Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Tövbə Suresi, 122. Ayet:
Möminlərin hamısının birdən döyüşə getmələri doğru deyildir. Onların hər
qəbiləsi
ndən bir dəstə dini yaxşı öyrənmək və döyüşə gedənlər geri qayıtdığı zaman onları (Allahın əzabı ilə) xəbərdar etmək üçün arxada qalsın. Ola bilsin ki, onlar (pis əməllərdən) çəkinərlər....
Ənfal Suresi, 41. Ayet:
Əgər Allaha və haqq ilə batilin ayrıldığı gün olan iki ordunun bir-birilə qarşılaşdığı gün (Bədr döyüşü günü) bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, qənimət olaraq ələ keçirdiyiniz hər hansı bir şeyin beşdə biri Allaha, Peyğəmbərə, onun qohumlarına, yetimlərə, yoxsullara və yolda qalmış yolçulara aiddir. Allah hər şeyə qadirdir. (Yuxarıdakı ayədə keçən “Peyğəmbərin qohumları” mövzusunda alimlər ixtilafa düşmüşlər. Bir qismi onların Haşim və Müttəlib oğulları olduğunu, bir qis...
Əhqaf Suresi, 11. Ayet:
Kafirlər iman gətirənlər barəsində: “Əgər o (İslam dini) yaxşı bir şey olsaydı, onlar bu məsələdə bizdən önə keçə bilməzdilər”, - deyirlər. Ancaq onlar bununla doğru yola gəlmək istəmədikləri üçün: “Bu, keçmişdən qalan bir yalandır!” - deyəcəklər. (İslamı ilk qəbul edənlər əsasən kölələr, kasıblar və acizlər olduğu üçün Qüreyş
qəbiləsi
nin öndərləri İslamın xeyir gətirmədiyini və bunun da İslam dinini qəbul edənlərin səviyyələrindən bəlli olduğunu iddia etmişdilər. Yuxarıdakı ayədə onların bu hər...
Kəhf Suresi, 28. Ayet:
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan kimsəyə boyun əymə! (Qüreyş
qəbiləsi
nin başçılarından bəziləri Həzrət Peyğəmbərdən (s.ə.s.), Allaha və Peyğəmbərə səmimi-qəlbdən bağlı olan yoxsul möminləri qovmasını istəmiş və bu təqdirdə onunla görüşə biləcəklərini bildirmişdilər. Buna görə də yu...
Taha Suresi, 85. Ayet:
Allah dedi: “Biz səndən sonra qövmünü sınağa çəkdik. Samiri onları doğru yoldan çıxartdı. (Rəvayətə görə, Samiri İsrail oğullarının Samirə
qəbiləsi
nə mənsub idi. O, bir buzov heykəli düzəltmiş və camaata onun ilah olduğunu söyləyərək onları Həzrət Musanın dinindən uzaqlaşdırmağa çalışmışdı.)...
Əhzab Suresi, 9. Ayet:
Ey iman gətirənlər, Allahın sizə verdiyi nemətini xatırlayın! Vaxtilə bir ordu sizin üstünüzə gəlmişdi. Biz də onların üstünə külək və görmədiyiniz bir ordu göndərmişdik. Allah sizin etdiklərinizi görür. (Hicrətin beşinci ilində Qüreyş və Qətəfan qəbilələri birləşərək Mədinəyə hücum etmişdilər. Mədinədə müsəlmanlarla müttəfiq olan Bəni-Qüreyzə
qəbiləsi
isə xəyanət edərək düşmənlərin tərəfinə keçmişdi. Xəndək müharibəsi adlanan bu döyüşdən müsəlmanlar qalib çıxmışdı. Yuxarıdakı ayədə bu hadisəyə ...
Əhzab Suresi, 26. Ayet:
Allah kitab əhlindən olub onlara (müşriklərə) yardım edənləri qalalarından endirdi və qəlblərinə qorxu saldı. Siz onların bir qismini öldürür, bir qismini də əsir götürürdünüz. (Bu ayədə, Xəndək döyüşündə müsəlmanlara xəyanət edib müşriklərlə əlbir olan Bəni-Qüreyzə adlı yəhudi
qəbiləsi
nə işarə olunur. Xəndək döyüşündəki qələbədən sonra müsəlmanlar onların məskunlaşdığı qalaya hücum etdilər və iyirmi beş günlük mühasirədən sonra qalanı ələ keçirdilər.)...
Ənam Suresi, 52. Ayet:
Rəbbinin rizasını diləyərək səhər-axşam Ona dua edənləri də qovma! Onların verəcəyi hesabın sənə, sənin verəcəyin hesabın da onlara heç bir aidiyyəti yoxdur ki, onları qovub zalımlardan olasan. (Qüreyş
qəbiləsi
ndən olan müşriklər Həzrət Peyğəmbərin (s.ə.s) yanına gəldikləri zaman kasıb möminlərin orada olmasını istəmirdilər. Peyğəmbər (s.ə.s) də onların bu istəklərini yerinə yetirmək üçün həmin möminləri oradan uzaqlaşdırmaq istədi. Buna görə də Cəbrail (ə.s) Peyğəmbərə (s.ə.s) yuxarıdakı ayəni ...
Qureyş Suresi, 1. Ayet:
Qüreyşə asanlaşdırıldığı üçün, (Qüreyş
qəbiləsi
Kəbənin idarəçiliyinə və təmizliyinə nəzarət etdikləri üçün bütün ərəb qəbilələri tərəfindən böyük hörmət görürdülər. Buna görə də onlar rahat, təhlükəsiz və sərbəst bir şəkildə Taifə, Yəmənə və Şama ticarət səfərləri edə bilirdilər. Burada Allah-Təala, onlara verdiyi bu neməti xatırlatmaqdadır.)...
Hud Suresi, 60. Ayet:
Və, beləliklə, dünyada da, qiyamət günündə də lənətə uğradılar. Bilin ki, Hud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Hudun tayfası Ad (Allahın mərhəmətindən) kənar (uzaq) oldu. (Ərəb tarixində iki Ad tayfasının adı çəkilir. Biri Hudun tayfası Ad, digəri isə Adul–İrəmdir ki, ona Zatul–İmad da deyilir. Onları bir-birindən fərqləndirmək üçün burada birinci Ad
qəbiləsi
Hud qövmü adlandırılır)....
Maidə Suresi, 11. Ayet:
Ey iman gətirənlər! Allahın sizə olan lütfünü xatırlayın ki, (bir dəfə) bir tayfa (Məkkə müşriklərini və ya Bəni Sələb
qəbiləsi
) sizə əl qaldırmaq (hücum etmək) niyyətində olduğu zaman Allah onlara maneçilik törətmişdi. Allahdan qorxun. Möminlər yalnız Allaha təvəkkül etsinlər!...
Səba Suresi, 19. Ayet:
Lakin onlar: “Ey Rəbbimiz! Səfərlərimizin arasını (məsafəni) uzaq et!” – dedilər və öz-özlərinə zülm etdilər. Biz onları pərən-pərən salıb dillərdə dastan etdik. (Onlardan Qəssan
qəbiləsi
Şama, Əzd
qəbiləsi
Omana, Xüzaə
qəbiləsi
Təhaməyə, Hüzeymə
qəbiləsi
İraqa, Övs və Xəzrəc qəbilələri isə Mədinəyə köçdü. Onlar barəsində “Səba əhli kimi pərən-pərən düşdülər” məsələsi çəkilməyə başlandı). Həqiqətən, bunda (çətinliklərə) səbr, (nemətlərə) çox şükür edən hər bir kəs üçün ibrətlər vardır!...
Zuxruf Suresi, 57. Ayet:
(Ya Rəsulum!) Məryəm oğlu (İsa) misal çəkilincə sənin qövmün sevincdən güldü. (Müşriklərə xitabən: “Siz və Allahdan başqa ibadət etdikləriniz Cəhənnəmdə yanacaq odunsunuz!” ayəsi nazil olduqda, onlar öz cahillikləri üzündən: “Yəhudilər Üzeyrə, xaçpərəstlər İsaya, Bəni Məlih
qəbiləsi
mələklərə ibadət edirlər. Əgər bu tanrıların hamısı cəhənnəm odunda yanacaqsa, biz də öz bütlərimizin odda yanmasına razıyıq!” – deyə sevindilər)....
Həşr Suresi, 2. Ayet:
Kitab əhlindən kafir olanları (Mədinə ətrafında yaşayıb Muhəmməd əleyhissəlamın peyğəmbərliyini inkar edən Bəni Nəzir
qəbiləsi
ni) ilk dəfə (bir yerə) toplayıb öz yurdundan çıxardan (Şama sürgün edən) Odur. (Ey möminlər!) Siz onların (öz yurdundan) çıxacaqlarını güman etmirdiniz. Onlar isə öz qalalarının onları Allahdan (Allahın əzabından) qoruyacağını zənn edirdilər. Amma Allah (Allahın əzabı) onlara gözləmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı. Belə ki, onlar evlərini həm öz əlləri, həm d...
Həşr Suresi, 6. Ayet:
(Ey möminlər!) Allahın onların (Bəni Nəzər
qəbiləsi
nin) mallarından Öz Peyğəmbərinə verdiyi qənimət üçün siz onların üstünə nə at, nə də dəvə sürdünüz. Lakin Allah Öz peyğəmbərini istədiyi kimsələr üzərində hakim edər. Allah hər şeyə qadirdir!...
Həşr Suresi, 12. Ayet:
And olsun ki, əgər onlar (Bəni Nəzər
qəbiləsi
) yurdlarından çıxarılsalar, (münafiqlər) onlarla birlikdə (öz yurdlarından) çıxmazlar. Əgər (möminlər) onlarla vuruşsalar, (münafiqlər) onlara (yəhudilərə) kömək etməzlər. Yox, əgər (münafiqlər) onlara yardım etmiş olsalar, (özləri məğlubiyyətə uğrayaraq) arxa çevirib qaçar, sonra da onlara (Bəni Nəzir
qəbiləsi
nə) heç bir kömək olunmaz!...
Həşr Suresi, 17. Ayet:
Onların hər ikisinin (Şeytanla onun aldatdığı adamın, eləcə də münafiqlərlə Bəni Nəzir
qəbiləsi
nin) aqibəti cəhənnəm odu içində həmişəlik qalmaqdır. Zalımların (kafirlərin) cəzası budur!...
Əraf Suresi, 27. Ayet:
Ey Adəm oğulları! Şeytan sizin valideynlərinizin ayıb yerlərinin görünməsi üçün libaslarını soyunduraraq, cənnətdən çıxartdığı kimi sizləri də fitnəyə salmasın. Şübhəsiz ki, o və onun
qəbiləsi
sizin onları görə bilməyəcəyiniz yerdən sizi görərlər. Şübhəsiz ki, Biz şeytanları mömin olmayanlara dost etdik....
Səba Suresi, 15. Ayet:
Səba (
qəbiləsi
nin) yaşadığı yerdə nişanə – (biri) sağda, (digəri də) solda olan iki bağça var idi. (Onlara:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. Gözəl diyar və Bağışlayan Rəbb!”(– deyilmişdi)...
Səba Suresi, 18. Ayet:
(Səba
qəbiləsi
ilə) bərəkət verdiyimiz məmləkətlər arasında aydın görünən (bir-birinə yaxın) şəhərlər salmış, orada gediş-gəliş yaratmışdıq. “Oralarda gecələr və gündüzlər arxayın gəzib dolaşın!”(– demişdik.)...
Fəcr Suresi, 7. Ayet:
sütunlar sahibi İrəm (
qəbiləsi
nə) –...
Əraf Suresi, 27. Ayet:
Ay Adam oğulları! Sınamasın sizi şeytan, nə qədər, valideynlərinizi cənnətdən xaric etdi və onların libasını çıxartdı, ayıb yerlərini onlara göstərmək üçün. Həqiqətən, şeytan və onun
qəbiləsi
sizi görür o yerdən ki, siz onları görmürsünüz. Həqiqətən, Biz şeytanı dost etdik o kəslər üçün ki, inanmırlar! ...
Nisa Suresi, 107. Ayet:
Özlərinə xəyanət edən (və öz qəbilələrinin etdiyi oğurluğu bir yəhudinin boynuna atan) kəsləri müdafiə etmə ki, Allah xəyanətkar və günahkar şəxsi sevmir (müsəlmanlardan biri digərinin zirehini oğurlayıb onu bir yəhudinin boynuna atmışdı. İş məhkəməlik oldu və oğrunun
qəbiləsi
Peyğəmbərdən (s) müsəlmanın abrını qorumaq üçün onun lehinə hökm etməsini istədi. Səkkizə yaxın ayə bu hadisə ilə bağlıdır)....
Nisa Suresi, 109. Ayet:
(Oğrunun
qəbiləsi
nə xitabən:) Bir baxın, (tutaq ki,) dünya həyatında onları (xainləri) siz müdafiə etdiniz, amma (bəs) onları Qiyamət günü Allahın qarşısında kim müdafiə edəcək, yaxud kim onların işinə yarayacaq?!...
Əraf Suresi, 27. Ayet:
«Ey Adəm övladları, məbada Şeytan ata və ananızı Cənnətdən çıxartdığı - belə ki, ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını əyinlərindən çıxardığı - kimi sizi (də) aldatsın və azdırsın! Şübhəsiz, o və onun
qəbiləsi
sizi sizin onları görə bilmədiyiniz yerdən görürlər. (O bəşəri gözlə görünməyən mələk və ruh kimi lətif bir yerdir.) Əlbəttə, Biz Şeytanları imanı olmayan kəslərin başçıları etmişik.»...
Nəhl Suresi, 59. Ayet:
O, verilmiş müjdənin pisliyindən öz
qəbiləsi
ndən qaçıb gizlənər (və bilməz ki,) görəsən onu xəcalətlə saxlasın, ya (diri-diri) torpaq altında gizlətsin? Bilin, pis hökm çıxarırlar!...
Məaric Suresi, 13. Ayet:
Həm də (dünyada) ona sığınacaq verən yaxınlarını və qövmünü (
qəbiləsi
ni),...
Əraf Suresi, 27. Ayet:
Ey Adəm oğulları! Övrət yerlərini özlərinə göstərmək üçün geyimlərini soyunduraraq ana-atanızı cənnətdən çıxardığı kimi, şeytan sizi də azdırmasın. Çünki o və
qəbiləsi
sizin onları görə bilməyəcəyiniz yerdən sizi görürlər. Şübhəsiz, biz şeytanları iman etməyənlərin dostları etmişik....
Əraf Suresi, 184. Ayet:
Məgər onlar düşünüb-daşınmadılar ki, onların həm
qəbiləsi
ndə [Məhəmməd peyğəmbərdə] dəli-divanəlikdən bir əlamət yoxdur? Həqiqətən o, ancaq aşkar xəbərdarlıq edəndir....
Əraf Suresi, 27. Ayet:
Ey Adəm oğulları! Şeytan, sizin ata-ananızı, öz çirkinliklərini özlərinə göstərmək üçün libaslarını soyundurub cənnətdən çıxartdığı kimi, sizi də fitnəyə salmasın; sizi haq dindən döndərməsin, aman! Çünkü o və onun
qəbiləsi
, sizin onları görə bilmədiyiniz yerdən sizi görürlər. Biz, şeytanları, inanmayanlar üçün vəli/yol göstərən, yardımçı kimsələr etdik....