Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Yusif Suresi, 65. Ayet:
Onlar yüklərini açdıqları zaman (mübadilə üçün apardıqları) mallarının geri qaytarıldığını gördülər və belə dedilər: “Ay ata, daha nə istəyirik?! Budur, öz mallarımız da bizə geri
qaytarılıb.
Bununla ailəmizə yenə ərzaq gətirərik və qardaşımızı da qoruyarıq. Bir dəvə yükü ərzaq da artıq alarıq. (Çünki indi gətirdiyimiz) bu ərzaqın miqdarı çox azdır”....
Yusif Suresi, 65. Ayet:
Taxıl yüklərini açanda gördülər ki, ödədikləri qiymət onlara
qaytarılıb.
"Ay atamız! Bax, sərmayəmiz bizə qaytarıldı. Daha nə istəyirik? Onunla özümüz üçün taxıl gətirə bilərik. Qardaşımızı da qoruya bilərik. Əlavə dəvə yükü də ala bilərik. Bu azdır. hər halda bizim üçün." onlar dedilər....
Yusif Suresi, 65. Ayet:
Onlar yüklərini açdıqda verdikləri mallarının da özlərinə qaytarıldığını görüb dedilər: “Ey atamız! Bizə daha nə lazımdır ki? Budur, sərmayəmiz özümüzə
qaytarılıb.
Biz ailəmizi ərzaqla təmin edər, qardaşımızı qoruyar və bir dəvə yükü artıq (ərzaq) alarıq. Bu isə satın aldığımızın az bir miqdarıdır”....
Yusif Suresi, 65. Ayet:
Amma elə ki, öz mətahlarını açdılar, gördülər ki, bütün malları
qaytarılıb.
Dedilər: «Ay atamız, daha nə istəyirik? Mallarımızı bizə qaytarmışlar. Biz öz ailəmizi təmin edib və qardaşımızı hifz edərik və bir dəvə yükü də artırarıq. Bu yük yüngüldür»....
Yusif Suresi, 65. Ayet:
Və mallarını açanda sərmayələrinin özlərinə qaytarıldığını gördülər. (Atalarını razı etmək üçün) dedilər: «Ey ata, daha biz nə istəyirik? Bu bizim sərmayəmizdir ki, özümüzə
qaytarılıb.
Və (bu dəfə) ailəmiz üçün azuqə gətirərik və qardaşımızı qoruyarıq. (Onu aparmaqla) bir dəvə yükü artıq (azuqə) alarıq ki, bu, (Əzizin yanında) az bir ölçüdür»....
Yusif Suresi, 65. Ayet:
Onlar yüklərini açanda gördülər ki, malları özlərinə
qaytarılıb.
Onlar dedilər: "Ey atamız! Daha biz nə istəyirik ki? Budur, malımız özümüzə
qaytarılıb.
Biz ailəmizi ərzaqla təmin edər, qardaşımızı qoruyar, bir dəvə yükü qədər də artıq alarıq. Bu isə asan bir işdir"....