Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Fəth Suresi, 15. Ayet:
Qənimətləri almaq üçün getdiyiniz zaman (səfərə getməyib) arxada
qalanlar:
“İcazə verin biz də sizin arxanızca gələk!” - deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz əsla bizim arxamızca gəlməyəcəksiniz! Allah daha əvvəl sizin üçün belə buyurmuşdur”. Onlar: “Xeyr! Siz bizə paxıllıq edirsiniz”, - deyəcəklər. Əksinə, onlar çox az anlayan kimsələrdir. (Həzrət Peyğəmbər hicrətin altıncı ilində Hüdeybiyyədən qayıtdıqdan sonra növbəti il Hüdeybiyyədə iştirak edən müsəlmanlarla bir...
Fəth Suresi, 15. Ayet:
Siz qənimətləri götürməyə getdiyiniz zaman (səfərdən) geri
qalanlar:
“Qoyun biz də sizin arxanızca gələk!”– deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz heç vaxt bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən sizin üçün belə demişdir”. Onlar: “Xeyr, siz bizə həsəd aparırsınız”– deyəcəklər. Əksinə, onlar çox az anlayanlardır....
Fəth Suresi, 15. Ayet:
Siz qənimətləri almağa gedərkən savaşdan geri
qalanlar:
“Qoyun, biz də sizinlə gələk”, – deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De ki: “Siz bizimlə əsla gəlməyəcəksiniz. Allah əvvəldən belə buyurmuşdur”. Onlar: “Bizi qısqanırsınız”, – deyəcəklər. Xeyr, onlar çox az anlayırlar....
Fəth Suresi, 15. Ayet:
Siz qənimətləri almaq üçün gedərkən, o geri
qalanlar:
"Qoyun biz də sizin arxanızca gələk" deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De ki: "Siz, qətiyyən bizimlə gələ bilməyəcəksiniz. Allah daha əvvəl belə buyurmuşdur." Sonra onlar deyəcəklər: "Əksinə, siz bizə paxıllıq edirsiniz" deyəcəklər. Əksinə, onlar, çox az şey istisna olmaqla, anlamırlar....