Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əhqaf Suresi, 15. Ayet:
Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (ana bətnində) daşınması və süddən kəsilməsi otuz ay ərzindədir. Nəhayət, o, yetkinləşib qırx yaşına çatanda belə deyər: “Ey Rəbbim! Mənə və ata-anama verdiyin nemətlərə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə ilham ver! Mənim nəslimi islah et! Həqiqətən, mən tövbə edib Sənə yönəlmişəm və mən Sənə təslim
olanlardanam”.
...
Əhqaf Suresi, 15. Ayet:
Biz insana ata-anası ilə yaxşı rəftar etməyi əmr etdik. Anası onu nə zəhmətlə qarnında daşıdı və nə zəhmətlə doğdu! Onun (ana bətnində) daşınması və süddən kəsilmə müddəti (cəmi) otuz aydır. Nəhayət, yetkinlik dövrünə çatıb qırx yaşına yetişdikdə belə deyər: “Mənə və ata-anama verdiyin nemətlərə şükür etməyimi, sənin razı qalacağın saleh əməl işləməyimi mənə ilham et. Nəslimi də saleh kimsələr et. Şübhəsiz, mən sənə yönəldim. Həqiqətən, mən sənə təslim
olanlardanam”.
...