Cin Suresi, 1. Ayet: De: «Mənə vəhy olundu ki, (bizim hiss etmədiyimiz, oddan yaranmış, erkək və dişi cinsli, doğub-törəyən, dini öhdəçilikləri, ölümləri və dirilmələri olan, savab qazanan və cəzaya uğrayan, Cənnətlik və Cəhənnəmlik mövcudlar olan) bir dəstə cin (bu Qur’ana) qulaq asdılar və (öz qövmlərinə qayıdıb) dedilər: «Həqiqətən, biz qəribə bir Qur’an eşitdik (kəlamının gözəlliyi, nəzminin dəqiqliyi və məzmununun dərinliyi ilə bəşər kəlamından olduqca üstündür)»....
Nisa Suresi, 89. Ayet: Münafiqlər, özləri Allahın məbud və rəbb olduğuna inanmadıqları kimi, sizin də inanmamağınızı, beləliklə, onlarla bərabər olmağınızı arzu etdilər. Ona görə, onlar Allah yolunda yurdlarından hicrət edənə qədər onlardan [özünüzə] köməkçi, yol göstərən, himayəçi yaxınlar qəbul etməyin. Əgər bundan üz döndərsələr, sizinlə aralarında əhd olan bir tayfaya sığınan kəslər yaxud sizinlə və ya öz qövmlərilə döyüşməkdən ürəkləri sıxılaraq sizin yanınıza gələnlər istisna olmaqla, onları tutun və harada görs...