Bəqərə Suresi, 177. Ayet: Yaxşı əməl (ibadət vaxtı) üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və peyğəmbərlərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu qohum-əqrəba, yetimlər, yoxsullar, yolda qalanlar, dilənçilər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, darlıqda, çətinlikdə, eləcə də döyüş vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir....
Maidə Suresi, 3. Ayet: Ölmüş heyvan, qan, donuz əti, Allahdan başqasının adına kəsilən, (hələ canı çıxmamışkən) kəsdikləriniz xaric; boğularaq, zərbə alaraq, yüksək yerdən düşərək, buynuzlanaraq ölmüş və yırtıcı heyvan tərəfindən parçalanmış heyvanlar ilə dik daşlar üzərində kəsilən heyvanlar, bir də fal oxları ilə qismət axtarmağınız7 sizə haram buyuruldu. Bütün bunlar günahdır. (Allaha itaətdən uzaqlaşmaqdır). Bu gün kafirlər dininizdən (onu yox etməkdən) ümidlərini kəsdilər. Artıq onlardan qorxmayın, məndən qorxun....