Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əhzab Suresi, 38. Ayet:
Allahın Peyğəmbərə halal etdiyi bir şeydə ona heç bir günah yoxdur. Allahın daha əvvəl gəlib-keçənlər (
peyğəmbərlər)
barəsindəki qanunu da belə idi. Allahın hökmü belə təqdir edilmişdir....
Ənam Suresi, 90. Ayet:
Onlar (o
peyğəmbərlər)
Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yoluna tabe ol! De: “Bunun müqabilində sizdən bir əvəz istəmirəm. Bu (Quran), aləmlər üçün ancaq bir nəsihətdir”....
Nisa Suresi, 69. Ayet:
Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (
peyğəmbərlər)
, siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!...
Nəml Suresi, 8. Ayet:
Musa (alovun) yanına çatdıqda belə bir nida gəldi: “Alovun yanında olan (Musa) və ətrafında olanlar (mələklər və ya
peyğəmbərlər)
mübarək kimsələrdir (bərəkətlidirlər). Aləmlərin Rəbbi olan Allah pakdır, müqəddəsdir! (Bütün eyib və nöqsanlardan kənardır!)...
Rum Suresi, 47. Ayet:
(Ya Rəsulum!) Biz səndən əvvəl də onların tayfalarına (neçə-neçə) peyğəmbərlər göndərmişdik. (
Peyğəmbərlər)
onlara açıq-aşkar möcüzələr gətirmişdilər. Biz (peyğəmbərləri təkzib edən) günahkarlardan intiqam aldıq. Möminlərə kömək etmək Bizə vacibdir! (Biz Öz vədimizə əməl edərək möminlərə yardım etməliyik!)...
Yusif Suresi, 109. Ayet:
Səndən əvvəl də (səhra əhlindən deyil) ancaq şəhər əhlindən olub özlərinə vəhy etdiyimiz neçə-neçə kişilər (qadın, mələk yox, məhz kişi
peyğəmbərlər)
göndərdik. Məgər (bu müşriklər) yer üzündə gəzib dolaşmırlarmı ki, özlərindən əvvəl gəlib-gedənlərin (məhv olmuş xalqların, tayfaların) aqibətinin necə olduğunu görsünlər? Həqiqətən, axirət yurdu Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?...
Nəhl Suresi, 43. Ayet:
(Ya Rəsulum!) Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər (kişi
peyğəmbərlər)
göndərmişdik. Əgər (bunu) bilmirsinizsə, zikr (kitab, elm) əhlindən soruşun! (Müşriklər belə iddia edirdilər ki, peyğəmbərlər bəşərdən deyil, ancaq mələklərdən ola bilər. Buna cavab olaraq bildirilir ki, insanlara göndərilən peyğəmbərlər mələk yox, məhz insan, özü də yalnız kişilərdən ibarət olmalıdır)....
Həcc Suresi, 75. Ayet:
Allah mələklərdən də elçilər (
peyğəmbərlər)
seçər, insanlardan da. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, görəndir!...
Ənbiya Suresi, 7. Ayet:
(Ya Rəsulum! Biz səndən əvvəl də hər bir ümmətə mələk deyil) ancaq kişilər (kişi
peyğəmbərlər)
göndərdik ki, onlara vəhy edirdik. Əgər bilmirsinizsə, zikr (kitab) əhlindən soruşun!...
Ənam Suresi, 90. Ayet:
Onlar (adları çəkilən
peyğəmbərlər)
Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De: “Mən bunun (islam dinin təbliği) müqabilində sizdən bir əvəz istəmirəm. Bu (Quran) aləmlər (bütün bəşəriyyət) üçün yalnız bir moizədir (öyüd-nəsihətdir)”....
Zuxruf Suresi, 6. Ayet:
Sizdən əvvəlki (ümmətlərin) içində nə qədər nəbilər (
peyğəmbərlər)
göndərdik....
Əhqaf Suresi, 21. Ayet:
Ad (tayfasının) qardaşını xatırla! Bir zaman o özündən əvvəl də, sonra da qorxudan (
peyğəmbərlər)
gəlib-getmiş qumsal təpələrdə (yaşayan) tayfasını: “Allahdan başqasına ibadət etməyin. Mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram!” (deyə) xəbərdar etmişdi....
Saffat Suresi, 72. Ayet:
Biz onlara xəbərdar edən (
peyğəmbərlər)
göndərmişdik....
Ənam Suresi, 42. Ayet:
Şübhəsiz, Biz səndən əvvəlki ümmətlərə (də
peyğəmbərlər)
göndərdik. Beləliklə onları yoxsulluq və kasıblığa, xəstəlik və cismani əziyyətlərə düçar etdik (ki,) bəlkə (Bizim dərgahımıza) boyun əyələr və yalvarıb-yaxaralar....
Ənam Suresi, 90. Ayet:
Onlar (
peyğəmbərlər)
Allahın hidayət etdiyi kəslərdir. Odur ki, onların hidayət, yol və üslublarına tabe ol. (Və camaata) de: «Mən bunun (ilahi peyğəmbərlik vəzifəsinin təbliği) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm (tələb etmirəm). Bu (Qur’an) aləmdəkilər üçün öyüd-nəsihətdən başqa bir şey deyil»....
Hicr Suresi, 10. Ayet:
Doğrudan da Biz səndən öncə keçmiş tayfalara (
peyğəmbərlər)
göndərdik....
Nəhl Suresi, 63. Ayet:
Allaha and olsun ki, (yəhudilər, xaçpərəstlər və başqaları kimi) səndən qabaqkı ümmətlərə (də
peyğəmbərlər)
göndərmişdik. Şeytan onların (puç batil) işlərini onlar üçün zinətləndirdi və o, bu gün də onların (və digər kafirlərin və müşriklərin) yardımçı və başçısıdır. Onlar üçün ağrılı bir əzab vardır....
Ənbiya Suresi, 90. Ayet:
Biz onun istəyini yerinə yetirdik və ona Yəhyanı bağışladıq. Və (qocalmış, əvvəldən qısır olan) zövcəsini də (cavanlaşdırmaq və ona doğmaq qüdrəti əta etməklə) onun üçün (doğmağa) layiq etdik. Çünki onlar (Zəkəriyyanın ailəsi və ya bütün keçmiş
peyğəmbərlər)
həmişə xeyir işlərə tələsir, həmişə ümid və qorxu ilə Bizə dua edərək istək diləyir və həmişə Bizim qarşımızda itaətkar və qorxan idilər....
Yasin Suresi, 13. Ayet:
(Ya Peyğəmbər!) Sən onlara o şəhərin (Antakiya) əhalisinin dastanını məsəl çək. O zaman Allahın göndərdiyi (
peyğəmbərlər)
oraya gəlmişdi....
Yasin Suresi, 14. Ayet:
O zaman onlara, iki nəfər (peyğəmbər) göndərmişdik, amma onların ikisini də təkzib etdilər. Biz (həmin peyğəmbərləri) göndərdiyimiz üçüncü (peyğəmbər) ilə qüvvətləndirdik. (
Peyğəmbərlər)
hamılıqla dedilər: «Biz sizə göndərilmiş (
peyğəmbərlər)
ik»....
Yasin Suresi, 16. Ayet:
(
Peyğəmbərlər)
dedilər: «Rəbbimiz bilir ki, biz sizə göndərilmişik»....
Yasin Suresi, 19. Ayet:
(
Peyğəmbərlər)
dedilər: «Nəhsliyiniz özünüzdəndir (günahlarınız ucbatındandır), sizə öyüd-nəsihət verildikdə (onu əzablamı hədələyirsiniz)?! (Bizim danışığımız nəhslik gətirmir), əksinə, siz həddini aşan bir qövmsünüz»....
Yusif Suresi, 109. Ayet:
Səndən əvvəl də şəhər əhli içərisindən vəhy etdiyimiz adamları (
peyğəmbərlər)
göndərdik. Onlar [müşriklər] yer üzündə gəzib dolaşaraq özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu bir görməzlərmi? Müttəqilər üçün axirət evi daha xeyirlidir. Məgər anlamırsınız?...
Hicr Suresi, 10. Ayet:
Biz səndən qabaq da əvvəlki tayfalara (
peyğəmbərlər)
göndərdik....
Nəhl Suresi, 63. Ayet:
Allaha and olsun ki, Biz səndən əvvəl də millətlərə (
peyğəmbərlər)
göndərmişdik. Şeytan isə onların [kafirlərin] əməllərini onlar üçün bəzədi (yaxşı əməl kimi göstərdi]. Şeytan bu gün də onların dostudur. Onlar üçün üzücü əzab vardır....
Duxan Suresi, 5. Ayet:
Bizdən gələn əmr ilə. Həqiqətən də Biz (
peyğəmbərlər)
göndərənik...