Bəqərə Suresi, 177. Ayet: Yaxşı əməl (ibadət vaxtı) üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və peyğəmbərlərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu qohum-əqrəba, yetimlər, yoxsullar, yolda qalanlar, dilənçilər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, darlıqda, çətinlikdə, eləcə də döyüş vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir....
Nisa Suresi, 23. Ayet: Analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınızın qızları, bacınızın qızları, sizi əmizdirən analarınız, süd bacılarınız, arvadlarınızın anaları və cinsi əlaqədə olduğunuz arvadlarınızdan olub sizin evinizdəki ögey qızlarınızla evlənmək sizə haram edilmişdir. Əgər onlarla (ögey qızlarınızın anaları ilə) cinsi əlaqədə olmamısınızsa, (qızları ilə evlənmək) sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları və iki bacını birlikdə almaq da (sizə haram ed...
Maidə Suresi, 54. Ayet: Ey iman gətirənlər! Sizdən kim dinindən dönərsə, bilsin ki, Allah onları, onlar da Onu sevirlər. O, möminlərə qarşı təvazökar, kafirlərə qarşı hörmətli, Allah yolunda cihad edən və qınayanların qınamasından qorxmayan bir tayfa gətirər. Bu, Allahın lütfüdür ki, onu istədiyinə verir. Allah hər şeyi biləndir, hər şeyi biləndir!...