Məhəmməd Suresi, 15. Ayet: Məsəli cənnətin, hansı ki,
vəd verilib müttəqilərə: orada nəhrlər sudan – duru, təmiz,
xarab olmayan və nəhrlər süddən, tamı dəyişmir. Nəhrlər
şərbətdəndir, ləzzətlidir içənlər üçün və nəhrlər əsil baldandır.
Onlar üçün orada külli səmaratdan və bağışlanmaq
Rəblərindən. O kəs kimidir ki, o, həmişəlik qalacaqdır odda və
onu hamamdakı qaynar su ilə içirdirlər və qət edəcək daxilini,
onların?...
Cin Suresi, 1. Ayet: De: «Mənə vəhy olundu ki, (bizim hiss etmədiyimiz, oddan yaranmış, erkək və dişi cinsli, doğub-törəyən, dini öhdəçilikləri, ölümləri və dirilmələri olan, savab qazanan və cəzaya uğrayan, Cənnətlik və Cəhənnəmlik mövcudlar olan) bir dəstə cin (bu Qur’ana) qulaq asdılar və (öz qövmlərinə qayıdıb) dedilər: «Həqiqətən, biz qəribə bir Qur’an eşitdik (kəlamının gözəlliyi, nəzminin dəqiqliyi və məzmununun dərinliyi ilə bəşər kəlamından olduqca üstündür)»....
Əraf Suresi, 38. Ayet: Allah, "Sizdən əvvəl gəlib-keçən, tanıdığınız və tanımadığınız, od içinə girmiş, lideri olan camaatların arasına girin!" deyər. Hər camaat girərkən qardaşını özgələşdirərək özündən uzaqlaşdırar. Nəhayət hamısı oraya yığışdıqda, sonrakılar əvvəlkilər haqqında, "Rəbbimiz, bizi bax bunlar azdırdı. Onlara oddan qatbəqat əzab ver" deyərlər. Allah, "Hər kəsə qatbəqatdır, lakin siz bilmirsiniz" deyər....