Duha Suresi, 11. Ayet: Və Rəbbinin (sənə əta etdiyi) nemətindən söhbət aç! (De ki, sən özün Allahın varlıq aləminə olan ilk hədiyyəsisən, yaradılış qapısının fəth olunma vasitəsisən, ən kamil insaniyyətə, ən kamil ağıla, əzəmətli əxlaqa, peyğəmbərliyin xətm olunmasına, ən dolğun bir dinə, əbədilik Qur’ana, zat müqəddəsliyinə və canişinlərin ismətinə maliksən)....
Ənfal Suresi, 49. Ayet: Bir vaxt o münafiqlər və qəlbində xəstəlik olan; xəstə zehniyyətli kəslər, "Bu adamları dinləri aldatdı" dediklərində, hər kim işin nəticəsini Allaha tapşırsa, bilsin ki, həqiqətən, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir....