Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Tövbə Suresi, 113. Ayet:
Müşriklərin cəhənnəmlik olduqları bəlli olduqdan sonra, qohum olsalar belə, onlar üçün bağışlanma diləmək Peyğəmbərə və möminlərə yaraşmaz. (Rəvayətə görə, Həzrət Peyğəmbər əmisi Əbu Talibin bağışlanması üçün Allaha dua etmiş, buna görə də yuxarıdakı ayə nazil
olmuşdur.)
...
Ali-İmran Suresi, 196. Ayet:
Kafirlərin (bolluq içində) ölkə-ölkə gəzib dolaşmaları səni əsla aldatmasın! (Bəzi möminlər, kafirlərin maddi imkanlarının yaxşı olduğunu və bolluq içində yaşadıqlarını gördüyü zaman: “Görünən odur ki, Allahın düşmənləri bolluq içində yaşayır, biz isə əziyyət çəkirik”, - demişdilər. Buna görə də yuxarıdakı ayə nazil
olmuşdur.)
...
Zümər Suresi, 30. Ayet:
Şübhəsiz, sən də öləcəksən, onlar da öləcəklər. (Bu ayə kafirlərin Həzrət Peyğəmbərin vəfatını arzulamaları və bunu gözləmələri səbəbilə nazil
olmuşdur.)
...
Həşr Suresi, 5. Ayet:
Xurma ağaclarından hər hansı birini kəsməyiniz, yaxud onu (kəsməyib) kökü üstündə saxlamağınız Allahın iznilədir və doğru yoldan çıxanları rəzil etməsi üçündür. (Bu ayə müsəlmanların yəhudilərə aid xurma ağaclarından bir qismini kəsdikləri üçün nazil
olmuşdur.)
...
Ənkəbut Suresi, 60. Ayet:
Elə canlılar var ki, ruzisini yanında daşımaz. Allah onlara da, sizə də ruzi verir. O hər şeyi eşidəndir, biləndir. (Rəvayətə görə, Həzrət Peyğəmbər Məkkədə müşriklərin əziyyət və işgəncələrinə məruz qalan zəif müsəlmanlara hicrət etmələrini söylədiyi zaman onlar: “Biz ora necə gedək? Orada nə yerimiz, nə də mal-mülkümüz var. Bizi kim yedirib-içirdəcək?” - demişdilər. Bundan sonra yuxarıdakı ayə nazil
olmuşdur.)
...
Cümə Suresi, 11. Ayet:
Onlar bir alış-veriş, yaxud əyləncə gördükləri zaman ona tərəf qaçar və səni ayaq üstə qoyub gedərlər. De: “Allah dərgahındakılar əyləncədən və alış-verişdən daha yaxşıdır. Allah ruzi verənlərin ən yaxşısıdır!” (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, Mədinədə qıtlıq yaşanan bir dövrdə Həzrət Peyğəmbər cümə xütbəsi verərkən oranın yaxınlığından ərzaq yüklü bir karvan keçirdi. Karvanın gəldiyini xəbər vermək məqsədilə çalınan dəf səsi eşidiləndə hamı karvana tərəf qaçmağa başladı. Yalnız on ik...
Ənam Suresi, 19. Ayet:
De: “Şahidlik baxımından hansı daha böyükdür?” De ki: “(Həqiqətən, peyğəmbər olduğuma dair) mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə, sizi və (Quranın) çatdığı hər kəsi onunla xəbərdar etməyim üçün vəhy olundu. Yoxsa siz Allahla yanaşı başqa ilahların olduğunamı şahidlik edirsiniz?” De: “Mən şahidlik etmərəm!” De ki: “O, yalnız tək bir ilahdır. Həqiqətən, mən sizin şərik qoşduqlarınızdan uzağam!” (Məkkəli müşriklər Həzrət Peyğəmbərə: “Sənin peyğəmbər olduğuna dair heç bir şahid yoxdu...
Ənam Suresi, 33. Ayet:
Həqiqətən, onların söylədikləri sözlərin səni çox kədərləndirdiyini bilirik. Əslində, onlar səni yalançı saymırlar, lakin o zalımlar Allahın ayələrini inkar edirlər. (Əbu Cəhl Həzrət Peyğəmbərə: “Biz sənin yalançı olduğunu demirik. Çünki sənin əmin və doğru bir insan olduğunu bilirik. Ancaq biz Allahın ayələrini inkar edirik”, – demişdi. Bu sözlər də Peyğəmbəri çox kədərləndirmişdi. Bunun nəticəsində Həzrət Peyğəmbəri (s.ə.s) təsəlli etmək məqsədilə yuxarıdakı ayə nazil
olmuşdur.)
...
Ənam Suresi, 93. Ayet:
Allaha iftira yaxan, yaxud özünə heç nə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur!” - deyən və: “Mən də Allahın endirdiyinin (endirdiyi ayələrin) bənzərini endirəcəyəm!” - deyən kimsədən daha zalım kim ola bilər?! O zalımlar ölümün (boğucu) dalğaları içində ikən mələklər də əllərini uzadıb (onlara): “Çıxarın canlarınızı! Allaha qarşı yalan sözlər danışdığınıza və Onun ayələrinə qarşı təkəbbür göstərdiyinizə görə siz bu gün alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” - deyərkən onların hal...
Ələq Suresi, 19. Ayet:
Xeyr, ona boyun əymə! Səcdə et və (Rəbbinə) yaxınlaş! (Təfsirlərdə qeyd olunduğuna görə, bu ayələr Həzrət Peyğəmbər namaz qılarkən ona əziyyət verən Əbu Cəhl haqqında nazil
olmuşdur.)
...
Həcc Suresi, 25. Ayet:
İnkar edənlər və (insanları) Allah yolundan və Məscidi-Haramdan –hansı ki, onun daxilində yerli olsun, gəlmə olsun bütün insanları bərabər tutmuşuq – döndərənlər (əzaba layiq
olmuşdur.)
Kim də orada zülm edərək haqdan sapmaq istərsə, biz ona ağrılı-acılı əzabdan daddıracağıq....