Nisa Suresi, 43. Ayet: Ey iman gətirənlər! Əgər sərxoşsunuzsa, nə dediyinizi bilməyincə və natəmizsinizsə, - yolda olmaq istisna edilməklə, - qüsl edib təmizlənməyincə namaza yaxın düşməyin. Əgər xəstəsinizsə və ya səfərdəsinizsə, yaxud sizlərdən kimsə ayaqyolundan gəlibsə və ya qadına toxunubsa, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin [pak olun], üzünüzə və əllərinizə çəkin! Həqiqətən, Allah əfv edəndir, bağışlayandır....
Nur Suresi, 31. Ayet: Mömin qadınlara da, baxışlarını məhdudlaşdırmalarını və ismətlərini qorumalarını söylə. Zinətlərini də -açıqda olanlar istisna olmaqla- üzə çıxarmasınlar [göstərməsinlər]. Örtüklərini də [libaslarının] yaxasındakı kəsiklərin üstünə salsınlar. Və bəzəklərini, ərləri, ataları, ərlərinin ataları, oğulları, ərlərinin oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, qadınlar, andlarının sahib olduqları,[#392] qadına ehtiyacı qalmamış kişilər arasından [seçilən] xidmətçilər və qadın...