Zümər Suresi, 6. Ayet: Allah sizi tək bir nəfərdən (Adəmdən) xəlq etdi. Sonra onun özündən həmtayını (Həvvanı) yaratdı. O, (dəvə, inək, qoyun və keçi kimi) heyvanlardan (erkək və dişi olmaqla) səkkiz cift (baş) əmələ gətirdi. O sizi analarınızın bətnində üç zülmət (pərdə, uşaqlıq və qarın) içində yaranışdan-yaranışa salaraq yaradır (nütfəni laxtalanmış qana, laxtalanmış qanı bir parça ətə, əti sümüyə çevirir, sonra sümüyü ətlə örtüb insan şəklinə salır). Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur, Ondan başqa heç b...
Nisa Suresi, 135. Ayet: Ey iman etmiş kəslər! Özünüz, ana-atanız və yaxın qohumlarınız əleyhinə də olsa, Allah üçün şahidlik edən kəslər olaraq haqqaniyeti tamamilə qoruyan/nəzərə alan kəslər olun. İstər zəngin olsun, istər kasıb olsun, bilin ki, Allah ikisinə də daha yaxındır. Artıq ədaləti təmin edə bilmək üçün boş, müvəqqəti arzunuza uymayın. Əgər [dilinizi] əyib-büzsəniz və ya boyun qaçırsanız, bilin ki, şübhəsiz, Allah etdiklərinizdən xəbərdardır....
Nəhl Suresi, 115. Ayet: Allah, sizə ancaq leşi, qanı, donuzun ətini və Allahdan başqası adına kəsiləni haram etmişdir. Artıq hər kim təcavüzkarlıq etmədən və həddi aşmadan məcburiyyət qarşısında qalsa, bilsin ki, şübhəsiz, Allah, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və lütfü bol olandır, geniş mərhəmət sahibidir....