Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ənam Suresi, 86. Ayet:
İsmaili, Əlyəsəni, Yunisi və Lutuda (doğru yola yönəltdik). Onların hamısını aləmlərdən (digər insanlardan) üstün etdik. (Yuxarıdakı ayələrdə adları keçən şəxslər Allahın doğru yola yönəltdiyi peyğəmbərlərdir. Allah onların bir qisminə digərlərindən fərqli məziyyətlər bəxş etmişdir. Onlardan bəzilərinə
peyğəmbərliklə
yanaşı hökmdarlıq da verilmiş, bəzilərinə kitab və səhifələr verilmiş, bəzilərinə isə, sadəcə olaraq peyğəmbərlik verilmişdir.)...
Nəhl Suresi, 44. Ayet:
Biz onları (
peyğəmbərliklə
rinin doğru olduğunu sübut edən) açıq-aşkar möcüzələr və kitablarla göndərdik. Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!...
Saffat Suresi, 113. Ayet:
Biz ona İshaqa (
peyğəmbərliklə
, övlad çoxluğu ilə) bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də!...
Yunus Suresi, 74. Ayet:
Sonra onun (Nuhun) ardınca (Hud, Saleh və Lut kimi) peyğəmbərləri öz qövmlərinə göndərdik. Beləliklə onlar üçün (tövhidin və öz
peyğəmbərliklə
rinin isbatında) aydın dəlillər gətirdilər. Və (lakin) onlar (özlərinin ya atalarının) bundan qabaq təkzib etdikləri şeyə iman gətirən deyildilər. Biz həddini aşanların qəlblərinə belə (bədbəxtlik) möhür(ü) vururuq....
Mömin Suresi, 22. Ayet:
Onun (həmin cəzanın) səbəbi bu idi ki, peyğəmbərləri onlara həmişə (tovhid və özlərinin
peyğəmbərliklə
ri barəsində) aşkar dəlillər gətirir, lakin onlar küfr edirdilər. Beləliklə Allah onları əzabla yaxaladı. Həqiqətən O, qüvvətli və ağır cəza verəndir....
Təğabun Suresi, 6. Ayet:
O (əzab) buna görədir ki, daim peyğəmbərləri (tovhid və öz
peyğəmbərliklə
ri barədə) onlara aydın dəlillər gətirirdilər, onlar(sa) deyirdilər: «Məgər (özümüzdən olan) bəşərmi bizi doğru yola yönəldəcək?!» Beləliklə, kafir oldular və üz çevirdilər. Allah (onları məhv edərək iman və itaətlərinə) ehtiyacı olmadığını izhar etdi. Allah (zatən heç bir şeyə) möhtac deyil və sifətləri həmd olunmuş, həmd-səna edən və sitayiş olunandır....