanından bir xeyir qazanmamış kimsəyə, artıq inanması bir fayda verməz. De ki: "Gözləyin; doğrusu, biz də gözləyənlərik."...
Əraf Suresi, 46. Ayet:
- Aralarında da bir pərdə var. Və Quranın bölmələri haqqında məlumatı olan kəslər, onların hamısını
nişanələrindən
tanıyar. Və Quranın biliyinə malik olan kəslər, cənnəti istəyib hələ daxil ola bilməmiş kəslərə səslənəcəklər: "Salam olsun sizə!"...
Əraf Suresi, 48. Ayet:
Quran bölmələrinin biliyinə malik olan kəslər,
nişanələrindən
tanıdıqları kəslərə səslənərək, "Cəmiyyətiniz və təkəbbür göstərdiyiniz şeylər sizə fayda vermədi, ...
Kəhf Suresi, 17. Ayet:
Və sən görəcəksən ki, vəhyi rəhbər tutaraq bir araşdırma apardıqda xeyirli bir nəticə alınar, əks halda mənasız bir iş görülər. Özləri də ondan geniş bir boşluqdadırlar. Bu, Allahın işarətlərindən/
nişanələrindən
dir. Allah kimə bələdçilik etdisə artıq o, yönləndirildiyi doğru yolu tapmışdır. Allah kimi yoldan azdırdısa, artıq sən ona yol göstərən yaxın bir kimsəni əsla tapa bilməzsən....
Həcc Suresi, 36. Ayet:
Biz; böyük heyvanları da sizin üçün Allahın varlığının
nişanələrindən
[biri] etdik. Sizin üçün onlarda xeyr vardır. O səbəblə, ön ayaqlarının biri bağlı halda kəsərkən/cərgə halında [dayandıqları vaxt] üstündə Allahın adını çəkin. Sonra böyürləri yerə söykəndiyi vaxt onlardan yeyin, ehtiyacı [olduğunu deməyib] gizlədənə və istəyənə də yedirin. Beləcə Biz, onları, sizə verilən nemətlərin əvəzini ödəyəsiniz deyə sizə ram etdik....
Fussilət Suresi, 37. Ayet:
Və gecə, gündüz, günəş və ay Onun işarətlərindən/
nişanələrindən
dir. Günəşə və aya boyun əyib tabeçilik göstərməyin. Və əgər yalnız Allaha bəndəlik edirsinizsə, onları yaratmış olan Allaha boyun əyib tabeçilik göstərin....
Fussilət Suresi, 39. Ayet:
Şübhəsiz ki, sənin yer üzünü boynu bükük görməyin və Biz onun üzərinə su endirdiyimiz zaman onun hərəkətə gələrək qabarması da Onun işarətlərindən/
nişanələrindən
dir. Şübhəsiz ki, ona həyat verən, həqiqətən ölüləri də dirildəcəkdir. Şübhəsiz ki, O, hər şeyə qadirdir....