Bəqərə Suresi, 258. Ayet: Allah ona hökmdarlıq verdi deyə, Rəbbi barəsində İbrahimlə mübahisə edən kəsi görmədinmi/heç düşünmədinmi? Bir vaxt İbrahim, "Mənim Rəbbim dirildən və öldürəndir" demişdi. O, "Mən dirildir və öldürürəm" demişdi. İbrahim, "Elə isə, şübhəsiz ki, Allah, günəşi məşriqdən gətirir, bacarırsansa, sən onu məğribdən gətir!" dedikdə, o kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən adam] çaşıb qaldı. -Və Allah özlərinə haqsızlıq edənlər qövmünə doğru yolu göstərməz.-...
Əraf Suresi, 155. Ayet: Və Musa, təyin etdiyimiz vaxt üçün qövmünə yetmiş kişi seçdi. O sarsıntı bunları yaxaladığı vaxt, bax o vaxt Musa "Rəbbim!" dedi, "İstəsəydin bunları da, məni də daha əvvəl dəyişikliyə/məhvə məruz qoyardın. İndi bizi, aramızdakı o səfehlərin etdiklərinə görə dəyişikliyə/məhvə məruzmu qoyacaqsan? O, Sənin, saflaşmağımız üçün oda atmağından başqa bir şey deyil. Sən bu saflaşdırma işində istədiyini azğınlıqda buraxarsan, istədiyinə də yol göstərərsən. Sən bizim yardımçımız, yol göstərən yaxınımızsa...