Bəqərə Suresi, 83. Ayet: Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” – deyə əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla, əhdinizdən döndünüz, çünki siz (İsrail övladı haqdan) üz döndərənsiniz....
Həcc Suresi, 78. Ayet: Allah yolunda layiqincə cihad edin. O, sizi seçmiş, atanız İbrahimin dinində olduğu kimi dində sizin üçün bir çətinlik yaratmamışdır. O, sizi əvvəllər də, indi də müsəlman adlandırmışdır ki, peyğəmbər sizə şahid olsun, siz də insanlara şahidlər olasınız. Elə isə namaz qılın, zəkat verin və Allahdan möhkəm yapışın! O, sizin mövlanızdır. Nə gözəl mövla, nə gözəl kömək göstərən!...