Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Tövbə Suresi, 123. Ayet:
Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərə qarşı döyüşün və qoy onlar (döyüş əsnasında) sizdən bir sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlə bərabərdir! (Yuxarıdakı ayədə, müharibə şəraitində kafirlərdən ibarət düşmən qüvvəsinə qarşı vuruşarkən müsəlmanların mətin olmaları tələb
olunur.)
...
Ali-İmran Suresi, 79. Ayet:
Allah kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra insanlara: “Allahı buraxıb mənə qul olun!” - demək heç kimə yaraşmaz. Əksinə (o belə deyər:) “Öyrətdiyiniz kitaba və öyrəndiklərinizə uyğun olaraq Rəbbə xalis qullar olun!” (Xristianlar Həzrət İsanın ilah olduğunu iddia edirlər. Həzrət İsanın gətirdiyi dində olmayan və Allahın birliyinə zidd olan bu iddia İslam dininə görə batil bir inancdır. Yuxarıdakı ayədə bu məsələyə işarə
olunur.)
...
Şüəra Suresi, 20. Ayet:
Musa dedi: “Mən o işi edərkən nadanlardan idim. (Burada Həzrət Musanın bir Misirlini öldürməsinə işarə edilir. Təfsirlərdə Həzrət Musanın öldürmə məqsədi güdmədən bir nəfəri vurduğu və bunun nəticəsində həmin adamın öldüyü qeyd
olunur.)
...
Saffat Suresi, 147. Ayet:
Biz onu yüz min və daha çox kimsəyə peyğəmbər göndərdik. (Təfsirlərdə Həzrət Yunisin Mosuldakı Ninova şəhərinin xalqına peyğəmbər göndərildiyi qeyd
olunur.)
...
Məhəmməd Suresi, 26. Ayet:
Çünki onlar Allahın endirdiyini bəyənməyənlərə: “Bəzi məsələlərdə sizə itaət edəcəyik!” - dedilər. Halbuki Allah onların gizlətdiklərini bilir. (Bu ayədə münafiqlərin Həzrət Peyğəmbərə düşmənçilik edəcəklərinə və müsəlmanların onunla birlikdə döyüşmələrinə mane olacaqlarına dair yəhudi və müşriklərə söz verdiklərinə işarə
olunur.)
...
Əhzab Suresi, 9. Ayet:
Ey iman gətirənlər, Allahın sizə verdiyi nemətini xatırlayın! Vaxtilə bir ordu sizin üstünüzə gəlmişdi. Biz də onların üstünə külək və görmədiyiniz bir ordu göndərmişdik. Allah sizin etdiklərinizi görür. (Hicrətin beşinci ilində Qüreyş və Qətəfan qəbilələri birləşərək Mədinəyə hücum etmişdilər. Mədinədə müsəlmanlarla müttəfiq olan Bəni-Qüreyzə qəbiləsi isə xəyanət edərək düşmənlərin tərəfinə keçmişdi. Xəndək müharibəsi adlanan bu döyüşdən müsəlmanlar qalib çıxmışdı. Yuxarıdakı ayədə bu hadisəyə ...
Yasin Suresi, 13. Ayet:
Sən onlara şəhər xalqını misal çək! Bir vaxtlar ora elçilər gəlmişdi. (Təfsir mənbələrində bu şəhərin bugünkü Türkiyə ərazisindəki Antakya şəhəri olduğu qeyd
olunur.)
...
Bələd Suresi, 6. Ayet:
O: “Mən çoxlu mal-mülk sərf etmişəm!” - deyir. (Yuxarıdakı ayədə müşriklərin Həzrət Peyğəmbərə düşmənçilik yolunda mal-mülklərini sərf etmələrinə işarə
olunur.)
...
Haqqə Suresi, 11. Ayet:
Hər tərəfi su basdığı zaman üzüb gedən gəmidə sizi Biz daşıdıq. (Burada Nuh tufanına və Həzrət Nuhun gəmisinə işarə
olunur.)
...
Nur Suresi, 7. Ayet:
Beşinci şəhadət(də belə deməlidir): Əgər yalançılardan olsa Allah ona lənət etsin! (Bu şəhadətdən sonra kişi üçün şahidsiz irəli sürdüyü ittihama görə şəriətdə nəzərdə tutulmuş cəza hökmü götürülür və qadın məhkum
olunur.)
...