Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 4. Ayet:
Biz neçə-neçə məmləkətləri məhv etdik. Beləcə, əzabımız
onlara
gecə, yaxud gündüz istirahət edərkən gəlmişdi. (Allah Lut peyğəmbərin qövmünü gecə, Şüeyb peyğəmbərin qövmünü isə gündüz vaxtı məhv etmişdir.)...
Əraf Suresi, 5. Ayet:
Əzabımız
onlara
gəldiyi zaman onların yalvarışı ancaq: “Biz həqiqətən, zalım kimsələrmişik!” - demələri oldu....
Əraf Suresi, 7. Ayet:
Biz
onlara
, (etdikləri əməlləri) elmlə (dəlil və sübutla) xəbər verəcəyik. Axı Biz (onlardan) uzaqda deyildik....
Əraf Suresi, 20. Ayet:
Beləliklə, şeytan (örtülü olan) ayıb yerlərini
onlara
göstərmək məqsədilə vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı qadağan etdi ki, mələyə çevrilməyəsiniz, yaxud əbədi qalanlardan olmayasınız”....
Əraf Suresi, 21. Ayet:
Həmçinin (şeytan)
onlara
and verərək: “Mən həqiqətən, sizə nəsihət verənlərdənəm!” – dedi....
Əraf Suresi, 22. Ayet:
Beləcə, onları yalan sözlərlə aldatdı. Ağacın (meyvəsindən) daddıqları zaman ayıb yerləri
onlara
göründü və cənnət yarpaqları ilə üstlərini örtməyə başladılar. Rəbbi
onlara
: “Mən sizə bu ağacı qadağan etməmişdimmi? Sizə deməmişdimmi ki, şeytan sizin açıq-aşkar düşməninizdir?!” - deyə səsləndi....
Əraf Suresi, 35. Ayet:
Ey Adəm oğulları! Sizə içinizdən ayələrimi oxuyan peyğəmbərlər gəldiyi zaman kim (
onlara
qarşı çıxmaqdan) çəkinər və özünü islah edərsə, onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməyəcəklər....
Əraf Suresi, 37. Ayet:
Yalandan Allaha iftira yaxan, yaxud Onun ayələrini yalan sayan kimsədən daha zalım kim ola bilər?! Kitabdakı (ömür və ruzi) qismətləri
onlara
çatacaqdır. Nəhayət, elçilərimiz (mələklər) canlarını almaq üçün gəlib: “Allahdan savayı yalvardıqlarınız haradadır?” – deyəcəklər. Onlar da: “Bizdən uzaqlaşıb yoxa çıxdılar!” - deyəcək və kafir olduqlarına dair öz əleyhlərinə şahidlik edəcəklər....
Əraf Suresi, 38. Ayet:
Allah buyuracaq: “Sizdən əvvəl gəlib-keçmiş cin və insan tayfalarının arasında siz də cəhənnəmə girin!” Hər tayfa girdikcə yoldaşlarına lənət oxuyacaqlar. Nəhayət, hamısı bir-biri ardınca orada toplandığı zaman sonradan gələnlər, daha əvvəl gələnlər barəsində: “Ey Rəbbimiz! Bizi bunlar sapdırdı. Ona görə də
onlara
ikiqat cəhənnəm əzabı ver!” - deyəcəklər. (Allah da): “Hər kəs üçün ikiqatı (əzab) vardır, lakin siz bilmirsiniz”, - deyəcəkdir....
Əraf Suresi, 43. Ayet:
Biz onların ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların (məskunlaşdığı cənnətin ağacları) altından çaylar axar. Onlar deyərlər: “Bunun üçün bizi doğru yola yönəldən Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz doğru yolu tapa bilməzdik. Şübhəsiz ki, Rəbbimizin peyğəmbərləri həqiqəti gətirmişdilər”.
Onlara
: “Etdiyiniz əməllər müqabilində varisi olduğunuz cənnət budur!” - deyə səslənilər....
Əraf Suresi, 52. Ayet:
Həqiqətən, Biz
onlara
iman gətirən bir qövm üçün hidayət və rəhmət olan, elmlə açıqladığımız bir Kitab (Quran) gətirdik....
Əraf Suresi, 96. Ayet:
Əgər o məmləkətlərin xalqı iman gətirib (günahlardan) çəkinsəydilər, həqiqətən,
onlara
göydən və yerdən bərəkət qapılarını açardıq. Lakin onlar (peyğəmbərləri) yalanladılar, Biz də onları qazandıqlarına görə (əzabla) yaxaladıq....
Əraf Suresi, 97. Ayet:
Yoxsa o məmləkətlərin əhalisi, əzabımızın
onlara
gecə yatarkən gəlməyəcəyindən əmin idilərmi?!...
Əraf Suresi, 98. Ayet:
Yaxud o məmləkətlərin əhalisi, əzabımızın
onlara
gündüz əylənərkən gəlməyəcəyindən əmin idilərmi?!...
Əraf Suresi, 101. Ayet:
O məmləkətlərin xəbərlərinin bir qismini sənə söyləyirik. Həqiqətən, peyğəmbərləri
onlara
açıq-aşkar dəlillər gətirmişdilər. Ancaq onlar daha əvvəl yalanladıqlarına iman gətirəsi deyildilər. Allah kafirlərin qəlblərini belə möhürləyər....
Əraf Suresi, 105. Ayet:
Allah barəsində yalnız həqiqəti söyləmək mənim borcumdur. Mən sizə Rəbbinizdən açıq-aşkar bir dəlil gətirmişəm. İsrail oğullarını mənimlə bərabər göndər (azad et)!” (İsrail oğulları daha əvvəl Həzrət Yusif peyğəmbər Misirdə xəzinədar ikən ataları Həzrət Yaqub peyğəmbərlə birlikdə Fələstindən köçərək Misirə yerləşmişdilər. Daha sonraları Misirin fironları onları qul kimi işlətdilər və
onlara
müxtəlif əzab-əziyyətlər verdilər. İsrail oğullarından olan Həzrət Musa da Firona, öz xalqını Misirdən çıx...
Əraf Suresi, 127. Ayet:
Fironun qövmünün əyanları isə belə dedilər: “Səni və sənin ilahlarını atıb yer üzündə fitnə-fəsad törətsinlər deyə Musanı və qövmünü buraxacaqsanmı?” O dedi: “Onların oğullarını öldürəcək, qadınlarını isə sağ buraxacağıq. Bizim
onlara
hökmranlıq etməyə gücümüz çatar”....
Əraf Suresi, 131. Ayet:
Onlara
xeyir gəldiyi zaman: “Bu bizim haqqımızdır!” - deyirdilər. Əgər
onlara
bir pislik üz verərsə, Musa və onunla bərabər olanları uğursuz sayırdılar. Bilin ki, onların uğursuzluğu yalnız Allah tərəfindəndir. Lakin onların çoxu bilməz....
Əraf Suresi, 133. Ayet:
Biz də ayrı-ayrı möcüzələr olmaqla
onlara
tufan, çəyirtkə, həşərat, qurbağalar və qan göndərdik. Yenə də onlar təkəbbürləndilər və günahkar bir qövm oldular. (Firon və qövmü Həzrət Musaya iman gətirmədiyi üçün Allah-Təala
onlara
tufan göndərdi. Bundan sonra da ardıcıllıqla çəyirtkə, həşərat və qurbağalar göndərdi. Daha sonra göydən qan yağdırdı və bütün suları qan oldu. Bu müsibətlərin ortadan qalxması üçün Həzrət Musaya müraciət etdilər və o da dua etdi. Beləcə, Allah onlardan bu müsibətləri gö...
Əraf Suresi, 134. Ayet:
Onlara
əzab gəldiyi zaman dedilər: “Ey Musa! Sənə verdiyi əhdin hörmətinə bizim üçün Rəbbinə dua et! Əgər əzabı bizdən dəf etsən, mütləq sənə iman gətirəcək və hökmən İsrail oğullarını səninlə göndərəcəyik”....
Əraf Suresi, 148. Ayet:
(Tura gedən) Musanın ardınca qövmü zinət əşyalarından (düzəltdikləri) və böyürtüsü olan bir buzov heykəlini özlərinə (ilah) qəbul etdilər. Görmədilərmi ki, o (buzov) nə onlarla danışır, nə də
onlara
yol göstərə bilir?! Onu özlərinə (ilah) qəbul edərək zalım kimsələr oldular. (Həzrət Musa Turda qalma müddətinə on gün əlavə etdikdən sonra İsrail oğullarının içindən Samiri adında bir sənətkar insanların qızıl kimi zinət əşyalarını toplayıb əridərək ondan bir buzov heykəli düzəltdi və: “Sizin də, Mu...
Əraf Suresi, 160. Ayet:
Biz onları (İsrail oğullarını) on iki qəbiləyə ayırdıq. Qövmü ondan su istədiyi zaman biz Musaya: “Əsanı daşa vur!” – deyə vəhy etdik. Ondan dərhal on iki çeşmə fışqırdı. Hər qəbilə özünün su içmə yerini bildi. Buludlarla da onların üstünə kölgə saldıq.
Onlara
qüdrət halvası və bildirçin əti də endirdik. (
Onlara
dedik ki:) “Sizə verdiyimiz ruzilərin təmiz olanından yeyin!” Ancaq onlar (əmrlərimizə itaət etməyərək) Bizə deyil, özlərinə zülm edirdilər....
Əraf Suresi, 161. Ayet:
O zaman
onlara
belə deyilmişdi: “Bu şəhərdə (Qüdsdə) məskunlaşın. Ondan (nemətlərindən) istədiyiniz kimi yeyin. “Hittə!” (Bizi bağışla!) deyin və qapıdan əyilərək daxil olun ki, sizin günahlarınızı bağışlayaq”. Biz yaxşı işlər görənlərin mükafatlarını daha da artıracağıq....
Əraf Suresi, 162. Ayet:
Ancaq onlardan zalım olanlar, özlərinə deyilən sözü başqası ilə dəyişdirdilər. Zülm etdiklərinə görə Biz də
onlara
göydən bir əzab göndərdik. (Rəvayətə görə, bu əzab vəba xəstəliyi idi və bu xəstəlik qısa müddət ərzində kütləvi ölümlərə səbəb olmuşdu.)...
Əraf Suresi, 163. Ayet:
Onlardan dəniz kənarındakı qəsəbə (xalqı) haqqında soruş! O zaman onlar şənbə günü həddi aşırdılar. Çünki şənbə günü balıqlar dəstə-dəstə
onlara
tərəf gəlir, şənbə günündən başqa günlər isə gəlmirdilər. Günah işlədiklərinə görə onları bu şəkildə imtahana çəkirdik. (Allah-Təala İsrail oğullarına şənbə günü ov etməyi qadağan etmiş və bu günə hörmət göstərmələrini istəmişdi. Bunun nəticəsində balıqlar o gün su üzünə çıxır və sərbəst şəkildə üzürdülər. Digər günlərdə isə balıqlar su üzünə çıxmırdı....
Əraf Suresi, 166. Ayet:
Təkəbbürlənərək qadağan edilən şeylərdən əl çəkmədikləri zaman
onlara
: “Zəlil meymunlar olun!” - dedik. (Bəzi təfsirçilərə görə, yəhudilərdən bir qrup insan şənbə günü qadağasına hörmət göstərmədikləri üçün Allah onları donuz və meymun şəklinə salmışdır. Digər bir qrup təfsirçiyə görə isə, onlar mənəvi və əxlaqi cəhətdən meymunlar kimi zəlil olub insanlar tərəfindən qınanmışdılar.)...
Əraf Suresi, 167. Ayet:
O zaman Rəbbin, həqiqətən, qiyamət gününə qədər
onlara
ən pis əzabı verəcək kimsələr göndərəcəyini elan etdi. Şübhəsiz ki, sənin Rəbbin cəzanı tezliklə verəndir. Həqiqətən, O bağışlayandır, mərhəmətlidir....
Əraf Suresi, 169. Ayet:
Onlardan sonra (ayələri təhrif etmək müqabilində) bu dəyərsiz dünya malını alaraq Kitaba varis olan və: “Onsuz da biz bağışlanacağıq”. - deyən kimsələr onların yerinə keçdilər.
Onlara
, ona bənzər başqa bir dünya malı gəlsəydi, onu da alardılar. Bəs onlardan, Allaha dair haqdan başqasını söyləməyəcəklərinə dair Kitabda yazılanlara uyğun əhd alınmamışdımı?! Halbuki, onlar onun içindəkiləri öyrənmişdilər. Axirət yurdu (Allahdan) qorxanlar üçün daha xeyirlidir. Hələ də düşünmürsünüzmü?...
Əraf Suresi, 175. Ayet:
Onlara
, ayələrimizi verdiyimiz halda onlardan imtina edən kimsənin xəbərini də oxu. Beləliklə şeytan onu özünə tabe etmiş və o da haqq yoldan azanlardan olmuşdu. (Təfsir alimlərinin əksəriyyətinə görə, bu adam İsrail oğullarından Bələm ibn Bauradır. O, əvvəllər Həzrət Musanın dinini qəbul etmiş mömin bir kişi idi. Ancaq Bələmin Həzrət Musa tərəfindən elçi olaraq göndərildiyi qövm Həzrət Musanın onları məğlub edəcəyindən qorxaraq ona təzyiq göstərmişdi. Bələm də Həzrət Musaya bəd dua etmiş və ona...
Əraf Suresi, 176. Ayet:
Əgər Biz istəsəydik, onlarla (həmin ayələrlə) onu ucaldardıq. Lakin o, dünyaya meyil etdi və öz nəfsinin arzularına uydu. Onun halı bir köpəyin halına bənzəyir; üstünə cumsan da ləhləyər, qoyub getsən də ləhləyər. Bu, ayələrimizi yalanlayan qövmün halıdır. Hadisələri (
onlara
) nəql et ki, bəlkə, onlar düşünüb təfəkkür edərlər....
Əraf Suresi, 183. Ayet:
Mən
onlara
möhlət verirəm. Şübhəsiz ki, Mənim məkrim (əzabım) çox şiddətlidir!...
Əraf Suresi, 190. Ayet:
Ancaq Allah
onlara
sağlam bir övlad bəxş etdiyi zaman onlar həmin uşaq barəsində Ona şəriklər qoşdular. Allah isə onların qoşduqları şəriklərdən ucadır! (Bu ayənin təfsiri ilə əlaqəli bir neçə fərqli görüş vardır. Təbəri təfsirində bu ayənin izahı ilə əlaqəli belə bir hədis nəql olunmuşdur: “Həvva hamilə qaldığı zaman İblis onun ətrafında dolaşırdı. Çünki Həvvanın doğulan uşaqları yaşamırdı. İblis Həvvaya: “Sən ona Abdülharis adını qoy!” - demişdi. Həvva da hamilə olduğu uşağın adını Abdülharis ...
Əraf Suresi, 192. Ayet:
Halbuki (şərik qoşduqları) nə
onlara
, nə də özlərinə yardım edə bilərlər....
Əraf Suresi, 203. Ayet:
Onlara
bir ayə gətirmədiyin zaman: “Sən onu özündən uydurmalı deyildinmi?” - deyərlər. De: “Mən ancaq Rəbbimdən mənə vəhy olunana tabe oluram. Bu Quran Rəbbiniz tərəfindən göndərilmiş dəlillərdir, iman gətirən bir qövm üçün də hidayət və mərhəmət mənbəyidir”....
Bəqərə Suresi, 3. Ayet:
O kəslər ki, qeybə (Allaha, mələklərə və axirət gününə) inanır, namazı qılır və
onlara
verdiyimiz ruzidən infaq edirlər....
Bəqərə Suresi, 11. Ayet:
Onlara
: “Yer üzündə fitnə-fəsad törətməyin!” - deyildikdə onlar: “Biz yalnız islahedicilərik!” - deyərlər....
Bəqərə Suresi, 13. Ayet:
Onlara
: “İnsanlar iman gətirdiyi kimi siz də iman gətirin!” - deyildiyi zaman: “Biz də səfehlər kimi iman gətirək?” - dedilər. Bilin ki, səfehlər onların özləridir. Lakin bunu bilmirlər....
Bəqərə Suresi, 14. Ayet:
Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də iman gətirmişik”, - deyərlər. Şeytanları (dostları) ilə yalnız qalanda isə: “Biz sizinləyik,
onlara
istehza edirik”, - deyərlər....
Bəqərə Suresi, 15. Ayet:
(Əslində) Allah
onlara
istehza edir və azğınlıqları içində çaşqın bir vəziyyətdə qalmaları üçün
onlara
möhlət verir....
Bəqərə Suresi, 25. Ayet:
İman gətirib saleh əməl işləyənləri altından çaylar axan cənnətlərlə müjdələ!
Onlara
hər dəfə oradan bir ruzi verildikdə: “Bu, daha əvvəl bizim (dünyada) yediyimiz ruzidir”, - deyəcəklər. Halbuki (dünyada)
onlara
bunun bənzəri verilmişdi. Orada onlar üçün tərtəmiz zövcələr də var. Onlar orada əbədi qalacaqlar....
Bəqərə Suresi, 33. Ayet:
Allah dedi: “Ey Adəm, bunların adlarını
onlara
bildir!” Adəm mələklərə onların adlarını bildirdiyi zaman Allah dedi: “Sizə demədimmi ki, Mən göylərin və yerin qeybini, eləcə də sizin gizlətdiklərinizi və aşkar etdiklərinizi bilirəm?!”...
Bəqərə Suresi, 48. Ayet:
Heç kimin başqasının əvəzinə bir şey ödəyə bilməyəcəyi, heç kəsdən şəfaət qəbul olunmayacağı və heç kimdən (günahlarının yerinə) fidyə (əvəz) alınmayacağı o gündən qorxun!
Onlara
heç bir köməklik göstərilməyəcəkdir....
Bəqərə Suresi, 59. Ayet:
Zülm edənlər
onlara
deyilən sözü başqa bir sözlə (“hittə” sözünü “buğda” mənasına gələn “hintə” sözü ilə) dəyişdirdilər. Biz də o zülm edənlərə etdikləri haqsızlığa görə göydən şiddətli bir əzab endirdik....
Bəqərə Suresi, 60. Ayet:
Vaxtilə Musa öz qövmü üçün su istəmiş, Biz də: “Əsan ilə daşa vur!” - demişdik. Beləcə, oradan on iki çeşmə fışqırmış və hər qəbilə öz çeşməsini tanımışdı. (Biz
onlara
belə demişdik:) “Allahın verdiyi ruzidən yeyin-için və yer üzündə həddinizi aşaraq fitnə-fəsad törətməyin!”...
Bəqərə Suresi, 61. Ayet:
Bir zaman siz: “Ey Musa! Bir növ yeməyə dözə bilməyəcəyik. Bizim üçün Rəbbinə dua et ki, bizə torpağın bitirdiklərindən - tərəvəz, xiyar, sarımsaq, mərcimək və soğandan yetirsin!” - demişdiniz. Musa demişdi: “Xeyirli olanı daha az dəyəri olanlamı dəyişdirmək istəyirsiniz? Elə isə şəhərə gedin! Çünki sizin istədikləriniz orada vardır”. Beləcə,
onlara
zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə gəldilər. Bu ona görə idi ki, onlar Allahın ayələrini inkar edir, peyğəmbərləri haqsız yerə ...
Bəqərə Suresi, 65. Ayet:
Şübhəsiz ki, içinizdən şənbə günü həddi aşanları da bilmişdiniz. Biz də
onlara
: “Həqir meymunlar olun!” - dedik....
Bəqərə Suresi, 76. Ayet:
Onlar iman gətirənlərlə qarşılaşdıqları zaman: “İman gətirdik”, - deyirdilər. Xəlvətdə olduqlarında isə bir-birlərinə belə deyirdilər: “Allahın sizə bildirdiyini
onlara
xəbər verirsiniz ki, Rəbbinizin yanında onları sizə qarşı dəlil gətirsinlər? Heç düşünmürsünüzmü?”...
Bəqərə Suresi, 85. Ayet:
Siz elə kəslərsiniz ki, (bu əhddən) sonra bir-birinizi öldürür, özünüzdən olan bir dəstəni yurdlarından çıxardıb
onlara
zülm və düşmənçilik etməkdə köməkləşirsiniz. Əgər onlar əsir düşüb sizə gəlsələr, fidyə verib onları azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər hissəsini inkarmı edirsiniz? Sizdən kim bu cür işlər görərsə, onun cəzası dünya həyatında rüsvay olmaqdır. Qiyamət günü isə onlar ən şiddətli əzaba...
Bəqərə Suresi, 86. Ayet:
Onlar axirəti dünya həyatına dəyişən kimsələrdir. Buna görə də onların nə əzabı yüngülləşər, nə də
onlara
kömək olunar....
Bəqərə Suresi, 89. Ayet:
Daha əvvəl kafirlərə qələbə çalmaq üçün (Allaha) yalvardıqları halda,
onlara
Allah tərəfindən əllərindəkini təsdiqləyən bir kitab (Quran) gəlib (Tövratdan) bildikləri həqiqətlərlə qarşılaşdıqları zaman onu inkar etdilər. Allahın lənəti kafirlərin üzərinə olsun!...
Bəqərə Suresi, 91. Ayet:
Onlara
: “Allahın nazil etdiyinə iman gətirin!” - deyildiyi zaman onlar: “Biz özümüzə nazil olana iman gətiririk”, - deyirlər və ondan başqasını inkar edirlər. Halbuki o (Quran), onların əllərindəkini (Tövratı) təsdiqləyən həqiqətdir. De ki: “Əgər həqiqətən iman gətirmişdinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”...
Bəqərə Suresi, 101. Ayet:
Onlara
Allah tərəfindən özlərində olanı (Tövratı) təsdiqləyən bir peyğəmbər gəldiyi zaman kitab verilənlərdən (yəhudilərdən) bir qismi (Peyğəmbər haqqında Tövratda yazılanları) bilmirmiş kimi Allahın kitabına arxa çevirdilər....
Bəqərə Suresi, 129. Ayet:
Ey Rəbbimiz! Onların içərisindən özlərinə Sənin ayələrini oxuyan,
onlara
kitabı və hikməti öyrədən və onları (günahlardan) təmizləyən bir peyğəmbər göndər! Şübhəsiz ki, Sən qüdrətlisən, hikmət sahibisən”....
Bəqərə Suresi, 137. Ayet:
Əgər onlar sizin iman gətirdiyiniz kimi iman gətirsələr, əlbəttə, doğru yolda olarlar. Əgər üz döndərsələr, həqiqətən, ixtilafa düşərlər.
Onlara
qarşı Allah sənə kifayət edər. O hər şeyi eşidəndir, biləndir....
Bəqərə Suresi, 156. Ayet:
Onlara
(səbir edənlərə) bir müsibət üz verdiyi zaman: “Biz Allaha məxsusuq və Ona qayıdacağıq!” – deyərlər....
Bəqərə Suresi, 162. Ayet:
Onlar orada (cəhənnəmdə) əbədi qalacaqlar. Onların əzabı yüngülləşdirilməyəcək və
onlara
möhlət də verilməyəcəkdir....
Bəqərə Suresi, 167. Ayet:
Tabe olanlar isə belə deyəcəklər: “Əgər dünyaya qayıtmaq əlimizdə olsaydı, onlar (indi) bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşardıq”. Beləcə, Allah
onlara
əməllərini peşmançılıqlarının səbəbi kimi göstərəcək və onlar cəhənnəmdən çıxa bilməyəcəklər....
Bəqərə Suresi, 170. Ayet:
Onlara
: “Allahın nazil etdiyinə tabe olun!” – deyiləndə onlar: “Xeyr, biz atalarımızın yolunu izləyirik!” - deyərlər. Bəs, əgər ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə?!...
Bəqərə Suresi, 186. Ayet:
Qullarım Məni səndən soruşsalar, (de ki:) “Mən (
onlara
) yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman gətirsinlər. Ola bilsin ki, onlar doğru yola yönələrlər”. (Rəvayətə görə, bədəvi bir ərəb Həzrət Peyğəmbərdən (s.ə.s.): “Rəbbimiz yaxındır yoxsa uzaq? Yaxındırsa, pıçıldayaraq Ona dua edək, yox əgər uzaqdırsa bağıraq!” – deyə soruşmuş, bundan sonra yuxarıdakı ayə nazil olmuşdur. Bu ayədə Allah iman gətirib ixlasla itaət edənlərin duaları...
Bəqərə Suresi, 187. Ayet:
Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin libasınız, siz də onların libasısınız. Allah bilir ki, siz özünüzə pislik edirdiniz. Beləcə, O, tövbələrinizi qəbul edərək sizi bağışladı. İndi
onlara
yaxınlaşın və Allahın sizin üçün yazdığını istəyin! Dan yeri söküləndə ağ sap (aydınlıq) qara sapdan (qaranlıqdan) seçilənə qədər yeyin-için! Sonra gecəyə qədər orucunuzu tamamlayın! Məscidlərdə etikafda (ibadətdə) olduğunuz vaxt onlarla (qadınlarınızla) yaxınlıq etməyin! Bunl...
Bəqərə Suresi, 211. Ayet:
İsrail oğullarından soruş ki, Biz
onlara
nə qədər açıq dəlillər göndərdik. Allahın neməti gəldikdən sonra kim onu dəyişdirərsə, bilsin ki, Allahın əzabı şiddətlidir....
Bəqərə Suresi, 214. Ayet:
Yoxsa sizdən əvvəl gəlib keçənlərin (başına gələnlərin) bənzəri sizin başınıza gəlməmiş cənnətə daxil olacağınızımı güman edirsiniz?
Onlara
elə fəlakət və sıxıntı dəymiş və elə sarsılmışdılar ki, hətta peyğəmbər və onunla birlikdə iman gətirənlər: “Allahın köməyi nə zaman gələcəkdir?” - demişdilər. Bilin ki, Allahın köməyi yaxındır!...
Bəqərə Suresi, 222. Ayet:
Səndən aybaşı barəsində də soruşurlar. De ki: “O, əziyyətli bir haldır. Aybaşı vaxtı qadınlardan uzaq durun və təmizlənənə qədər
onlara
yaxınlaşmayın! Təmizləndiklərində isə, Allahın sizə əmr etdiyi yerdən
onlara
yaxınlaşın!” Şübhəsiz ki, Allah çox tövbə edənləri və təmizlənənləri sevir....
Bəqərə Suresi, 228. Ayet:
Boşanan qadınlar üç aybaşı müddəti gözləməlidirlər. Əgər Allaha və qiyamət gününə iman gətiriblərsə, bətnlərində Allahın yaratdığını gizlətmək
onlara
halal olmaz. Əgər ərləri barışmaq istəsələr, bu müddət ərzində onları geri almağa (hər kəsdən) daha çox layiqdirlər. Adətə görə kişilərin qadınları üzərində hüquqları olduğu kimi, qadınların da kişiləri üzərində müəyyən hüquqları vardır. Kişilərin isə onların üstündə bir dərəcələri vardır. Allah yenilməz qüvvət və hikmət sahibidir....
Bəqərə Suresi, 229. Ayet:
Boşama (talaq) iki dəfədir. Bundan sonra (qadını) ya yaxşılıqla saxlamaq, yaxud da xoşluqla ayrılmaq lazımdır. Hər iki tərəfin Allahın hüdudlarında qala bilməməkdən qorxmaları istisna olmaqla,
onlara
(mehr kimi) verdiyinizdən bir şeyi geri almağınız sizə halal olmaz. Əgər Allahın hüdudlarında qala bilməyəcəklərindən qorxsanız, (mehrdən) ona (ərinə) bir şey verməsində heç birinə günah yoxdur. Bunlar Allahın hüdudlarıdır. Onları aşmayın! Kim Allahın hüdudlarını aşarsa, onlar əsil zalımlardır....
Bəqərə Suresi, 235. Ayet:
(Bu müddəti gözləyən) qadınlara elçi göndərmək istədiyinizi işarə ilə bildirməyiniz və ya (bu istəyi) ürəyinizdə gizlətməyiniz sizə günah deyil. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Lakin
onlara
məşru bir söz demək istisna olmaqla, onlarla gizlində vədələşməyin! Fərz olan gözləmə vaxtları bitənə qədər (onlarla) nikahlanmaq fikrində olmayın! Bilin ki, Allah sizin qəlbinizdə olanı bilir. Elə isə, Ondan çəkinin və bilin ki, Allah bağışlayandır, həlimdir....
Bəqərə Suresi, 236. Ayet:
Yaxınlıq etmədən və ya mehrlərini təyin etmədən qadınları boşasanız, sizə günah olmaz.
Onlara
adətə müvafiq qaydada bir pay verin! Varlı gücünün çatdığı qədər, kasıb da imkanı daxilində versin. Bu, yaxşı əməl sahiblərinin üzərinə bir borcdur....
Bəqərə Suresi, 243. Ayet:
Sayları minlərlə olduğu halda ölüm qorxusu ilə öz yurdlarından çıxıb gedənləri görmədinmi?! Allah
onlara
: “Ölün!” - dedi. Sonra onları diriltdi. Həqiqətən, Allah insanlara qarşı lütüfkardır, lakin insanların çoxu şükür etməz. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, keçmişdə yəhudi qövmündən olan bir qrup insan məmləkətlərində Taun xəstəliyi yayıldığı üçün ölüm qorxusu ilə öz məmləkətlərini tərk etmişdilər. Allah-Təala da onları qaçıb getdikləri yerdə öldürmüş və insanlara ibrət olsun deyə t...
Bəqərə Suresi, 246. Ayet:
Musadan sonra İsrail oğullarından bir dəstəni görmədinmi?! Onlar öz peyğəmbərlərinə demişdilər: “Bizə bir hökmdar göndər ki, (onun rəhbərliyində) Allah yolunda vuruşaq!” O da: “Vuruşmaq sizə əmr olunduğu zaman bəlkə vuruşmadınız?!” - dedi. Onlar: “Bizə nə olub ki, Allah yolunda vuruşmayaq. Yurdumuzdan çıxarılmışıq və övladlarımızdan (ayrı düşmüşük)”, - dedilər. Vuruşmaq
onlara
vacib edilən zaman onlardan az bir qismi istisna olmaqla, (döyüşdən) üz çevirdilər. Allah zalımları çox yaxşı tanıyır....
Bəqərə Suresi, 247. Ayet:
Peyğəmbərləri
onlara
dedi: “Allah Talutu sizə hökmdar göndərdi”. Onlar belə dedilər: “O bizə necə hökmdar ola bilər? Axı, biz hökmdarlığa ondan daha layiqik. Ona çoxlu mal-mülk də verilməyib”. O (Peyğəmbər) dedi: “Həqiqətən, Allah sizin üçün onu seçdi, elm və bədəncə gücləndirdi. Allah Öz hökmranlığını dilədiyinə verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir!”...
Bəqərə Suresi, 248. Ayet:
Peyğəmbərləri
onlara
belə dedi: “Onun hökmdarlığının əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində Rəbbinizdən bir təskinlik, həmçinin Musa və Harun nəslinin arxada qoyduğu qalıntılar vardır. Onu mələklər gətirəcək. Əgər inanırsınızsa, bunda sizin üçün bir dəlil vardır”. (Rəvayətə görə, bu ayədə bəhs olunan sandığı Həzrət Musa müharibə vaxtı ordunun önündə aparar və beləcə, əsgərlərin əhval-ruhiyyəsi yüksələrdi. Ordu zəiflədikdən sonra bu sandıq düşmənləri olan Calutun əlinə ke...
Bəqərə Suresi, 281. Ayet:
Allaha qaytarılacağınız o gündən çəkinin! Sonra hər kəsə, qazandığının əvəzi tam olaraq veriləcək və
onlara
heç bir haqsızlıq edilməyəcəkdir....
Tövbə Suresi, 7. Ayet:
Məscidi-haramın yanında müqavilə bağladığınız kimsələr istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri yanında necə (etibarlı) bir əhdi ola bilər?! Sizə qarşı düzgün (müqaviləyə uyğun) davrandıqları müddətdə siz də
onlara
qarşı düzgün davranın! Həqiqətən, Allah müttəqiləri sevər....
Tövbə Suresi, 14. Ayet:
Onlarla döyüşün ki, Allah sizin əlinizlə
onlara
əzab versin, onları rəzil-rüsvay etsin, sizi
onlara
qalib etsin və möminlər tayfasının qəlblərini fərəhləndirsin....
Tövbə Suresi, 31. Ayet:
Onlar (yəhudilər) Allahı qoyub xaxamlarını, (xristianlar da) rahiblərini və Məryəm oğlu Məsihi özlərinə ilah qəbul etdilər. Halbuki
onlara
yalnız bir olan Allaha ibadət etmələri əmr olunmuşdu. Ondan başqa heç bir ilah yoxdur. Allah onların şərik qoşduqlarından uzaqdır!...
Tövbə Suresi, 35. Ayet:
(Bu qızıl və gümüşlər) cəhənnəm odunda qızdırılıb bunlarla alınları, böyürləri və belləri dağlanacağı gün (
onlara
belə deyilər:) “Bu, özünüz üçün yığdığınız şeylərdir. Ona görə də yığdıqlarınızı (yığdıqlarınıza görə verilən əzabı) dadın!”...
Tövbə Suresi, 36. Ayet:
Həqiqətən, Allah yanında ayların sayı, göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onlardan dördü haram aylardır. Doğru din budur. Ona görə də o aylarda (Allahın qadağalarına qarşı çıxaraq) özünüzə zülm etməyin! Müşriklər sizə qarşı hamılıqla vuruşduqları kimi, siz də
onlara
qarşı hamılıqla vuruşun və bilin ki, Allah müttəqilərlə bərabərdir! (Yuxarıdakı ayədə işarə edilən haram aylar zülqədə, zülhiccə, məhərrəm və rəcəb aylarıdır.)...
Tövbə Suresi, 42. Ayet:
Əgər o, asan əldə olunan dünya malı və orta mənzilli bir səfər olsaydı, mütləq sənin ardınca gedərdilər. Ancaq məşəqqətli yol
onlara
uzaq gəldi. Onlar: “Əgər gücümüz çatsaydı, mütləq biz də sizinlə bərabər (səfərə) çıxardıq”, - deyə özlərini həlak edərcəsinə Allaha and içəcəklər. Halbuki Allah bilir ki, onlar yalançıdırlar....
Tövbə Suresi, 43. Ayet:
Allah səni bağışlasın! Doğru danışanlar sənə bəlli olmadan və yalançı olanları bilmədən nə üçün
onlara
izin verdin?...
Tövbə Suresi, 46. Ayet:
Əgər onlar (cihada) çıxmaq istəsəydilər, əlbəttə, ona hazırlıq görərdilər. Lakin Allah onların çıxmalarını istəmədi. Buna görə də
onlara
mane oldu. (
Onlara
:) “(Evlərində) oturanlarla birlikdə oturun!” - deyildi....
Tövbə Suresi, 47. Ayet:
Əgər onlar sizinlə birlikdə (cihada) çıxsaydılar, sizin içinizdə mütləq fitnə-fəsadı artırar və nifaq salmaq üçün aranıza girərdilər. Sizin aranızda
onlara
qulaq asanlar da var. Allah zalımları yaxşı tanıyır....
Tövbə Suresi, 55. Ayet:
Onların malları və övladları səni imrəndirməsin! Həqiqətən, Allah bunlar vasitəsilə
onlara
dünya həyatında əzab vermək və kafir olaraq can vermələrini istəyir....
Tövbə Suresi, 58. Ayet:
Onlardan, sədəqələrin (bölüşdürülməsi) barəsində səni eyibləyənlər də var. Əgər
onlara
(sədəqələrdən bir pay) verilərsə, razı qalar, verilməzsə, dərhal qəzəblənərlər....
Tövbə Suresi, 59. Ayet:
Əgər onlar Allahın və Peyğəmbərinin
onlara
verdiklərindən razı qalıb: “Allah bizə yetər. Allah da bizə Öz lütfündən verəcək, Onun Peyğəmbəri də. Həqiqətən, biz Allahdan istəyirik!” - desəydilər (bu, onlar üçün daha yaxşı olardı)....
Tövbə Suresi, 68. Ayet:
Allah münafiq kişilərə də, münafiq qadınlara da, kafirlərə də əbədi qalacaqları cəhənnəm odunu vəd etmişdir. O,
onlara
yetər. Allah
onlara
lənət etmişdir. Onlar üçün davamlı bir əzab vardır....
Tövbə Suresi, 70. Ayet:
Onlara
, özlərindən əvvəlkilərin – Nuh, Ad və Səmud qövmünün, İbrahim qövmünün, Mədyən xalqının və alt-üst olmuş şəhərlərin xəbəri gəlmədimi?! Peyğəmbərləri
onlara
açıq-aşkar möcüzələr gətirmişdilər. Allah
onlara
zülm edəsi deyildi, lakin onlar özlərinə zülm edirdilər....
Tövbə Suresi, 71. Ayet:
Mömin kişilər və mömin qadınlar da bir-birlərinin dostudurlar. Onlar yaxşı işləri əmr edər, pis işləri qadağan edər, namazı qılar, zəkatı verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah
onlara
mərhəmət edəcəkdir. Şübhəsiz ki, Allah yenilməz qüvvət və hikmət sahibidir....
Tövbə Suresi, 73. Ayet:
Ey Peyğəmbər, kafirlərə və münafiqlərə qarşı cihad et!
Onlara
qarşı sərt davran! Onların sığınacaqları yer cəhənnəmdir. Ora nə pis dönüş yeridir!...
Tövbə Suresi, 74. Ayet:
(Ey Peyğəmbər!) Onlar o sözləri söyləmədiklərinə dair Allaha and içirlər. Halbuki, onlar küfr sözünü söyləmiş və müsəlman olduqdan sonra kafir olmuşdular. Onlar nail ola bilmədikləri bir işə (Peyğəmbərə sui-qəsd etməyə) cəhd etmişdilər. Onlar yalnız Allah və Peyğəmbəri Öz lütfündən möminləri zəngin etdiyi üçün intiqam almaq istəmişdilər. Əgər tövbə etsələr, bu, onlar üçün daha xeyirli olar. Əgər üz döndərsələr, Allah
onlara
dünyada da, axirətdə də acı bir əzab verəcəkdir. Yer üzündə onların nə b...
Tövbə Suresi, 76. Ayet:
Ancaq Allah Öz lütfündən
onlara
(mal-mülk) verdiyi zaman xəsislik etdilər və üz çevirərək (sözlərindən) döndülər....
Tövbə Suresi, 85. Ayet:
Onların malları və övladları səni imrəndirməsin. Allah bununla dünyada
onlara
əzab vermək və kafir olduqları halda can vermələrini istəyir....
Tövbə Suresi, 101. Ayet:
Ətrafınızdakı bədəvi ərəblərdən və Mədinə əhalisindən ikiüzlülükdə məharətli olan münafiqlər var. Sən onları tanımırsan, Biz isə onları tanıyırıq.
Onlara
iki dəfə əzab verəcəyik. Sonra da onlar böyük bir əzaba atılacaqlar....
Tövbə Suresi, 106. Ayet:
(Döyüşdə iştirak etməyən) digər bir qrupun işi də Allaha qalıb. O,
onlara
ya əzab verər, ya da onların tövbələrini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir....
Tövbə Suresi, 117. Ayet:
Müsəlmanlardan bir qrupun qəlbləri əyriliyə meyil etmək üzrə ikən Peyğəmbərin və çətin vaxtda ona tabe olan mühacirlərlə ənsarın tövbəsini şübhəsiz ki, Allah qəbul etdi. Sonra da onları bağışladı. Həqiqətən, Allah
onlara
qarşı çox şəfqətli və mərhəmətlidir. (Həzrət Peyğəmbər Təbük səfərinə çıxarkən münafiqlər gəlib yalandan üzrlü olduqlarını bəyan etmiş, o da
onlara
izin vermişdi. Münafiqlərin bu hərəkətlərinə aldanan bəzi müsəlmanlar da tərəddüd keçirmiş, ancaq daha sonra peşman olub tövbə etmi...
Tövbə Suresi, 118. Ayet:
(Döyüşə qatılmayıb) arxada qalan üç nəfəri də (Allah bağışladı). Nəhayət, yer üzü genişliyinə rəğmən
onlara
dar gəlib qəlbləri sıxıldığı zaman Allahdan (Allahın əzabından) qorunmaq üçün yalnız Onun Özünə sığınmalı olduqlarını anladılar. Sonra Allah onları tövbə etməyə müvəffəq etdi. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir....
Tövbə Suresi, 121. Ayet:
Allah onların əməllərini ən gözəli ilə mükafatlandırsın deyə, az və ya çox onların infaq etdikləri hər bir şey və keçdikləri hər bir vadi, mütləq
onlara
savab olaraq yazılar....
Yunus Suresi, 39. Ayet:
Əksinə, onlar həqiqətini dərk edə bilmədikləri və yozumu
onlara
gəlib çatmayan Quranı yalanladılar. Onlardan əvvəlkilər də belə yalanlamışdılar. Bax gör, zalımların sonu necə oldu!...
Yunus Suresi, 46. Ayet:
Onlara
vəd etdiyimiz əzabın bir qismini sənə göstərsək də, sənin canını alsaq da onların dönüşü Bizədir. Allah onların etdikləri əməllərə şahiddir....
Yunus Suresi, 47. Ayet:
Hər ümmətin bir peyğəmbəri vardır. Peyğəmbərləri gəldiyi zaman onların aralarında ədalətlə hökm olunar və
onlara
heç bir haqsızlıq edilməz....
Yunus Suresi, 54. Ayet:
(Şirk qoşaraq özünə) zülm edən hər bir kəs yer üzündəki hər şeyə sahib olsaydı, (əzabdan xilas olmaq üçün) mütləq hamısını fəda edərdi. Onlar əzabı gördükləri zaman dərindən peşman olarlar. Onların arasında ədalətlə hökm olunar və
onlara
haqsızlıq edilməz....
Yunus Suresi, 70. Ayet:
Onlar üçün dünyada bir az dolanacaq vardır. Sonra onların dönüşü Bizədir. Sonra da (haqqı) inkar etdiklərinə görə
onlara
şiddətli əzabı daddıracağıq....
Yunus Suresi, 71. Ayet:
Onlara
Nuhun xəbərini oxu! Vaxtilə o öz qövmünə demişdi: “Ey qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, bilin ki, mən Allaha təvəkkül edirəm. Siz də şəriklərinizlə birlikdə işinizi qərarlaşdırın. Sonra işiniz başınıza dərd olmasın. Sonra haqqımda verdiyiniz hökmü icra edin və mənə heç möhlət də verməyin!...
Yunus Suresi, 74. Ayet:
Sonra onun ardınca bir çox peyğəmbəri öz qövmünə göndərdik.
Onlara
açıq-aşkar möcüzələr gətirdilər. Ancaq onlar əvvəl yalan saydıqlarına iman gətirəsi deyildilər. Həddi aşanların qəlblərini belə möhürləyirik....
Yunus Suresi, 76. Ayet:
Tərəfimizdən
onlara
haqq gəldiyi zaman: “Şübhəsiz, bu açıq-aşkar bir sehrdir!” - dedilər....
Yunus Suresi, 80. Ayet:
Sehrbazlar gəldiyi zaman Musa
onlara
: “Siz atacağınız şeyləri (sehr alətlərini) atın!” – dedi....
Yunus Suresi, 93. Ayet:
And olsun ki, İsrail oğullarını gözəl bir yurda yerləşdirdik və
onlara
təmiz nemətlər bəxş etdik.
Onlara
elm (Quran) gələnə qədər ixtilafa düşmədilər. Şübhəsiz ki, qiyamət günü Rəbbin ixtilaf etdikləri məsələlər barəsində onların arasında hökm verəcəkdir....
Yunus Suresi, 97. Ayet:
Onlara
bütün ayələr (möcüzələr) gəlsə belə, acı verən əzabı görməyincə (iman gətirməzlər)....
Hud Suresi, 8. Ayet:
Əgər
onlara
gələcək əzabı az bir vaxta qədər gecikdirsək, şübhəsiz: “Ona mane olan nədir?” - deyəcəklər. Bilin ki, əzab
onlara
gələcəyi gün onlardan dəf edilməyəcək və məsxərəyə qoyduqları əzab onları bürüyəcəkdir....
Hud Suresi, 12. Ayet:
(Ey peyğəmbər!) Onların: “Ona bir xəzinə endirilməli, yaxud onunla birlikdə bir mələk gəlməli deyildimi?!” - demələri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini (təbliğ etməyi) tərk edəcəksən və buna görə ürəyin sıxılacaq. Sən ancaq xəbərdar edənsən. Allah hər şeyə vəkildir. (Müşriklər bəzən Həzrət Peyğəmbərdən göydən xəzinələr endirilməsini və ya
onlara
mələk göndərilməsini tələb edirdilər. Onların bu inadkar hərəkətləri Həzrət Peyğəmbəri çox kədərləndirirdi. Çünki
onlara
möcüzə gəlsə b...
Hud Suresi, 15. Ayet:
Kim dünya həyatını və onun zinətini istəyərsə,
onlara
əməllərinin əvəzini orada tam verərik və onlar heç bir haqsızlığa məruz qalmazlar....
Hud Suresi, 20. Ayet:
Onlar yer üzündə Allahı aciz qoya bilməzlər. Onların Allahdan başqa (yardım istəyəcəkləri) dostları da yoxdur.
Onlara
ikiqat əzab veriləcəkdir. Onlar (haqqı) eşidə bilmir və görmürdülər....
Hud Suresi, 31. Ayet:
Mən sizə: “Allahın xəzinələri məndədir”, - demirəm. Mən qeybi də bilmirəm. Mələk olduğumu da söyləmirəm. Xor baxdığınız (iman gətirən) kimsələr barəsində: “Allah
onlara
heç bir xeyir verməyəcəkdir”, - demirəm. Allah onların qəlblərində olanı daha yaxşı bilir. Əgər belə etsəm, zalımlardan olaram”....
Hud Suresi, 70. Ayet:
İbrahim onların əllərinin yeməyə uzanmadığını gördüyü zaman onlardan xoşu gəlmədi və
onlara
görə canına qorxu düşdü. Onlar: “Qorxma (biz mələyik)! Lut qövmünə göndərilmişik”, - dedilər....
Hud Suresi, 76. Ayet:
(Mələklər dedilər:) “Ey İbrahim, bundan (mübahisə etməkdən) əl çək! Həqiqətən, artıq Rəbbinin əmri gəlmişdir. Şübhəsiz,
onlara
dəfedilməz bir əzab gəlir....
Hud Suresi, 77. Ayet:
Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman Lut
onlara
görə pis oldu, ürəyi sıxıldı və: “Bu, çox çətin bir gündür!” - dedi. (Mələklər cavan oğlanlar surətində gəldikləri üçün Lut peyğəmbər onları insan zənn etmiş və qövmünün
onlara
zərər verəcəyindən qorxmuşdu. Çünki Lutun qövmündə pozğunçuluq həddindən artıq yayılmışdı.)...
Hud Suresi, 81. Ayet:
(Mələklər) dedilər: “Ey Lut! Biz Rəbbinin elçiləriyik. Onlar əsla sənə dəyə bilməzlər. Arvadın istisna olmaqla, ailənlə birlikdə gecənin bir vaxtı yola çıx və sizdən heç kim arxaya baxmasın! Onların düçar olacağı əzaba o (arvadın) da düçar olacaqdır. Həqiqətən,
onlara
vəd olunan əzabın vaxtı səhərdir. Səhər yaxın deyilmi?!”...
Hud Suresi, 99. Ayet:
Onlar həm burada, həm də axirətdə lənətə düçar oldular.
Onlara
verilən hədiyyə necə də pisdir!...
Hud Suresi, 101. Ayet:
Biz
onlara
zülm etmədik, əksinə onlar özləri özlərinə zülm etdilər. Rəbbinin əmri gəldiyi zaman Allahı qoyub dua etdikləri ilahları
onlara
heç bir fayda vermədi, əksinə, onların ziyanlarını artırdı....
Maidə Suresi, 2. Ayet:
Ey iman gətirənlər! Allahın (müəyyən etdiyi dini) nişanələrinə, haram aya, qurbanlara, (
onlara
taxılmış) boyunbağlarına və Rəbbinin lütfünü və rizasını diləyərək Beyti-harama (Kəbəyə) gələnlərə hörmətsizlik etməyin! Ehramdan çıxdığınız zaman ov edəbilərsiniz. Məscidi-harama daxil olmağınıza mane olmuş bir qövmə qarşı bəslədiyiniz kin, sizi təcavüzə sövq etməsin! Yaxşılıq və təqvada (günahlardan çəkinməkdə) yardımlaşın! Günah və düşmənçilikdə isə yardımlaşmayın! Allahdan qorxun! Həqiqətən, Allahı...
Maidə Suresi, 5. Ayet:
Bu gün təmiz və yaxşı nemətlər sizə halal edilmişdir. Kitab verilənlərin (yəhudi və xristianların) yeməkləri sizə halaldır. Sizin yeməkləriniz də
onlara
halaldır. Azad və iffətli mömin qadınlar və sizdən əvvəl kitab verilmişlərdən azad və iffətli qadınlar namuslu olub zina etməmək və aşna saxlamamaq şərtilə, mehrlərini də verdiyiniz təqdirdə (onlarla evlənməyiniz sizə halaldır). Kim iman etməkdən üz çevirərsə, onun əməli boşa getmişdir və o, axirətdə zərər çəkənlərdən olacaqdır....
Maidə Suresi, 12. Ayet:
Şübhəsiz ki, Allah İsrail oğullarından əhd almışdı. Onlardan on iki nəzarətçi (vəkil) göndərmişdik. Allah (
onlara
) demişdi: “Mən sizinləyəm. Əgər namazı qılsanız, zəkatı versəniz, peyğəmbərlərimə iman gətirib
onlara
kömək etsəniz və Allaha gözəl bir borc versəniz (ehtiyacı olanlara faizsiz borc versəniz), əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm. Bundan sonra sizdən kim küfrə düşərsə, doğru yoldan azmış olar”. (Allah-Təala İsrail oğulla...
Maidə Suresi, 13. Ayet:
Əhdlərini pozduqlarına görə onları lənətlədik və onların qəlblərini qatılaşdırdıq. Onlar sözlərin yerlərini dəyişdirirlər (Tövratın əslini pozurlar). Özlərinə öyrədilənlərin (Tövratın) bir hissəsini də unutdular. Onların az bir qismi istisna olmaqla, onlardan daim xəyanət görərsən. Yenə də, onları bağışla və
onlara
fikir vermə! Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər. (Vaxtilə Tövrat kitabı yalnız bir nüsxədən ibarət idi. Heç kim onun hamısını əzbərdən bilmirdi. Babillilər İsrail oğullarını ...
Maidə Suresi, 14. Ayet:
“Biz xristianıq”, - deyənlərdən də əhd almışdıq. Ancaq onlar özlərinə öyrədilən sözlərin bir qismini unutdular. Buna görə də qiyamət gününə qədər Biz onların arasına düşmənçilik və kin saldıq. Allah
onlara
, etdikləri işləri xəbər verəcəkdir. (İlk xristianlar da yəhudilərin işgəncə və hücumları qarşısında pərən-pərən düşmüş və İsa peyğəmbərə vəhy olunan İncili qoruya bilməmişdilər. Miladi təqvimlə üçüncü əsrin əvvəllərində Roma imperatorluğunun xristianlığa meyil etməsindən sonra rahatlığa çıxan...
Maidə Suresi, 26. Ayet:
(Allah) buyurdu: “Elə isə ora qırx il
onlara
haram edilmişdir. (Bu müddət ərzində) onlar yer üzündə çaşqınlıq içində gəzib dolaşacaqlar. Ona görə də günahkar qövm üçün kədərlənmə!”...
Maidə Suresi, 27. Ayet:
Onlara
, Adəmin iki oğlunun əhvalatını həqiqət olaraq danış. Vaxtilə onlar qurban gətirmişdilər. Onlardan birinin (Habilin qurbanı) qəbul olunmuş, digərininki (Qabilin qurbanı) isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan qardaş qısqanclığından qardaşına) demişdi: “Səni mütləq, öldürəcəyəm!” (Qardaşı isə) demişdi: “Allah yalnız müttəqilərdən (qurbanı) qəbul edər....
Maidə Suresi, 32. Ayet:
Buna görə də İsrail oğullarına belə yazdıq (hökm verdik): “Kim bir cana qıymamış, yaxud yer üzündə fitnə-fəsad törətməmiş bir kimsəni öldürərsə, bütün insanları öldürmüş kimi olar. Kim də onu dirildərsə (ölümdən xilas edərsə), bütün insanları diriltmiş (xilas etmiş) kimi olar. Elçilərimiz
onlara
açıq-aydın dəlillər (möcüzələr) gətirmişdilər. Ancaq onlardan bir çoxu bundan sonra da yer üzündə həddi aşmaqdadır. (Həqiqətən də, tarix boyu İsrail oğulları dünyada müharibələr, çevrilişlər, müxtəlif cü...
Maidə Suresi, 41. Ayet:
Ey Peyğəmbər! Qəlbləri inanmadığı halda ağızları ilə: “İnandıq”, - deyənlərdən küfrdə bir-birləri ilə yarışanlar səni kədərləndirməsin! Yəhudilərdən də elələri var ki, yalan sözlərə və sənin yanına gəlməyən başqa kimsələrə qulaq asırlar. Onlar (Tövratdakı) sözlərin yerini sonradan dəyişdirirlər. Onlar: “Əgər bu sizə verilsə, onu alın. Əgər o sizə verilməsə, (ondan) uzaq durun!” - deyirlər. Allah bir kimsənin fitnəyə (zəlalətə) düşməsini istəyərsə, sən Allaha qarşı onun üçün heç bir şey edə bilmə...
Maidə Suresi, 45. Ayet:
Biz orada (Tövratda)
onlara
yazdıq ki, canın (qisası) can, gözün (qisası) göz, burnun (qisası) burun, qulağın (qisası) qulaq, dişin (qisası) dişdir. Həmçinin yaralamağın da qisası vardır. Kim onu (qisas almağı) bağışlayarsa, bu onun üçün bir kəffarədir. Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil zalımlardır....
Maidə Suresi, 52. Ayet:
Qəlblərində xəstəlik olan kimsələrin: “Başımıza bir fəlakət gəlməsindən qorxuruq!” - deyərək
onlara
tərəf qaçışdıqlarını görərsən. Ola bilsin ki, Allah (möminlərə) bir zəfər, yaxud Öz tərəfindən elə bir iş gətirər ki, onlar (münafiqlər) ürəklərində gizlətdikləri şeyə görə peşman olarlar....
Maidə Suresi, 63. Ayet:
Kaş özlərini dinə həsr edənlər və din alimləri
onlara
günah sözlər söyləməyi və haram yeməyi qadağan edəydilər. Onların etdiyi əməllər necə də pisdir!...
Maidə Suresi, 64. Ayet:
Yəhudilər: “Allahın əli bağlıdır (xəsisdir)!” - dedilər. Dediklərinə görə öz əlləri bağlansın və lənət olsun
onlara
! Əksinə, Onun əlləri açıqdır (Allah comərddir), istədiyi kimi sərf edər. Rəbbindən sənə nazil edilən (Quran) şübhəsiz, onlardan bir çoxunun azğınlığını və küfrünü artırır. Biz, qiyamət gününə qədər onların arasına düşmənçilik və kin saldıq. Onlar müharibə üçün hər dəfə od qaladıqlarında (fitnə-fəsad çıxardıqlarında), Allah onu söndürmüşdür. Onlar yer üzündə fitnə-fəsad törətməyə ça...
Maidə Suresi, 70. Ayet:
Həqiqətən, Biz İsrail oğullarından əhd almış və
onlara
peyğəmbərlər göndərmişdik. Hər dəfə bir peyğəmbər
onlara
, nəfslərinin arzulamadığı bir şeyi (ilahi hökmləri) gətirəndə, onlar (peyğəmbərlərin) bir qismini yalanladılar, bir qismini də öldürdülər....
Maidə Suresi, 75. Ayet:
Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-keçmişlər. Onun anası da çox dürüst bir qadın idi. Hər ikisi də (adi insanlar kimi) yemək yeyərdi. Bax gör, Biz ayələri
onlara
necə açıqlayırıq. Sonra bax gör, onlar (haqdan) necə üz çevirirlər. (Yəhudilər Həzrət İsanın namuslu və bakirə bir qadından atasız dünyaya gəldiyinə inanmayıb onun anası Həzrət Məryəmə iftira atdılar və onun zinakar bir qadın olduğunu iddia etdilər. Qurani-Kərim isə İsa peyğəmbərin həqiqətən də, ...
Maidə Suresi, 80. Ayet:
Onlardan çoxunun kafirlərlə dostluq etdiyini görərsən. Nəfslərinin onlar üçün hazırladığı necə pis bir şeydir ki, Allahın
onlara
qəzəbi tutmuşdur. Onlar əbədi olaraq əzab içində qalacaqlar....
Maidə Suresi, 82. Ayet:
İman gətirənlərə düşmənçilik cəhətdən insanların ən şiddətlisi olaraq yəhudiləri və müşrikləri görərsən. Onların içində iman gətirənlərə sevgi cəhətdən ən yaxın olanların isə: “Biz xristianıq”, - deyənlər olduğunu görərsən. Çünki, onların içində keşiş və rahiblər vardır və onlar təkəbbürlənmirlər. (Təfsirlərdə yuxarıdakı ayədə bildirilən kimsələrin Həbəşistana hicrət edən müsəlmanları gözəl qarşılayıb
onlara
sığınacaq verən xristianlar olduğu, yaxud Həzrət Peyğəmbərlə (s.ə.s) müqavilə bağlayan N...
Maidə Suresi, 93. Ayet:
İman gətirib yaxşı işlər görənlər (Allahdan) çəkinərək iman gətirər və saleh əməllər edər, sonra yenə (Allahdan) çəkinib iman gətirər, sonra yenə (Allahdan) çəkinib yaxşı işlər görərlərsə, (haram edilməmişdən əvvəl) daddıqlarına (yeyib-içdiklərinə) görə
onlara
heç bir günah yoxdur. Allah yaxşı əməl sahiblərini sevər....
Maidə Suresi, 104. Ayet:
Onlara
: “Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!” – deyiləndə onlar: “Atalarımızı üzərində gördüyümüz (yol) bizə yetər”, - dedilər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə (onların halı necə olacaq)?!...
Maidə Suresi, 110. Ayet:
O zaman Allah belə buyuracaq: “Ey Məryəm oğlu İsa, sənə və anana olan nemətimi xatırla! Vaxtilə Mən səni müqəddəs ruhla (Cəbraillə) dəstəkləmişdim. Sən həm beşikdə, həm də yetkin çağında insanlarla danışırdın. O vaxt sənə kitabı (oxuyub yazmağı), hikməti, Tövratı və İncili öyrətdim. İznimlə palçıqdan quşa bənzər bir şey düzəldir və ona üfürürdün, o da iznimlə quşa çevrilirdi. Həmçinin iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verirdin və Mənim iznimlə ölüləri (yerdən dirildib) çıxardırdın...
Maidə Suresi, 117. Ayet:
Onlara
yalnız Sənin mənə əmr etdiyin: “Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” – sözünü demişdim. Aralarında olduğum müddət ərzində
onlara
nəzarət edirdim. Sən məni vəfat etdirincə,
onlara
nəzarətçi Sən Özün oldun. Sən hər şeyi görənsən....
Maidə Suresi, 118. Ayet:
Əgər
onlara
əzab versən, şübhəsiz, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, əlbəttə, Sən qüdrətlisən, hikmət sahibisən!”...
Ali-İmran Suresi, 7. Ayet:
Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun bir hissəsi möhkəm (mənası aydın olan) ayələrdir. Onlar Kitabın əsasıdır. Digər qismi isə mütəşabeh (mənası dəqiq bilinməyən) ayələrdir. Ancaq qəlblərində əyrilik olan kimsələr, fitnə salmaq və onu yozmaq üçün ondakı mütəşabeh ayələrin arxasınca gedərlər. Halbuki, onun yozumunu, Allahdan başqa heç kəs bilə bilməz. Elmdə yüksək dərəcəyə çatmış olanlar isə: “
Onlara
iman etdik. Hamısı Rəbbimizdəndir”, - deyərlər. Ağıl sahiblərindən başqası (bunu) dərk etmə...
Ali-İmran Suresi, 22. Ayet:
Onlar, əməlləri dünya və axirətdə puça çıxmış kimsələrdir.
Onlara
kömək edənlər də olmayacaqdır....
Ali-İmran Suresi, 54. Ayet:
Onlar (yəhudilər) hiyləgərlik etdilər. Allah da (
onlara
) hiylə qurdu (hiylələrini pozdu). Allah (hiyləgərlərə qarşı) hiylə quranların ən yaxşısıdır....
Ali-İmran Suresi, 56. Ayet:
Kafirlərə gəldikdə,
onlara
dünyada və axirətdə şiddətli bir əzab verəcəyəm. Onların heç bir köməkçisi də olmayacaqdır!...
Ali-İmran Suresi, 77. Ayet:
Allahla olan əhdlərini və andlarını az bir mənfəət müqabilində dəyişdirənlər üçün axirətdə heç bir pay yoxdur. Qiyamət günü Allah onlarla danışmayacaq,
onlara
baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün acı bir əzab vardır....
Ali-İmran Suresi, 81. Ayet:
Bir vaxt Allah peyğəmbərlərdən: “Sizə kitab və hikmət verdim. Sonra sizdə olanı təsdiqləyən bir peyğəmbər gəldiyi zaman mütləq ona iman gətirəcək və ona yardım edəcəksiniz!” – deyə əhd almış və
onlara
: “Təsdiq edib əhdimi qəbul etdinizmi?” – demişdi. Onlar da: “Qəbul etdik!” - demişdilər. (O zaman Allah): “Elə isə, şahid olun! Mən də sizinlə bərabər şahid olanlardanam!” – demişdi....
Ali-İmran Suresi, 88. Ayet:
Onlar orada əbədi qalacaqlar. Onların əzabları yüngülləşdirilməyəcək və
onlara
heç möhlət də verilməyəcəkdir....
Ali-İmran Suresi, 111. Ayet:
Onlar sizə, əziyyət verməkdən başqa bir zərər yetirə bilməzlər. Əgər sizinlə vuruşsalar, sizə arxalarını dönüb qaçarlar. Sonra
onlara
yardım da edilməz....
Ali-İmran Suresi, 112. Ayet:
Harada olursa olsunlar, Allahın və (mömin) insanların himayəsinə sığınanlar istisna olmaqla,
onlara
zillət damğası vurulmuşdur. Onlar Allahın qəzəbinə düçar olmuşlar və
onlara
miskinlik damğası vurulmuşdur. Çünki onlar Allahın ayələrini inkar edir və peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu, (Allaha qarşı) üsyan etmələri və həddi aşmalarına görədir....
Ali-İmran Suresi, 116. Ayet:
Şübhəsiz ki, kafirlərin nə malları, nə də övladları Allaha qarşı
onlara
bir fayda verəcək. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar....
Ali-İmran Suresi, 117. Ayet:
(Onların) bu dünya həyatında sərf etdikləri şeylərin misalı, özünə zülm edən bir qövmün əkinlərini vurub onu məhv edən soyuq bir küləyin misalı kimidir. Allah
onlara
zülm etmədi, lakin onlar öz-özlərinə zülm etdilər. (Bu ayədə, sahib olduqları mal-mülk səbəbi ilə lovğalanan və Allaha üsyan edən kafirlərin riyakarlıqla sərf etdikləri, yaxud müsəlmanları məğlub etmək üçün xərclədikləri malları, zalım kəslərin soyuq bir külək nəticəsində məhv olmuş əkinlərinə bənzədilmişdir. Belə bir əkin sahəsinin...
Ali-İmran Suresi, 128. Ayet:
(Ey Rəsulum!) Bu işdə sənin edəcəyin bir şey yoxdur. Allah ya onların tövbələrini qəbul edər, ya da
onlara
əzab verər. Çünki onlar həqiqətən, zalımlardır. (Buxarinin nəql etdiyi bir rəvayətə görə Ühüd döyüşündə Həzrət Peyğəmbər (s.ə.s) yaralandığı zaman o: “Özlərinə göndərilmiş bir peyğəmbəri yaralayan bir qövm necə xilas ola bilər?”, - demişdi. Ona görə də yuxarıdakı ayə nazil olmuşdur. Bu ayədə, kafirlər haqqındakı hökmün məhz Allah tərəfindən veriləcəyi bildirilmişdir.)...
Ali-İmran Suresi, 148. Ayet:
Allah da
onlara
dünya savabını (nemətini) və axirət savabının gözəlliyini verdi. Allah yaxşı əməl sahiblərini sevər....
Ali-İmran Suresi, 161. Ayet:
Heç bir peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Kim əmanətə (dövlət malına) xəyanət edərsə, qiyamət günü xəyanət etdiyi şeylə (boynundan asılı olaraq) gələr. Sonra hər kəsə (dünyada) qazandığının əvəzi tam verilər və
onlara
heç bir haqsızlıq edilməz....
Ali-İmran Suresi, 164. Ayet:
übhəsiz ki, Allah möminlərə, öz içlərindən
onlara
(Allahın) ayələrini oxuyan, onları təmizləyən,
onlara
Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərməklə lütf etmişdir. Halbuki daha əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər....
Ali-İmran Suresi, 167. Ayet:
Və münafiqləri bəlli etsin.
Onlara
: “Gəlin, Allah yolunda vuruşun, yaxud müdafiədə olun!” – deyildiyi zaman onlar belə dedilər: “Əgər vuruşmağı bilsəydik, əlbəttə, sizin arxanızca gələrdik”. Onlar o gün imandan çox küfrə yaxındılar. Qəlblərində olmayan bir şeyi ağızları ilə söyləyirlər. Halbuki, Allah onların (qəlblərində) gizlətdikləri şeyi daha yaxşı bilir....
Ali-İmran Suresi, 169. Ayet:
Allah yolunda öldürülənləri, əsla ölülər zənn etmə! Əksinə, onlar diridirlər və Rəbbi dərgahında
onlara
ruzi verilir....
Ali-İmran Suresi, 170. Ayet:
Onlar Allahın Öz lütfündən verdiyi (nemətlərə görə) sevinər və hələ
onlara
çatmamış (şəhid olacaq) kimsələrə heç bir qorxunun olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şad olarlar....
Ali-İmran Suresi, 173. Ayet:
Bunlar o kimsələrdir ki, insanlar
onlara
: “Həqiqətən, (düşməniniz olan) insanlar sizə qarşı (əsgər) toplayıblar. Onlardan qorxun!” - dedikləri zaman bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl vəkildir!” - dedilər....
Ali-İmran Suresi, 174. Ayet:
Beləcə, Allahın neməti və lütfü sayəsində
onlara
heç bir zərər toxunmadan geri döndülər və Allahın rizasına uymuş oldular. Allah böyük lütf sahibidir....
Ali-İmran Suresi, 176. Ayet:
Küfr etməyə can atanlar səni kədərləndirməsin! Əlbəttə, onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah axirətdə
onlara
heç bir pay vermək istəmir. Onlar üçün böyük bir əzab vardır....
Ali-İmran Suresi, 178. Ayet:
Kafirlər,
onlara
verdiyimiz möhlətin özləri üçün daha xeyirli olduğunu sanmasınlar.
Onlara
ancaq günahlarını artırmaları üçün möhlət veririk. Onlar üçün alçaldıcı bir əzab vardır....
Ali-İmran Suresi, 181. Ayet:
Şübhəsiz ki, “Allah kasıbdır, biz isə varlıyıq!” – deyənlərin sözlərini Allah eşitdi. Biz onların bu dediklərini və peyğəmbərləri haqsız yerə öldürmələrini yazacaq və
onlara
: “Dadın yandırıcı əzabı!” - deyəcəyik....
Nisa Suresi, 5. Ayet:
Dolanmağınız üçün Allahın sizə bəxş etdiyi mal-mülkünüzü səfehlərə (ağılsızların, israfçıların və uşaqların əlinə) verməyin! Onları ondan (həmin mal-mülkdən) yedirib geyindirin və
onlara
yaxşı söz söyləyin!...
Nisa Suresi, 8. Ayet:
(Mirasın) bölgüsündə (varis olmayan) qohumlar, yetimlər və yoxsullar iştirak edərlərsə,
onlara
da ondan (o maldan) bir şey verin və
onlara
gözəl söz söyləyin!...
Nisa Suresi, 9. Ayet:
Arxalarında aciz övladlar qoyub gedəcəkləri təqdirdə, (“halları necə olar?” - deyə) qorxanlar, (yetimlərə haqsızlıq etməkdən də) qorxsunlar. Ona görə də, Allahdan çəkinsinlər və doğru söz söyləsinlər! (Yetimlərin qəyyum və himayədarları
onlara
, öz övladlarına necə davranılmasını istəyirlərsə, yetimlərə də o şəkildə davranmalıdırlar. Çünki öz uşaqları da bir gün yetim qala bilərlər.)...
Nisa Suresi, 12. Ayet:
Əgər zövcələrinizin övladı yoxdursa, onların qoyub getdikləri (mirasın) yarısı sizindir. Əgər onların övladı varsa, qoyub getdiklərinin dörddə biri sizindir. (Bu bölgü,) edəcəkləri vəsiyyətdən və ya borcları ödənildikdən sonradır. Əgər sizin övladınız yoxdursa, qoyub getdiyiniz (mirasın) dörddə biri
onlara
(arvadlarınıza) düşür. Əgər sizin övladınız varsa, qoyub getdiyiniz (mirasın) səkkizdə biri
onlara
düşür. (Bu bölgü də,) edəcəyiniz vəsiyyətdən və ya borcunuz ödənildikdən sonradır. Əgər mira...
Nisa Suresi, 19. Ayet:
Ey iman gətirənlər, qadınlara zorla varis çıxmaq sizə halal deyildir! Açıq-aşkar pis bir iş görmələri istisna olmaqla,
onlara
verdiyinizin (mehrin) bir hissəsini geri almaq üçün
onlara
əziyyət verməyin və onlarla yaxşı davranın! Ola bilsin ki, sizin xoşlanmadığınız bir şeydə Allah (sizin üçün) çoxlu xeyir nəzərdə tutmuşdur. (İslamdan əvvəl ərəblər qadınlarla çox pis davranırdılar. Hətta əri ölən qadın, ölən kimsənin mirası kimi qəbul edilir və istədikləri kimsə ilə zorla evləndirilirdi. Yuxarıda...
Nisa Suresi, 34. Ayet:
Allahın insanların bir qismini digərlərinə üstün etməsinə və öz mallarından (qadınlar üçün) sərf etdiklərinə görə, kişilər qadınların idarəçisi və himayədarlarıdır. Əməlisaleh qadınlar itaətkardırlar. Allah onları qoruduğu üçün onlar da gizli olanı (namuslarını) qoruyarlar. Özbaşınalıq etməsindən qorxduğunuz qadınlara gəlincə,
onlara
nəsihət edin, (yola gəlməzlərsə,) yataqda onları yalnız buraxın və (yenə yola gəlməzlərsə,) onları döyün! Əgər sizə itaət edərlərsə, artıq onlar üçün başqa bir yol ...
Nisa Suresi, 37. Ayet:
Bunlar,) xəsislik edən, insanlara xəsisliyi əmr edən və Allahın, Öz lütfündən
onlara
verdiyi şeyi (nemətləri, imkanları) gizlədən kəslərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq....
Nisa Suresi, 39. Ayet:
Əgər onlar Allaha və axirət gününə iman gətirib, Allahın
onlara
verdiyi ruzidən (ehtiyac sahiblərinə) infaq etsəydilər, nə olardı (nə zərər çəkərdilər)?! Allah onları yaxşı tanıyır....
Nisa Suresi, 41. Ayet:
Hər ümmətdən bir şahid gətirdiyimiz və səni də
onlara
şahid gətirdiyimiz zaman (onların halı) necə olacaq?!...
Nisa Suresi, 46. Ayet:
Yəhudilərin bir qismi sözlərin yerini dəyişdirir və dillərini əyib-büzərək dinə tənə vurmaq məqsədilə: “Eşitdik və qarşı çıxdıq! Eşit! Eşitməz olasan! “Raina!” (Bizə qayğı göstər!) - deyirlər. Əgər onlar: “Dinlədik və itaət etdik. Dinlə və bizə bax!” - desəydilər, şübhəsiz ki, bu onlar üçün daha yaxşı və daha doğru olardı. Lakin küfrləri səbəbilə Allah
onlara
lənət etmişdir. Az bir hissəsi istisna olmaqla, onlar iman gətirməzlər. (Yəhudilər, Allahın
onlara
göndərdiyi Tövratı təhrif edərək, ondak...
Nisa Suresi, 49. Ayet:
Özlərini təmizə çıxaran kimsələri görmədinmi? Əksinə, Allah dilədiyi kimsəni təmizə çıxardar və
onlara
xurma çərdəyinin teli qədər belə haqsızlıq edilməz....
Nisa Suresi, 50. Ayet:
Bax, Allaha qarşı necə yalan uydururlar! Açıq-aşkar bir günah olaraq bu (
onlara
) yetər!...
Nisa Suresi, 54. Ayet:
Yoxsa onlar Allahın Öz lütfündən bəxş etdiyi şeylərə görə insanlara həsədmi aparırlar? Halbuki, Biz İbrahim ailəsinə kitab və hikmət vermiş,
onlara
böyük bir hökmranlıq bəxş etmişdik....
Nisa Suresi, 61. Ayet:
Onlara
: “(Aranızda hökm verilməsi üçün) Allahın nazil etdiyinə (Qurana) və Peyğəmbərə gəlin!” - deyildiyi zaman münafiqlərin səndən tamamilə üz döndərdiklərini görərsən....
Nisa Suresi, 63. Ayet:
Onlar o kəslərdir ki, Allah onların ürəklərindəkini bilir. Elə isə onlardan üz çevir və
onlara
öyüd-nəsihət verərək özləri haqqında təsirli söz söylə!...
Nisa Suresi, 66. Ayet:
Əgər Biz
onlara
: “Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!” – deyə əmr etsəydik, onlardan az bir hissəsi istisna olmaqla, bunu yerinə yetirməzdilər. Əgər özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli olacaq və imanlarını daha çox möhkəmləndirəcəkdi....
Nisa Suresi, 67. Ayet:
O zaman
onlara
Öz tərəfimizdən böyük bir mükafat verərdik...
Nisa Suresi, 75. Ayet:
Sizə nə olub ki, Allah yolunda və “Ey Rəbbimiz! Əhalisi zalım olan bu şəhərdən bizi çıxart, bizə Öz tərəfindən bir (himayəçi) dost və bir yardımçı göndər!” - deyən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Məkkənin fəthindən əvvəl, Mədinəyə hicrət etməyib orada qalan müsəlmanlar, müşriklərdən böyük əzab-əziyyət görmüş və Allaha dua edərək
onlara
yardımçı göndərməsini istəmişdilər. Yuxarıdakı ayə bu hadisəyə işarə etməklə birlikdə, dünyanın hər hansı bir yerində haqsızlığa məruz ...
Nisa Suresi, 77. Ayet:
“(Müharibədən) əllərinizi çəkin, namazı qılın və zəkatı verin!” - deyilən kimsələri görmədinmi?! Müharibə etmək
onlara
vacib olduqda isə onlardan bir qismi Allahdan qorxan kimi, yaxud daha da şiddətli bir şəkildə insanlardan qorxuya düşdülər və: “Ey Rəbbimiz! Müharibəni nə üçün bizə vacib etdin? Nə olardı ki, yaxın bir zamana qədər bizi təxirə salsaydın (bir müddət daha müharibəni vacib etməsəydin)”, - dedilər. (
Onlara
) de ki: “Dünya mənfəəti azdır (fanidir). Axirət isə müttəqilər üçün daha xey...
Nisa Suresi, 78. Ayet:
Harada olursunuzsa olun, hətta möhkəm qalalar içərisində olsanız belə ölüm sizə çatacaqdır”. Əgər
onlara
bir yaxşılıq yetişərsə: “Bu, Allah tərəfindəndir!” - deyərlər. Əgər
onlara
bir pislik toxunarsa: “Bu səndəndir!” - deyərlər. De: “Hamısı Allahdandır”. Bu insanlara nə olub ki, az qala söz də başa düşmürlər!...
Nisa Suresi, 83. Ayet:
Onlara
əmin-amanlıq və ya qorxu xəbəri gəldiyi zaman onu yayarlar. Əgər bunu Peyğəmbərə və aralarındakı ixtiyar sahiblərinə demiş olsaydılar, onların içindən onun mahiyyətini anlayan kimsələr (onun nə olduğunu) bilərdilər. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, şübhəsiz ki, az bir qisminiz istisna olmaqla, şeytana uyacaqdınız....
Nisa Suresi, 90. Ayet:
Ancaq sizinlə aralarında müqavilə olan bir tayfaya sığınanlar, yaxud sizinlə vuruşmaqdan və ya öz qövmləri ilə vuruşmaq istəmədikləri üçün ürəkləri sıxılaraq sizə gələnlər istisnadır. Əgər Allah diləsəydi, həqiqətən, onları sizə ürcah edərdi və onlar sizinlə vuruşardılar. Əgər sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, Allah sizə,
onlara
qarşı bir yol izləmək (onlarla döyüşmək) haqqı verməz....
Nisa Suresi, 91. Ayet:
Həm sizdən, həm də öz camaatından arxayın olmaq istəyən başqalarını görəcəksiniz. Onlar nə vaxt fitnə-fəsad törətməyə sövq edilsələr, başıaşağı ora atılarlar. Əgər sizi tərk edib getməz, sizə sülh təklif etməz və (sizdən) əllərini çəkməzlərsə, onda
onlara
harada rast gəlsəniz, tutub öldürün!
Onlara
qarşı sizə açıq bir səlahiyyət verdik. (Yuxarıdakı ayələrdə sözü gedən kafirlər Mədinə xaricindəki münafiqlərdir. Onlardan bəziləri hicrət etməyib Məkkədə qalmış və müşriklərlə əlbir olmuşdular. Bir h...
Nisa Suresi, 94. Ayet:
Ey iman gətirənlər! Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman (qarşılaşdığınız kimsənin müsəlman olub-olmadığını) yaxşıca araşdırın! Sizə salam verən bir kimsəyə, dünya həyatının müvəqqəti mənfəətini arzulayaraq: “Sən mömin deyilsən!” - deməyin! Allah dərgahında çoxlu qənimətlər vardır. Daha əvvəl siz də belə ikən Allah sizə lütf etdi. Elə isə, (qarşılaşdığınız kimsənin müsəlman olub-olmadığını) yaxşıca araşdırın! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır. (Buxaridə qey...
Nisa Suresi, 102. Ayet:
Ey Rəsulum!) Sən (döyüş əsnasında əsgərlərin) arasında olub
onlara
namaz qıldırdığın zaman onlardan bir dəstə səninlə birlikdə namaza dursun, silahlarını da (özləri ilə) götürsünlər. Onlar (namaz qılıb) səcdə edən kimi sizin arxanıza keçsinlər. Sonra namaz qılmamış olan digər dəstə gəlib səninlə birlikdə namaz qılsın. Onlar da ehtiyat tədbirləri alsınlar və silahlarını götürsünlər. Kafirlər istəyərlər ki, kaş siz silah-sursatınızdan və əşyalarınızdan xəbərsiz (uzaqda) olaydınız və sizin üzəriniz...
Nisa Suresi, 109. Ayet:
Bax siz, dünya həyatında onlar üçün mübahisə edən kəslərsiniz. Bəs qiyamət günü kim onlar üçün Allahla mübahisə edəcək, yaxud kim
onlara
vəkil olacaq?...
Nisa Suresi, 119. Ayet:
Onları hökmən azdırıb (puç) xülyalara salacaq və
onlara
əmr edəcəyəm ki, (bütlər üçün nişanlamaq məqsədilə) heyvanların qulaqlarını kəssinlər.
Onlara
, Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!” Kim Allahı qoyub şeytanı özünə dost tutarsa, həqiqətən, o, açıq-aşkar ziyana düşmüşdür. (Allahın yaratdıqlarını dəyişdirmək, canlıların təbii formalarını və xüsusiyyətlərini dəyişdirmək deməkdir. Lazımsız yerə heyvanların qulaqlarını, quyruqlarını, buynuzlarını və s. kəsmək də bu ayə ilə qadağan e...
Nisa Suresi, 120. Ayet:
(Şeytan)
onlara
vəd verər və onları ümidləndirər. Ancaq şeytanın
onlara
vəd verməsi, yalandan başqa bir şey deyildir....
Nisa Suresi, 124. Ayet:
Kişi, yaxud qadınlardan hər kim mömin olaraq yaxşı işlər görərsə, onlar cənnətə daxil olacaqlar.
Onlara
xurma çərdəyinin çuxuru qədər belə haqsızlıq edilməyəcək....
Nisa Suresi, 128. Ayet:
Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud (özündən) üz çevirməsindən qorxarsa, (ər-arvadın) öz aralarında barışığa gəlmələri
onlara
günah deyil. Barışmaq daha xeyirlidir. Nəfslər xəsisliyə (qısqanclığa) hazırdır. Əgər yaxşı dolanıb (Allahdan) qorxsanız, (bilin ki,) şübhəsiz, Allah sizin etdiklərinizdən xəbərdardır....
Nisa Suresi, 141. Ayet:
Allahdan sizə bir qələbə nəsib olarsa, sizi kənardan izləyənlər (münafiqlər) belə deyərlər: “Biz də sizinlə birlikdə deyildikmi?” Əgər kafirlərə (zəfər) nəsib olarsa, (bu dəfə
onlara
:) “Biz (müharibədə) üstünlüyünüzü təmin edib sizi möminlərdən qorumadıqmı?” - deyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcək və kafirlərə, möminlərin əleyhinə bir yol verməyəcəkdir....
Nisa Suresi, 143. Ayet:
Onlar bunların (iman ilə küfr) arasında tərəddüd edib, nə
onlara
(möminlərə), nə də bunlara (kafirlərə) bağlanarlar. Allahın azdırdığı kimsə üçün heç bir (çıxış) yolu tapa bilməzsən....
Nisa Suresi, 152. Ayet:
Allaha və peyğəmbərlərinə iman gətirərək onlardan heç birini digərindən ayırmayanlara gəldikdə,
onlara
mükafatlarını (Allah) verəcəkdir. Allah bağışlayandır, rəhmlidir....
Nisa Suresi, 153. Ayet:
(Ey Rəsulum!) Kitab əhli (yəhudilər) səndən, özlərinə göydən bir kitab endirməyini istəyirlər. Halbuki, onlar Musadan bundan daha böyüyünü istəyərək belə demişdilər: “Bizə Allahı açıq bir şəkildə göstər!” Zülmləri səbəbilə onları ildırım vurmuşdu. Bunun ardınca,
onlara
açıq-aydın dəlillər gəldikdən sonra buzovu özlərinə ilah qəbul etdilər. Biz bunu da bağışladıq və Musaya açıq bir dəlil (səlahiyyət) verdik....
Nisa Suresi, 154. Ayet:
Verdikləri sözə riayət etsinlər deyə, Turu (dağı) onların üzərinə qaldırdıq və
onlara
: “Qapıdan səcdə edərək daxil olun!” - dedik. Həmçinin biz: “Şənbə günü həddi aşmayın (ov qadağasını pozmayın)!” – dedik və onlardan möhkəm bir əhd aldıq....
Nisa Suresi, 157. Ayet:
(Onları lənətləməmizin bir səbəbi də,) “Biz Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük!” - demələridir. Halbuki, onu (İsanı) nə öldürdülər, nə də çarmıxa çəkdilər. Lakin
onlara
o (öldürdükləri şəxs), (İsaya) bənzər şəkildə göstərildi. Onun haqqında ixtilafda olanlar, əlbəttə, şübhə içərisindədirlər. Ona dair onların əlində heç bir (doğru) bilgi yoxdur. Onlar ancaq zənnə qapılırlar. Onu (İsanı) qətiyyən öldürmədilər. (Allah İsa peyğəmbəri, onu öldürmək istəyən yəhudilərin əlindən xilas e...
Nisa Suresi, 159. Ayet:
Kitab əhlindən olan hər bir kəs ölümündən əvvəl mütləq ona (İsaya) iman gətirəcəkdir. Qiyamət günü isə o (İsa)
onlara
şahidlik edəcəkdir. (Allah İsa peyğəmbəri yəhudilərdən qorumuş və Öz dərgahına qaldırmışdır. Ancaq bunun necə və nə zaman olduğu barəsində müxtəlif fikirlər vardır. İslam alimlərinin əksəriyyətinə görə, Allah onu, mənəvi səmalardakı xüsusi bir mənzilə qaldırmış və qiyamətdən əvvəl onu təkrar dünyaya göndərəcəkdir. O zaman kitab əhlindən olan hər kəs onun peyğəmbər olduğunu qəbu...
Nisa Suresi, 160. Ayet:
Yəhudilər zülm etdiklərinə və bir çox kimsəni Allahın yolundan döndərdiklərinə görə (daha əvvəl) özlərinə halal edilmiş gözəl nemətləri
onlara
haram etdik....
Nisa Suresi, 161. Ayet:
Həmçinin (bunu,)
onlara
qadağan olunduğu halda faiz aldıqları və haqsızlıqla insanların malını yedikləri üçün etdik. Onlardan kafir olanlar üçün acı bir əzab hazırlamışıq....
Nisa Suresi, 168. Ayet:
Şübhəsiz ki, kafir olub haqsızlıq edənləri Allah nə bağışlayar, nə də
onlara
(başqa) bir yol göstərər....
Nisa Suresi, 169. Ayet:
Ancaq (
onlara
) içində əbədi qalacaqları cəhənnəm yolunu (göstərər). Bu, Allah üçün çox asandır....
Nisa Suresi, 173. Ayet:
İman gətirib yaxşı işlər görənlərə gəldikdə, Allah onların mükafatlarını tam verəcək və Öz lütfündən
onlara
daha çoxunu da bəxş edəcəkdir. (Allaha ibadət etməyi) özlərinə ar bilib təkəbbürlük göstərənlərə gəldikdə isə, Allah onları acı bir əzabla cəzalandıracaqdır. Onlar özləri üçün (əzabdan xilas olmaq üçün) Allahdan başqa nə bir dost, nə də bir köməkçi tapacaqlar....
Ənfal Suresi, 2. Ayet:
Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkildiyi zaman ürəkləri titrəyər,
onlara
Allahın ayələri oxunduğu zaman bu, onların imanlarını artırar və yalnız Rəbbinə təvəkkül edərlər....
Ənfal Suresi, 12. Ayet:
O zaman Rəbbin mələklərə: “Həqiqətən, Mən sizinlə birlikdəyəm. Möminlərə dəstək verin! Kafirlərin qəlblərinə qorxu salacağam. Onların boyunlarını vurun və bütün barmaqlarını doğrayın!” - deyə vəhy edirdi. (Yuxarıdakı ayədə Allah-Təala müsəlmanlara verdiyi mənəvi dəstəyi açıqlamaqdadır. Kafirlərin qəlblərinə qorxu salmaq, psixoloji baxımdan
onlara
təsir göstərmək və əhval-ruhiyyələrini pozmaq üçün Uca Allah mələklərə belə səslənmişdir. Eyni zamanda bu ayə, mələklərin müharibədə həqiqətən iştirak ...
Ənfal Suresi, 15. Ayet:
Ey iman gətirənlər! (Döyüşdə) axıb gələn kafir ordusu ilə qarşılaşdığınız zaman
onlara
arxanızı çevirməyin (qorxub qaçmayın)!...
Ənfal Suresi, 16. Ayet:
(Təkrar) döyüşmək üçün bir kənara çəkilənlər və ya (möminlərdən ibarət digər bir) dəstəyə qoşulanlar istisna olmaqla, o gün kim
onlara
(düşmən ordusuna) arxasını çevirərsə, şübhəsiz, o, Allahın qəzəbinə düçar olar. Onun sığınacağı yer cəhənnəmdir. Ora nə pis dönüş yeridir!...
Ənfal Suresi, 23. Ayet:
Əgər Allah onlarda bir xeyir olacağını bilsəydi, əlbəttə,
onlara
(haqqı) eşitdirərdi.
Onlara
eşitdirsəydi belə, yenə onlar üz çevirərək dönərdilər. (Bu ayələr Həzrət Peyğəmbərin sözlərini eşitdiyi halda əhəmiyyət verməyən kimsələrə bir xəbərdarlıqdır. Onlar zahirdə eşitdikləri halda həqiqi mənada eşitmədikləri üçün söz anlamayan kar və korlara bənzədilmişdirlər.)...
Ənfal Suresi, 30. Ayet:
(Xatırla ki,) bir zamanlar səni bağlayıb həbs etmək və ya öldürmək, yaxud da səni (yurdundan) qovmaq üçün kafirlər sənə qarşı tələ qururdular. Onlar (sənə) tələ qurarkən Allah da (
onlara
) tələ qururdu. Allah tələ quranların ən güclüsüdür....
Ənfal Suresi, 31. Ayet:
Ayələrimiz
onlara
oxunduğu zaman dedilər ki: “Eşitdik. İstəsəydik, biz də bunun bənzərini əlbəttə, söyləyə bilərdik. Bu, əvvəlkilərin əfsanələrindən başqa bir şey deyil”....
Ənfal Suresi, 33. Ayet:
Ancaq sən onların arasında ikən Allah
onlara
əzab verəsi deyil. Onlar bağışlanmalarını diləyərkən də Allah
onlara
əzab verəsi deyil....
Ənfal Suresi, 34. Ayet:
Onlar Məscidi-haramın sahibləri olmadıqları halda (Peyğəmbərin və möminlərin ora daxil olmalarına) mane olduqlarına görə Allah
onlara
nə üçün əzab verməsin?! Onun sahibləri yalnız Allahdan qorxanlardır. Lakin onların çoxu bunu bilmir....
Ənfal Suresi, 35. Ayet:
Onların, Kəbənin yanındakı duası fit vermək və əl çalmaqdan başqa bir şey deyildir. Elə isə inkar etdiyinizə görə dadın əzabı! (Rəvayətə görə, cahiliyyə dövründə müşrik kişi və qadınlar Kəbəni çılpaq təvaf edirdilər. Təvaf əsnasında onlar fit çalır və əlləri ilə alqış tuturdular. Bu,
onlara
görə dua sayılırdı. Yuxarıdakı ayədə onların bu batil əməllərinə işarə edilmişdir.)...
Ənfal Suresi, 48. Ayet:
O zaman şeytan
onlara
etdikləri əməlləri gözəl göstərdi və dedi ki: “Bu gün insanlardan, sizə qalib gələ biləcək heç kim yoxdur və əlbəttə, mən də sizin yanınızdayam!” Ancaq iki dəstə bir-birini gördüyü zaman geri döndü və dedi ki: “Mən sizdən uzağam. Mən sizin görmədiyiniz şeyləri (mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allahın əzabı şiddətlidir!”...
Ənfal Suresi, 53. Ayet:
Bu ona görədir ki, bir qövm özlərində olanı (yaxşı xüsusiyyətləri pis xüsusiyyətlərlə) dəyişmədikcə Allah
onlara
verdiyi neməti dəyişən deyil. Həqiqətən, Allah hər şeyi eşidəndir, biləndir....
Ənfal Suresi, 57. Ayet:
Əgər müharibədə onları tutsan, onlarla (
onlara
verəcəyin cəza ilə) arxalarındakı kimsələri də dağıt ki, bəlkə onlar ibrət alalar! (Yuxarıdakı ayələrdə sözügedən kimsələr, yəhudi qəbilələrindən biri olan Qüreyzə oğullarıdır. Onlar Həzrət Peyğəmbərlə sülh müqaviləsi bağladıqları halda müşriklərə silah yardımı etmişdilər. Sonra unutduqlarını söyləyərək üzrxahlıq etdilər. Təkrar sülh müqaviləsi bağlandıqdan sonra yenə müşriklərlə əlbir oldular.)...
Ənfal Suresi, 58. Ayet:
Əgər (müqavilə bağladığın) bir tayfanın xəyanət etməsindən qorxsan, sən də eynilə müqaviləni pozduğunu
onlara
bildir! Şübhəsiz ki, Allah xainləri sevməz....
Ənfal Suresi, 60. Ayet:
Onlara
(düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və (müharibə üçün) bağlanmış atları hazırlayın! Bunlarla, Allahın və sizin düşməninizi, həmçinin Allahın bilib sizin bilmədiyiniz başqa kimsələri qorxudarsınız. Allah yolunda nə xərcləsəniz, sizə tam olaraq ödənilər və siz heç bir haqsızlığa məruz qalmazsınız. (Yuxarıdakı ayədə Allah-Təala müsəlmanların düşmənə qarşı hər cür tədbir almasını əmr edir. O dövrdə müharibədə atlar böyük rol oynadığı üçün ona işarə edilmişdir.)...
Ənfal Suresi, 71. Ayet:
Əgər (əsirlər) sənə xəyanət etmək istəsələr, (bil ki,) onlar daha əvvəl Allaha da xəyanət etmişdilər. Buna görə də (Allah sənə)
onlara
qarşı (öldürmə və əsir tutma) imkanı verdi. Allah hər şeyi biləndir, hikmət sahibidir....
Ənfal Suresi, 72. Ayet:
Şübhəsiz ki, iman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər və (mühacirlərə) sığınacaq verib yardım edənlər bir-birinin dostudurlar. İman gətirdikləri halda hicrət etməyənlərə gəldikdə, onlar hicrət edənə qədər sizə onların mirasından heç bir pay yoxdur. Əgər onlar din mövzusunda sizdən yardım istəsələr, sizinlə müqaviləsi olan bir tayfa əleyhinə olmaması şərtilə
onlara
yardım etmək sizin borcunuzdur. Allah sizin etdiklərinizi görür....
Əhqaf Suresi, 6. Ayet:
İnsanlar bir yerə toplanacaqları zaman (müşriklər)
onlara
(sitayiş etdikləri bütlərə) düşmən kəsiləcək və
onlara
sitayiş etdiklərini inkar edəcəklər....
Əhqaf Suresi, 16. Ayet:
Etdikləri yaxşı əməllərini qəbul edəcəyimiz və günahlarını bağışlayacağımız bu kimsələr cənnət əhli arasında olacaqlar. Bu,
onlara
verilmiş haqq bir vəddir....
Əhqaf Suresi, 19. Ayet:
Hər kəsin etdiyi əməllərə görə dərəcələri vardır. Allah
onlara
əməllərinin əvəzini tam verəcək və
onlara
heç bir haqsızlıq edilməyəcəkdir....
Əhqaf Suresi, 20. Ayet:
Kafirlər cəhənnəmin qarşısına gətirildikləri gün (
onlara
belə deyiləcək): “Dünya həyatınızda sahib olduğunuz nemətlərdən istifadə edib zövq aldınız. Ancaq yer üzündə haqsız yerə təkəbbürləndiyinizə və haqq yoldan çıxdığınıza görə bu gün siz alçaldıcı əzabla cəzalandırılacaqsınız!”...
Əhqaf Suresi, 26. Ayet:
Həqiqətən, Biz sizə vermədiyimiz imkanları
onlara
vermişdik.
Onlara
qulaqlar, gözlər və qəlblər vermişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri
onlara
bir fayda verdi. Çünki onlar Allahın ayələrini inkar edirdilər. Buna görə də istehza etdikləri (əzab) onları bürüdü....
Əhqaf Suresi, 28. Ayet:
Bəs Allahı qoyub Ona yaxınlaşmaq məqsədilə ilahiləşdirdikləri (bütlər)
onlara
yardım etməli deyildimi?! Əksinə, (o bütlər) onları qoyub getdilər. Bu, onların böhtanları və uydurmalarıdır....
Əhqaf Suresi, 34. Ayet:
Kafirlər cəhənnəmin qarşısına gətiriləcəkləri gün (
onlara
belə deyiləcək): “Bu, həqiqət deyilmi?” Onlar: “Bəli, Rəbbimizə and olsun ki, (həqiqətdir)!” - deyə cavab verəcəklər. Allah: “Elə isə, inkar etdiyinizə görə dadın əzabı!” - deyəcəkdir....
Əhqaf Suresi, 35. Ayet:
Əzmkar (ülül-əzm) peyğəmbərlərin səbir etdiyi kimi, sən də səbir et! Onlar üçün əzabın tez gəlməsini istəmə.
Onlara
vəd olunan əzabı görəcəkləri gün (dünyada) yalnız gündüzün az bir vaxtı qədər yaşadıqlarını sanacaqlar. Bu, bir təbliğdir. Yalnız fasiq olanlar məhv edilər! (Yuxarıdakı ayədə ifadə edilən “ülül-əzm peyğəmbərlər” ilə Həzrət Nuh, Həzrət İbrahim, Həzrət Musa, Həzrət İsa və Həzrət Mühəmməd nəzərdə tutulur. Çünki bu peyğəmbərlər şəriət sahibi olmuş, din yolunda böyük əziyyətlərə məruz q...
Nəml Suresi, 13. Ayet:
Möcüzələrimiz açıq bir şəkildə
onlara
gəldiyi zaman: “Bu, açıq-aydın bir sehrdir!” - dedilər....
Nəml Suresi, 23. Ayet:
Mən
onlara
hökmdarlıq edən bir qadın gördüm. Ona hər şey verilib, bir də böyük bir taxtı var....
Nəml Suresi, 28. Ayet:
Mənim bu məktubumu apar və
onlara
at! Sonra da bir kənara çəkil və bax gör nə cavab verəcəklər!”...
Nəml Suresi, 35. Ayet:
Mən
onlara
bir hədiyyə göndərəcəyəm. Görüm elçilər nə ilə qayıdacaqlar”....
Nəml Suresi, 50. Ayet:
Onlar bir hiylə qurdular. Biz də özləri də fərqinə varmadan
onlara
bir hiylə qurduq....
Nəml Suresi, 82. Ayet:
Onlara
deyilən söz (əzab) gerçəkləşdiyi zaman yerdən onlar üçün bir məxluq (Dabbətülərz) çıxardacağıq. O,
onlara
insanların Bizim ayələrimizə iman gətirmədiyini söyləyəcək. (Təfsirlərdə “Dabbətülərz” adı verilən bu məxluqun canlı bir varlıq olduğu qeyd edilir. Dini mənbələrdə Dabbətülərzin bir tək canlı, yoxsa yer üzünə yayılmış müxtəlif canlılar olduğu barəsində fərqli-fərqli izahlar gətirilmişdir.)...
Nəml Suresi, 85. Ayet:
Etdikləri haqsızlıqlara görə
onlara
deyilən söz (əzab) gerçəkləşəcək və onlar danışa bilməyəcəklər....
Nəml Suresi, 90. Ayet:
Hər kim pis əməllərlə (Allahın hüzuruna) gələrsə, onlar üzü üstə cəhənnəmə atılacaqlar. (
Onlara
belə deyiləcək:) “Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkirsiniz!”...
Rum Suresi, 9. Ayet:
Onlar yer üzündə gəzib dolaşaraq özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna baxmadılarmı? Onlar bunlardan da güclü idilər. Onlar torpağı becərir və bunlardan daha çox abadlaşdırırdılar. Onların peyğəmbərləri özlərinə açıq-aşkar möcüzələr gətirmişdilər. Allah
onlara
zülm etmirdi. Əksinə, onlar özlərinə zülm edirdilər....
Rum Suresi, 33. Ayet:
İnsanlara bir zərər toxunduğu zaman Rəbbinə yönəlib Ona dua edərlər. Sonra Allah
onlara
Öz tərəfindən bir rəhmət daddıran kimi onlardan bir qrup yenə Rəbbinə şərik qoşar....
Rum Suresi, 34. Ayet:
Qoy
onlara
verdiklərimizə nankorluq etsinlər. Siz hələki (verdiyimiz nemətlərdən) faydalanın. Yaxında biləcəksiniz!...
Rum Suresi, 35. Ayet:
Yoxsa Biz
onlara
şərik qoşmalarını söyləyən bir dəlilmi endirdik?!...
Rum Suresi, 47. Ayet:
Şübhəsiz ki, səndən əvvəl də peyğəmbərləri öz qövmlərinə göndərdik. Peyğəmbərlər
onlara
açıq-aşkar möcüzələr gətirmişdilər. Biz günahkarlardan intiqam aldıq. Möminlərə yardım etmək Bizim borcumuzdur....
Rum Suresi, 58. Ayet:
Şübhəsiz ki, Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik.
Onlara
möcüzə gətirsən də, kafirlər mütləq: “Siz ancaq batil şeylər uydurursunuz”, - deyəcəklər....
Yusif Suresi, 15. Ayet:
(Qardaşları) onu aparıb quyunun dibinə atmaq üçün sözləşdikləri zaman Biz Yusifə belə vəhy etdik: “Həqiqətən, etdikləri bu işi gözləmədikləri bir vaxtda sən
onlara
xəbər verəcəksən!” (Təfsirçilərin əksəriyyəti yuxarıdakı ayədə keçən “Yusifə vəhy etdik” ifadəsinə əsaslanaraq Həzrət Yusifə peyğəmbərliyin həmin vaxt verildiyi fikrindədirlər. Çünki, həqiqətən də, Allahın bu vədi daha sonra gerçəkləşmiş, Yusif peyğəmbər buradan xilas olmuş və bütün bunları qardaşlarına bildirmişdi.)...
Yusif Suresi, 31. Ayet:
(Züleyxa) onların hiyləsini (dedi-qodularını) eşitdiyi zaman
onlara
xəbər göndərdi (evində qonaqlığa dəvət etdi). Onlar üçün yastıqlar hazırladı və onlardan hər birinə bir bıçaq verdi. (Qadınlar meyvələri soyarkən Züleyxa Yusifə:) “Onların qarşısına çıx!” - dedi. Onlar Yusifi gördükləri zaman onu ucaltdılar (onun nə qədər yaraşıqlı olduğunu etiraf etdilər). (Çaşqınlıqla) öz əllərini kəsdilər və: “Aman Allah! Bu insan deyil. Bu ancaq uca bir mələkdir!” - dedilər....
Yusif Suresi, 33. Ayet:
Yusif dedi: “Ey Rəbbim! Zindan mənim üçün onların məni dəvət etdiklərindən daha yaxşıdır. Əgər onların hiyləsini məndən uzaqlaşdırmasan,
onlara
meyil salar və cahillərdən olaram”....
Yusif Suresi, 71. Ayet:
(Yusifin qardaşları)
onlara
dönüb: “Nə itirmisiniz?” - dedilər....
Yusif Suresi, 77. Ayet:
Onlar dedilər: “Əgər o oğurlayıbsa, daha əvvəl onun bir qardaşı da oğurluq etmişdi”. Yusif bunu ürəyində saxladı və
onlara
bildirmədi. O dedi: “Siz daha pis bir vəziyyətdəsiniz. Allah sizin söylədiklərinizi (o işin əslini) daha yaxşı bilir”. (Rəvayətə görə, Həzrət Yusifin xalası onu çox sevirdi. Yusif böyüdüyü zaman xalası onu öz yanında saxlamaq istəyirdi. Bunun üçün də Həzrət İbrahimdən miras qalan kəməri Yusifin belinə bağlayıb sonra da kəmərin itdiyini söylədi. Kəməri axtardılar və Yusifin ü...
Yusif Suresi, 110. Ayet:
Nəhayət, peyğəmbərlər ümidsizliyə düşüb özlərinin yalançı hesab edildiklərini düşündükləri zaman köməyimiz
onlara
gələr və dilədiyimiz kimsəyə nicat verilər. Əzabımız isə günahkar qövmdən dəf olunmaz....
Rəd Suresi, 22. Ayet:
Onlar rəbbinin rizasını istəyərək səbir edər, namazı qılar,
onlara
verdiyimiz ruzidən gizli və aşkar (Allah yolunda) xərcləyər və pisliyi yaxşılıqla dəf edərlər. (Dünya) yurdunun (gözəl) aqibəti məhz onlarındır....
Rəd Suresi, 25. Ayet:
Allah ilə əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiklərini (qohumluq əlaqələrini) qoparanlar və yer üzündə fitnə-fəsad törədənlərə gəldikdə, lənət məhz
onlara
dır və onlar üçün pis bir yurd (cəhənnəm) vardır....
Rəd Suresi, 30. Ayet:
(Ey Peyğəmbər!) Beləcə, səni özlərindən əvvəl neçə-neçə ümmətlərin gəlib keçdiyi bir ümmətə peyğəmbər göndərdik ki, sənə vəhy etdiyimizi (Quranı)
onlara
oxuyasan. Ancaq onlar Rəhmanı inkar edirlər. De ki: “O mənim Rəbbimdir. Ondan başqa heç bir ilah yoxdur. Mən Ona təvəkkül etmişəm. Tövbəm də Onadır!”...
Rəd Suresi, 33. Ayet:
Hər kəsin qazandığına nəzarət edən Allah (bütlər kimi olarmı)?! Yenə də onlar (bütləri) Allaha şərik qoşdular. De: “
Onlara
bir ad verin! Yoxsa Allaha yer üzündə bilmədiyi bir şeyimi xəbər verirsiniz, yaxud boş sözlərmi (söyləyirsiniz)? Əksinə, kafirlərə hiylələri gözəl göstərildi və onlar (haqq) yoldan döndərildilər. Allah kimi zəlalətə salmışsa, ona doğru yolu göstərən olmaz....
Rəd Suresi, 38. Ayet:
Şübhəsiz, Biz səndən əvvəl də peyğəmbərlər göndərdik.
Onlara
zövcələr və övladlar verdik. Allahın izni olmadan heç bir peyğəmbər möcüzə gətirə bilməz. Hər bir vaxtın kitabı vardır (hər bir şeyin zamanı Allah dərgahında yazılıb təyin edilmişdir)....
Rəd Suresi, 40. Ayet:
Onlara
vəd etdiyimizin (əzabın) bir qismini sənə göstərsək də, yaxud (ondan əvvəl) səni öldürsək də bil ki, sənin vəzifən ancaq (Allahın dinini) təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir....
İbrahim Suresi, 4. Ayet:
(Allahın dinini)
onlara
izah etsin deyə hər bir peyğəmbəri yalnız öz qövmünün dili ilə göndərdik. Allah dilədiyini zəlalətə düçar edər, dilədiyini də doğru yola yönəldər. O, yenilməz qüvvət və hikmət sahibidir....
İbrahim Suresi, 5. Ayet:
Şübhəsiz ki, Biz Musanı da öz qövmünü qaranlıqlardan aydınlığa çıxartması və
onlara
Allahın günlərini (nemətlərini) xatırlatması üçün möcüzələrimizlə göndərdik. Həqiqətən, bunda çox səbir edib şükür edən hər kəs üçün ibrətlər vardır....
İbrahim Suresi, 9. Ayet:
Sizdən əvvəlkilərin – Nuh, Ad və Səmud qövmlərinin və onlardan sonrakıların xəbərləri sizə gəlmədimi?! Allahdan başqası onları bilməz. Peyğəmbərləri
onlara
açıq-aşkar möcüzələr gətirmiş, onlar isə əllərini ağızlarına qoyub: “Biz sizinlə göndərilənləri inkar edirik və bizi dəvət etdikləriniz barəsində şəkk-şübhə içindəyik”, - demişdilər....
İbrahim Suresi, 10. Ayet:
Peyğəmbərləri (
onlara
) belə dedilər: “Göyləri və yeri yaradan Allah haqqında şübhəmi edirsiniz?! O sizin günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər möhlət vermək üçün sizi (haqq dinə) çağırır”. Onlar isə belə dedilər: “Siz də bizim kimi bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. (Əgər sizin dediyiniz doğrudursa,) bizə açıq-aşkar bir dəlil gətirin!”...
İbrahim Suresi, 11. Ayet:
Peyğəmbərləri
onlara
dedilər: “Biz də sizin kimi bir insanıq. Lakin Allah nemətini (peyğəmbərliyi), Öz qullarından dilədiyi kimsəyə bəxş edər. Allahın izni olmadan sizə bir dəlil (möcüzə) gətirə bilmərik. Möminlər Allaha təvəkkül etsinlər!...
İbrahim Suresi, 13. Ayet:
Kafirlər isə peyğəmbərlərinə: “Ya sizi yurdumuzdan çıxaracağıq, ya da dinimizə qayıdacaqsınız!” - dedilər. Rəbbi
onlara
(peyğəmbərlərə) belə vəhy etdi: “Biz zalımları mütləq məhv edəcəyik!...
İbrahim Suresi, 31. Ayet:
İman gətirən bəndələrimə de: “Nə bir alış-verişin, nə də bir dostluğun olacağı gün gəlmədən əvvəl namaz qılsınlar və
onlara
verdiyimiz ruzidən gizli və aşkar infaq etsinlər!”...
İbrahim Suresi, 37. Ayet:
Ey Rəbbimiz! Həqiqətən, mən nəslimdən bəzilərini Sənin müqəddəs evinin yanında, əkin bitməyən bir vadidə məskunlaşdırdım. Ey Rəbbimiz! Namazı qılsınlar deyə (bunu etdim). Sən də insanlardan bir qisminin qəlblərini
onlara
meyil etdir və
onlara
meyvələrdən ruzi ver ki, bəlkə, onlar şükür edələr. (Rəvayət olunduğuna görə Həzrət İbrahimin zövcəsi Saranın Həcər adında bir cariyəsi vardı. Uşaqları olmadığı üçün onu öz əri ilə evləndirdi və onların İsmail adında bir oğlu dünyaya gəldi. Həzrət İbrahim o...
İbrahim Suresi, 44. Ayet:
İnsanları, əzabın gələcəyi gün barəsində xəbərdar et! O gün zalımlar belə deyəcəklər: “Ey Rəbbimiz! Yaxın bir vaxta qədər bizə möhlət ver ki, sənin dəvətinə uyaq və peyğəmbərlərə tabe olaq”. (
Onlara
belə deyiləcək:) “Əvvəllər sizin üçün heç bir zaval olmadığına dair and içməmişdinizmi?...
İbrahim Suresi, 45. Ayet:
Siz özlərinə zülm edənlərin yurdlarında məskunlaşmışdınız.
Onlara
nə etdiyimiz sizə bəlli olmuşdu. Sizin üçün misallar da çəkmişdik”....
Hicr Suresi, 8. Ayet:
Biz mələkləri yalnız haqq (əzab) ilə endiririk. O zaman
onlara
möhlət verilməz....
Hicr Suresi, 13. Ayet:
Əvvəlkilərin başlarına gələnlər
onlara
məlum olduğu halda hələ də ona (Qurana) inanmırlar....
Hicr Suresi, 14. Ayet:
Əgər
onlara
göydən bir qapı açsaydıq və oradan yuxarı çıxsaydılar,...
Hicr Suresi, 39. Ayet:
(İblis) dedi: “Ey Rəbbim! Sən Məni azdırdığına görə mən də mütləq
onlara
yer üzündə (pis əməlləri) gözəl göstərəcək və onların hamısını azdıracağam....
Hicr Suresi, 46. Ayet:
(
Onlara
belə deyiləcək:) “Sağ-salamat və əmin bir şəkildə ora daxil olun!”...
Hicr Suresi, 51. Ayet:
Onlara
İbrahimin qonaqları haqqında da xəbər ver!...
Hicr Suresi, 78. Ayet:
Həqiqətən, Əykə xalqı da zalım idi. (Bu ayədəki “Əykə” sözü “sıx meşəlik” deməkdir. Şüeyb peyğəmbər və onun qövmünün yaşadığı yer meşəlik bir ərazi olduğu üçün
onlara
Əykə xalqı deyilmişdir.)...
Hicr Suresi, 81. Ayet:
Biz
onlara
da möcüzələrimizi göndərdik. Ancaq onlar bunlardan (bu möcüzələrdən) üz çevirdilər....
Hicr Suresi, 88. Ayet:
Onlardan bəzi zümrələrə verdiyimiz dünya malına əsla göz dikmə,
onlara
görə kədərlənmə və möminləri qanadının altına al (
onlara
qarşı təvazökar və mərhəmətli ol)!...
Nəhl Suresi, 6. Ayet:
Səhər (otlağa) göndərərkən, axşam (tövləyə) gətirərkən
onlara
baxıb zövq alırsınız....
Nəhl Suresi, 24. Ayet:
Onlara
: “Rəbbiniz nəyi nazil etdi?” - deyildiyi zaman onlar: “Əvvəlkilərin əfsanələrini”, - deyərlər....
Nəhl Suresi, 26. Ayet:
Onlardan əvvəlkilər də (peyğəmbərlərə) hiylə qurmuşdular. Ancaq Allah onların binalarını bünövrəsindən sökdü və tavan yuxarıdan onların üstünə çökdü. Əzab
onlara
heç ağıllarına gəlməyən bir yerdən gəlmişdi....
Nəhl Suresi, 33. Ayet:
(Kafirlər) mələklərin onların yanına gəlməsini, yaxud Rəbbinin əmrinin gəlməsinimi gözləyirlər?! Onlardan əvvəlkilər də belə etmişdilər. Allah
onlara
zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər....
Nəhl Suresi, 37. Ayet:
Onların hidayətə gəlməsini çox arzulasan da, bil ki, Allah (haqq yoldan) azdırdığı kimsələri hidayətə yönəltməz.
Onlara
yardım edənlər də olmaz....
Nəhl Suresi, 39. Ayet:
Allah ixtilafda olduqları məsələləri
onlara
izah etmək üçün və kafirlər də özlərinin yalançı olduqlarını bilsinlər deyə (onları dirildəcəkdir)....
Nəhl Suresi, 42. Ayet:
Onlar Rəbbinə təvəkkül edən səbirli kəslərdir. (Yuxarıdakı iki ayədə xəbər verilən kimsələr, başda Həzrət Peyğəmbər (s.ə.s.) olmaqla Qüreyşlilərin zülmündən qaçaraq hicrət edənlərdir. Həqiqətən də, hicrətdən sonra Allah-Təala
onlara
din və dünya baxımından gözəl bir həyat bəxş etmişdir.)...
Nəhl Suresi, 44. Ayet:
(Onları) açıq-aşkar möcüzələr və kitablarla (göndərmişdik). Sənə də Quranı nazil etdik ki, insanlara,
onlara
göndəriləni açıqlayasan və ola bilsin ki, onlar düşünüb dərk edərlər....
Nəhl Suresi, 45. Ayet:
Pislik etmək məqsədilə hiylə quranlar Allahın onları yerə batırmayacağından, yaxud gözləmədikləri bir yerdən
onlara
əzabın gəlməyəcəyindən əmindirlərmi?...
Nəhl Suresi, 63. Ayet:
Allaha and olsun ki, səndən əvvəlki ümmətlərə də peyğəmbərlər göndərdik. Ancaq şeytan
onlara
(o ümmətlərə) öz əməllərini gözəl göstərdi. Ona görə də şeytan bu gün onların dostudur. Onlar üçün ağrılı-acılı bir əzab vardır....
Nəhl Suresi, 64. Ayet:
Biz Kitabı (Quranı) sənə yalnız ixtilafda olduqları məsələləri
onlara
izah etməyin üçün və möminlərə hidayət və rəhmət olsun deyə nazil etdik....
Nəhl Suresi, 71. Ayet:
Allah bəzilərinizə digərlərindən daha çox ruzi vermişdir. Daha çox ruzi verilənlər özlərini tabeçiliyində olanlarla bir tutmamaq üçün
onlara
ruzilərini vermirlər. Onlar Allahın verdiyi neməti inkarmı edirlər?...
Nəhl Suresi, 73. Ayet:
Onlar (müşriklər) Allahı qoyub göylərdən və yerdən
onlara
heç bir ruzi verə bilməyən və buna əsla gücləri çatmayanlara (bütlərə) ibadət edirlər?...
Nəhl Suresi, 85. Ayet:
Zalımlar əzabı görən zaman artıq onların əzabı yüngülləşdirilməyəcək və
onlara
möhlət də verilməyəcəkdir....
Nəhl Suresi, 102. Ayet:
De: “Onu Müqəddəs Ruh (Cəbrail) iman gətirənlərə səbat vermək, müsəlmanları doğru yola yönəltmək və
onlara
müjdə vermək üçün Rəbbinin dərgahından haqq olaraq nazil etmişdir!”...
Nəhl Suresi, 106. Ayet:
Qəlbi imanla dolu olduğu halda (küfrə) məcbur edilən istisna olmaqla, kim iman etdikdən sonra Allahı inkar edər və qəlbini küfrə açarsa,
onlara
Allahdan bir qəzəb gələr. Onlar üçün böyük bir əzab vardır....
Nəhl Suresi, 111. Ayet:
O gün hər kəs öz canının hayına qalar. Hər kəsə etdiklərinin əvəzi tam verilər və
onlara
heç bir haqsızlıq edilməz....
Nəhl Suresi, 112. Ayet:
Allah (əhalisi) əmin-amanlıq içində olan və ruzisi hər yerdən bol-bol gələn bir şəhəri (Məkkəni) misal çəkir. Ancaq (oranın əhalisi) Allahın nemətlərini inkar etdi. Allah da
onlara
, etdikləri əməllərə görə aclıq və qorxu sıxıntısını daddırdı. (Yuxarıdakı ayədə sözü gedən şəhər Məkkə şəhəridir. Çünki məkkəlilər Allahın Peyğəmbərini yalanlayaraq sahib olduqları rifaha nankorluq etdilər. Buna görə də yeddi il boyunca şiddətli bir qıtlıqla üzləşdilər.)...
Nəhl Suresi, 113. Ayet:
Şübhəsiz ki,
onlara
özlərindən bir peyğəmbər gəldi, ancaq onlar onu yalanladılar. Buna görə də zülm edərkən əzab onları yaxaladı....
Nəhl Suresi, 118. Ayet:
Sənə xəbər verdiklərimizi daha əvvəl yəhudilərə də haram etmişdik. Biz
onlara
zülm etmədik, lakin onlar özləri özlərinə zülm edirdilər....
İsra Suresi, 6. Ayet:
Sonra
onlara
qarşı sizə təkrar zəfər bəxş etdik, mal-mülk və oğullar verməklə sizə kömək etdik, sayınızı da çoxaltdıq....
İsra Suresi, 20. Ayet:
Hamısına -
onlara
da, bunlara da (dünyanı istəyənlərə də, axirəti istəyənlərə də) Rəbbinin nemətindən verərik. Rəbbinin neməti (heç kimə) qadağan deyildir....
İsra Suresi, 23. Ayet:
Rəbbin yalnız Özünə ibadət etməyi və ana-ataya yaxşı davranmağı əmr etmişdir. Əgər onlardan biri və ya hər ikisi sənin yanında yaşlanarsa,
onlara
: “Uf!” belə demə, onları danlama və
onlara
xoş söz söylə!...
İsra Suresi, 24. Ayet:
Onları təvazökarlıqla mərhəmət qanadının altına al və (dua edərək) de: “Ey Rəbbim, kiçikliyimdən onlar məni böyütdükləri kimi, Sən də
onlara
rəhm et!...
İsra Suresi, 28. Ayet:
Əgər Rəbbindən umduğun bir mərhəmət (ruzi) üçün onların üzünə baxa bilmirsənsə, heç olmasa
onlara
yumşaq bir söz söylə! (Rəvayətə görə, Bilal, Süheyl, Məhca və Həbbab kimi yoxsul səhabələr Həzrət Peyğəmbərin yardımı ilə dolanırdılar. Həzrət Peyğəmbər,
onlara
veriləcək bir şeyi olmadığı zaman xəcalətindən
onlara
deyəcək bir söz tapmırdı və üzünü başqa tərəfə çevirirdi. Yuxarıdakı ayə, belə hallarda heç olmasa xoş və ümid verən sözlərlə onları razı salmağı tövsiyə edir.)...
İsra Suresi, 54. Ayet:
Rəbbiniz sizi çox yaxşı tanıyır. Əgər diləyərsə, sizə rəhm edər, diləyərsə, sizə əzab verər. Biz səni
onlara
vəkil (onları iman gətirməyə məcbur edən biri kimi) göndərməmişik....
İsra Suresi, 64. Ayet:
Onlardan gücün çatanları dəvətinlə çaşdır; atlılarını və piyadalarını
onlara
qarşı səfərbər et, (faizə sövq etməklə) mallarına və (zinaya sövq etməklə) övladlarına ortaq ol!
Onlara
vədlər ver! Şeytan
onlara
yalandan başqa heç nə vəd etməz....
İsra Suresi, 70. Ayet:
Şübhəsiz, Adəm oğullarını (bir çox nemətlər verməklə) şərəfləndirdik. Onları (müxtəlif minik vasitələri ilə) quruda və dənizdə daşıdıq.
Onlara
təmiz və gözəl ruzilər verdik. Onları yaratdıqlarımızın bir çoxundan üstün etdik....
İsra Suresi, 74. Ayet:
Əgər sənə səbat verməsəydik, az qalsın bir az
onlara
meyil edəcəkdin....
İsra Suresi, 94. Ayet:
İnsanların iman gətirməsinə mane olan,
onlara
hidayət rəhbəri gəldiyi zaman: “Allah peyğəmbər olaraq bir insanımı göndərdi?” - demələridir....
İsra Suresi, 95. Ayet:
De: “Əgər yer üzündəkilər arxayın gəzən mələklər olsaydı, əlbəttə,
onlara
peyğəmbər olaraq göydən bir mələk göndərərdik”....
Kəhf Suresi, 17. Ayet:
Günəşin doğarkən onların mağarasının sağ tərəfinə meyil etdiyini, batarkən də
onlara
dəymədən sol tərəfə keçdiyini görərdin. Onlar isə orada geniş bir yerdə yatırdılar. Bu, Allahın möcüzələrindəndir. Allah kimi hidayətə yönəldərsə, o, doğru yoldadır, kimi haqq yoldan azdırarsa, artıq ona doğru yolu göstərən bir dost tapa bilməzsən!...
Kəhf Suresi, 29. Ayet:
De: “Haqq sizin Rəbbinizdəndir. Ona görə də istəyən inansın, istəyən inkar etsin. Biz zalımlar üçün elə bir cəhənnəm hazırlamışıq ki, onun divarları onları hər tərəfdən əhatə edər. Əgər (susuzluğa görə) yardım istəsələr,
onlara
əridilmiş mədən kimi üzləri qızardan bir su ilə yardım olunar. O necə də pis içki və necə də pis məskəndir!...
Kəhf Suresi, 32. Ayet:
Onlara
iki adamı misal ver. Onlardan birinə iki üzüm bağı vermişdik və hər ikisini xurmalıqlarla əhatə edib aralarında da əkin bitirmişdik....
Kəhf Suresi, 48. Ayet:
Onlar Rəbbinin hüzuruna çıxarılacaqlar (və
onlara
belə deyiləcək:) “Sizi ilk dəfə yaratdığımız kimi hüzurumuza gəldiniz. Ancaq siz, sizin üçün (belə bir) vədələşmə yeri yaratmayacağımızı iddia etmişdiniz!”...
Kəhf Suresi, 52. Ayet:
O gün Allah: “İddia etdiyiniz şəriklərimi çağırın!” – deyər. Müşriklər də dərhal onları (bütlərini) çağırarlar. Ancaq (bütlər)
onlara
cavab verməzlər. Biz onların arasında bir uçurum yaradarıq....
Kəhf Suresi, 58. Ayet:
Sənin Rəbbin bağışlayandır, mərhəmətlidir. Əgər (Rəbbin) onları günahlarına görə (dərhal) cəzalandırası olsaydı, əlbəttə,
onlara
tezliklə əzab verərdi. Ancaq onlar üçün təyin olunmuş bir vaxt vardır. Onlar (əzab gəldiyi zaman) sığınacaq bir yer tapa bilməyəcəklər....
Kəhf Suresi, 81. Ayet:
Beləcə, istədik ki, Rəbbi
onlara
əvəzində ondan daha təmiz və daha mərhəmətli birini bəxş etsin....
Kəhf Suresi, 82. Ayet:
Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlan uşağına məxsus idi. Onun altında
onlara
aid bir xəzinə vardı. Ataları da yaxşı insan idi. Rəbbin istədi ki, onlar həddi-büluğa çatıb Rəbbindən bir rəhmət olaraq öz xəzinələrini çıxartsınlar. Mən bunu öz ixtiyarımla etmədim. Bu, səbir edə bilmədiyin şeylərin izahıdır”....
Kəhf Suresi, 86. Ayet:
Nəhayət, günəşin batdığı yerə gəlib çatanda onu palçıqlı bir gölməçədə batan gördü. Gölməçənin yanında da bir qövm gördü. Biz: “Ey Zülqərneyn! Ya (
onlara
) əzab verməli, ya da onlar barəsində yaxşılıq yolunu tutmalısan!” – dedik. (Təfsirlərdə qeyd olunduğuna görə, Zülqərneyn qərbdə Sakit okeanına, yaxud Qara dənizə qədər getmiş və orada günəşin dəniz üfqündə batmasını seyr etmişdi. Bu zaman günəş dumanla örtülü dəniz üfqündə, sanki palçıqlı bir su gölməçəsinə batırmış kimi görünürdü. Sahildə qarş...
Məryəm Suresi, 11. Ayet:
Beləcə o, məbəddən qövmünün hüzuruna çıxdı və
onlara
: “Səhər-axşam təsbeh edin (Allahın şəninə təriflər deyin)!” - deyə işarə etdi. (Allah-Təala qocalmış olan Zəkəriyyə və qısır zövcəsinə bir övlad bəxş etməklə Öz qüdrətini göstərmişdir. Bundan sonra Uca Allah həmin uşağa belə vəhy etmişdir:)...
Məryəm Suresi, 50. Ayet:
Onlara
Öz rəhmətimizdən bəxş etdik və dürüstlüklərini dillərə dastan etdik....
Məryəm Suresi, 58. Ayet:
Onlar Allahın nemət verdiyi peyğəmbərlərdən, Adəmin nəslindən, Nuhla birlikdə (gəmidə) daşıdıqlarımızın nəslindən, İbrahim və İsrailin (Yaqubun) nəslindən və seçib haqq yola yönəltdiyimiz kimsələrdəndirlər.
Onlara
Rəhmanın (Allahın) ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar....
Məryəm Suresi, 73. Ayet:
Ayələrimiz
onlara
açıq-aşkar oxunduğu zaman inkar edənlər iman gətirənlərə: “İki qrupdan hansının (hansımızın) məqamı daha yaxşı, məclisi daha gözəldir?” - demişdilər....
Məryəm Suresi, 82. Ayet:
Əsla! (İlah qəbul etdikləri şəriklər axirət günü) onların ibadətini inkar edəcək və
onlara
düşmən kəsiləcəklər....
Məryəm Suresi, 84. Ayet:
Ona görə də onlar barəsində tələsmə! Şübhəsiz, Biz onların günlərini bir-bir sayırıq (axirət gününə qədər
onlara
möhlət veririk)....
Məryəm Suresi, 98. Ayet:
Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Sən onlardan hər hansı birini görürsənmi, yaxud
onlara
aid cüzi bir səs eşidirsənmi?...
Həcc Suresi, 22. Ayet:
Çəkdikləri iztiraba görə hər dəfə oradan çıxmaq istədiklərində, təkrar ora qaytarılarlar və (
onlara
belə deyilər): “Dadın yandırıb-yaxan əzabı!”...
Həcc Suresi, 28. Ayet:
Ona görə ki, onlar öz mənfəətlərinin şahidi olsunlar və müəyyən günlərdə Allahın
onlara
ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) üstündə Allahın adını çəksinlər. Beləliklə, onlardan həm özünüz yeyin, həm də biçarə kasıblara yedirdin!...
Həcc Suresi, 35. Ayet:
O kəslər ki, Allah anıldığı zaman onların qəlbləri titrəyər, başlarına gələn müsibətlərə səbir edər, namazı qılar və
onlara
verdiyimiz ruzidən infaq edərlər....
Həcc Suresi, 39. Ayet:
Düşmən hücumuna məruz qalanlara (möminlərə) zülmə uğradıqları üçün (döyüşməyə) izin verilmişdir. Şübhəsiz ki, Allah
onlara
yardım etməyə qadirdir. (Məkkəli müşriklər Həzrət Peyğəmbərə və əshabına, xüsusilə də fağır və aciz kimsələrə müxtəlif cür işgəncələr verir və
onlara
basqınlar edirdilər. Möminlər də Həzrət Peyğəmbərin yanına gələrək bundan şikayət edir və döyüşmək üçün icazə istəyirdilər. Ancaq Allah tərəfindən izin verilmədiyi üçün Həzrət Peyğəmbər
onlara
səbirli və mətin olmalarını tövsiy...
Həcc Suresi, 41. Ayet:
Onlar o kəslərdir ki, əgər
onlara
yer üzündə hakimiyyət versək, namaz qılar, zəkat verər, yaxşılığı əmr edər və pislikdən çəkindirərlər. Bütün işlərin sonu Allaha aiddir....
Həcc Suresi, 48. Ayet:
Neçə-neçə məmləkət vardır ki, (xalqı) zalım olduğu halda
onlara
möhlət verdim, sonra da onları (əzabımla) yaxaladım. Axır dönüş Mənədir!...
Həcc Suresi, 55. Ayet:
İnkar edənlər isə, (qiyamət və ya ölüm) vaxtı qəflətən
onlara
gələnə, yaxud faydasız bir günün əzabı
onlara
gəlib çatana qədər ondan (Qurandan) şübhə etməyə davam edəcəklər....
Həcc Suresi, 72. Ayet:
Ayələrimiz
onlara
açıq-aydın oxunduğu zaman kafirlərin üzlərində bir məmnuniyyətsizlik sezərsən. Az qalsın,
onlara
ayələrimizi oxuyanların üstünə hücum etsinlər. De ki: “Bundan daha pisini sizə xəbər verimmi? Cəhənnəm! Allah onu kafirlər üçün vəd etmişdir. O nə pis dönüş yeridir!”...
Möminun Suresi, 32. Ayet:
Onlara
da öz içlərindən: “Allaha ibadət edin! Sizin ondan başqa heç bir ilahınız yoxdur. Yenə də Allahdan çəkinmirsinizmi?” - deyən bir peyğəmbər göndərdik. (Yuxarıdakı ayədə özünün və qövmünün adı çəkilməyən peyğəmbər bəzi təfsirçilərə görə, Hud, yaxud Saleh peyğəmbərdir.)...
Möminun Suresi, 62. Ayet:
Biz heç kəsi gücünün çatmadığı bir şeydən məsul tutmarıq. Bizim dərgahımızda haqqı söyləyən bir kitab vardır.
Onlara
heç bir haqsızlıq edilməz....
Möminun Suresi, 68. Ayet:
Onlar sözü (Quranı) heç düşünmürlərmi? Yoxsa
onlara
ata-babalarına gəlməyən bir şeymi gəldi?...
Möminun Suresi, 70. Ayet:
Yoxsa onda divanəlik olduğunumu söyləyirlər? Xeyr, o (peyğəmbər)
onlara
haqqı gətirdi. Onların çoxu haqdan nifrət edir....
Möminun Suresi, 71. Ayet:
Əgər haqq onların arzu və istəklərinə uysaydı, göylər, yer və onların içindəkilər mütləq fəsada məruz qalardı. Xeyr, Biz
onlara
Zikrlərini (Quranı) gətirdik. Ancaq onlar Zikrlərindən üz çevirirlər....
Möminun Suresi, 75. Ayet:
Əgər Biz
onlara
rəhm edib içinə düşdükləri fəlakətdən xilas etsək, şübhəsiz, yenə öz azğınlıqları içində çaşqın vəziyyətdə gəzərlər....
Möminun Suresi, 77. Ayet:
Nəhayət,
onlara
şiddətli əzab qapısını açdığımız zaman dərhal ümidsizliyə qapıldılar....
Möminun Suresi, 90. Ayet:
Xeyr, Biz
onlara
haqqı gətirdik. Onlar isə, doğrudan da yalançıdırlar....
Möminun Suresi, 93. Ayet:
De: “Ey Rəbbim! Əgər
onlara
vəd olunanı (dünyadakı əzablarını) mənə göstərəcəksənsə,...
Möminun Suresi, 95. Ayet:
(Ey Peyğəmbər!) Şübhəsiz ki, Biz
onlara
vəd etdiyimizi (əzabı) sənə göstərməyə qadirik....
Möminun Suresi, 105. Ayet:
(Allah tərəfindən
onlara
belə deyilər:) “Mənim ayələrim sizə oxunmurdumu?! Ancaq siz onları yalanlayırdınız”....
Möminun Suresi, 110. Ayet:
Ancaq siz onları məsxərəyə qoyurdunuz. Nəhayət, (bu hərəkətləriniz) Məni anmağı sizə unutdurdu. Siz də
onlara
gülürdünüz....
Nur Suresi, 2. Ayet:
Zina edən qadın və zina edən kişinin hər birinə yüz şallaq vurun! Əgər Allaha və axirət gününə inanırsınızsa, Allahın dinində (hökmlərini tətbiq edərkən)
onlara
qarşı ürəyiniz yumşalmasın! Möminlərdən bir qrup da
onlara
verilən cəzaya şahid olsun!...
Nur Suresi, 25. Ayet:
O gün Allah
onlara
layiq olduqları cəzanı verəcək və onlar Allahın açıq-aşkar haqq olduğunu biləcəklər....
Nur Suresi, 33. Ayet:
Evlənməyə gücü çatmayanlar isə, Allah Öz lütfü ilə onları zəngin edənə qədər iffətlərini qorusunlar. Kölələrinizdən mükatəbə etmək istəyənlərlə, əgər onlarda bir xeyir (qabiliyyət və etimad) görürsünüzsə, dərhal mükatəbə edin! Allahın sizə verdiyi maldan siz də
onlara
verin! Dünya həyatının mənfəətini əldə etmək məqsədilə namuslu qalmaq istəyən cariyələrinizi zinaya məcbur etməyin! Kim onları məcbur edərsə, (bilinməlidir ki,) onların bu məcburiyyətindən sonra, şübhəsiz ki, Allah (o cariyələri) b...
Nur Suresi, 38. Ayet:
Bu, Allahın onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandırması və Öz lütfündən
onlara
daha çox verməsi üçündür. Allah dilədiyinə saysız-hesabsız ruzi verər....
Nur Suresi, 50. Ayet:
Onların qəlblərində xəstəlik var, yoxsa şübhə edirlər? Yaxud Allah və Peyğəmbərinin
onlara
haqsızlıq etməsindənmi qorxurlar? Xeyr, onlar əsil zalımlardır....
Nur Suresi, 53. Ayet:
Onlara
(münafiqlərə) əmr etdiyin zaman (cihada) çıxacaqlarına dair Allaha möhkəm and içdilər. De ki: “And içməyin! Gözəl bir şəkildə itaət etmək (kifayətdir). Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır”....
Nur Suresi, 55. Ayet:
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə, özlərindən əvvəlkiləri hakim etdiyi kimi onları da mütləq yer üzünə hakim edəcəyini, onlar üçün bəyəndiyi dini (İslamı) mütləq yerləşdirib möhkəmləndirəcəyini və (keçirtdikləri) qorxudan sonra
onlara
əmin-amanlıq verəcəyini vəd etmişdir. (Çünki) onlar Mənə ibadət edirlər və heç nəyi Mənə ortaq qoşmurlar. Artıq bundan sonra kim inkar edərsə, onlar əsil fasiqlərdir....
Nur Suresi, 58. Ayet:
Ey iman gətirənlər! Əlinizin altındakılar (kölələr) və həddi-büluğa çatmayanlarınız sübh namazından əvvəl, günorta paltarınızı soyunduğunuz zaman və işa namazından sonra (yanınıza daxil olacaqları zaman) sizdən üç dəfə icazə alsınlar. Bu üç vaxt sizin məhrəm (soyunmuş ola biləcəyiniz) vaxtlarınızdır. Digər vaxtlarda bir-birinizin yanına (icazəsiz) daxil olmağınızda sizə də,
onlara
da heç bir günah yoxdur. Allah sizin üçün ayələri belə açıqlayır. Allah hər şeyi biləndir, hikmət sahibidir....
Nur Suresi, 60. Ayet:
Evlənmək ümidi qalmayan yaşlı qadınlara gəlincə, zinətlərini (başqa kişilərə) göstərmədən üst geyimlərini çıxartmaları
onlara
günah deyildir. Bundan çəkinmələri isə onlar üçün daha xeyirlidir. Allah hər şeyi eşidəndir, hər şeyi biləndir....
Nur Suresi, 64. Ayet:
Bilin ki, göylərdə və yerdə nə varsa, Allahındır. O, həqiqətən, sizin hansı yolda olduğunuzu bilir. O, (insanların) etdikləri əməlləri hüzuruna qaytarılacaqları gün
onlara
xəbər verəcəkdir. Allah hər şeyi biləndir....
Furqan Suresi, 2. Ayet:
O Allah ki, göylərin və yerin hakimiyyəti Ona məxsusdur. O, Özünə heç bir övlad götürməmişdir. Hakimiyyətində heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və
onlara
müəyyən ölçü və nizam vermişdir....
Furqan Suresi, 14. Ayet:
(
Onlara
belə deyiləcəkdir:) “Bu gün ölümü bir dəfə yox, çox-çox arzulayın!”...
Furqan Suresi, 18. Ayet:
Onlar: “Sən pak və müqəddəssən! Səndən başqa dostlar qəbul etmək bizə yaraşmaz. Lakin Sən
onlara
və atalarına o qədər nemət verdin ki, hətta (Səni) anmağı belə unutdular və məhv ediləsi bir qövm oldular”, - deyəcəklər....
Furqan Suresi, 22. Ayet:
Mələkləri görəcəkləri o gün günahkarlara heç bir müjdə yoxdur. (Mələklər
onlara
: “Sizə sevinmək) qəti qadağandır!” - deyəcəklər....
Furqan Suresi, 36. Ayet:
Beləcə, (
onlara
) dedik: “Ayələrimizi yalanlayan qövmün yanına gedin!” Nəhayət, onları tamamilə məhv etdik....
Furqan Suresi, 52. Ayet:
Ona görə də kafirlərə itaət etmə və bununla (Quranla)
onlara
qarşı böyük bir mübarizə apar!...
Furqan Suresi, 60. Ayet:
Onlara
: “Rəhmana səcdə edin!” - deyildiyi zaman onlar: “Rəhman nədir? Bizə əmr etdiyin şeyə səcdəmi edəcəyik?” – deyərlər. Bu, onların nifrətini daha da artırar....
Furqan Suresi, 63. Ayet:
Rəhmanın (xalis) qulları o kəslərdir ki, yer üzündə təvazökarlıqla yeriyər və cahillər
onlara
söz atdıqları zaman: “Salam!” - deyərlər....
Furqan Suresi, 73. Ayet:
Onlara
Rəbbinin ayələri xatırladıldığı zaman bu ayələrə qarşı kar və kor kimi davranmazlar....
Şüəra Suresi, 4. Ayet:
Əgər diləsəydik,
onlara
göydən bir möcüzə endirərdik, onlar da ona boyun əyərdilər....
Şüəra Suresi, 6. Ayet:
Onlar (Quranı) təkzib etdilər. Ancaq istehza etdiklərinin xəbərləri
onlara
gələcəkdir....
Şüəra Suresi, 43. Ayet:
Musa
onlara
: “Nə atacaqsınızsa, atın!” - dedi....
Şüəra Suresi, 69. Ayet:
(Ey Peyğəmbər!)
Onlara
İbrahimin qissəsini də danış!...
Şüəra Suresi, 71. Ayet:
Onlar da: “Biz bütlərə ibadət edir və (gün boyu)
onlara
sitayiş etməyə davam edirik!” - demişdilər....
Şüəra Suresi, 92. Ayet:
Və
onlara
belə deyərlər: “İbadət etdikləriniz haradadır?...
Şüəra Suresi, 106. Ayet:
O zaman qardaşları Nuh
onlara
belə demişdi: “(Allahdan) qorxmursunuzmu?...
Şüəra Suresi, 124. Ayet:
O zaman qardaşları Hud
onlara
belə demişdi: “Siz (Allahdan) qorxmursunuzmu?...
Şüəra Suresi, 142. Ayet:
O zaman qardaşları Saleh
onlara
belə demişdi: “(Allahdan) qorxmursunuzmu?...
Şüəra Suresi, 161. Ayet:
O zaman qardaşları Lut
onlara
belə demişdi: “(Allahdan) qorxmursunuzmu?...
Şüəra Suresi, 177. Ayet:
Bir zaman Şüeyb
onlara
belə demişdi: “(Allahdan) qorxmursunuzmu?...
Şüəra Suresi, 199. Ayet:
Və bunu (Quranı)
onlara
oxusaydı, yenə də ona iman gətirməzdilər....
Şüəra Suresi, 202. Ayet:
(Əzab)
onlara
özləri də hiss etmədən qəfildən gələr....
Şüəra Suresi, 205. Ayet:
Gördünmü, əgər
onlara
illərlə nemətlər versək,...
Şüəra Suresi, 206. Ayet:
Sonra da vəd olunan (əzab)
onlara
gəlsə,...
Şüəra Suresi, 207. Ayet:
Özlərinə verilən nemətlər
onlara
heç bir fayda verməz....
Şüəra Suresi, 224. Ayet:
Şairlərə gəldikdə,
onlara
azğınlar tabe olar....
Loğman Suresi, 15. Ayet:
Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr,
onlara
itaət etmə! Dünyada onlarla yaxşı dolan! Mənə yönələnlərin yoluna tabe ol! Sonra dönüşünüz Mənədir. Mən də etdiyiniz əməlləri sizə xəbər verəcəyəm....
Loğman Suresi, 21. Ayet:
Onlara
: “Allahın nazil etdiyinə tabe olun!” - deyildiyi zaman: “Xeyr, biz atalarımızın getdiyi yolu izləyirik!” - deyərlər. Bəs əgər şeytan onları (atalarını) cəhənnəm əzabına çağırırdısa (onda necə)?!...
Loğman Suresi, 23. Ayet:
Kafir olanın küfrü səni kədərləndirməsin. Onların dönüşü Bizədir. Biz
onlara
etdikləri əməlləri xəbər verəcəyik. Şübhəsiz ki, Allah qəlblərdə olanı biləndir....
Səcdə Suresi, 14. Ayet:
(O gün
onlara
belə deyiləcəkdir:) “Bu gününüzlə qarşılaşacağınızı unutduğunuza görə dadın əzabı! Şübhəsiz, biz də sizi unutduq. Etdiyiniz əməllərə görə dadın əbədi əzabı!”...
Səcdə Suresi, 16. Ayet:
Onlar qorxu və ümid içində Rəbbinə dua etmək üçün yataqdan qalxar və
onlara
verdiyimiz ruzidən infaq edərlər....
Səcdə Suresi, 20. Ayet:
Fasiqlərə gəldikdə isə, onların qalacaqları yer cəhənnəmdir. Onlar hər dəfə oradan çıxmaq istədikdə, ora qaytarılacaqlar və
onlara
: “Yalanladığınız cəhənnəm əzabını dadın!” - deyiləcəkdir....
Səcdə Suresi, 21. Ayet:
Əlbəttə,
onlara
böyük əzabdan əvvəl dünya əzabını da daddıracağıq. Ola bilsin ki, onlar (haqq yola) qayıdarlar....
Səcdə Suresi, 29. Ayet:
De: “Fəth günü kafirlərə iman etmələri heç bir fayda verməyəcək və
onlara
möhlət də verilməyəcəkdir”....
Səcdə Suresi, 30. Ayet:
Buna görə də onlardan üz çevir və (
onlara
əzabın gəlməsini) gözlə! Şübhəsiz, onlar da (sənin ölməyini) gözləyirlər....
Səba Suresi, 14. Ayet:
Ölümünə hökm etdiyimiz zaman onun öldüyünü ancaq əsasını yeyən bir ağac qurdu
onlara
göstərdi. O, (Süleyman ölmüş vəziyyətdə) yerə yıxıldıqda aydın oldu ki, əgər cinlər qeybi bilsəydilər, alçaldıcı əzabın içində qalmazdılar....
Səba Suresi, 15. Ayet:
Səbə qövmü üçün məskunlaşdıqları yerdə ibrət olan iki bağları vardı. Onlardan biri sağ, digəri isə sol tərəfdə idi. (
Onlara
belə deyilmişdi:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin! Gözəl bir diyar və bağışlayan bir Rəbb!”...
Səba Suresi, 18. Ayet:
Biz onların (Səbə qövmünün) və bərəkət verdiyimiz məmləkətlərin arasında açıq-aşkar görünən qəsəbələr inşa etdik, aralarındakı gediş-gəlişi də asanlaşdırdıq. (
Onlara
belə dedik:) “Gecə-gündüz orada arxayın gəzib dolaşın!”...
Səba Suresi, 43. Ayet:
Ayələrimiz
onlara
açıq-aşkar oxunduqda: “Bu ancaq sizi atalarınızın ibadət etdiklərindən (bütlərdən) döndərmək istəyən bir adamdır”, - dedilər. Həmçinin belə dedilər: “Bu (Quran) uydurma bir yalandan başqa bir şey deyil”. Kafirlərə haqq (Quran) gəldiyi zaman: “Bu yalnız açıq-aşkar bir sehrdir!” - dedilər....
Səba Suresi, 44. Ayet:
Halbuki Biz
onlara
oxuyacaqları bir kitab verməmişdik və səndən əvvəl özlərinə xəbərdar edən bir peyğəmbər göndərməmişdik....
Səba Suresi, 45. Ayet:
Onlardan əvvəlkilər də (peyğəmbərləri) yalanlamışdılar. Bunlar
onlara
verdiklərimizin onda birinə belə nail olmayıblar. Ancaq onlar da peyğəmbərlərimi yalanlamışdılar. Bəs Mənim onları inkar (məhv) etməyim necə olmuşdu?!...
Səba Suresi, 54. Ayet:
Artıq daha əvvəl
onlara
bənzər kimsələrə edildiyi kimi, onlarla arzuladıqları arasına pərdə çəkilmişdir. Həqiqətən, onlar dərin bir şübhə içində idilər....
Fatir Suresi, 24. Ayet:
Həqiqətən, Biz səni müjdəçi və xəbərdar edən bir peyğəmbər olaraq haqq ilə göndərdik. Elə bir ümmət yoxdur ki,
onlara
xəbərdar edən bir peyğəmbər gəlməmiş olsun....
Fatir Suresi, 25. Ayet:
Əgər onlar səni yalanlayırlarsa, bil ki, onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) yalanlamışdılar. Peyğəmbərləri
onlara
açıq-aydın ayələr (möcüzələr), səhifələr və aydınladan kitab gətirmişdilər....
Fatir Suresi, 30. Ayet:
Allah
onlara
mükafatlarını tam verər, hətta Öz lütfündən
onlara
bundan artığını da verər. Şübhəsiz ki, O, bağışlayandır, şükrün mükafatını verəndir....
Fatir Suresi, 37. Ayet:
Onlar orada: “Ey Rəbbimiz! Bizi (cəhənnəmdən) çıxart ki, (daha əvvəl) etdiyimiz (pis) əməllərin yerinə yaxşı əməllər edək!” - deyə fəryad edərlər. (Bu zaman
onlara
belə deyilər:) “Orada (dünyada) sizə düşünən bir kimsənin düşünə biləcəyi qədər ömür vermədikmi?! Sizə xəbərdar edən bir peyğəmbər də gəlmişdi. Ona görə də dadın (əzabı)! Zalımların köməkçisi yoxdur”....
Fatir Suresi, 40. Ayet:
De: “Allahı qoyub dua etdiyiniz şəriklərinizi gördünüzmü?! Mənə göstərin görək, onlar torpaqdan nə yaradıblar? Yaxud göylərdə onların bir şərikliyimi var? Yoxsa Biz
onlara
(bu barədə) bir kitabmı vermişik və buna görə də onlar oradakı bir dəlilə əsaslanırlar? Xeyr! Zalımlar bir-birlərinə ancaq yalan şeylər vəd edirlər....
Fatir Suresi, 42. Ayet:
Onlar özlərinə xəbərdar edən bir peyğəmbər gəldiyi təqdirdə, hər hansı millətdən daha çox doğru yolda olacaqlarına dair var gücləri ilə Allaha and içmişdilər.
Onlara
xəbərdar edən bir peyğəmbər gəldikdə isə bu onları ancaq haqdan uzaqlaşdırdı....
Fatir Suresi, 43. Ayet:
Onlar yer üzündə təkəbbürlənir və pis işlər görürdülər. Pis iş yalnız öz sahibini bürüyər. Onlar əvvəlkilərin qanunundan (
onlara
tətbiq etdiyimizdən) başqasınımı gözləyirlər?! Allahın qanununda heç bir təbəddülat tapa bilməzsən! Allahın qanununda heç bir dəyişiklik də görə bilməzsən!...
Saffat Suresi, 13. Ayet:
Onlara
öyüd verildikdə ibrət almazlar....
Saffat Suresi, 23. Ayet:
Allahdan başqa!
Onlara
cəhənnəmin yolunu göstərin!...
Saffat Suresi, 25. Ayet:
(
Onlara
belə deyiləcək:) “Sizə nə olub ki, bir-birinizə yardım etmirsiniz?”...
Saffat Suresi, 35. Ayet:
Onlara
: “Allahdan başqa heç bir ilah yoxdur!” – deyiləndə onlar təkəbbürlənirdilər....
Saffat Suresi, 43. Ayet:
Meyvələr vardır.
Onlara
Nəim cənnətlərində ikram ediləcəkdir....
Saffat Suresi, 48. Ayet:
Onların yanında baxışlarını yalnız
onlara
dikmiş irigözlü hurilər vardır....
Saffat Suresi, 72. Ayet:
Biz
onlara
da xəbərdar edən peyğəmbərlər göndərmişdik....
Saffat Suresi, 116. Ayet:
Onlara
yardım etdik və onlar (düşmənə) qalib gəldilər....
Saffat Suresi, 172. Ayet:
Onlara
mütləq yardım olunacaqdır....
Saffat Suresi, 175. Ayet:
Onlara
bax! Onlar (əzabı) görəcəklər....
Saffat Suresi, 179. Ayet:
Sən (
onlara
) bax! Onlar (əzabı) görəcəklər....
Sad Suresi, 14. Ayet:
Onların hamısı peyğəmbərləri yalanladılar. Buna görə də Mənim əzabım (
onlara
) vacib oldu....
Sad Suresi, 52. Ayet:
Onların yanında gözlərini
onlara
dikmiş həmyaşıd zövcələr olacaq....
Sad Suresi, 60. Ayet:
(
Onlara
tabe olanlar isə:) “Xeyr, siz rahatlıq üzü görməyin! Onu bizə siz gətirdiniz. O nə pis bir yerdir!” - deyəcəklər....
Zümər Suresi, 3. Ayet:
Bilin ki, xalis din Allahındır. Ondan başqasını özlərinə dost tutanlar: “Biz
onlara
yalnız bizi Allaha yaxınlaşdırsınlar deyə ibadət edirik”, - deyirlər. Əlbəttə, Allah onların ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və inkarçı kimsəni doğru yola yönəltməz....
Zümər Suresi, 25. Ayet:
Onlardan əvvəlkilər də (peyğəmbərləri) yalanlamışdılar. Buna görə də
onlara
gözləmədikləri bir yerdən əzab gəlmişdi....
Zümər Suresi, 26. Ayet:
Beləliklə, Allah dünya həyatında
onlara
rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş biləydilər!...
Zümər Suresi, 50. Ayet:
Bunu onlardan əvvəlkilər də demişdilər. Ancaq qazandıqları
onlara
heç bir fayda vermədi....
Zümər Suresi, 61. Ayet:
Allah saleh əməlləri səbəbilə müttəqiləri (cəhənnəmdən) xilas edəcəkdir.
Onlara
heç bir pislik toxunmayacaq və onlar qəmgin olmayacaqlar....
Zümər Suresi, 69. Ayet:
Yer Rəbbinin nuru ilə aydınlanacaq, əməl dəftəri ortaya qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəklər. Onlar arasında ədalətlə hökm veriləcək və
onlara
heç bir haqsızlıq edilməyəcəkdir....
Zümər Suresi, 71. Ayet:
Kafirlər dəstələr halında cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora gəldikləri zaman onun qapıları açılacaq və oranın gözətçiləri
onlara
: “Sizə içinizdən sizin üçün Rəbbinizin ayələrini oxuyan və bu gününüzə qovuşacağınıza dair sizi xəbərdar edən peyğəmbərlər gəlməmişdimi?” - deyəcəklər. Onlar da: “Bəli!” - deyəcəklər. Lakin əzab sözü kafirlərin üzərinə vacib olmuşdur....
Zümər Suresi, 72. Ayet:
Onlara
: “İçində əbədi qalacağınız cəhənnəmin qapılarından girin!” - deyiləcək. Təkəbbürlənənlərin sığınacaq yeri necə də pisdir!...
Zümər Suresi, 73. Ayet:
Rəbbindən qorxanlar isə dəstə-dəstə cənnətə gətiriləcəklər. Nəhayət, onlar ora çatdıqları zaman qapıları açılacaq və gözətçiləri
onlara
: “Sizə salam olsun! Xoş gəldiniz! Əbədi qalmaq üzrə bura daxil olun!” - deyəcəklər....
Mömin Suresi, 12. Ayet:
(
Onlara
belə deyiləcək:) “Bu ona görədir ki, Allahın təkliyinə dəvət olunarkən siz inkar edir, Ona şərik qoşulduqda isə buna inanırdınız. Artıq hökm uca və böyük olan Allahındır”....
Mömin Suresi, 18. Ayet:
Yaxınlaşan gün barəsində
onlara
xəbərdarlıq et! Çünki o zaman onların ürəkləri ağızlarına gələcək və qəm-qüssə içində olacaqlar. Zalımların nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi vardır....
Mömin Suresi, 25. Ayet:
Musa Bizim tərəfimizdən
onlara
haqqı gətirdikdə onlar: “Onunla birlikdə iman gətirənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” - dedilər. Kafirlərin hiyləsi, əlbəttə, boşa çıxar....
Mömin Suresi, 40. Ayet:
Kim pis bir iş görərsə, yalnız etdiyi pis iş qədər cəza alar. Mömin olub yaxşı bir iş görən kişi, yaxud qadın isə cənnətə girəcək və orada
onlara
saysız-hesabsız ruzilər veriləcəkdir....
Mömin Suresi, 73. Ayet:
Sonra da
onlara
belə deyiləcək: “Haradadır şərik qoşduqlarınız -...
Mömin Suresi, 75. Ayet:
(
Onlara
belə deyiləcək:) “Bu, sizin yer üzündə haqsız yerə sevinməyinizə və qürrələnməyinizə görədir....
Mömin Suresi, 77. Ayet:
Ona görə də səbir et! Həqiqətən, Allahın vədi haqdır. Heç şübhəsiz, ya
onlara
vəd etdiyimizin (əzabın) bir qismini sənə göstərəcəyik, ya da daha əvvəl sənin canını alacağıq. Onlar Bizə qaytarılacaqlar....
Mömin Suresi, 83. Ayet:
Peyğəmbərləri
onlara
açıq-aydın möcüzələr gətirdiyi zaman onlar öz elmləri ilə qürrələndilər. Beləcə, istehza etdikləri əzab onları bürüdü....
Mömin Suresi, 85. Ayet:
Əzabımızın şiddətini gördükləri zaman iman etmələri
onlara
heç bir fayda vermədi. Bu, Allahın əzəldən bəri qulları barəsindəki qanunudur. Kafirlər oradaca ziyana uğradılar....
Fussilət Suresi, 16. Ayet:
Buna görə də
onlara
dünya həyatında rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz günlərdə onların üstünə soyuq bir külək göndərdik. Axirət əzabı isə daha çox rüsvayedicidir.
Onlara
heç bir köməklik də göstərilməz....
Fussilət Suresi, 25. Ayet:
Biz
onlara
müəyyən dostlar caladıq, onlar da önlərində və arxalarında nə varsa, hamısını bunlara gözəl göstərdilər. Onlardan əvvəl gəlib-getmiş cinlər və insanlardan olan ümmətlər barəsindəki söz (əzab)
onlara
da vacib oldu. Həqiqətən, onlar ziyana düşdülər....
Fussilət Suresi, 30. Ayet:
“Rəbbimiz Allahdır!” – deyib sonra doğru yolda gedənlərin üzərinə mələklər nazil olar və
onlara
belə deyərlər: “Qorxmayın, kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin!...
Fussilət Suresi, 44. Ayet:
Əgər onu yad bir dildə Quran etsəydik, əlbəttə, onlar: “Onun ayələri izah olunmalı deyildimi? (Quran) yad dildə, (Peyğəmbər) isə ərəb olarmı?” - deyəcəkdilər. De ki: “O, iman gətirənlər üçün doğru yol rəhbəri və şəfadır. İman gətirməyənlərə gəldikdə, onların qulaqlarında ağırlıq (karlıq) vardır və o (Quranı anlamaq)
onlara
qapalıdır. (Sanki)
onlara
uzaqdan səslənilir (və onlar heç bir şey başa düşmürlər)....
Fussilət Suresi, 47. Ayet:
Qiyamətin vaxtını yalnız O bilir. Onun xəbəri olmadan heç bir meyvə (çəyirdəyi) qabığından çıxmaz, heç bir dişi hamilə qalmaz və doğmaz. Allahın
onlara
: “Şəriklərim haradadır?” - deyə səslənəcəyi gün onlar: “Biz (buna dair) aramızda heç bir şahidin olmadığını sənə bildirdik”, - deyəcəklər....
Fussilət Suresi, 50. Ayet:
Əgər başına gələn müsibətdən sonra tərəfimizdən ona bir mərhəmət bəxş etsək, o: “Bu mənim haqqımdır, qiyamətin qopacağını da zənn etmirəm. Rəbbimin hüzuruna qaytarılsam belə, əlbəttə, Onun yanında mənim üçün ən gözəl nemətlər vardır”, - deyəcəkdir. Həqiqətən, Biz kafirlərə etdikləri əməlləri xəbər verəcəyik və
onlara
çətin bir əzabı daddıracağıq....
Fussilət Suresi, 53. Ayet:
Biz (varlığımızı və qüdrətimizi göstərən) dəlillərimizi
onlara
həm kainatda, həm də onların özlərində göstərəcəyik ki, onun (Quranın) haqq olduğu
onlara
aydın olsun. Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?...
Şura Suresi, 13. Ayet:
Nuha tövsiyə etdiyi, sənə vəhy etdiyi, İbrahimə, Musaya və İsaya da tövsiyə etdiyi “Dini təhrif etmədən qoruyub saxlayın və onda ayrılığa düşməyin!” sözünü Allah dində sizin üçün qanun olaraq təyin etdi. Müşrikləri dəvət etdiyin (din)
onlara
ağır gəldi. Allah istədiyini (peyğəmbər) seçər və Ona yönələni doğru yola yönəldər....
Şura Suresi, 26. Ayet:
O, iman gətirib yaxşı işlər görənlərin duasını qəbul edər və lütfündən
onlara
daha çox verər. Kafirlər üçün isə şiddətli bir əzab vardır....
Şura Suresi, 38. Ayet:
Onlar Rəbbinin dəvətini qəbul edər, namazı qılar, öz aralarındakı işlərdə məşvərət edər və
onlara
verdiyimiz ruzidən infaq edərlər....
Şura Suresi, 48. Ayet:
Əgər onlar (haqdan) üz döndərsələr, bil ki, Biz səni
onlara
gözətçi göndərməmişik. Sənin vəzifən yalnız təbliğ etməkdir. Əgər insana Öz tərəfimizdən bir mərhəmət daddırsaq, o, buna görə sevinər. Ancaq etdikləri əməllər ucbatından başlarına pis bir iş gəlsə, bu zaman insanlar nankor olarlar....
Şura Suresi, 50. Ayet:
Yaxud
onlara
oğlan və qız uşağı olmaqla hər ikisindən verər. İstədiyini də sonsuz edər. Şübhəsiz ki, O, hər şeyi biləndir, hər şeyə qadirdir....
Zuxruf Suresi, 13. Ayet:
Ona görə ki,
onlara
minəsiniz, sonra da mindiyiniz zaman Rəbbinizin nemətini yada salasınız və belə deyəsiniz: “Bunları bizim xidmətimizə verən Allah pak və müqəddəsdir! Bizim ona gücümüz çatmazdı....
Zuxruf Suresi, 20. Ayet:
Onlar: “Əgər Rəhman istəsəydi, biz
onlara
ibadət etməzdik!” - dedilər. Buna dair onların heç bir məlumatı yoxdur. Onlar ancaq yalan danışırlar....
Zuxruf Suresi, 21. Ayet:
Yoxsa bundan əvvəl
onlara
bir kitab vermişik və onlar ona istinad edirlər?!...
Zuxruf Suresi, 30. Ayet:
Haqq (Quran)
onlara
gəldiyi zaman: “Bu bir sehrdir, biz onu inkar edirik!” - dedilər....
Zuxruf Suresi, 42. Ayet:
Yaxud
onlara
vəd etdiyimizi (əzabı) sənə göstərəcəyik. Şübhəsiz ki, Bizim
onlara
gücümüz çatır....
Zuxruf Suresi, 47. Ayet:
Musa möcüzələrimizi
onlara
göstərdiyi zaman onlar buna gülmüşdülər....
Zuxruf Suresi, 48. Ayet:
Onlara
göstərdiyimiz hər bir möcüzə digərindən daha böyük idi. Bəlkə (haqq yola) qayıdarlar deyə Biz onları müxtəlif əzablarla cəzalandırdıq....
Zuxruf Suresi, 76. Ayet:
Biz
onlara
zülm etmədik, lakin onlar özləri zalım idilər....
Zuxruf Suresi, 87. Ayet:
Əgər
onlara
özlərini kim yaratdı deyə sual versən, əlbəttə: “Allah!” - deyəcəklər. Bəs necə olub (haqq yoldan) döndərilirlər?!...
Duxan Suresi, 13. Ayet:
İndi onların öyüd-nəsihəti qəbul etmələrinin nə xeyri var?! Halbuki
onlara
açıq-aşkar bir peyğəmbər gəlmişdi....
Duxan Suresi, 16. Ayet:
Onlara
güclü bir zərbə endirəcəyimiz gün, şübhəsiz, Biz intiqamımızı alacağıq....
Duxan Suresi, 17. Ayet:
Biz onlardan əvvəl Firon qövmünü də sınağa çəkmişdik.
Onlara
şərəfli bir peyğəmbər gəlmişdi....
Duxan Suresi, 29. Ayet:
Göy və yer onların arxasınca ağlamadı.
Onlara
möhlət də verilmədi....
Duxan Suresi, 33. Ayet:
Onlara
içində açıq-aydın imtahan olan möcüzələr verdik. (Bu möcüzələr dənizin yarılması, buludun
onlara
kölgə salması, qüdrət halvası və bildirçin əti kimi nemətlər idi.)...
Duxan Suresi, 41. Ayet:
O gün dostun dosta heç bir faydası olmayacaq və
onlara
heç bir köməklik də göstərilməyəcəkdir....
Məhəmməd Suresi, 18. Ayet:
Onlar qiyamətin özlərinə qəflətən gəlməsinimi gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir. Qiyamət gəlib çatdığı zaman ibrət almaları
onlara
heç bir fayda verməyəcəkdir....
Məhəmməd Suresi, 20. Ayet:
Möminlər: “(Cihad haqqında) bir surə nazil olmalı deyildimi?” - deyirdilər. Ancaq hökmü açıq olan bir surə nazil olub orada döyüşdən bəhs edildiyi zaman qəlblərində xəstəlik olanların ölüm ayağında bayılan kimsənin baxdığı kimi sənə baxdıqlarını görərsən.
Onlara
yaraşan da budur!...
Məhəmməd Suresi, 25. Ayet:
Haqq yol özlərinə bəlli olduqdan sonra buna arxa çevirənlərə gəldikdə, şeytan (bu hərəkətlərini)
onlara
gözəl göstərmiş və (uzun ömür sürəcəklərinə dair) ümid vermişdir....
Fəth Suresi, 6. Ayet:
Həmçinin Allah haqqında pis zənn bəsləyən münafiq kişi və qadınlara, müşrik kişi və qadınlara əzab verməsi üçündür. Onların (müsəlmanlar haqqında) bəslədikləri pis fikirlər öz başlarına gəlsin! Allah
onlara
qəzəblənmiş,
onlara
lənət etmiş və cəhənnəmi onlar üçün hazırlamışdır. O necə də pis bir dönüş yeridir!...
Fəth Suresi, 15. Ayet:
Qənimətləri almaq üçün getdiyiniz zaman (səfərə getməyib) arxada qalanlar: “İcazə verin biz də sizin arxanızca gələk!” - deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz əsla bizim arxamızca gəlməyəcəksiniz! Allah daha əvvəl sizin üçün belə buyurmuşdur”. Onlar: “Xeyr! Siz bizə paxıllıq edirsiniz”, - deyəcəklər. Əksinə, onlar çox az anlayan kimsələrdir. (Həzrət Peyğəmbər hicrətin altıncı ilində Hüdeybiyyədən qayıtdıqdan sonra növbəti il Hüdeybiyyədə iştirak edən müsəlmanlarla bir...
Fəth Suresi, 18. Ayet:
Şübhəsiz ki, möminlər ağacın altında sənə beyət etdiklərində Allah onlardan razı olmuşdur. Allah onların qəlbərində olanı bilmiş,
onlara
mənəvi rahatlıq vermiş və onları yaxın bir fəth (zəfər) ilə mükafatlandırmışdır....
Fəth Suresi, 24. Ayet:
Onlara
qarşı sizə zəfər bəxş etdikdən sonra Məkkənin yaxınlığında (Hüdeybiyyədə) onların əllərini sizdən, sizin əllərinizi də onlardan çəkən Odur. Allah sizin etdiklərinizi görür....
Fəth Suresi, 26. Ayet:
Kafirlər öz qəlblərinə təkəbbürü - cahiliyyə təkəbbürünü yerləşdirdikləri zaman Allah Peyğəmbərinə və möminlərə mənəvi rahatlıq verdi və
onlara
təqva kəlməsini (kəlmeyi-tövhidi) vacib etdi. Bu, ən çox onların haqqı idi və onlar buna layiq idilər. Allah hər şeyi biləndir....
Qaf Suresi, 5. Ayet:
Xeyr!
Onlara
haqq (Quran) gəldiyi zaman onu yalan hesab etdilər. Onlar çaşqınlıq içindədirlər....
Zariyat Suresi, 13. Ayet:
O gün
onlara
cəhənnəmdə əzab veriləcəkdir....
Zariyat Suresi, 14. Ayet:
(
Onlara
belə deyiləcək:) “Dadın əzabınızı! Bu, tezliklə gəlməsini istədiyiniz şeydir”....
Zariyat Suresi, 16. Ayet:
Rəbbinin
onlara
verdiyini (mükafatlarını) alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməl sahibləri idilər....
Zariyat Suresi, 27. Ayet:
Yeməyi
onlara
yaxınlaşdırıb: “Yemirsinizmi?” - dedi....
Zariyat Suresi, 43. Ayet:
Səmud qövmündə də (ibrətlər vardır)! O zaman
onlara
: “Müəyyən bir vaxta qədər (dünya nemətlərindən) faydalanın!” - deyilmişdi....
Zariyat Suresi, 45. Ayet:
Beləliklə, onlar ayağa qalxa bilmədilər,
onlara
yardım edən də olmadı....
Zariyat Suresi, 60. Ayet:
Onlara
vəd olunan günlərinə görə vay kafirlərin halına!...
Tur Suresi, 14. Ayet:
(
Onlara
belə deyiləcək:) “Sizin yalan saydığınız cəhənnəm budur!...
Tur Suresi, 18. Ayet:
Rəbbinin
onlara
verdiyi nemətlərlə səfa sürəcəklər. Rəbbi onları cəhənnəm əzabından qorumuşdur....
Tur Suresi, 19. Ayet:
(
Onlara
belə deyiləcək:) “Etdiyiniz (gözəl) əməllərə görə nuşcanlıqla yeyin, için!...
Tur Suresi, 22. Ayet:
Onlara
arzuladıqları meyvə və ətdən bol-bol verəcəyik....
Tur Suresi, 32. Ayet:
Yoxsa ağıllarımı bunu
onlara
əmr edir, yaxud onlar azğın bir qövmdür?!...
Tur Suresi, 46. Ayet:
Onların hiylələri o gün
onlara
heç bir fayda verməyəcək və
onlara
heç bir yardım olunmayacaqdır....
Nəcm Suresi, 23. Ayet:
Onlar yalnız sizin və atalarınızın ad qoyduqları şeylərdir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Rəbbi tərəfindən
onlara
doğru yolu göstərən rəhbər gəldiyi halda onlar yalnız zənnə və nəfslərinin arzularına uyurlar....
Qəmər Suresi, 4. Ayet:
Həqiqətən,
onlara
(günahlardan) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir....
Qəmər Suresi, 28. Ayet:
Onlara
bildir ki, su onların arasında bölüşdürülmüşdür. Hər kəs su içməyə öz növbəsində gəlsin!”...
Qəmər Suresi, 31. Ayet:
Biz
onlara
qorxunc bir səs göndərdik və onlar heyvan ağılına qoyulan quru ot kimi oldular....
Qəmər Suresi, 36. Ayet:
Həqiqətən, Lut
onlara
şiddətli əzabımız barəsində xəbərdarlıq etmişdi. Ancaq onlar xəbərdarlıqlara şübhə etmişdilər....
Qəmər Suresi, 46. Ayet:
Xeyr!
Onlara
vəd olunan qiyamətdir (axirət əzabıdır). Qiyamət isə daha çətin və daha acıdır....
Qəmər Suresi, 48. Ayet:
Üzüstə cəhənnəmə sürüklənəcəkləri gün (
onlara
belə deyiləcəkdir:) “Dadın sizə toxunan cəhənnəm əzabını!”...
Rəhman Suresi, 54. Ayet:
(Cənnət əhli) astarları atlazdan olan döşəklərə söykənəcəklər. Hər iki cənnətin meyvələri (dərə bilmələri üçün
onlara
) yaxın olacaqdır....
Rəhman Suresi, 56. Ayet:
Orada gözləri ərlərindən başqasını görməyən qızlar vardır. Bundan əvvəl
onlara
nə bir insan, nə də bir cin toxunmuşdur....
Rəhman Suresi, 74. Ayet:
Onlara
bundan əvvəl nə bir insan, nə də bir cin toxunmuşdur....
Vaqiə Suresi, 24. Ayet:
Bu,
onlara
etdikləri əməllərin mükafatı olaraq veriləcəkdir....
Hədid Suresi, 12. Ayet:
O gün mömin kişi və qadınların nurlarının önlərindən və sağ tərəflərindən saçıldığını görərsən. (
Onlara
belə deyiləcəkdir:) “Bu gün sizin müjdəniz ağacları altından çaylar axan, içində əbədi qalacağınız cənnətlərdir!” Əsil böyük müvəffəqiyyət budur....
Hədid Suresi, 13. Ayet:
O gün münafiq kişi və qadınlar iman gətirənlərə: “Bizi gözləyin ki, nurunuzdan bir az alaq!” - deyəcəklər.
Onlara
: “Geri qayıdın və özünüzə nur axtarın!” - deyiləcəkdir. Nəhayət, onların arasına qapısı olan bir sədd çəkiləcəkdir ki, onun içəri tərəfi mərhəmət, çöl tərəfi isə əzabdır....
Hədid Suresi, 14. Ayet:
(Münafiqlər)
onlara
: “Biz sizinlə birlikdə deyildikmi?!” – deyə səslənəcəklər. (Möminlər) deyəcəklər: “Bəli! Lakin siz özünüzü bəlaya saldınız. (Dərhal tövbə etməyib) gözlədiniz və şübhəyə düşdünüz. Allahın əmri gələnə qədər boş xülyalar sizi aldatdı. Başdan çıxaran (şeytan) Allah barəsində sizi aldatdı....
Hədid Suresi, 27. Ayet:
Sonra onların ardınca peyğəmbərlərimizi göndərdik. Məryəm oğlu İsanı da göndərdik və ona İncili verdik. Ona tabe olanların qəlblərinə şəfqət və mərhəmət qoyduq. Uydurduqları rahibliyi Biz
onlara
vacib etmədik. Onlar özləri Allahın rizasını qazanmaq üçün bunu etdilər, lakin buna da lazımi şəkildə riayət etmədilər. Onlardan iman gətirənlərə mükafatlarını verdik. Ancaq onların çoxu fasiqlərdir....
Mücadilə Suresi, 7. Ayet:
Görmədinmi ki, Allah göylərdə və yerdə nə varsa, hamısını bilir. Üç nəfər gizli söhbət etsələr, dördüncüsü mütləq Odur. Beş nəfər gizli söhbət etsələr, altıncısı mütləq Odur. Bundan daha az, yaxud daha çox olsunlar və harada olursa olsunlar, Allah onlarla birlikdədir. Sonra qiyamət günü Allah etdikləri əməlləri
onlara
xəbər verəcəkdir. Həqiqətən, Allah hər şeyi biləndir....
Mücadilə Suresi, 8. Ayet:
Gizli söhbət etmələri qadağan edildikdən sonra təkrar qadağan edilən işlərə geri dönərək günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə öz aralarında gizlicə pıçıldaşanları görmədinmi? Onlar sənin yanına gəldikləri zaman Allahın səni salamlamadığı kimi səni salamlayır və ürəklərində: “Allah dediklərimizə görə bizə əzab verməli deyildimi?” - deyirlər. Girəcəkləri cəhənnəm
onlara
yetər. O nə pis bir qayıdış yeridir!...
Mücadilə Suresi, 10. Ayet:
Şübhəsiz ki, gizli danışıqlar şeytanın iman gətirənləri kədərləndirmək üçün etdiyi işlərdəndir. Ancaq o, Allahın izni olmadıqca
onlara
heç bir zərər verə bilməz. Möminlər yalnız Allaha təvəkkül etsinlər!...