Bəqərə Suresi, 220. Ayet: Səndən yetimlər barədə də soruşurlar. De ki: Onlar üçün ən xeyirlisi "yaxşılaşdırmaqdır". Əgər onların [içinə] qarışmışsınızsa, artıq onlar sizin qardaşlarınızdır. Allah, fitnə salanla yaxşılaşdıranı bir-birindən seçər. Əgər Allah istəsəydi, sizi çətinliyə salardı. Şübhəsiz ki, Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir....
Yunus Suresi, 24. Ayet: Dünya həyatının misalı, Bizim göydən endirdiyimiz su kimidir. Göydən endirdiyimiz su ilə insanların və heyvanların yediyi bitkilər bir-birinə qarışmışdır. Sonunda, yer üzü zinət əşyalarını taxıb bəzəndiyi, sahibləri də özlərinin buna müqtədir olduqlarına inandıqları bir vaxtda, bəzən gecə bəzən də gündüz vaxtı, ona əmrimiz gəlib çatmışdır və qəflətən, sanki dünən orada heç bir şənlik yox imiş kimi, onu, kökündən biçmişdir. Biz, ayələrimizi, düşünən bir qövm üçün belə ətraflı izah edirik....