Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 57. Ayet:
Küləkləri mərhəmətinin önündə (yağışdan əvvəl) müjdəçi olaraq göndərən Odur. Nəhayət, (küləklər) ağır buludları yükləndiyi zaman onları ölü (qurumuş) bir məmləkətə göndərərik. Beləcə, ora suyu endirərik və onunla hər cür meyvələri (torpaqdan) çıxardarıq. Biz ölüləri də (dirildib
qəbirlərindən)
belə çıxardacağıq. Bəlkə, düşünüb ibrət alasınız....
Bəqərə Suresi, 275. Ayet:
Faiz yeyənlər (
qəbirlərindən)
, şeytan vurmuş kimsənin qalxdığı kimi qalxacaqlar. Bu ona görədir ki, onlar: “Əlbəttə, alış-veriş də faiz kimidir!” - demişdilər. Halbuki, Allah alış-verişi halal, faizi isə haram etmişdir. (Bundan sonra) kimə Rəbbindən bir nəsihət gələr və (sələmçiliyə) son qoyarsa, keçmişdə aldığı (sələmlər, faizlər) özünə qalar (bağışlanar). Onun işi (hesaba çəkilməsi) Allaha qalmışdır. Kim (yenidən sələmçiliyə) qayıdarsa, onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar....
Zümər Suresi, 68. Ayet:
Sura üfürüldüyü zaman Allahın istədiyi kimsələr istisna olmaqla, göylərdə və yerdə kim varsa, hamısı dərhal öləcək. Sonra bir daha ona üfürüldükdə onlar (
qəbirlərindən)
qalxıb (ətraflarına) baxacaqlar....
Mömin Suresi, 16. Ayet:
O gün onlar (
qəbirlərindən)
çıxacaqlar. Onların heç bir şeyi Allahdan gizli qalmaz. (O gün Allah buyuracaq:) “Bu gün hökmranlıq kimə məxsusdur? - Tək və hər şeyə qalib gələn Allaha!”...
Əraf Suresi, 57. Ayet:
Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər (yağmur yüklü) ağır buludları hərəkətə gətirdiyi (daşıdığı) zaman Biz onları (buludları) ölü (qurumuş) bir məmləkətə tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk. Biz ölüləri də (dirildib
qəbirlərindən)
belə çıxaracağıq. Bəlkə, düşünüb ibrət alasınız!...
Zümər Suresi, 68. Ayet:
Sur (birinci dəfə) çalınacaq, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən (Cəbrail, Mikail, Əzrail və İsrafildən, yaxud ərşi daşıyan mələklərdən və ya müsəlman şəhidlərindən) başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar (
qəbirlərindən)
qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar!...
Mömin Suresi, 16. Ayet:
Elə bir gün ki, onlar (bütün insanlar
qəbirlərindən)
çıxacaq, onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. (Allah buyuracaq: ) “Bu gün hökm kimindir?” (Heç kəsin qımıldanmağa belə cürəti çatmadığından Allah Özü cavab verəcəkdir:) “Bir olan (heç bir şəriki, bənzəri olmayan), (qüdrətilə hər şeyə) qalib olan Allahındır!”...
Bəqərə Suresi, 275. Ayet:
Sələm yeyənlər (
qəbirlərindən)
şey-tan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar. Bu onların: “Alış-veriş də sələmçilik kimidir!”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra (sələmçiliyə) son qoyarsa, olub-keçənlər ona bağışlanar və onun işi Allaha qalar. (Sələmçiliyə )qayıdanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar....
Əraf Suresi, 14. Ayet:
Dedi: «Mənə onların (Adəmin və onun övladlarının
qəbirlərindən)
qaldırılacaqları günə qədər möhlət ver (həmin vaxta kimi məni öldürmə)»....
Ənfal Suresi, 36. Ayet:
Həqiqətən, kafirlər öz mallarını (Bədr, Ühüd və digər müharibələrdə olduğu kimi insanları) Allahın yolundan saxlamaq üçün xərcləyirlər. Tezliklə hamısını xərcləyəcəklər, (amma bu) sonra onlar üçün bir həsrət (dağı) olacaqdır və daha sonra məğlub olacaqlar. Kafirlər (Qiyamət günü öz
qəbirlərindən)
Cəhənnəmə doğru toplanacaqlar....
Zümər Suresi, 68. Ayet:
Sur çalınacaq və Allahın istədiyi kəslərdən başqa göylərdə və yerdə kim varsa düşüb öləcəkdir. Sonra sur bir daha çalınacaqdır, onlar (
qəbirlərindən)
çıxıb baxışacaqlar....
Naziat Suresi, 14. Ayet:
və onlar dərhal oyanıb (
qəbirlərindən)
qalxarlar....