Ənkəbut Suresi, 19. Ayet: Məgər onlar (kafirlər) Allahın məxluqatı əvvəlcə (yoxdan) necə yaratdığını, sonra da onu (qiyamət günü) yenidən dirildəcəyini bilmirlərmi? Həqiqətən, bu, Allah üçün asandır! (Allah insanı əvvəlcə nütfədən, sonra laxtalanmış qandan, daha sonra bir parça ətdən yaradır. İnsan anadan olandan sonra ömrünün uşaqlıq, yeniyetməlik, yetkinlik, ahıllıq, qocalıq çağlarını yaşayır və nəhayət, ölür. Allah bütün məxluqatı yoxdan yaratdığı kimi, qiyamət günü onları yenidən dirildəcəkdir!)...
Həcc Suresi, 5. Ayet: Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi (oradan) uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi (yetkinlik yaşına çatmamış) vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, (va...
Həcc Suresi, 5. Ayet: Ay insanlar! Əgər siz şübhədəsiz
qaldırılmaqdan və həqiqətən, Biz xəlq etdik sizi torpaqdan,
sonra nütfədən, sonra laxtalanmış qandan, sonra bir parça ətdən
kamil xilqət və qeyri kamil xilqət etdik ki, sizin üçün bəyan
edək. Saxlarıq bətndə istədiyimizi müəyyən olunmuş müddətə
kimi. Sonra xaric edərik sizi tifil surətində, sonra həddi buluğa,
rəşd halına yetişərsiniz. Sizdən var kim ki, bu arada vəfat edər
və sizdən var kim ki, ömrün elə rəzil günlərinə yetişər ki,
bildiyi şeyləri yadan ...