Nəhl Suresi, 70. Ayet: Allah sizi yaratmışdır, sonra da (əcəliniz çatanda) öldürəcəkdir. Sizin bir qisminiz ömrün ən rəzil (ixtiyar) çağına (80-90 yaşlarına) çatdırılar ki, (vaxtilə) bildiyi hər şeyi unudar. (İnsan qocalığın ən düşkün dövründə bildiyini unudar, xasiyyətini dəyişib uşaq kimi olar. Bu, əsasən, kafirlərə aiddir. Lakin Quran oxuyan, oruc tutub namaz qılan, sidq-ürəkdən ibadət edən şəxsin isə ixtiyar çağında belə, ağlı başında olar, uzun ömür onun qiymətini və kəramətini Allah yanında daha da artırar). Həq...
Əhzab Suresi, 53. Ayet: Ay o kəslər ki,
inanırsınız! Daxil olmayın nəbinin evinə, ancaq ki, sizə izn
verilə təama tərəf, onun vaxtını gözləmədən. Lakin onda ki, sizi
çağırdılar, onda daxil olun. Onda ki, təamı sərf etdiniz, dostluq
söhbətlərinə girişmədən dağılın. Həqiqətən, bu, nəbi üçün
əziyyət verir və o, sizdən həya edir və Allah haqdan həya
etməz. Onda ki, onlardan mətah istəyirsiniz, onu pərdə dalından
istəyin. Bu, sizin qəlbiniz üçün və o qadınların qəlbləri üçün
paklıqdır. Yaraşmaz sizə Allahın rəsulunu...
Hədid Suresi, 20. Ayet: Bilin ki, dünya həyatı sadəcə bir oyun, bir əyləncə, bir süs, aranızda qarşılıqlı bir öyünmə, çox mal və övlad sahibi olmaq yarışından ibarətdir. (Nəhayət, hamısı yox olub gedər.) Eynilə belə: Bir yağmur ki, bitirdiyi bitki əkinçilərin xoşuna gələr, sonra qurumağa başlayar, sən onu saralmış görərsən. Sonra da çör-çöp olar. Axirətdə isə (dünyadakı əmələ görə ya) şiddətli bir əzab və (ya) Allahın məğfirət və rizası var. Dünya həyatı aldadıcı mənfəətdən başqa bir şey deyil....
Maidə Suresi, 45. Ayet: Və Biz, Tövratda onlara, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş yazdıq. Yaralara qisas var. Bununla birlikdə, kim qisas haqqını bağışlasa, bu özü üçün kəffarə olar. Və kim Allahın nazil etdiyi ilə hökm etməzsə, məhz onlar səhv; öz zərərinə olan əməli işləyənlərdir....