Həşr Suresi, 7. Ayet: Allahın Öz Peyğəmbərinə kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o, aranızdakı zənginlərin dövləti olub qalmasın. Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir....
Mücadilə Suresi, 22. Ayet: Sən Allaha və axirət gününə iman gətirənlərdən elə adamlar tapa bilməzsən ki, onlar Allaha və Onun peyğəmbərinə qarşı çıxanları ataları, oğulları, qardaşları, yaxud qohum-əqrabaları olsalar belə, sevmiş olsunlar. O, onların ürəklərinə iman salmış və onları Özündən olan bir ruh ilə möhkəmləndirmişdir. O, onlan dibindən çaylar axan və orada əbədi qalacaqları cənnət bağları içərisinə salacaqdır. Allah onlardan razı qalmış, onlar da Allahdan razı qalarlar. Onlar Allahın firqəsidiriər. Həqiqətən, yax...