Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Fussilət Suresi, 37. Ayet:
Gecə, gündüz, günəş və ay Onun (varlığının və
qüdrətinin)
əlamətlərindəndir. Əgər yalnız Ona (Allaha) ibadət edirsinizsə, günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin!...
Fussilət Suresi, 39. Ayet:
Sənin yer üzünü qupquru görməyin də Onun (varlığının və
qüdrətinin)
əlamətlərindəndir. Biz ora yağış yağdırdığımız zaman yer hərəkətə gəlib qabarar. Onu dirildən, əlbəttə, ölüləri də dirildər. Şübhəsiz ki, O, hər şeyə qadirdir....
Şura Suresi, 29. Ayet:
Göyləri, yeri və oralara yaydığı canlıları yaratması da Onun (varlığının və
qüdrətinin)
dəlillərindəndir. O, istədiyi zaman onları bir yerə cəm etməyə qadirdir....
Şura Suresi, 32. Ayet:
Dənizdə üzən dağ kimi gəmilər də Onun (varlığının və
qüdrətinin)
dəlillərindəndir....
Rum Suresi, 20. Ayet:
Sizi torpaqdan yaratması Onun (varlığının və
qüdrətinin)
dəlillərindəndir. Sonra bir də gördünüz ki, siz bəşər olmub (çoxalıb) yayılırsınız....
Rum Suresi, 21. Ayet:
Onlarla hüzur tapasınız deyə sizin üçün öz cinsinizdən zövcələr yaratması və aranızda bir sevgi və mərhəmət yaratması da Onun (varlığının və
qüdrətinin)
dəlillərindəndir. Həqiqətən, bunda düşünən bir toplum üçün ibrətlər var....
Rum Suresi, 22. Ayet:
Göylərin və yerin yaradılması, dillərinizin və rənglərinizin fərqli olması da Onun (varlığının və
qüdrətinin)
dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətlər var....
Rum Suresi, 23. Ayet:
Gecə vaxtı yatmağınız, gündüz vaxtı Onun lütfündən payınıza düşəni aramağınız da Onun (varlığının və
qüdrətinin)
dəlillərindəndir. Həqiqətən, bunda eşidən bir toplum üçün ibrətlər var....
Rum Suresi, 24. Ayet:
Qorxu və ümid yeri olaraq sizə şimşəyi göstərməsi, göydən yağmur endirib onunla yer üzünü ölümündən sonra diriltməsi Onun (varlığının və
qüdrətinin)
dəlillərindəndir. Həqiqətən, bunda düşünən bir toplum üçün ibrətlər var....
Rum Suresi, 25. Ayet:
Əmri ilə göyün və yerin (öz nizamları üzrə) durması da Onun (varlığının və
qüdrətinin)
dəlillərindəndir. Sonra sizi yerdən (qalxmağa) çağıran kimi bir də görərsiniz ki, (dirilərək) çıxırsınız....
Rum Suresi, 46. Ayet:
Küləkəri yağmurun müjdəçisi olaraq göndərməsi Allahın (varlığının və
qüdrətinin)
dəlillərindəndir. O, bunu sizə öz rəhmətindən daddırmaq, əmri ilə gəmilərin üzməsi, Onun lütfündən nəsibinizi aramanız və şükür etməniz üçün edər....