Məryəm Suresi, 58. Ayet: Bunlar Adəmi və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yəqubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın nemət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar. [İdris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və ya Nuhun gəmisində olanlardan birinin), İsmail, İshaq, Yəqub İbrahimin nəslindən, Musa, Harun, Zəkəriyya və İsa isə Yəqubun nəslindən olan peyğəmbərlərdəndir]....
Bəqərə Suresi, 275. Ayet: Sələmi [əməksiz, risksiz, işləyib əziyyət çəkmədən asanca əldə edilən qazancları][#347] yeyən kəslər, şeytanın bir toxunuşla toxunduğu kəslərin qalxdığı kimi qalxar. Bu, şübhəsiz ki, onların: "Alış-veriş, sələm kimidir" demələri səbəbiylədir. Halbuki, Allah alış-verişi halal, sələmi haram etmişdir. Özünə Rəbbindən bir öyüd-nəsihət gəlib, əməlindən əl çəkənin keçmişi özünə, işi Allaha aiddir. Və kim yenidən qayıtsa, bax onlar atəşin dostlarıdır. Onlar orada əbədi qalacaqlar....