Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Qəmər Suresi, 42. Ayet:
Onlar bütün ayələrimizi yalanladılar. Buna görə də onları güc və
qüdrətimizə
layiq bir şəkildə (əzabla) yaxaladıq....
İsra Suresi, 1. Ayet:
Bəzi ayələrimizi (
qüdrətimizə
dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidüləqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!...
İsra Suresi, 12. Ayet:
Biz gecə və gündüzü (
qüdrətimizə
dəlalət edən) iki əlamət müəyyən etdik. Rəbbinizdən ruzi diləməniz, illərin sayını və hesabı (vaxt ölçülərini) bilməyiniz üçün gecənin əlamətini (qaranlığı) silib (yerinə) gündüzün işıqlı (görünən) əlamətini gətirdik. Biz (ehtiyac hiss etdiyiniz) hər şeyi (Quranda) müfəssəl izah etdik....
Məryəm Suresi, 21. Ayet:
(Cəbrail) dedi: “Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün (
qüdrətimizə
dəlalət edən) bir möcüzə, (sənə və möminlərə isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!”...
Səba Suresi, 15. Ayet:
Səba (tayfasının) yurdunda (
qüdrətimizə
dəlalət edən) bir nişanə var idi. (Orada) sağdan və soldan (dağla əhatə olunmuş) iki bağça var idi. (Səba əhlinə belə buyurulmuşdu: ) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. (Yurdunuz) gözəl bir diyar, (Rəbbiniz də) bağışlayan bir Rəbbdir!”...
Taha Suresi, 126. Ayet:
(Allah) buyurar: “Elədir, amma sənə ayələrimiz (möcüzələrimiz,
qüdrətimizə
dəlalət edən əlamətlər) gəldi, sən isə (özünü görməməzliyə vurub) onları unutdun (iman gətirmədin). Bu gün eləcə də sən unudulacaqsan!”...
Yasin Suresi, 37. Ayet:
Gecə də onlar üçün (
qüdrətimizə
) bir dəlildir. Biz gündüzü ondan sıyırıb çıxardan kimi onlar zülmət içində olarlar....
Yasin Suresi, 41. Ayet:
Övladlarını (yaxud Nuhun tufanı vaxtı ulu babalarını müxtəlif yüklərlə) dolu gəmiyə mindirməyimiz (sonra dənizdə istədikləri yerə getmələri) də onlar üçün (
qüdrətimizə
) bir dəlildir....
Qəmər Suresi, 42. Ayet:
Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları Qüvvət və
Qüdrətimizə
layiq şəkildə əzabla yaxaladıq....
Zariyat Suresi, 38. Ayet:
Musanın barəsində də onu aydın dəlil-sübutla (əsa və nur saçan əl ilə) Fironun yanına göndərdiyimiz zaman (Bizim qəzəb və
qüdrətimizə
dəlalət edən nişanə vardır)....
Zariyat Suresi, 41. Ayet:
Həmçinin (Hud peyğəmbərin qövmü) Adda, onlara qısır (heç bir xeyiri olmayan və yalnız şər doğan) külək göndərdiyimiz zaman (onların başlarına gələnlərdə Bizim qəzəb və
qüdrətimizə
dəlalət edən nişanələr vardır.)...