Bəqərə Suresi, 177. Ayet: Gerçək yaxşılıq (Möminlik) üzünüzü şərqə və qərbə tərəf çevirmənizdə deyildir. Lakin yaxşılıq (Möminlik) o kəslərdədir ki, onlar Allaha, axirət gününə, mələklərə, Kitaba və peyğəmbərlərə iman gətirir, öz malından ona (mala) olan məhəbbətinə baxmayaraq qohum-əqrabaya, yetimlərə, miskinlərə, yolçulara, dilənçilərə və kölələrə verir, namaz qılır, zəkat verir, etdikləri əhd-peymana sadiq olur, ehtiyacda, ağır məqamda və bədbəxtlik üz verəndə dözür. Onlar (imana) sadiq olanlardır, onlar müttəqilərdir...