Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 146. Ayet:
Kitab verdiyimiz kimsələr onu (Mühəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Ancaq onların bir qismi həqiqəti bilə-bilə gizlədir. (Yəhudilər Tövratdan, xristianlar da İncildən axırzaman peyğəmbərin xüsusiyyətlərini öyrənmişdilər. Hər iki dinin mənsubları onun öz qövmlərindən çıxmasını gözləyirdilər. Ancaq son peyğəmbər bütpərəst ərəblərin arasından çıxdıqda qəbiləçilik təəssübkeşliyi ilə onun
peyğəmbərliyini
yalanladılar. Halbuki o xüsusiyyətləri Mühəmməd Peyğəmbərdə gördükdən sonra öz o...
Ənam Suresi, 8. Ayet:
Onlar dedilər: “Ona bir mələk endirilməli deyildimi?” Əgər bir mələk göndərsəydik, şübhəsiz, iş bitmiş olardı. Sonra onlara möhlət də verilməzdi. (Müşriklər Həzrət Peyğəmbərə (s.ə.s) iman gətirmək üçün gözləri ilə görə biləcəkləri bir mələyin göndərilməsini və onun
peyğəmbərliyini
təsdiq etməsini istəyirdilər. Allah-Təala bu ayədə, onların mələyi görsələr də yenə iman gətirməyəcəklərini və bunun müqabilində də tövbə etmələrinə möhlət verilməyib dərhal məhv ediləcəklərini xəbər vermişdir.)...
Yunus Suresi, 43. Ayet:
Onların içərisində sənə baxanlar da (
peyğəmbərliyini
təsdiq edənlər, möcüzələri görənlər də) vardır. Bəsirəti olmayan korlara doğru yolu sənmi göstərə biləcəksən?!...
Yunus Suresi, 93. Ayet:
İsrail oğullarına (Misirdə və Şamda) çox gözəl bir yerdə təmiz (halal) ruzi verdik. Onlar özlərinə bir elm (Quran) gələnə qədər ixtilafda olmadılar. (Yəhudilər Tövratda Muhəmməd peyğəmbər haqqında oxumuşdular, onun əlamətlərini bilir və gələcəyinə inanırdılar. Lakin Quran nazil olduqda həsədləri üzündən əksəriyyəti onun
peyğəmbərliyini
inkar etdi). Qiyamət günü (Ya Rəsulum!) Rəbbin ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir!...
Hud Suresi, 12. Ayet:
(Ya Rəsulum!) Müşriklərin: “Heç olmasa, (
Peyğəmbərliyini
n doğruluğunu təsdiq etmək üçün) ona bir xəzinə endiriləydi və ya onunla birlikdə bir mələk gələydi!” – deməklərindən dolayı, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk etməli (bəzi ayələri dərhal təbliğ etməyib təxirə salmalı) olacaqsan və (bəzən) buna görə ürəyin qısılacaq! Sən ancaq (müşrikləri və kafirləri Allahın əzabı ilə) qorxudan bir peyğəmbərsən. Allah isə hər şeyə vəkildir!...
Maidə Suresi, 113. Ayet:
(Həvarilər) demişdilər: “Biz istəyirik ki, ondan yeyək, ürəklərimiz sakit olsun, sənin bizə doğru dediyini bilək və ona (süfrənin göydən enməsi möcüzəsini görməklə sənin
peyğəmbərliyini
n həqiqiliyinə) şahidlik edənlərdən olaq”....
İbrahim Suresi, 9. Ayet:
Məgər sizdən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib getmiş, (saylarını və təfsilatını) ancaq Allahın bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəlmişdilər. Onlar əllərini (heyrətlərindən, qəzəblərindən özlərinin, yaxud danışmağa imkan verməmək üçün peyğəmbərlərin) ağızlarına qoyub: “Biz sizinlə göndərilənlərə (möcüzələrə və
peyğəmbərliyini
zə) inanmırıq və bizi dəvət etdiyiniz (din) barəsində də möhkəm bir şəkk-şübhə içində...
Nəhl Suresi, 83. Ayet:
Onlar Allahın nemətini (Muhəmməd əleyhissəlamı peyğəmbər göndərməklə onlara etdiyi lütfü) bilir, lakin sonra onu (Muhəmməd əleyhissəlamın
peyğəmbərliyini
) danırlar. Onların əksəriyyəti kafirdir....
İsra Suresi, 92. Ayet:
Yaxud, iddia etdiyin kimi, göyü parça-parça edib başımıza endirməyincə, yaxud Allahı və mələkləri (
peyğəmbərliyini
n doğruluğuna şahid olaraq) açıq-aşkar qarşımıza gətirməyincə;...
Furqan Suresi, 9. Ayet:
(Ya Rəsulum!) Bir gör sənin barəndə necə məsəllər çəkdilər! (Səni divanəyə bənzətdilər,
peyğəmbərliyini
n həqiqi olduğunu təsdiq etmək üçün göydən mələk endirilməsini tələb etdilər!) Artıq (doğru yoldan) azdılar və bir daha (haqqa) yol tapa bilməzlər!...
Zuxruf Suresi, 32. Ayet:
(Ya Rəsulum!) Məgər sənin Rəbbinin mərhəmətini (
peyğəmbərliyini
) onlarmı paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını (keçinəcəklərini) öz aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün tutduq. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından (dünya malından) daha yaxşıdır!...
Zuxruf Suresi, 53. Ayet:
(Əgər o, doğrudan da, peyğəmbərdirsə) onun üstünə qızıl bilərziklər atılmalı və onunla birlikdə bir-birinin ardınca (
peyğəmbərliyini
təsdiq edən) mələklər gəlməli deyildimi?!”...
Zuxruf Suresi, 65. Ayet:
Amma onların içərisindən çıxan firqələr arasında ixtilaf düşdü (xaçpərəstlər: “İsa Allahın oğludur!” – dedilər, yəhudilər isə onun
peyğəmbərliyini
büsbütün inkar etdilər). Acı bir günün (qiyamət gününün) əzabından vay o zülm edənlərin halına!...
Fəth Suresi, 28. Ayet:
Onu (islamı) bütün dinlərdən üstün etmək (onun bütün dinlərdən üstün olduğunu göstərmək) üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. (Ya Rəsulum! Sənin
peyğəmbərliyini
n həqiqiliyinə) Allahın şahid olması kifayət edər!...
Qəmər Suresi, 2. Ayet:
Əgər müşriklər (Muhəmməd əleyhissəlamın
peyğəmbərliyini
n həqiqiliyini təsdiq edən) bir möcüzə görsələr, (imandan) üz döndərib: “(Bu, uzun müddət) davam edən bir sehrdir!” – deyərlər....
Hədid Suresi, 14. Ayet:
(Münafiqlər divarın içəri tərəfində olan möminləri) səsləyib deyəcəklər: “Məgər biz (dünyada) sizinlə birlikdə deyildikmi?!” (Möminlər) belə cavab verəcəklər: “Bəli (bizimlə birlikdə idiniz). Lakin siz özünüzü (nifaqla, ikiüzlülüklə) fitnəyə saldınız (fitnəyə salıb məhvə düçar etdiniz), siz (möminlərin başına bir fəlakət gəlməsini) gözləyirdiniz və (Allahın birliyinə, Muhəmməd əleyhissəlamın
peyğəmbərliyini
n həqiqiliyinə) şəkk edirdiniz. Allahın əmri (ölümünüz) gəlib çatanadək sizi xam xəyallar ...
Hədid Suresi, 27. Ayet:
Sonra onların ardınca (Musa, İlyas, Davud, Süleyman, Yunis və başqa) peyğəmbərlərimizi yolladıq. (Onlardan sonra) Məryəm oğlu İsanı göndərib ona İncil verdik. Onun ardınca gedənlərin qəlblərində bir-birinə şəfqət, mərhəmət oyatdıq. Onlar özlərindən rahiblik (tərki-dünyalıq) icad etdilər. Biz onu (rahibliyi) onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə əməl (riayət) etmədilər (İncili təhrif edib İsanı Allah bildilər, Muhəmməd əleyhissəlamın peyğ...
Həşr Suresi, 2. Ayet:
Kitab əhlindən kafir olanları (Mədinə ətrafında yaşayıb Muhəmməd əleyhissəlamın
peyğəmbərliyini
inkar edən Bəni Nəzir qəbiləsini) ilk dəfə (bir yerə) toplayıb öz yurdundan çıxardan (Şama sürgün edən) Odur. (Ey möminlər!) Siz onların (öz yurdundan) çıxacaqlarını güman etmirdiniz. Onlar isə öz qalalarının onları Allahdan (Allahın əzabından) qoruyacağını zənn edirdilər. Amma Allah (Allahın əzabı) onlara gözləmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı. Belə ki, onlar evlərini həm öz əlləri, həm d...
Ənkəbut Suresi, 26. Ayet:
Bunda sonra Lut (hamıdan əvvəl İbrahimə) iman gətirdi (onun
peyğəmbərliyini
təsdiq etdi). (İbrahim) dedi: “Mən (qövmümü tərk edib) Rəbbimin əmr etdiyi yerə (Kufənin Kusa kəndindən Hərrana, oradan da Fələstinə) hicrət edəcəyəm. Həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibi Odur!”...
Taha Suresi, 22. Ayet:
Əlini qoltuğunun altına qoy ki, əlin (oradan sənin
peyğəmbərliyini
n həqiqiliyinə dəlalət edən) başqa bir möcüzə olaraq eyibsiz-qüsursuz, ağappaq çıxsın (günəş şüası kimi gözqamaşdırıcı şəfəq saçsın)....
Ənam Suresi, 8. Ayet:
Onlar dedilər: “Məgər ona (Həzrəti–Muhəmmədə
peyğəmbərliyini
n həqiqi olmasını təsdiq edən) bir mələk endirilməli deyildimi?” Əgər Biz bir mələk göndərsəydik, iş bitmiş olar (iman gətirməyəcəkləri üçün onlar məhv edilər) və (tövbə etmək üçün) onlara bir an belə möhlət verilməzdi....
Ənam Suresi, 105. Ayet:
Biz ayələrimizi belə açıqlayırıq ki, onlar (sənin
peyğəmbərliyini
inkar edənlər): “Sən dərs almısan (bunları başqalarından öyrənmisən)”, - desinlər və Biz də onu (Quranı) bilən (elm və bilik sahibi olan) bir camaata izah edək. (Kafirlər Allahın birliyini, qüdrət və əzəmətini inkar etməklə daha şiddətli əzaba layiq olsunlar, möminlər isə onları təsdiq etdikləri üçün daha çox savab qazansınlar)....
Ənam Suresi, 124. Ayet:
Onlara bir ayə gəldikdə: “Allahın elçilərinə verilənin bənzəri bizə də verilməyincə iman gətirməyəcəyik”– dedilər. Allah
peyğəmbərliyini
kimə verəcəyini daha yaxşı bilir. Günahkarlar, qurduqları hiylələrə görə Allah dərgahında rəzil olacaq və şiddətli əzab çəkəcəklər....
Maidə Suresi, 15. Ayet:
Ey kitab əhli, şübhəsiz, sizə Bizim peyğəmbərimiz gəlib ki, o, sizin üçün öz kitabınızdan (İslam peyğəmbərinin xüsusiyyətləri və Onun
peyğəmbərliyini
n nişanələri kimi) gizlətdiklərinizin bir çoxunu bəyan edir və bir çoxuna (Allahın cism olması barəsindəki sözlərə və peyğəmbərlərə günah nisbət verilməsinə də hələlik) göz yumur. Həqiqətən Allah tərəfindən sizə bir nur və (özü) aydın (olan) və aydınlıq gətirən bir kitab gəlib....
Ənam Suresi, 19. Ayet:
(Səndən
peyğəmbərliyini
n sübutu üçün dəlillər tələb edən kafirlərə) de: «Şahidlik baxımından nə daha böyükdür?» De: «Allah mənimlə sizin aranızda şahiddir və bu Qur’an mənə vəhy olunub ki, onun vasitəsiylə (həm) sizi və (həm də bəşər nəslinin kökü kəsilənədək) onun çatdığı hər bir kəsi qorxudam. Siz doğrudanmı Allahla birgə başqa məbudların olmasına şəhadət verirsiniz?» De: «Mən şəhadət vermirəm». De: «Həqiqətən O, tək olan Allahdır və şübhəsiz, mən sizin (Ona) şərik qoşduqlarınızdan uzağam.»...
Ənam Suresi, 124. Ayet:
Onlara (Qüreyş kafirlərinə) bir ayə və möcüzə gələn zaman «Allahın peyğəmbərlərinə verilmiş şey (peyğəmbərlik, kitab və möcüzə) bizə də verilməyincə əsla iman gətirmərik!» deyirlər. Allah Öz
peyğəmbərliyini
hara qoymağı daha yaxşı bilir. Tezliklə günah etmiş kəslərə işlətdikləri hiylənin cəzası olaraq Allahın yanında zillət, xarlıq və şiddətli əzab yetişəcəkdir....
Hud Suresi, 59. Ayet:
Bu Ad (qövmü) idi. Onlar özlərinin Rəbbinin nişanələrini (tövhidin aydın dəlillərini və Hudun
peyğəmbərliyini
n aşkar əlamətlərini) inkar etdilər, Onun peyğəmbərlərinə itaətsizlik göstərdilər və hər bir inadkar zor işlədənin əmrinə tabe oldular....
İsra Suresi, 101. Ayet:
Həqiqətən Musaya (tovhidin və onun
peyğəmbərliyini
n isbatı üçün) doqquz aydın nişanə və möcüzə verdik. Buna görə də İsrail övladlarından (Musanın möcüzələrlə) onların yanına gəldiyi zamanı soruş. Firon (möcüzələri müşahidə edərək ona) dedi: «Ey Musa, şübhəsiz, mən səni ovsunlanmış zənn edirəm»....
Ənbiya Suresi, 91. Ayet:
Və öz iffətini (halal və haramdan) qorumuş o qadını (Məryəmi də yada sal). Biz ona Öz ruhumuzdan üfürdük (və onun bətnində bir oğlan uşağı yaratdıq). Onu və oğlunu (oğlunun yaradılmasını,
peyğəmbərliyini
, kitabının yayılmasını, müxtəlif növ möcüzələrini və ömrünün uzunluğunu) aləmdəkilər üçün (Öz tovhid, əzəmət və qüdrətimizin) bir nişanə(si) etdik....
Həcc Suresi, 55. Ayet:
(Qüreyş kafirlərindən) küfr edənlər həmişə (ölüm) saatı qəfil onlara çatana və ya qısır günün (heç bir şeyin yenidən yerinə yetirilməsi mümkün olmayan Qiyamət gününün) əzabı onların arxasınca gələnə kimi bunun (Qur’anın və ya sənin
peyğəmbərliyini
n) barəsində şübhə və tərəddüddə olarlar....
Möminun Suresi, 72. Ayet:
Yoxsa (
peyğəmbərliyini
n yerinə yetirilməsi üçün) onlardan sabit muzd və xərclik istəyirsən? (Xeyr!) Rəbbinin (verəcəyi) muzd və xərclik daha yaxşıdır və O, ruzi verənlərin ən yaxşısıdır....
Furqan Suresi, 7. Ayet:
(Müşriklər) dedilər: «Bu necə peyğəmbərdir ki, yemək yeyir və bazarlarda gəzir?! (Halbuki peyğəmbər mələk olmalıdır.) Nə üçün ona (heç olmasa) bir mələk nazil olmur ki, onunla birlikdə (insanları) qorxutsun (və onun
peyğəmbərliyini
təsdiq etsin)?»...
Furqan Suresi, 21. Ayet:
Bizim hüzurumuza gələcəklərini güman etməyənlər dedilər: "(Məhəmmədin
peyğəmbərliyini
təsdiq etmək üçün) bizə mələklər nazil ediləydi, yaxud biz öz Rəbbimizi görəydik." Onlar özləri barədə yüksək fikirdə oldular və böyük lovğalıq etdilər....