Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Tövbə Suresi, 75. Ayet:
Onlardan bəzisi də: “Əgər Allah bizə Öz lütfündən (mal-mülk) verərsə, mütləq sədəqə verəcək və əməlisalehlərdən
olacağıq”,
- deyə Allaha söz verdilər....
Ənam Suresi, 63. Ayet:
De ki: “Siz aşkara və gizlin Ona, “Əgər bizi bundan qurtararsa, əlbəttə, şükür edənlərdən
olacağıq”,
– deyə dua edərkən sizi qurunun və dənizin qaranlıqlarından (təhlükələrindən) kim xilas edir?”...
Əraf Suresi, 189. Ayet:
Allah sizi tək bir nəfsdən yaradan və onunla hüzur tapsın deyə zövcəsini də ondan yaradandır. (İnsan) zövcəsi ilə birləşdikdə zövcəsi yüngül bir yük yüklənir (hamilə qalır) və (bir müddət) onu daşıyır. Hamiləliyi ağırlaşdıqda ikisi də Rəbləri Allaha: “Əgər bizə yaxşı və sağlam bir övlad versən, əlbəttə, şükür edənlərdən
olacağıq”,
– deyə dua edərlər....
Yunus Suresi, 22. Ayet:
O, sizi quruda və dənizdə gəzdirəndir. Gəmilərlə dənizə üz tutduğunuz və içindəkilərlə birlikdə gəmilərinizin əlverişli bir küləklə irəlilədiyi, gəmidəkilərin də bununla sevindikləri bir vaxt şiddətli bir fırtına onu haqlayar və hər tərəfdən dalğalar onlara hücum edər. Dalğaların arasında qaldıqlarını (dənizdə qərq olub boğulacaqlarını) başa düşdükdə dini Allaha məxsus edərək: “And olsun, əgər bizi bundan xilas etsən mütləq şükür edənlərdən
olacağıq”,
– deyə Allaha yalvararlar....