Bəqərə Suresi, 83. Ayet: Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” – deyə əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla, əhdinizdən döndünüz, çünki siz (İsrail övladı haqdan) üz döndərənsiniz....
Ənam Suresi, 146. Ayet: De: «Mənə öyrədilənlər içərisində hər hansı bir kəsin yediyi təamlarda haram olan bir şey tapmıram, ancaq ki, ola meyyit, ya axar qan, ya donuz əti – həqiqətən, o ricsdir və ya fisqdir, kəsilib qeyrisi üçün Allaha, onun ilə. Bununla yanaşı kim məcburiyyət qarşısında qalarsa, düşmənçilik etmədən və həddi aşmadan…» Həqiqətən, Rəbbin – Ğəfurdur, Rəhimdir!...
Maidə Suresi, 3. Ayet: Ölü (kəsilmədən murdar olmuş) heyvan, qan, donuz əti, (kəsilən zaman başı üzərində) Allahdan qeyrisinin adı çəkilmiş, boğulmuş, vurmaqla öldürülmüş, hündürlükdən yıxılaraq ölmüş, başqa bir heyvanın buynuzu vasitəsilə ölmüş və yırtıcı heyvanın öldürərək yediyi heyvan – (yuxarıda qeyd edilən heyvanların əti halal olanlarından canı çıxmamış) şəriət qanunu ilə kəsə bildikləriniz istisna olmaqla – (bunları yemək,) həmçinin, müqəddəs daşın üzərində (ya bütlər üçün) kəsilmiş heyvan(ın ətini yemək) və e...