Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Tövbə Suresi, 36. Ayet:
Həqiqətən, Allah yanında ayların sayı, göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onlardan dördü haram aylardır. Doğru din budur. Ona görə də o aylarda (Allahın
qadağalarına
qarşı çıxaraq) özünüzə zülm etməyin! Müşriklər sizə qarşı hamılıqla vuruşduqları kimi, siz də onlara qarşı hamılıqla vuruşun və bilin ki, Allah müttəqilərlə bərabərdir! (Yuxarıdakı ayədə işarə edilən haram aylar zülqədə, zülhiccə, məhərrəm və rəcəb aylarıdır.)...
Nisa Suresi, 47. Ayet:
Ey kitab əhli! Biz (bəzi) üzləri dümdüz edib arxalarına çevirməzdən, yaxud şənbə günü əhlini lənətlədiyimiz kimi onları da lənətləməzdən əvvəl əlinizdə olanı təsdiqləyici olaraq nazil etdiyimizə (Qurana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir! (Yuxarıdakı ayədə keçən “şənbə günü əhli”, yəhudilərə görə müqəddəs sayılan şənbə günündə o günün
qadağalarına
riayət etməyən bəzi yəhudilərdir. Bu qadağalara riayət etmədiklərinə görə Allah onları lənətləmişdir.)...
Ənfal Suresi, 24. Ayet:
Ey iman gətirənlər! Sizi, həyat verən şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərin dəvətini qəbul edin! Bilin ki, Allah insanla onun qəlbi arasına girər. Həqiqətən, siz Onun hüzurunda toplanacaqsınız. (İnsanlara həyat verən şeylər Allahın və Onun rəsulunun əmr və
qadağalarına
itaət etməkdir. Ayədə keçən “Allah insanla onun qəlbi arasına girər” ifadəsi Allahın insanları qabiliyyətlərinə görə istədiyi tərəfə meyil etdirdiyi mənasına gəlir.)...
Həcc Suresi, 30. Ayet:
Budur! Hər kim Allahın
qadağalarına
hörmət göstərərsə, bu, Rəbbi dərgahında onun üçün daha xeyirlidir. Sizə (haram olduğu) bildirilən heyvanlar istisna olmaqla, digərləri halal edilmişdir. Elə isə, murdar olan bütlərdən də, yalan sözdən də uzaq durun!...