Tövbə Suresi, 112. Ayet: Tövbə edənləri, (Allaha) qul olanları, həmd edənləri, oruc tutanları və ya səfər edənləri (Allah yolunda hicrət edənləri, döyüşmək və ya Allahın adını ucaltmaq, dinini qüvvətləndirmək, Allah yolunda xidmət və elm, təhsil almaq üçün yurdlarından çıxanları, yer üzündə ibrətlə gəzib təfəkkür edənləri), rüku və səcdə edənləri, maariflə əmr edənləri, münkəri (çirkin əməlləri) qadağan edənləri, Allahın hüdudlarını mühafizə edənləri və möminləri müjdələ!...
Həşr Suresi, 7. Ayet: Allahın Öz Peyğəmbərinə kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o, aranızdakı zənginlərin dövləti olub qalmasın. Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir....
Fəth Suresi, 25. Ayet: Onlar o kəslərdir ki, kafirdirlər və sədd çəkirlər sizə qadağan
olunmuş səcdə yerindən və kəsilməyə aparılan heyvanlardan ki,
yetişsin öz məhəlləsinə. Əgər kişi və qadın inananlardan, hansı
ki, siz onları tanımırdız, ola bilərdi ki, onları siz bilməz halda
aradan aparasınız və onlara görə bilməz halda günah edəsiniz.
Daxil edər Allah rəhmətinə kimi istər. Əgər siz bir-birinizdən
ayrı olsaydınız, həqiqətən, əzab edərdik onlardan o kəslər ki,
kafirdirlər, ələmli əzabla....
Həşr Suresi, 7. Ayet: Hər nə ki, Allah Öz rəsuluna verdi kəndlərin
əhlindən, Allah və Onun rəsulu və yaxınlar, və yetimlər və
miskinlər və yol oğlu üçündür. Olmasın dövlət arasında
varlıların sizdən. Nə ki, verdi sizə rəsul, onda onu alın, nəyi ki,
sizə o, qadağan etdi, ondan özünüzü saxlayın və qorxun
Allahdan, həqiqətən, Allah şiddətlidir iqaba!...
Ənam Suresi, 151. Ayet: De ki: "Gəlin, Rəbbinizin sizə nələri qadağan etdiyini, toxunulmaz etdiyini oxuyum: 'Özünə heç bir şeyi şərik qoşmayın, ana-ataya yaxşılıq edin, [onlarla] gözəl rəftar edin, kasıblıq qorxusuyla/kasıb düşmək qorxusuyla uşaqlarınızı öldürməyin, -Sizin və onların ruzisini Biz veririk- pisliklərin açığına və gizlisinə yaxınlaşmayın, haqsız yerə, Allahın haram etdiyi nəfsi öldürməyin, -Bax bunlar, ağılınızı işlədəsiniz deyə, Onun sizə qoyduğu öhdəliklərdir.-...
Əraf Suresi, 157. Ayet: onlara yaxşı işlər görməyi əmr edən və pis əməlləri qadağan edən, təmzi və xoş şeylərə icazə verən, napak, murdar və çirkli şeylərə icazə verməyən, bellərindən ağır yükləri, üstlərindən bağları və zəncirləri götürən, yanlarındakı Tövratda və İncildə yazılmış olduğunu görəcəkləri şəhərli/Məkkəli Peyğəmbərə, o elçiyə tabe olan kəslərə yazacağam. Elə isə, Ona iman gətirən, Ona möhkəm ehtiram göstərən, Ona yardımçı olan və Onunla birgə nazil olan nurun ardınca gedənlər ki var, bax onlar, nicat tapan...