Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Yusif Suresi, 35. Ayet:
Sonra (vəzir və yanındakılar) dəlilləri görmələrinə baxmayaraq onu müəyyən bir müddətə qədər zindanda həbs etmək
qərarına
gəldilər....
Saffat Suresi, 141. Ayet:
(Gəmidəkilərlə) püşk atmışdı və uduzmuşdu. (Təfsirlərdə qeyd olunan rəvayətə görə, Yunis peyğəmbərin mindiyi gəminin yükü həddindən çox olduğu üçün gəmidəkilər öz aralarından bir nəfəri dənizə atmaq
qərarına
gəlmişdilər. Buna görə də aralarında püşk atmış və püşk Yunis peyğəmbərə çıxdığı üçün onu dənizə atmışdılar.)...
Tövbə Suresi, 13. Ayet:
Məgər siz andlarını pozan, Peyğəmbəri öz torpağından qovmaq
qərarına
gələn və sizə ilk hücum edən bir qövmlə vuruşmazsınızmı? Yoxsa onlardan qorxursunuz? Əgər həqiqi möminsinizsə, bilməlisiniz ki, Allaha qarşı daha çox qorxmalısınız....
Yusif Suresi, 35. Ayet:
Onun təqsirsiz olduğuna dair sübutlar olmasına baxmayaraq, yenə də onu müəyyən müddətə həbs etmək
qərarına
gəliblər....
Bəqərə Suresi, 233. Ayet:
Analar (istər boşanmış, istərsə də boşanmamış olsun) uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür. Heç kəs gücü çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata uşağına görə zərər çəkməsin! (Ata öləndən sonra) bu vəzifə həmin qaydada varisin üzərinə düşür. Əgər ata və ana öz aralarında məsləhətləşib, uşağı (iki ildən tez) süddən kəsmək
qərarına
gəlsələr, ikisinə də ...
Yusif Suresi, 35. Ayet:
(Vəzir və ailəsi Yusifin günahsız olduğunu sübut edən) dəlilləri (Yusifin köynəyinin arxadan cırılmasını, üzünün cırmaqlanmasını, qadınların turunc əvəzinə əllərini kəsməsini və i. a.) gördükləri halda, yenə də onu bir müddət (dedi-qodu kəsilənədək) zindana salmaq
qərarına
gəldilər. (Beləliklə, Yusif zindana atıldı)....
Fussilət Suresi, 11. Ayet:
Sonra Allah tüstü (duman, yerdən qalxan buxar) halında olan göyə üz tutdu (göyü yaratmaq
qərarına
gəldi). Ona (göyə) və yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!” Onlar da: “İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!” – deyə cavab verdilər....
Bəqərə Suresi, 235. Ayet:
(Gözləmə müddəti içindəki qadınlara) onlarla evlənmək istədiyinizi işarə ilə bildirməyinizdə və ya öz içinizdə (belə bir arzunu) gizlətməyinizdə sizin üzərinizə günah yoxdur. Allah sizin onları daim xatırlayacağınızı bildi. Lakin onlara (adət və ənənəyə uyğun) bir söz söyləməyiniz (evlənmə istəyiniz) istisna olmaqla, əsla onlarla gizlicə sözləşməyin. Fərz olan gözləmə müddəti sona çatana qədər nikah etmək
qərarına
gəlməyin. Allahın içinizdə olanı bildiyini bilin! Artıq Ondan çəkinin. Allahın Ğaf...
Bəqərə Suresi, 227. Ayet:
Əgər onlar boşanmaq
qərarına
gəlsələr, şübhəsiz ki, Allah Eşidəndir, Biləndir!...
Bəqərə Suresi, 235. Ayet:
Qadınlara elçi göndərmək istəyinizi işarə ilə bildirməkdə və ya ürəyinizdə gizlətməkdə sizə heç bir günah yoxdur. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Lakin onlarla gizlicə vədələşməyin, onlara yalnız (şəriətə) müvafiq qayda üzrə söz deyin. Gözləmə vaxtı başa çatmayıncaya qədər nikah etmək
qərarına
gəlməyin. Bilin ki, Allah sizin qəlblərinizdə olanları bilir. Ondan qorxun! Bilin ki, Allah Bağışlayandır, Rəhmlidir!...
Yusif Suresi, 15. Ayet:
(Qardaşları) onu aparıb quyuya atmaq
qərarına
gəldikdə biz ona belə vəhy etdik: “Sən onlara bu əməlləri barəsində gözləmədikləri bir halda xəbər verəcəksən”....
Yusif Suresi, 35. Ayet:
(Bu qədər) dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq
qərarına
gəldilər....
Yusif Suresi, 35. Ayet:
Bundan sonra onlar onun bu düzlük nişanını gördülər və bir neçə müddət onu dustaq etmək
qərarına
gəldilər....
Bəqərə Suresi, 227. Ayet:
Əgər talaq vermək
qərarına
gəlsələr (eybi yoxdur, and pozulur və kəffarə boyundan düşür), həqiqətən Allah eşidən və biləndir....
Bəqərə Suresi, 235. Ayet:
(Vəfat iddəsində olan) qadınlara elçilik barəsində üstüörtülü bir şey deməyinizdə, yaxud (bunu) ürəyinizdə gizlətməyinizdə sizə bir günah yoxdur. Allah sizin tezliklə onları (fitri hisslər əsasında) yada salacağınızı bilir. Lakin onlarla evlənmək barəsində gizlində sövdələşməyin, yalnız bəyənilən (və üstüörtülü və rəmzi) sözlər deyin. Müəyyən olunmuş müddət (iddə) sona çatmayınca əsla nikah bağlamaq
qərarına
gəlməyin. Bilin ki, Allah ürəyinizdə olanları bilir. Buna görə də Ondan (Onun qəzəbindən...
Nisa Suresi, 113. Ayet:
Əgər Allahın lütf və mərhəməti sənin halına şamil olmasaydı, həqiqətən onlardan bir dəstə səni (hökm çıxarmaqda) azdırmaq
qərarına
gəlmişdi. Halbuki onlar özlərindən başqasını azdırmaz və sənə heç bir zərər-ziyan vura bilməzlər. Allah (səma) kitab(ını) və hikməti (şəriət elmləri və əqli maarifi) sənə nazil etdi və bilmədiklərini sənə öyrətdi. Allahın sənə lütf və mərhəməti həmişə böyükdür....
Tövbə Suresi, 13. Ayet:
Yoxsa siz öz andlarını pozmuş, Allahın Peyğəmbərini (Məkkədən) çıxarmaq
qərarına
gəlmiş və sizinlə (müharibəyə) ilk dəfə başlayan da onlar olan bir dəstə ilə vuruşmayacaqsınız? Yoxsa onlardan qorxursunuz? Əgər imanınız varsa, Allah qorxulmağa daha layiqdir....
Yusif Suresi, 15. Ayet:
Beləliklə onu aparıb quyunun dibinə atmaq
qərarına
gəldikdə(n sonra cinayətlərini planlaşdırdıqları kimi də həyata keçirtdilər). Və Biz (elə orada) Yusufa vəhy etdik ki, (bir gün) sən onlara, onlar bilmədən bu işlərindən xəbər verəcəksən (sən onları tanıyacaqsan, onlar isə səni tanımayacaqlar)....
Yusif Suresi, 35. Ayet:
O zaman, (Yusufun günahsızlıq) nişanələri(ni - şahidin sözü, köynəyin arxadan cırılması və onun mənəvi saflığı kimi dəlilləri) gördükdən sonra onu müəyyən bir müddətə qədər zindana salmaq
qərarına
gəldilər....
İsra Suresi, 103. Ayet:
Beləliklə, Firon onları (öldürməklə) yer (üzün)dən (və ya sürgün etməklə Misir torpağından) çıxartmaq
qərarına
gəldi. Belə olduqda Biz onu və onunla birlikdə olanların hamısını suda batırdıq....
Taha Suresi, 40. Ayet:
O zaman bacın (sənin sandığının arxasınca) gedir və (uşaq üçün dayə axtaran fironçulara) deyirdi: Sizə onu(n qorunmasını və ona süd verilməsini) öhdəsinə götürən bir adam göstərimmi? Belələliklə gözləri aydın olsun və qəm yeməsin deyə səni anana qaytardıq. Həmçinin (fironçulardan) birini öldürdün (və onlar da səni öldürmək
qərarına
gəldilər). Belə olan halda Biz səni həmin qəmdən qurtardıq və bir sıra imtahanlarla sınadıq. Beləliklə illərlə Mədyən əhalisinin arasında qaldın. Sonra ey Musa, (Bizi...
Saffat Suresi, 98. Ayet:
Beləliklə, onun barəsində hiylə işlətmək
qərarına
gəldilər və Biz onları alçaltdıq. (İbrahimə də oddan nicat verdik.)...
Bəqərə Suresi, 227. Ayet:
Əgər onlar boşamaq
qərarına
gəlsələr, (bil ki,) Allah hər şeyi eşidəndir, biləndir....
Ali-İmran Suresi, 47. Ayet:
Məryəm dedi: “Ey Rəbbim! Mənə heç bir insan əli toxunmadığı halda haradan uşağım ola bilər?" Allah dedi: "Elədir, (lakin) Allah istədiyini yaradır. Bir şey (yaratmaq)
qərarına
gələrsə, ona "Ol !"- deyər, o da olar....
Nəml Suresi, 57. Ayet:
Biz onu və onun ailəsini xilas etdik, yalnız arvadından başqa. Biz onun [arvadının] qalanlardan olması
qərarına
gəldik....
Bəqərə Suresi, 227. Ayet:
Əgər boşamaq
qərarına
gəlsələr, şübhəsiz ki, Allah, ən yaxşı eşidəndir, ən yaxşı biləndir....
Tövbə Suresi, 13. Ayet:
Andlarını pozan, Elçini yurdundan qovmaq
qərarına
gəlmiş və üstəlik də sizə qarşı döyüşə birinci özləri başlayan bir tayfayla döyüşməyəcəksinizmi? Yoxsa onların qarşısında hörmət, məhəbbət və elmlə ürpərirsinizmi? Əgər möminsinizsə, qarşısında hörmətlə, məhəbbətlə və elmlə ürpərməyiniz üçün Allah daha layiqdir....
Yusif Suresi, 15. Ayet:
Nəhayət, Yusifin qardaşları, Yusifi apardılar və birgə o quyunun dibinə atmaq
qərarına
gəldilər. Biz də Yusifə vəhy etdik: "And olsun ki, sən onlara gələcəkdə, onlar heç fərqində olmadıqları halda bu işlərini xəbər verəcəksən."...
Nəml Suresi, 19. Ayet:
Sonra Süleyman, dişi qarışqanın sözünə/
qərarına
təbəssüm etdi. Və "Rəbbim! Mənə, ana-atama ehsan etdiyin nemətin əvəzini vermək, razı qalacağın saleh əməl işləmək üçüm könlümə ilham ver və Öz mərhəmətinlə məni saleh bəndələrinin arasına daxil et" dedi....