Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ali-İmran Suresi, 81. Ayet:
Bir vaxt Allah
peyğəmbərlərdən:
“Sizə kitab və hikmət verdim. Sonra sizdə olanı təsdiqləyən bir peyğəmbər gəldiyi zaman mütləq ona iman gətirəcək və ona yardım edəcəksiniz!” – deyə əhd almış və onlara: “Təsdiq edib əhdimi qəbul etdinizmi?” – demişdi. Onlar da: “Qəbul etdik!” - demişdilər. (O zaman Allah): “Elə isə, şahid olun! Mən də sizinlə bərabər şahid olanlardanam!” – demişdi....
Ali-İmran Suresi, 81. Ayet:
O zaman ki, Allah
peyğəmbərlərdən:
"Mən sizə kitab və hikmət verdim. İndi yanınızda olanı təsdiq edən bir elçi gəldikdə, ona iman gətirəcək və ona kömək edəcəksiniz". "Bunu qəbul etdinizmi? Bu vacib işi öz üzərinizə götürmüsünüz?" dedi. "Qəbul etdik." onlar dedilər. Allah: “Elə isə şəhadət ver ki, mən də sizinlə birlikdə şahidlik edənlərdənəm”. dedi....
Ali-İmran Suresi, 81. Ayet:
(Ey kitab əhli!) O vaxtı yadınıza gətirin ki, Allah
peyğəmbərlərdən:
“Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”, - deyə əhd almış və onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? – demişdi. Onlar da: “Təsdiq etdik!” – deyə cavab vermişdilər. (Bu zaman) Allah: “Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm”, - deyə buyurmuşdu!...
Ali-İmran Suresi, 81. Ayet:
Bir zaman Allah
peyğəmbərlərdən:
“Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”– deyə əhd almış və: “Razısınızmı və Mənim bu əhdimi qəbul edirsinizmi?”– demişdi. Onlar: “Razıyıq!”– demişdilər. (Allah da): “Şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam”– demişdir....
Ali-İmran Suresi, 81. Ayet:
Bir vaxt Allah
peyğəmbərlərdən:
“And olsun ki, sizə verəcəyim hər kitab və hikmətdən sonra əlinizdəkini təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq iman edəcəksiniz və ona mütləq yardım edəcəksiniz”, – deyə söz aldı və: “Bunu qəbul etdinizmi? Verdiyim bu ağır vəzifəni öz öhdənizə götürdünüzmü?” – dedi. Onlar: “Qəbul etdik”, – dedilər. Allah da: “Elə isə şahid olun, mən də sizinlə birlikdə şahid olanlardanam”, – dedi....
Ali-İmran Suresi, 81. Ayet:
Və bir vaxt Allah
peyğəmbərlərdən:
"And olsun ki, sizə kitabdan və haqsızlığın, fitnə-fəsadın və qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qanun, prinsip və qaydalardan verdim, sonra yanınızda olanı təsdiqləyici bir elçi gəldikdə, ona mütləq inanacaq və ona kömək edəcəksiniz!" deyə möhkəm əhd almışdı. Allah, "Bunu təsdiq edib, qəbul etdinizmi? Və bu barədə ağır əhdimi üstünüzə götürdünüzmü/verdiyiniz sözü həqiqətən yerinə yetirəcəksinizmi?" dedi. Onlar: "Təsdiq etdik!" dedilər. Allah: "Elə isə,...