Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 10. Ayet:
Onların qəlblərində xəstəlik (küfr,
nifaq
) vardır. Allah onların xəstəliyini daha da artırmışdır. Yalan söylədiklərinə görə onlar üçün şiddətli bir əzab vardır....
Tövbə Suresi, 47. Ayet:
Əgər onlar sizinlə birlikdə (cihada) çıxsaydılar, sizin içinizdə mütləq fitnə-fəsadı artırar və
nifaq
salmaq üçün aranıza girərdilər. Sizin aranızda onlara qulaq asanlar da var. Allah zalımları yaxşı tanıyır....
Tövbə Suresi, 77. Ayet:
Beləcə, Allaha verdikləri sözə xilaf çıxmaları və yalan danışmaları səbəbi ilə Onunla qarşılaşacaqları axirət gününə qədər Allah onların qəlblərinə
nifaq
saldı....
Yunus Suresi, 57. Ayet:
Ey insanlar! Rəbbinizdən sizə öyüd-nəsihət, qəlblərdəki (şirk və şübhə kimi xəstəliklər) üçün şəfa və möminlər üçün hidayət və mərhəmət (olan Quran) gəlmişdir. (Yuxarıdakı ayədə Qurani-Kərimin dörd gözəl xüsusiyyəti ifadə edilmişdir. Belə ki, Quran insanlardakı yaxşı və pis xislətlər haqqında xəbər verir, insanları gözəl əxlaqa sövq edir, onları şirk,
nifaq
, şübhə, inkarçılıq və s. kimi mənəvi xəstəliklərdən xilas edərək əbədi səadətə yönləndirir.)...
Nisa Suresi, 91. Ayet:
Siz həm sizdən, həm də öz xalqından təhlükəsiz olmaq istəyən başqalarını tapacaqsınız. Bir
nifaq
mühiti gördükdə, dərhal ona baş-başa dalırlar. Əgər səndən uzaq durmasalar, səninlə barışmaq istəmirlərsə, əllərini səndən tutmasalar, harada görsən öldür. Bu insanlar barəsində sənə açıq-aydın ixtiyar vermişik....
Ənfal Suresi, 73. Ayet:
Kafirlər bir-birinin övliyasıdır. Əgər bunu etməsən, yer üzündə
nifaq
və böyük fitnələr baş verəcək....
Tövbə Suresi, 47. Ayet:
Əgər onlar sizinlə birlikdə çıxsaydılar, ancaq fitnə-fəsad törətməzdilər. Səni
nifaq
salmağa tələsərdilər. Aranızda onları dinləyənlər də olacaq. Şübhəsiz ki, Allah zalımları daha yaxşı tanıyır....
Tövbə Suresi, 77. Ayet:
Onlar Allaha verdikləri vədə əməl etmədiklərinə və yalan danışdıqlarına görə Allah, Onunla qarşılaşacaqları günə qədər onların qəlblərinə
nifaq
saldı....
Tövbə Suresi, 101. Ayet:
Ətrafınızdakı bədəvi ərəblər arasında münafiqlər var. Mədinə əhli arasında
nifaq
ı daha da artıranlar var. Siz onları tanıya bilməzsiniz. Biz onları tanıyırıq. Onları iki dəfə cəzalandıracağıq. Sonra daha böyük bir əzaba düçar olarlar....
İsra Suresi, 53. Ayet:
Qullarıma de: “Qoy ən gözəl söz danışsınlar!” Şeytan onların arasına
nifaq
salır. Şeytan insanın açıq-aşkar düşmənidir....
Bəqərə Suresi, 10. Ayet:
Onların ürəyində mərəz (
nifaq
və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və
nifaq
) mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!...
Bəqərə Suresi, 102. Ayet:
(Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına
nifaq
salan işləri onlardan öyrə...
Bəqərə Suresi, 176. Ayet:
Bu (əzab) ondan ötrüdür ki, Allah kitabı (Tövratı, İncili və ya Quranı) haqq olaraq göndərmişdir. Lakin kitab barəsində müxtəlif rəydə olanlar (onun hökmlərinin bəzisini qəbul, bəzisini rədd edənlər, bəzisini gizlədənlər, bəzisini isə təhrif edib dəyişdirənlər), şübhəsiz ki, (həqiqətdən) uzaq bir
nifaq
içərisindədirlər....
Tövbə Suresi, 77. Ayet:
(Allaha) verdikləri vədə xilaf çıxdıqlarına, yalan danışdıqlarına görə Allah da onların ürəyinə qarşılaşacaqları günə (qiyamət gününə) qədər (davam edəcək)
nifaq
saldı....
Tövbə Suresi, 95. Ayet:
Yanlarına qayıtdığınız zaman onlardan vaz keçməniz (onları məzəmmət etməməniz) üçün (yalandan) Allaha and içəcəklər. Siz də onlardan vaz keçin! (Qoyun qiyamət günü əzabı daha şiddətli olacaq küfr və
nifaq
larında davam etsinlər!) Çünki onlar murdardırlar və qazandıqlarının (qazandıqları günahların) cəzası olaraq düşəcəkləri yer də Cəhənnəmdir!...
Tövbə Suresi, 97. Ayet:
Bədəvilər küfr və
nifaq
baxımından daha pis (qəliz) və Allahın öz Peyğəmbərinə nazil etdiyi hökmləri (cahillikləri üzündən) bilməməyə (başa düşməməyə) daha layiqdirlər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!...
Tövbə Suresi, 110. Ayet:
Onların qurduğu bina (məscid) ürəkləri parça-parça olana (ölənə) qədər qəlblərində bir şübhə (nigarançılıq və
nifaq
mənbəyi) olaraq qalacaqdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!...
Tövbə Suresi, 125. Ayet:
Qəlblərində mərəz (şəkk-şübhə,
nifaq
) olanlara gəldikdə isə, (hər bir surə) onların murdarlığı (küfrə,
nifaq
ı) üstünə bir murdarlıq da gətirər və onlar kafir olaraq ölərlər!...
Yunus Suresi, 57. Ayet:
(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə,
nifaq
a) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!...
Maidə Suresi, 52. Ayet:
Ona görə də qəlblərində mərəz (
nifaq
xəstəliyi) olanları onların (yəhudi və xaçpərəstlərin) içində vurnuxan və: “Bizə bir fəlakət üz verməsindən (islamın məğlubiyyətindən) qorxuruq”, - deyən görərsən. Amma, ola bilsin ki, Allah (möminlərə) bir zəfər gətirsin və Öz tərəfindən elə bir iş qursun ki, onlar (münafiqlər) ürəklərində gizlətdiklərindən (küfr və
nifaq
dan) peşman olsunlar....
Həcc Suresi, 53. Ayet:
(Allah ona görə belə edir ki) Şeytanın vəsvəsəsini qəlblərində mərəz (
nifaq
, şəkk mərəzi) və ürəkləri qatı (sərt) olanlar (müşriklər) üçün bır sınaq vasitəsi etsin. Şübhəsiz ki, zalımlar (münafiqlər, müşriklər və kafirlər) haqdan uzaq bir
nifaq
içindədirlər (ixtilafdadırlar)....
Nur Suresi, 50. Ayet:
Onların qəlblərində mərəzmi (şəkk,
nifaq
mərəzimi) var? Yaxud Allahın və Peyğəmbərinin onlara cövr, haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, onlar özləri zülmkardırlar! (Allaha asi olmaqla özləri-özlərinə zülm edirlər!)...
Şüəra Suresi, 89. Ayet:
Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və
nifaq
a yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!”...
Sad Suresi, 2. Ayet:
(Məkkə kafirlərinin iman gətirməmələri heç də, onların dediyi kimi, şəkk-şübhə üzündən deyildir). Doğrusu, o kafirlər qürur və
nifaq
içindədirlər. (İman gətirməyi özlərinə sığışdırmır. Muhəmməd əleyhissəlama qarşı çıxıb onunla ədavət aparırlar)....
Fussilət Suresi, 52. Ayet:
(Ya Peyğəmbər! O kafirlərə) de: “Bir söyləyin görək, əgər (bu Quran) Allah dərgahındandırsa və sonra siz də onu inkar edibsinizsə, (sizin kimi haqdan) uzaq bir
nifaq
(ədavət) içində olan kəsdən (haqq yolu) daha çox azmış kim ola bilər?!...
Məhəmməd Suresi, 20. Ayet:
Möminlər: “Kaş (cihad barəsində) bir surə nazil olaydı!” – deyirdilər. Elə ki möhkəm bir surə nazil olub orada döyüş (cihad əmri) bildirildi, (ya Rəsulum!) qəlblərində mərəz (şəkk və
nifaq
mərəzi) olanların sənə ölüm qorxusundan bayılmış kimsənin baxışı ilə baxdıqlarını gördün! Amma onlara daha çox yaraşardı -...
Məhəmməd Suresi, 29. Ayet:
Yoxsa qəlblərində mərəz (şəkk və
nifaq
mərəzi) olanlar elə güman etdilər ki, Allah onların (ürəklərindəki) kin-küdurətlərini zahirə çıxartmayacaqdır?!...
Məhəmməd Suresi, 33. Ayet:
Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və
nifaq
kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!...
Hədid Suresi, 14. Ayet:
(Münafiqlər divarın içəri tərəfində olan möminləri) səsləyib deyəcəklər: “Məgər biz (dünyada) sizinlə birlikdə deyildikmi?!” (Möminlər) belə cavab verəcəklər: “Bəli (bizimlə birlikdə idiniz). Lakin siz özünüzü (
nifaq
la, ikiüzlülüklə) fitnəyə saldınız (fitnəyə salıb məhvə düçar etdiniz), siz (möminlərin başına bir fəlakət gəlməsini) gözləyirdiniz və (Allahın birliyinə, Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyinə) şəkk edirdiniz. Allahın əmri (ölümünüz) gəlib çatanadək sizi xam xəyallar ...
Ənkəbut Suresi, 10. Ayet:
Adamlar arasında elələri də vardır ki, “Biz Allaha iman gətirdik!” – deyər, Allah yolunda bir əziyyət gördükdə isə insanların (kafirlərin) fitnəsini Allahın əzabı kimi qəbul edərlər. Əgər Rəbbindən (möminlərə) bir zəfər gəlsə, mütləq: “Biz də sizinləyik!” – deyərlər. Məgər Allah məxluqatın (mələklərin, insanların və cinlərin) ürəklərində olanları (imanı, küfrü və
nifaq
ı) bilmirmi?!...
Əhzab Suresi, 32. Ayet:
Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk,
nifaq
və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!)...
Yasin Suresi, 18. Ayet:
(Antakiyalılar) dedilər: “Biz sizdə bir nəhslik gördük. (Sizin ucbatınızdan bizi bədbəxtlik basdı, bizə uğursuzluq üz verdi. Gəlişinizlə aramıza
nifaq
düşdü, yurdumuzun bərəkəti çəkildi, yağışımız kəsildi). Həqiqətən, əgər (Allahın elçiləri olmaq iddianızdan) əl çəkməsəniz, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq bir şiddətli əzab toxunacaqdır”....
Ənam Suresi, 28. Ayet:
Xeyr, əvvəlcə (ürəklərində) gizlətdikləri (küfr,
nifaq
və çirkin əməllər) onların qabağına çıxdı. Əgər geri qaytarılsaydılar, yenə də onlar qadağan olunduqları şeyə (küfr və günaha) əl qatardılar. Onlar, şübhəsiz ki, yalançıdırlar!...
Müddəssir Suresi, 31. Ayet:
Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi, kitab verilənlərin yəqinlik hasil etməsi (çünki onların kitablarında bu mələklərin sayı on doqquzdur), iman gətirənlərin imanının daha da artması, kitab əhlinin və möminlərin (bununla əlaqədar Muhəmməd əleyhissəlam barəsində) şübhəyə düşməməsi, həmçinin qəlblərində mərəz (
nifaq
və şəkk mərəzi) olanların və kafirlərin: “Allah bu misalla nə demək istəyir?” – demələri üçün (on doqquz) etdik....
Ali-İmran Suresi, 167. Ayet:
(Bu)
nifaq
çıxardanları bilməsi (münafiq olanların ayırd edilməsi) üçün idi. Onlara: ‘Gəlin, Allah yolunda savaşın və ya müdafiə edin.’ deyildiyi zaman ‘Biz savaşmağı bilsəydik, əlbəttə sizə tabe olardıq (sizinlə gələrdik).’ dedilər. İzn günü onlar imandan çox küfrə yaxındırlar. Onlar qəlblərində olmayan şeyi ağızlarıyla söyləyirlər. Allah onların gizlətdikləri şeyi çox yaxşı bilir....
Tövbə Suresi, 77. Ayet:
Beləliklə Ona (Allahu Təalaya) vəd etdikləri şeyi Allaha qarşı yerinə yetirmədiklərinə və yalan danışdıqlarına görə (onların bu etdiklərinin) nəticəsində (Allah) onların qəlblərinə Onunla qarşılaşacaqları günə qədər
nifaq
duyğusu verdi....
Tövbə Suresi, 97. Ayet:
Bədəvi ərəblər küfür (inkar) və
nifaq
baxımından daha şiddətlidir. Allahın Rəsuluna endirdiyi şeylərin hüdudlarını bilməməyə daha meyillidirlər. Allah Alimdir, Hakimdir....
Tövbə Suresi, 101. Ayet:
Sizin ətrafınızda olan bədəvi ərəblərdən münafiq olanlar və şəhər əhalisindən
nifaq
a adət etmiş kimsələr vardır. Onları sən bilməzsən. Onları Biz bilərik. Onları iki dəfə əzablandıracağıq, sonra böyük əzaba döndəriləcəklər....
Tövbə Suresi, 110. Ayet:
Onların tikdikləri bina qəlblərində qəlbləri parça-parça olana qədər bir
nifaq
və şübhə olaraq davam edəcək. Allah Alimdir, Hakimdir....
Tövbə Suresi, 125. Ayet:
Lakin qəlblərində xəstəlik (
nifaq
, şübhə, inkar) olanların isə beləcə murdarlığı üstünə murdarlıq artırar. Onlar kafir olaraq ölərlər....
Əhzab Suresi, 32. Ayet:
Ey Peyğəmbər Xanımları! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər təqva sahibisinizsə, artıq sözü yumşaq söyləməyin (kişilərlə nazlana-nazlana danışmayın). O təqdirdə qəlbində mərəz (
nifaq
, fitnə, şəhvət) olan kimsə tamah edər (arzu duyar). Maruf (ciddi) söz söyləyin....
Həşr Suresi, 11. Ayet:
Nifaq
çıxaranları (münafiqləri) görmürsənmi? Kitab əhlindən inkar edən qardaşlarına: ‘Əgər siz həqiqətən (yurdunuzdan) çıxarılsanız, biz də mütləq sizinlə birlikdə çıxarıq. Sizin aranızdakı, sizə qarşı olan bir kimsəyə heç bir zaman itaət etmərik. Əgər sizinlə döyüşsələr, mütləq sizə kömək edərik.’ deyərlər. Allah onların həqiqətən yalançı olduqlarına şahidlik edər....
Tövbə Suresi, 77. Ayet:
Allaha verdikləri vədə xilaf çıxdıqlarına və yalan söylədiklərinə görə (Allah da) onların qəlblərinə Onunla qarşılaşacaqları günədək
nifaq
saldı....
Sad Suresi, 2. Ayet:
Kafirlər təkəbbür və
nifaq
içindədirlər....
Ali-İmran Suresi, 167. Ayet:
və məlum etməsi üçün o kəsləri ki,
nifaq
salandırlar. Onlar üçün deyildi: «Gəlin Allah yolunda qətl edin, ya dəf edin!» Dedilər: «Əgər qətl edə bilsəydik, itaət edərdik sizə!» Həmin gün onlar küfrə daha yaxın idilər imandan! Deyirlər ağızları ilə onu ki, qəlblərində yoxdur. Və Allah Alimdir nə ilə ki, gizlədirlər!...
Tövbə Suresi, 77. Ayet:
O aqibətini onlara, Onunla görüşəcəkləri günə qədər, qəlblərində
nifaq
verdi. Bu, ona görə idi ki, onlar Allaha qarşı xilaf çıxdılar nə ki, Ona vəd vermişdilər və nə ilə ki, oldular yalançılar....
Tövbə Suresi, 97. Ayet:
Ərəblər, küfrdə və
nifaq
da şiddətlidirlər və yeri vardır ki, bilməyələr həddini nə ki, Allah nazil edib rəsulunun üzərinə və Allah Alimdir, Həkimdir!...
Tövbə Suresi, 101. Ayet:
Ətrafınızda olan çölçülərdən və şəhər əhlindən münafiqlər var. Onlar
nifaq
da sabitdirlər. Sən onları tanımırsan, Biz tanıyırıq. Onları iki dəfə əzab edəcəyik, sonra əzəmətli əzaba tərəf qayıdarlar....
Həşr Suresi, 11. Ayet:
Ə, görmədinmi o kəsləri ki,
nifaq
salaraq deyirlər əhli kitabdan kafir olan qardaşları üçün: «Əgər siz xaric olsanız, biz də sizinlə birlikdə xaric olarıq və sizə qarşı əbədən bir kəsə itaət etmərik. Əgər sizinlə döyüşsələr, sizə yardım edərik!»? Allah Şahiddir ki, həqiqətən, onlar yalançıdırlar!...
Bəqərə Suresi, 10. Ayet:
Onların qəlblərində xəstəlik (küfr, şəkk və
nifaq
xəstəliyi) vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır və danışdıqları yalanın müqabilində onlar üçün ağrılı bir əzab vardır....
Ali-İmran Suresi, 90. Ayet:
H?qiq?t?n imanlar?ndan sonra kafir olan, sonra oz kufrl?rini art?ran k?sl?rin tovb?l?ri ?sla q?bul olunmaz. (Cunki onlar?n tovb?si ya
nifaq
uzund?ndir, ya da ki, olumu musahid? ed?n zamand?r.) Onlard?r dogru yoldan azanlar....
Nisa Suresi, 144. Ayet:
Ey iman gətirənlər, möminlərin yerinə kafirləri özünüzə başçı, yardımçı və dost tutmayın! Məgər Allaha öz əleyhinizə (
nifaq
ınıza dəlalət edən) aydın bir sübut və (əzabınıza dair) bir dəlil vermək istəyirsiniz?...
Maidə Suresi, 16. Ayet:
Allah (iman gətirib) Onun razılığına tabe olanları o (nur və kitabın) vasitəsilə (üsulid-din və füruid-dinin yolu olan) salamatlıq yollarına hidayət edir, onları Öz köməyi ilə qaranlıqlardan (küfr,
nifaq
və itaətsizlik zülmətlərindən) nura tərəf çıxardır və doğru yola hidayət edir....
Maidə Suresi, 52. Ayet:
Beləliklə qəlblərində xəstəlik (
nifaq
və ikiüzlülük xəstəliyi) olan kəslərin onlar(la dostluğ)a tələsmələrini, «bizə pis bir hadisənin üz verməsindən (İslam dövlətinin süquta uğramasından və onların bizə hakim olmalarından) qorxuruq» demələrini görürsən. Ümid var ki, Allah (müsəlmanlar üçün) bir qələbə, yaxud Öz tərəfindən bir iş qarşıya çıxarsın (kafirləri başqa yolla həlak etsin) və onlar qəlblərində gizlətdikləri şeyə görə peşman olsunlar....
Maidə Suresi, 53. Ayet:
İman gətirənlər (münafiqlərin
nifaq
ı üzə çıxan zaman bir-birlərinə) deyərlər: «Sizinlə birlikdə olmalarına dair Allaha möhkəm and içənlər bunlar idilər?!» (Doğrudan da) onların (münafiqlərin) əməlləri batil və puç oldu və onlar ziyana uğradılar....
Tövbə Suresi, 49. Ayet:
Onlardan bəzisi «mənə (bu döyüşü tərk etməyə) izn ver və məni fitnəyə (sənin əmrinə qarşı çıxmaq günahına) salma!» deyir. Bil ki, onlar fitnəyə (küfr və
nifaq
fitnəsinə) düşüblər. Şübhəsiz, Cəhənnəm kafirləri əhatə etmişdir (dünyada Cəhənnəm oduna girməyin səbəbi olan küfr və itaətsizliklə əhatə olunmaq formasında, axirətdə isə nəticə olan od ilə.)...
Tövbə Suresi, 56. Ayet:
Onlar həqiqətən də sizdən olmaları barəsində Allaha and içirlər. Halbuki, onlar sizdən deyildirlər, əksinə (
nifaq
larının faş olmasından) qorxan bir dəstədirlər....
Tövbə Suresi, 77. Ayet:
Odur ki, Allaha verdikləri vədə xilaf çıxdıqlarına və daim yalan danışdıqlarına görə, Allah Onunla görüşəcəkləri günə (Qiyamət gününə) kimi onların qəlblərinə bir
nifaq
saldı....
Tövbə Suresi, 97. Ayet:
(Cəmiyyətdən və mədəniyyətdən uzaq olduqları üçün) bədəvi ərəblərin küfr və
nifaq
ları daha şiddətlidir və onlar Allahın Öz Peyğəmbərinə nazil etdiyinin hüdudlarını bilməməyə daha layiqdirlər. Allah bilən və hikmətlidir....
Tövbə Suresi, 101. Ayet:
Sizin ətrafınızdakı (şəhərinizin ətrafında olan) bədəvi ərəblərdən bir dəstə münafiqdirlər. Mədinə əhlindən də
nifaq
a adət etmiş kəslər vardır. Sən onları tanımırsan, Biz onları tanıyırıq. Tezliklə onlara iki dəfə əzab verəcəyik (dünya əzabı, ölüm və Bərzəx əzabı), sonra isə (Qiyamətdə) daha böyük əzaba tərəf döndəriləcəklər....
Tövbə Suresi, 110. Ayet:
(Küfr və
nifaq
üzündən) tikdikləri o bina (hətta dağılsa belə) həmişə – (onlar ölməyincə və) ürəkləri parça-parça olmayınca onların qəlblərində bir şəkk və tərəddüd və
nifaq
ın artması amilidir. Allah bilən və hikmət sahibidir....
Tövbə Suresi, 125. Ayet:
Qəlblərində (şirk, küfr və
nifaq
) xəstəliyi olanlara gəldikdə isə, onların murdarlığının üstünə daha bir murdarlıq artırdı və onlar kafir olduqları halda öldülər.»...
Tövbə Suresi, 127. Ayet:
Və bir surə nazil olan zaman (narahat olduqlarına və rəngləri dəyişdiyinə görə) onların bəzisi bəzisinə baxar (və sanki bir-birlərindən soruşarlar ki:) «sizi kimsə görürmü? (Məbada
nifaq
ınız zahir ola, yaxud məclisdən çıxarılaq.)» Sonra (gizlincə sənin yanından) qayıdarlar. Onlar anlamaz bir dəstə olduqları üçün Allah onların qəlblərini (haqdan) döndərdi....
Nur Suresi, 50. Ayet:
Onların qəlblərində xəstəlik (iman zəifliyi xəstəliyi) var, yoxsa (imandan sonra) şəkk-şübhəyə düşüblər? Yoxsa Allahın və Onun Peyğəmbərinin (hakimlik edən zaman) onlara zülm etmələrindən qorxurlar? (Bunların heç biri deyil,) əksinə, onlar (batini
nifaq
larına görə) doğrudan da zalımdırlar....
Mücadilə Suresi, 18. Ayet:
Allah onların hamısını dirildəcəyi ğün (orada da müsəlmanlıqlarını isbat etmək üçün) Allaha and içəcəklər, necə ki, (dünyada) sizin üçün and içirlər və bununla özlərinin bir şeydə olduqlarını ğüman edərlər (
nifaq
larını möhkəm bir özül bilirlər). Agah ol ki, onlar həmin yalançılardır....
Münafiqun Suresi, 3. Ayet:
O (
nifaq
və pis əməl) buna görə idi ki, onlar (bəzi möcüzələri görməklə) iman gətirdilər, sonra isə kafir oldular (və münafiqlərə qoşuldular), beləliklə onların qəlblərinə (bədbəxtlik) möhür(ü) vuruldu, buna görə də başa düşmürlər....
Təhrim Suresi, 10. Ayet:
Allah kafir olanlara Nuhun zövcəsini və Lutun zövcəsini məsəl çəkdi. Onlar Bizim bəndələrimizdən olan əməli saleh iki bəndənin (kəbini) altında idilər. (Bu qadınlar) öz ərlərinə (
nifaq
vasitəsilə) xəyanət etdilər və onlar (ərləri) o iki qadından Allah(dan gələn əzab)dan heç bir şeyi (azacıq belə) dəf etmədilər və (ölüm anında) onlara deyildi: «Bərzəxin oduna daxil olun! (Qiyamət günü) onlara deyiləcəkdir: «Daxil olanlarla birgə siz də (əbədi) oda girin!»...
Hümeze Suresi, 7. Ayet:
Elə bir od ki, (küfr, şirk və
nifaq
mərkəzi olan) ürəklərə nüfuz edər (və zahirdən əlavə, batini də yandırıb - yaxar)....
Bəqərə Suresi, 176. Ayet:
Bu (əzab) da Allahın Kitabı haqq olaraq endirməsi (və onların bunu inkar etməsi) səbəbi ilədir. Kitab barəsində ixtilafa düşənlər isə dərin bir
nifaq
içərisindədirlər....
Maidə Suresi, 52. Ayet:
Qəlblərində bir xəstəlik (
nifaq
) olanların: “Başımıza bir fəlakət gəlməsindən qorxuruq”, – deyərək onların arasında gedib-gəldiklərini görərsən. Ancaq Allah yaxın bir fəth və ya qatından bir əmr gətirər və onlar içlərində gizlədikləri şeyə (
nifaq
a) görə peşman olarlar....
Tövbə Suresi, 77. Ayet:
Allaha verdikləri sözə əməl etmədikləri və yalan danışdıqları üçün O da qəlblərinə, özü ilə qarşılaşacaqları günə qədər (davam edəcək) bir
nifaq
saldı....
Tövbə Suresi, 97. Ayet:
Bədəvilər inkar və
nifaq
baxımından daha betərdirlər və Allahın peyğəmbərinə endirdiyi hökmlərin hüdudlarını tanımamağa daha meyillidirlər. Allah haqqı ilə biləndir, hökm və hikmət sahibidir....
İsra Suresi, 53. Ayet:
Qullarıma söylə: (İnsanlara qarşı) ən gözəl sözü söyləsinlər. Çünki şeytan onların arasına
nifaq
salar. Çünki şeytan insanın açıq-aşkar düşmənidir....
Bəqərə Suresi, 137. Ayet:
Əgər onlar da sizin kimi iman etsələr, onda düz yola çıxmış olarlar. Yox əgər üz çevirsələr, onda
nifaq
içərisində olarlar. Allah onların (cəzasını vermək üçün) sənə kifayətdir. O hər şeyi eşidəndir, biləndir...
Bəqərə Suresi, 176. Ayet:
Bu ona görədir ki, Allah Kitabı haqq olaraq nazil etmişdir. Kitab haqqında ayrı fikirdə olanlar isə, əlbəttə, dərin
nifaq
içərisindədirlər....
Tövbə Suresi, 77. Ayet:
Allaha verdikləri sözə xilaf çıxdıqlarına və yalan işlətdiklərinə görə O, onların ürəklərinə Onunla görüşəcəkləri günə qədər (davam edəcək) bir
nifaq
toxumu saldı....
İsra Suresi, 53. Ayet:
Bəndələrimə de ki, qoy onlar ən yaxşı sözü desinlər. Doğrudan da şeytan onların arasında
nifaq
salır. Şübhəsiz şeytan insanın açıq düşmənidir....
Sad Suresi, 2. Ayet:
Doğrusu, kafirlər bir təkəbbür və
nifaq
içərisindədirlər....
Bəqərə Suresi, 102. Ayet:
Və özlərinə Kitab verilənlər, Süleymanın səltənətinə dair şeytanların oxuduqları şeylərə uydular. Halbuki küfr işləməmişdi; Süleyman Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməmişdi, amma o şeytanlar küfr işləmişdilər; bilə-bilə rədd etmişdilər; insanlara sehir və Babildə iki peyğəmbərə/iki hökmdara; Harut ilə Maruta nazil edilən şeyləri öyrədirdilər. Halbuki Harut ilə Marut, "Biz təmizlənməyiniz oddan bir vasitəyik, əsla küfr işləmə; həqiqəti bilə-bilə rədd etmə!" deməmiş heç kəsə heç b...
Bəqərə Suresi, 176. Ayet:
Bax bu, şübhəsiz ki, Allahın Kitabı haqq ilə nazil etməsi səbəbindəndir. Və şübhəsiz, Kitab haqqında ixtilafa düşən kəslər həqiqətən çox uzaq bir
nifaq
içərisindədirlər....
Tövbə Suresi, 107. Ayet:
Və zərər vermək, küfr işləmək [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmək], möminlərin arasına
nifaq
salmaq [məqsədi ilə] və əvvəllər Allaha və Elçisinə qarşı müharibə edən; [onların səfini] pozmağa təşəbbüs göstərən kəslər üçün gözətçilik etmək məqsədi ilə məscid düzəldən kəslər: "Biz, ən gözəlindən başqa bir şey istəmədik" deyə and içərlər. Allah da şahiddir ki, şübhəsiz ki, bunlar həqiqətən yalançıdırlar....
İsra Suresi, 53. Ayet:
Bəndələrimə söylə, ən gözəl olanı söyləsinlər. Şübhəsiz ki, şeytan aralarına
nifaq
salar. Şübhəsiz ki, şeytan, insan üçün açıq-aşkar bir düşməndir....
Taha Suresi, 94. Ayet:
Harun: "Ey anamın oğlu! Saqqalımdan və başımdan yapışma. Şübhəsiz, mən qorsdum ki, sən deyəsən: İsrail oğulları arasına
nifaq
saldın və mənim sözümə bakmadın" dedi....
Həcc Suresi, 53. Ayet:
Sonra da Allah, şeytanın qoyduğu [vəsvəsəni] qəlblərində xəstəlik olan, pis fikirli və ürəkləri qatılaşmış kəslərin dindən çıxmasına [bir sınaq vasitəsi] etmək [üçün] -şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər həqiqətən uzaq bir
nifaq
içindədirlər...
Sad Suresi, 2. Ayet:
Əksinə, o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən o kəslər] bir qürur və
nifaq
içindədirlər....